Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   23   24   25   26   27   28   29   30   ...   149

53 
 
Gicitkən sanki vitamin fabrikidir. Onun yarpaqları C vitamini ilə zəngindir. Tərkibindəki C 
vitamininin miqdarı qarağat, kartof, kök və əvəlikdəkindən çoxdur. Yarpaqlarnın tərkibində B və B
2
 
vitaminləri  də  vardır.  Odur  ki,  respublikamızın  bir  çox  rayonlarında  bitkinin  təzə,  tünd-yaĢıl 
yarpaqları  azca  ovulub  duzla  yeyilir.  Ondan  kükü  və  müxtəlif  xörəklər  biĢirilir.  Bitkinin  cavan 
yarpaq  və  zoğuna  soğan,  istiot,  keĢniĢ,  qoz,  yağ  və  azca  sirkə  əlavə  edilərək  xəmir  xörəklərinə 
qatılır.  Azərbaycanın  bir  çox  rayonlarında  gicitkənin  yarpaqlarını 
qurudur,  ona  azca  Ģəkər  qatıb  saxlayır  və  yeri  gəldikcə  ədviyyə 
kimi istiafdə edirlər. Bundan əlavə, gicitkəndən kətə,  qutab, salat, 
göyərti  Ģorbası,  püre  və  s.  hazırlanmasında  istifadə  edilir.  Cavan 
zoğ  və  yarpaqlarını  duza  qoyurlar.  Cavan  yarpaq  və  gövdəsini 
doğrayıb  kölgəli  yerdə  qurudurlar.  ġoraba  tutduqda,  əriĢtə,  kükü 
biĢirdikdə  ədviyyat  qatqısı  kimi  iĢlədilir.  Qanı  az  olan  adamlara 
təzə gicitkən yemək məsləhət görülür. 
Gicitkən  həm  də  qiymətli  yem  bitkisidir.  Belə  ki,  onun 
qarğıdalı,  sorqo,  çovdar,  vələmir,  çuğundur,  kartof  müxtəlif  yem 
əhəmiyyətli  otlara  birikdə  hazırlanmıĢ  silosu  yüksək  keyfiyyətli 
olur. 
Gicitkən bitkisi qidalılığına görə paxlalı bitkilərdən heç də 
geri  qalmır.  Gicitkənin  tərkibində  20,8%  protein,  2,5%  yağ,  18%  sellüloz,  30,7%  tərkibində  azot 
olmayan  Ģirə,  16,6  mq%  kalium,  kalsium  və  dəmir  tərkibli  makroelementlər,  50  mq%-ə  qədər 
karotinoid  və  s.  maddələr  tapılmıĢdır.  YaĢıl  yarpaqlarının  tərkibində  2,5-5,0%-ə  qədər  xlorofıl  
vardır.  Gicitkən qiymətli texniki bitki sayılır. Gövdəsinin tərkibində lif istehsal etmək üçün çoxlu 
sellüloz  maddəsi  aĢkar  edilmiĢdir.  Yarpaqlarının  tərkibində  K  vitamini,  urtisin  qlükozidi,  aĢı  və 
zülal  maddələri,  qarıĢqa  və  askorbin  turĢusu,  C  (C
17
H
20
O
6
N
4
)  vitamini,  pantoten  turĢusu, 
protoporfirin  (C
34
H
34
O
4
N
4
),  koproporfirin  (C
36
H
38
0
8
N
4
)  və  bir  sıra  karotinoid  birləĢmələri 
tapılmıĢdır. Bundan əlavə, tərkibində 5%-ə qədər xlorofil maddəsi, 1,96%-ə qədər 3-0 qlikozid və 
3-0 rutinozid-kversetin, kempferol və izoramnetin flavonoidləri, 10%-ə qədər niĢasta və s. maddələr 
də vardır. 
YaĢıl yarpaqlarının tərkibində 14,40% kül maddəsi, mq/q hesabı ilə 34,20 - K, 37 -40 - Ca, 
6,00 - Mg, 0,3 - Fe makroelementləri, mkq/q%-lə: 0,31 - Mn, 0,80 - Si, 0,50 - Zn, 0,13 - Co, 248,00 
-  Mo,  0,06  -  Cr,  0,11  -  A1,  16,64  -  Ba,  10,50  -  Se,  0,12  -  Ni,  1,15  -  Sr,  0,06  -  Pb  və  s. 
mikroelementləri tapılmıĢdır. 
Gicitkənin müalicəvi xüsusiyyətləri haqqında ilk maraqlı məlumatı Ġbn Sina vermiĢdir. Dahi 
təbib  doğranıb  nazik  toz  halına  salınmĢ  gicitkənlə  burun  qanaxmalarının  kəsilməsində  istifadə 
etmiĢdir. Toxumundan alınmıĢ cövhər astma, hava çatıĢmazlığı və plevritin müalicəsində iĢlədilir. 
Gicitkəndən ağ ciyər, öskürək, uĢaqlıq qanaxmalarında da istifadə edilmiĢdir. 
ġirəsinə Ģəkər qatıĢdırıb öskürək əleyhinə əla müalicəvi vasitə kimi istifadə olunınuĢdur. 
Gicitkənin  yarpaqlarından  alınmıĢ  təzə  Ģirəsindən,  dəmləməsindən  bir  sıra  xəstəlikləri 
müalicə edirlər. Həmçinin Ģəkər əleyhinə də iĢlədilir. 
MeĢə  açıqlıqlarında  (talalarda),  bağ  və  bağça  çəpərlərinin  kənarlarında,  çox  günəĢli 
sahələrdə tər, incə gicitkən cücərtilərinə rast gəlmək olar. Gicitkəni çiçək açan dövrdə toplayırlar. 
Erkən  yazda  özünüzü  «canlı»  vitaminlərlə  təmin  edə  bilərsiniz.  Həmin  vaxt  gicitkənin  yarpaqları 
zəngin C vitamininə malik olur. Yarpaqlarında vitaminin miqdarı qarağatdakından 2 dəfə, karotinin 
miqdarı  yerkökündəkindən,  K  vitamini  isə  ispanaq  və  kələmdəkindən  artıqdır.  Xalq  təbabətində 
gicitkəndən lap qədim zamanlardan istifadə edirlər. 
Gicitkəndən  hazırlanan  preparatlar  polivitamin,  tonusartırıcı,  qankəsici,  yarasağaldıcı, 
antiseptik,  südartırıcı,  sidikqovucu,  iĢlədici,  bəlğəmgətirici  kimi  ĢiĢ  əleyhinə  iĢlədilir.  Gicitkən 
yarpaqlarının tərkibindəki sekretin maddəsi orqanizmdə insulinin əmələ gəlməsini stimullaĢdırır və 
qanda Ģəkərin miqdarını azaldır.  
Gicitkənin yarpaq və kökündən müalicə preparatlarını hazırlamaq üçün lazım olan xammalı 
may-iyul  aylarında,  çiçəkləmənin  axırına  yaxın  toplamağı  məsləhət  görürlər.  Çiçəyi  solub  baĢa 
çatdıqdan  sonra  bitki  öz  faydalı  xüsusiyyətlərinin  yarısını  itirir.  Gicitkəndən  hazırlanan 


54 
 
preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhət edin. Çünki qanının qatılığı yüksək olan, 
aterosklerozdan  və  hipertoniyadan  əziyyət  çəkən  xəstələrə  gicitkəndən  istifadə  etmək  məsləhət 
görülmür. 
Yazda vitamin çatıĢmazlığına qarĢı, cavan zoğlarından alınan Ģirədən 1 çay qaĢığı götürüb 
yeməyə 20 dəqiqə qalmıĢ gündə 3 dəfə için. 
Vitaminli çayın hazırlanması. Gicitkən yarpağı, itburnu meyvəsi və qırmızı quĢarmudundan 
bərabər miqdarda götürün. Doğrayıb narın hala saldıqdan sonra qarıĢıqdan 2 xörək qaĢığı götürüb 
0,5 litr qaynar suya tökün. Bir saat dəmlədikdən sonra süzüb 0,5 stəkan həcmində gündə 2-3 dəfə 
qəbul edin. 
Qızdırma  (titrətmə)  xəstəliyi  aşağıdakı  kimi  müalicə  olunur.  DoğranmıĢ  gicitkən  kökünə 
sarımsaq  qatıb  suda  qaynadırlar.  AlınmıĢ  cövhər  xəstənin  bədəninə  sürtülür  və  gündə  3  dəfə  bir 
xörək qaĢığı qəbul edilir. 
Gicitkən  toxumalarından  hazırlanmıĢ  cövhər  insan  və  heyvanlarda  əhval-ruhiyyəni  artırır. 
Ondan  hazırlanmıĢ  vanna  isə  məxmərək  xəstəliyinə,  tərləmə  əleyhinə  və  günvurma  nəticəsində 
bədəndə əmələ gələn yanıqların müalicəsinə kömək edir. 
Uşaqlıq və kəskin aybaşı qanaxmalarında. Cavan zoğ və yarpaqlarından alınmıĢ Ģirədən bir 
çay qaĢığı həcmində  stəkanın 1/4 hissəsi qədər suyun üzərinə töküb  yeməyə 15-20 dəqiqə qalmıĢ 
gündə 3 dəfə qəbul edin. Müalicə kursu 7 gündür. 
Zəhərlənmə zamanı bas verən qanaxmalarda. 3 xörək qaĢığı təzə kök və zoğunu 1 stəkan 
suya töküb 1 saat dəmlədikdən sonra  süzün. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ  stəkanın 1/4 
hissəsi qədər qəbul edin. Müalicə müddəti 2-3 gündür. 
Damar  revmatizmində.  Bunun  üçün  təzə  otunu  ağrıyan  nahiyənin  üzərinə  qoyub  solana 
qədər saxlayın. GünaĢırı bu əməliyyatı davam etdirin. 
Saçın  tökülməsinin  və  kəpəyin  əmələ  gəlməsi  qarşısının  alınmasında.  BaĢın  dərisinə 
gicitkən Ģirəsi sürtün. Bu prosesi 3 aya qədər davam etdirin. 
Revmatizm-poliartritdə.  1  xörək  qaĢığı  quru  gicitkəni  1  stəkan  qaynar  suya  töküb  1  saat 
dəmlədikdən sonra, süzüb yeməyə 20 dəqiqə qalmıĢ gündə 3-4 dəfə, bir xörək qaĢığı qəbul edin. 
Qızdırma və mədənin müalicəsində. Gicitkənin kök hissəsini bərabər miqdarda sarımsaqla 
qarıĢdırıb  1/5  nisbətində  suya  töküb,  bir  həftə  dəmləyib,  süzün.  Sonra  aldığınız  cövhəri  ağrıyan 
nahiyəyə  sürtün.  Ağrı  kəsənə  qədər  əməliyyatı  davam  etdirin.  Bundan  baĢqa cövhərdən  bir  xörək 
qaĢığı qəbul edib qızdırmanın qarĢısını ala bilərsiniz. 
Yarpaqlarından cövhərin alınması. 1 xörək qaĢığı quru, doğranmıĢ yarpaqlarından 1 stəkan 
qaynar suya töküb 10 dəqiqə qaynatdıqdan sonra süzün. Aldığınız cövhərdən 1 xörək qaĢığı götürüb 
gündə  3  dəfə  yeməyə  20-30  dəqiqə  qalmıĢ  qəbul  etməklə  vərəm  və  ağ  ciyər  qanaxmalarının 
qarĢısını almaq olar. 
Qarın köpü, dispepsiya (mədə fəaliyyətinin pozulması), mədə qanaxmalarında, bağırsaq, 
mədə spazmalarında, qəbizlikdə, babasil, xolesistit və s. xəstəliklərin müalicəsində. 1 xörək qaĢığı 
quru  doğranmıĢ  yarpağını  1  stəkan  qaynar  suya  tökün,  20  dəqiqə  dəmlədikdən  sonra  süzün. 
Aldığınız cövhərdən gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin. 
Kəskin  babasil  zamanı.  4  q  yaxĢı  yuyulmuĢ  gicitkən  yarpağı  ilə  murdarça  qabığını  1  litr 
qaynar  suya  töküb  od  üzərinə  qoyun.  15-20  dəqiqə  qaynatdıqdan  sonra  soyudub  süzün.  Aldığınız 
cövhərdən 1 stəkan səhər tezdən acqarına, axĢamlar isə yeməkdən qabaq qəbul edin. 
Damar  ağrılarında.  1  xörək  qaĢığı  quru  doğranmıĢ  kök  hissəsini  0,5  stəkan  günəbaxan 
yağının üzərinə töküb 30 dəqiqə qaynadın, sonra süzüb ağrıyan nahiyəyə sürtün.  
Podaqra tutmalarında (oynaq xəstəliklərində). 20 q quru doğranmıĢ yarpağından götürüb 1 
stəkan  qaynar  suya  tökün.  30  dəqiqə  dəmlədikdən  sonra  süzüb,  0,5  stəkan  miqdarında  gündə  3-4 
dəfə qəbul edin. Bu xəstəlik zamanı gicitkən Ģirəsindən də istifadə etmək olar. 
İflic  zamanı.  5  q  quru  doğranmıĢ  yarpağı  1  stəkan  qaynar  suya  töküb  15-20  dəqiqə 
dəmləyin. Aldığınız cövhərdən gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin. 
Qadın xəstəlikləri zamanı. Uşaqlıq tonıısunun normal vəziyyətə gətirilməsində, süd verən 
analarda  südün  miqdarının  artırılmasında.  5  q  quru  doğranmıĢ  xammalı  1  stəkan  qaynar  suya 
töküb 20 dəqiqə saxladıqdan sonra süzün. Gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə