Elmi redaktorlar amea-nın müxbir üzvləri


Ekzema,  dermatit  yaralarının,  kəsiklərin  və  çibanların  müalicəsində



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   24   25   26   27   28   29   30   31   ...   149

55 
 
Ekzema,  dermatit  yaralarının,  kəsiklərin  və  çibanların  müalicəsində.  1  xörək  qaĢığı 
doğranmıĢ yarpağından 1 stəkan qaynar suya töküb 15 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız 
cövhərdən 1 xörək qaĢığı gündə 3 dəfə qəbul edin. Təzə alınmıĢ Ģirəsindən isə yaraların, cərrahiyyə 
əməliyyatından sonrakı tikiĢlərin və kəsiklərin üzərinə sürtüb onları sağaldırlar. 
Qanın  təmizlənməsində.  Gicitkən  yarpaqlarından  dərib  axar  suda  təmiz  yuduqdan  sonra 
tənzif və ya salfet kağızı ilə qurulayıb, ət maĢınından keçirin. Alınan Ģirədən 1 çay qaĢığı həcmində 
götürüb 50 q südə və yaxud isti suya töküb gündə 3 dəfə yeməyə 15 dəqiqə qalmĢ qəbul edin. 
Gicitkən yarpaqlarndan götürüb təmiz yuduqdan sonra, qaynar suda pörtlədib, ət maĢınından 
keçirin, ahnan sıyıgı ikiqat tənzifdən süzün. Alınan Ģirəni 1:3 nisbətində bal ilə qarıĢdırıb 3-5 dəqiqə 
qaynadın. QarıĢıqdan 1 çay qaĢığı gündə 3 dəfə qəbul edin. 
Şəkərli diabetdə, fosfor və karbonatlı birləşmələrindən əmələ gələn daşların tökülməsində, 
eləcə  də  zəhərlənmə  əleyhinə.  7  q  quru  doğranmĢ  yarpaqları  1  stəkan  qaynar  suya  tökün,  15-20 
dəqiqə  dəmləyib  süzün.  Aldığınız  cövhərdən  gündə  3  dəfə  1  xörək  qaĢığı  qəbul  edin.  Bu  üsulla 
anemiya xəstəliyini də müalicə etmək olar. 
Dalaq və piylənməyə qarşı. 1 xörək qaĢığı qurudulmuĢ yarpağı 1 stəkan qaynar suya tökün 
və 10 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 3 dəfə bir xörək qaĢığı daxilə 
qəbul edin. 
Saçı  möhkəmləndirmək  üçün.  2  xörək  qaĢığı  qurudulmuĢ  gicitkən  yarpaqlarını  eyni 
miqdarda  ögey  ana  və  dəvədabanı    bitkisi  ilə  qarıĢdırıb  1  stəkan  qaynar  suya  töküb  dəmlədikdən 
sonra süzün. Bu cür hazırlanmıĢ qatı cövhəri həftədə 1-2 dəfə tüklərin dibinə sürtün. 
Saç tökülməsi zamanı. 100 q doğranmıĢ gicitkən yarpaqlarını 0,5 litr suya töküb üzərinə 0,5 
stəkan sirkə əlavə edin. Məhlıılu 30 dəqiqə qaynadıb süzün.  Aldığınız cövhərlə  yatmazdan qabaq 
saçınızı sabunsuz yuyun. 
Gicitkən  qiymətli  boyaq  bitkisidır.  Hələ  XIX  əsrin  axırları  və  XX  əsrin  əvvəllərində 
gicitkənin  yaĢıl  hissəsindən  yaĢıl  boyaq  «xlorofil»  alınaraq,  yeyinti  və  tibb  sənayesində  geniĢ 
istifadə edilmiĢdir. Biz isə birinci dəfə olaraq gicitkənin yaĢıl yarpaqlarından və kök hissələrindən 
boyaq  ekstraktı  almıĢıq.  Bu  ekstraktla  yunu  yaĢıl,  yaĢıl-qonur,  yaĢıl-qəhvəyi,  yaĢıl-boz,  yaĢıl-
zeytunu, zeytunu-yaĢıl, yaĢıl-sarı, sarımtıl, sarımtıl-narıncı, narıncı və s. rəng və çalarlara boyadıq. 
Ümumiyyətlə 60-a qədər rəng və çalarlar almağa nail olduq. 
Ġlk dəfə olaraq yeni texnologiya üsulları əsasında gicitkən yarpaqlarından yeyinti və spirtli 
içkilər  sənayesində  böyük  ehtiyac  hiss  edilən  müalicəvi  təsirə  malik  qiymətli  yaĢıl  rəngli  boyaq 
maddəsi aldıq. Aldığımız  yeni  yaĢıl rəngli boyaq maddəsi yeyinti məhsullarını boyamaqla yanaĢı, 
onların  tərkibini  vitaminlərlə  zənginləĢdirir.  Bu  boyaq  maddəsi  diĢ  pastalarının,  kosmetika 
məhsullarının, tibb sənayesində dərman preparatlarının tərkiblərinə də daxil edilə bilər. 
Hazırda  kosmetika  sahəsində  gicitkəndən  geniĢ  istifadə  edilir.  Belə  ki,  ondan  hazırlanan 
cövhər,  dəmləmə  və  vannalardan,  krem  və  mazlardan  dərinin  xroniki  yaralarının,  çibanların, 
qoturluq  və  ekzemaların  müalicəsində  istifadə  olunur.  Dəridə  əmələ  gələn  düyün  və  qabarların 
üzərinə yaxılır, yaradan gələn üfunətli iylərin aradan qaldırılmasında dezinfeksiyaedici vasitə kimi 
iĢlədilir.  Bundan  əlavə  toxumaların  bərpa  edilməsində,  elastikliyin  artırılmasında  sıyıgından 
iĢlədilir.  Bir  sıra  xarici  ölkələrdə  yarpağından  alınan  Ģirəsindən  tüklərin  dibinin 
möhkəmləndirilməsində, kəpəyin təmizlənməsində, cövhərindən isə daĢlaĢmaya qarĢı iĢlədilir, hem 
de ziyili müalicə edirlər. 
Gicitkəndən bir çox kosmetik vasitələr hazırlanıb xalqın istifadəsinə verilmiĢdir.  
 
BAĞAMBÜRC – Loranthaceae Juss. fəsiləsi  
Bağambürc (həmiĢəcavan) – Viscum album L. 
 
Bir çox xalqlar bağambürcü «quĢ  yapıĢqanı» adlandırırlar. QuĢlar bu bitkinin mərcan kimi 
parıldayan ağ rəngli Ģar formalı meyvələrini qıĢda rahathulqum» kimi yeyirlər. Meyvəni yedikdən  
sonra  dimdiklərini ağacın  budaqlarına  sürtüb  təmizləyən  zaman  toxumları  budaqlara  yapıĢıb  qalır 
və  Ģərait  yaranan  kimi  cücərib  kollar  əmələ  gətirirlər.  Bəzi  xalqlar  bunu  «cadugər  süpürgə»  də 
adlandırırlar. Qədim xalqlar bağambürcə çox «hörmətlə» yanaĢmıĢlar. Ġnsanlar belə güman edirdilər 


56 
 
ki,  bağambürc  onları  bir  çox  təbii  fəlakətlərdən,  cadugərlərdən,  sehrbazlardan  qoruyurmuĢ. 
Bağambürcün  latınca  –  Viscum  album  L.  adının  mənası  «viscosus»  -  omela,  bağambürc,  «quĢ 
yapıĢqanı» mənasını verir. 
Bağambürcün  meyvəsi  yeməli  deyil.  Bitkinin  yarpaq  və  budaqları  güclü  müalicəvi  təsirə 
malikdir.  Son  vaxtlar  tibb  mütəxəssisləri  bağambürcün  müalicəvi  xüsusiyyətlərini  tədqiq  edərək 
belə  nəticəyə  gəliblər  ki,  bitkidən  hazırlanan  preparatların  köməyi  ilə  qankəsici,  ağrıkəsici, 
soyuqdəymədə,  qıcolmada,  hipertoniya,  podaqra,  epilepsiya  və  müxtəlif 
xəstəliklərin müalicəsində geniĢ istifadə edilə bilər. 
Dünya  florasının  tərkibində  Viscum  L.  cinsinin  60-a  qədər  növünə 
rast  gəlmək  olar.  Qafqazda  o  cümlədən  Azərbaycanda  1  növünə  təsadüf 
edilir.  HəmiĢəcavan  «omeliya»  -  Viscum  album  L.  -  kiçik  Ģarabənzər 
kolcuq  olub  hündürlüyri  50-70  sm-dir,  sıx  çəngəlvari  budaqlara, 
oduncaqvari və qıĢlayan yarpaqlara malik bitkidir. Bitkinin bütün hissələri 
çılpaq  sarımtıl-yaĢıl  rəngdədir.  Yarpaqları  qalın  uzunsov  və  yaxud  uzumsov  ovalvaridir. 
Giləmeyvələri sarımtıl-ağ və yaxud sarımtıl olub 9-10 mm diametrindədir. 
Azərbaycanda bağambürc  Dəvəçi düzənliklərində, Qobustanda, Böyük Qafqazın Ģərq, qərb 
ərazilərində,  Kiçik  Qafqazın  isə  mərkəz  və  cənub  rayonlarında  Lənkəranın  dağlıq  və  düzən 
sahələrində, meĢəliklərində yayılmıĢdır. 
Əsasən yarpaqlı və meyvə ağaclarının budaqlannın üzərində parazitlik edir. 
Bağambürc çox qədim zamanlardan müqəddəs bitki sayılmıĢdır. Qərbi Avropa xalqlarından 
olan keltlər bu bitkiyə uzun müddət sitayiĢ etmiĢdir. Onların kahinləri, elm xadimləri həmiĢəcavana 
«hörmətlə»  yanaĢmıĢlar.  Bitki  bu  din  xadimlərinə  uzun  müddət  sirr  olaraq  qalmıĢ,  «sirləri»  lakin 
zaman  keçdikcə  açılmağa  baĢlamıĢdır.  Onlar  elmi  əsaslarla,  kimyəvi  analizlərlə  bitkinin  tərkibini 
öyrənmiĢ  və  bitkinin  bir  sıra  çətin  sağalan  xəstəliklərin  Ģəfavericisi  olduğunu  böyük  zəhmət 
bahasına  olsa  da  müəyyən  etmiĢlər.  Dindarlar  həmiĢəcavanın  budaqlarından  dini  mərasimlərdə 
kəsib qapıya, həyətin divarlarına taxmaqla özlərini bədnəzərdən qoruyarmıĢlar. KeĢiĢlər bu bitkini 
özlərindən baĢqa heç kimin istifadə etməsinə icazə verməzmiĢlər. 
Dini  mərasimlərdə  ingilislər  həmiĢəcavanın  budaqlarından,  eləcə  də  yarpaqlarından  öpər, 
ondan  özlərinə  xöĢbəxtlik  diləyərmiĢlər.  Cənubi  Fransada  təzə  ilin  birinci  günlərində  uĢaqlar 
əllərində  onun  çubuqlarını  tutub  ev-ev  gəzərək  dost-tanıĢlarını  təbrik  edirlər. 
Bağambürc onların inancına görə  yerlə göy arasında əlaqə yaratdığı üçün bu bitki 
Avropa  xalqlarına  sanki  Allah  tərəfindən  hədiyyə  göndərilmiĢdir.  Avropa  xalqları 
bitkini  müxtəlif  adlarla  çağırırlar.  Məsələn,  «cadugər  süpürgə»,  «yuva  cadugəri», 
«ot cadugəri»,  «xoĢbəxtlik budağı»,  «ilahi ağacı»,  «qıĢ  göyərtisi»,  «mənasız kol», 
«keçi  otu»  və  s.  Rusiya  xalqları  bitkini  «quĢ  yapıĢqanı»,  «palıd  giləmeyvəsi», 
«kəkilli  yuva»,  «qasırğa  yaradan»  bitki  və  s.  adlarla  çağırırlar.  Bitkinin  latınca 
adının  mənası  -  «xoĢbəxtlik  gətirən»,  «kömək  edən»,  «gözlərini  zilləyib  tamaĢa 
edən» mənasını bildirir. 
Qədim  romalılar  viscum  sozünün  mənasını  meyvələrindən  yapıĢqan  almaq  mənasında 
iĢlədirlər.  «Album»-un  latınca  mənası  isə  bitkinin  çicəklərinin  «ağ  rəngdə»  olduğunu  bildirir. 
Bağambürc  Skandinaviya  və  Ġngiltərədən  baĢqa,  Cənubi  və  Orta  Avropa  ölkələrindən  baĢlamıĢ 
Qərbi  Ġran  və  ġimali  Asiyaya  qədər  gəlib  çıxmıĢdır.  Ġsveçrənin  dağlıq  zonalarının  1200  metr 
yüksəkliklərində  bitkiyə  təsadüf  etmək  olar.  Bağambürc,  əsasən  ağacların  yumĢaq  oduncağında 
özlərinə  məskən  salıb  yaĢayıĢlarını  davam  etdirirlər.  Bunlar  ən  çox  yarpaqlı  bitkilərdən  -  alma, 
armud, albalı, çökə, qayınağacı, qovaq, tozağacı, iynəyarpaqlı bitkilərdən - Ģam, xüsusən də ən çox 
ağ Ģamın budaqlarında daha geniĢ yayılmıĢdır. 
Bundan baĢqa bitkiyə palıd, küknar, göyrüĢ, fıstıq və s. ağaclarda da təsadüf edilir.  Fındıq 
ağacında  isə  nadir  hallarda  rast  gəlmək  olar.  Bağambürc  ən  çox  su  yaxınlığında  bitən  ağacların 
budaqlarında  yaĢamağı  sevir.  Mart-aprcl  aylarında  ağacların  budaqlarının  üzərində  bitkinin  xırda 
(kiçik) ağımtıl-sarı çiçəkləri görünür. Noyabr-dekabr aylarında bitkinin ağ parlaq meyvələri əmələ 
gəlməyə baĢlayır. Bu  giləmeyvə çox vaxt tək, nadir hallarda isə 2 ədəd olur. Giləmeyvə xaricdən 
yumĢaq  «seliklə»,  «yapıĢqanla»  əhatə  olunur.  Baqambürc  «müdrik  yaĢa»  -  70  ilə  qədər  yaĢayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə