Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   30   31   32   33   34   35   36   37   ...   149

67 
 
qədər gündə 3-4 dəfə, yeməkarası qəbul edin. 
Ödqovucu  vasitə  kimi.  DoğranmıĢ  kök  hissəsini  1  stəkan  suya  töküb  1  saat  dəmləyin. 
Ekstraktı  süzün,  sonra  stəkanın  dibində  qalan  çöküntünün  üzərinə  soyuq  su  əlavə  edib  yenidən  1 
saat dəmləyin. Bu cür əməliyyatdan sonra isladılmıĢ kökün üzərinə su töküb 3-4 saat saxladıqdan 
sonra süzüb stəkanın 1/4 hissəsi qədər gündə 2-3 dəfə yeməkdən sonra qəbul edin. 
Yanıqlar, ürəkbulanma və qaz əmələgəlmə zamanı. 1 çay qaĢığı doğranmıĢ kökün üzərinə 
1 stəkan qaynadılmıĢ su töküb, qaynama dərəcəsinə gətirin. 1 saat dəmləyib gündə 1 xörək qaĢığı 4-
5 dəfə yeməkdən sonra qəbul edin. 
Revmatizm, 
podaqra, 
maddələr 
mübadiləsinin 
pozuntuları,  diatezdə,  göbələk 
qaşınmalarının,  eləcə  də  çibanların  müalicəsində.  2  xörək  qaĢığı  doğranmıĢ  kök  hissəsindən 
götürüb  qaynar  suda  1  saat  dəmlədikdən  sonra  süzün.  Aldığınız  ekstraktdan  gündə  3-4  dəfə  1-2 
xörək qaĢığı yeməkdən sonra qəbul edin. 
Angina zamanı. 2 çay qaĢığı doğranmıĢ otundan götürüb  0,5 litr qaynar suya töküb  yarım 
saat dəmləyin. Sonra aldığınız ekstraktla 3-4 dəfə boğazınızı qar-qara edin. Həmin cövhərlə kəskin 
zökəm xəstəlikləri zamanı burnunuzu yuyun. 
Çiban və yaraların müalicəsində. 1 çay  qaĢığı doğranmıĢ sabunotu ilə çobanyastığını bir-
biri  ilə  qarıĢdırıb  1  stəkan  qaynar  suya  töküb  dəmləyin.  Aldığınız  ekstraktla  xəstə  nahiyənizi 
yumaqla, gündə 2-3 dəfə kompres edin. 
Tükün  inkiĢafı  üçün  qatı  məhlulu  ən  səmərəli  vasitə  hesab  edilir.  BaĢı  yuduqdan  1-2  saat 
sonra  pambığı  ekstraktına  batırıb  saçın  dibinə  sürtür,  yaxud  da  yumazdan  qabaq  həmin  məhlulla 
baĢın tükünü isladırlar. Bu üsulla tükün tökülməsinin qarĢısı alınır və onun dibi bərkiyir. 
Sabunotu toxum və vegetativ orqanları ilə artırılıb çoxaldılır. 
Diqqət!  Sabunotu  –  zəif  zəhərləyici  olduğundan  daxilə  qəbul  edən  zaman  götürdüyünüz 
xammalın miqdarına fikir verin. 
 
SUZANIBAĞI – Nelumbonaceae Dumort. fəsiləsi 
ġanagüllə – Nelumbo nucifera Gaertn. 
 
Dünya  florasının  tərkibində  4-5  növünə  təsadüf  edilir.  Bu  növlərə  əsasən  Avropa  ilə 
Asiyanın kəsiĢdiyi yerlərdə və ġimali Amerika ərazilərində rast gəlmək olar. Azərbaycanda 1 növü 
yavılmıĢdır. 
ġanagüllə - Nelumbo nucifera Gaertn. uzunluğu 1 metrə çatan, güclü kök sisteminə malik çoxillik 
su bitkisidir. Yarpaqları su üzərində səpilən, qalxanabənzər, iri dairəvi formada olub 20-40(50) sm 
diametrdə,  uzun,  Ģırımlı,  içiboĢ  tikanlarla  əhatə  olunan  saplaq  və  göyümtül,  çıxıntılı  torĢəkilli 
damarlardan ibarətdir. Çiçəkləri çox ətirli, çəhrayı və yaxud göyümtül-çəhrayı rəngli, yumurtavari-
uzunsovdur. Erkəkcikləri çoxsaylıdır. Fındıqçası 10-22 ədəd, bəzən isə 14-17 ədəd toxumu olan,  
 
dairəvi tünd-yaĢıl rəngə malik olub, 1,0-1,5 sm uzunluğundadır. 
ġanagüllə  Azərbaycanda  ən  çox  Kür-Araz  düzənliyində, 
ġirvan,  Mil  düzü  sahələrində,  Zərdab  rayonu  ərazisində  rast 
gəlinən sututarlarda, durğun və  yaxud sakit axan sularda bitərək 
nadir  hallarda  cəngəlliklər  əmələ  gətirir.  Azərbaycanın  ən  gözəl 
görünüĢə  malik  olan  su  bitkisi  hesab  edilir.  Fındıq  meyvəsi 
qızardılmıĢ halda yeməli olub, meĢə qozunun dadını xatırladır. 
Bitkinin  tərkibindən  pronusiferin,  anonin,  5-metoksi-6-
oksiaporfin,  remerin,  nusiferin,  nornusiferin  alkoloidləri,  yarpaq 
və gövdəsindən kversetin, izokversetin nelumbozid flavonoidləri, 
leykosianidin,  leykodelfinidin  antosianları,  yarpaq  və  saplağından  remerin,  nusiferin,  nornusiferin 
alkaloidləri,  çiçəyindən  lüteolin,  kversetin,  qlükolüteolin,  izokversetirin,  robinin  flavonoidləri, 
toxumundan sitosterin steroidləri və s. maddələr aĢkar edilmiĢdir. Yaponiyada bitkini baĢqa dərman 
bitkilərilə  qarıĢdırıb  uĢaqlıq  yollarında  əmələ  gələn  xərçəng  xəstəliyini  müalicə  edirlər.  Çin 
təbabətində kökümsovundan hazırlanan dəmləməsindən tonusartırıcı, qankəsici, sidikqovucu vasitə 
kimi  istifadə  edilir.  Rusiyanın  uzaq  Ģərqində  isə  bundan  hazırlanan  preparatların  köməyi  ilə 


68 
 
pnevmoniya, bronxial astma, antiseptik vasitə kimi ilan və həĢərat sancmalarına qarĢı istifadə edilir. 
Çin  təbabətində  sulu  çıxarıĢından  zəhərlənmələr  və  qanaxmalar  zamanı  yaranan  vitamin 
çatıĢmazlıqlarında  istifadə  edilir.  Hindistan  və  Misir  təbabətində  müxtəlif  dərəcəli  xərçəng 
xəstəliklərinin  müalicəsində  saplaq  və  yarpaqlarından  alınan  preparatlar  iĢlədilir.  Kökümsov  və 
fındıq meyvəsindən qızardılmıĢ və biĢirilmiĢ halda qida kimi istifadə edilir. Unundan çörək biĢirilir. 
Biz  isə  ilk  dəfə  olaraq  Ģanagüllə  bitkisinin  kök  və  kökümsovlarından  boyaq  ekstraktı 
hazırlayıb  yun  ipdə  qonur,  sarımtıl,  açıq qəhvəyi,  zeytunu,  firuzəyi,  bozumtul-qara,  Ģabalıdı  və  s. 
rəng və çalarlar almağa nail olduq. 
ġanagüllə bitkisinin faydalı xüsusiyyətlərini nəzərə alıb onun mədəni hala keçirilərək əkilib-
becərilməsi qayğısına qalmağın vaxtıdır. 
 
QAYMAQCĠÇƏKLĠLƏR – Ranunculaceae Juss. fəsiləsi  
Kalta – Caltha polypetala Hochst. 
 
Dünya florasının tərkibində Qaymaqçiçəklilər – Ranunculaceae fəsiləsinin 40-dan artıq cinsi 
və  1500-dən  növü  yayılmıĢdır.  Yer  kürəsi  florasından  tərkibində  kalta  cinsinin  90-a  qədər 
növüyayılmıĢdır.  Bu  növlərə  ən  çox  Yer  kürəsinin  mülayim  iqlim  zonalarında  rast  gəlmək  olar. 
Kaltanıno cümlədən Azərbaycanda 2 növünə rast gəlmək olar. Bu növlərdən bataqlıq kaltası  
Caltha palustris L. və çoxləçəkli kalta – C. polypetala Hochst.-u göstərmək olar.
 
Bu  növlərin  içərisində  müalicəvi  əhəmiyyətinə,  qida  xüsusiyyətlərinə  və  boyaq  ekstraktı 
alınmasına görə çoxləçəkli kalta daha çox faydalıdır. 
Çoxləçəkli  kalta  –  Caltha  polypetala  Hochst.  Bu  gövdəsinin  hündürlüyü  35-50  sm  olan 
budaqlanan, silindrvari iyĢəkili kök sisteminə malik çoxillik ot bitkisidir. 
Çoxləçəkli kaltaya Azərbaycan ərazisində Böyük Qafqazda Quba rayonunun Ģərqində, Kiçik 
Qafqazın  Ģərq  və  Ģimal  zonalarında,  Naxçıvan 
MR-nın  dağlıq  ərazilərində  rast  gəlmək  olar. 
Bundan  baĢqa  bitkiyə  subalp  çəmənliklərindən 
tutmuĢ  alp  çəmənliklərinə  qədər  zonalarda  nəmli 
yerlərdə,  göl  və  çay  kənarlarında,  bataqlıqlarda 
təsadüf etmək olar. 
Quru otunun tərkibində anemonin, saponin 
flavonoid  birləĢmələri,  fitonsid  və  s.  aĢkar 
edilmiĢdir.  
Müalicə  məqsədləri  üçün  bitkinin  yuxarı 
hissəsini  toplayıb  təzə  və  qurudulmuĢ  halda 
istifadə  edirlər.  Kaltadan  alınan  preparatlardan  vitamin  çatıĢmazlıqlarında,  soyudəymə  əleyhinə, 
yarasağaldıcı, bəlğəmgətirici, ağrıkəsici, qıcolma, ĢiĢ əleyhinə və s. istifadə edilir. 
Xalq  təbabətində  bitkinin  sulu  məhlulundan  yuxusuzluqda,  baĢ  ağrılarında,  maddələr 
mübadiləsi pozuntularında, soyuqdəymə, titrətmə, xərçəng ĢiĢləri əleyhinə iĢlədilir. 
Soyuqdəymə,  diatez,  qanazlığı,  avitaminoz  xəstəlikləri  və  qızdırma  zamanı.  1  çay  qaĢığı 
doğranmıĢ  təzə  otundan  götürüb  1  stəkan  qaynar  suya  tökün,  zəif  od  üzərinə  qoyub  5  dəqiqə 
qaynadın,  1  saat  dəmlədikdən  sonra  süzüb  gündə  3  dəfə,  yeməyə  15-20  dəqiqə  qalmıĢ  2  xörək 
qaĢığı daxilə qəbul edin. 
Uşaqlıq  nahiyəsində  baş  verən  xərçəng  xəstəliyinin  müalicəsində  (əlavə  kömək  kimi). 
DoğranmıĢ otiundan 2 çay qaĢığı 1 stəkan suya töküb zəif od üzərində 10-15 dəqiqə qızdırıb, 2 saat 
dəmlədikdən  sonra  süzün.  Süzdükdən  sonra  stəkandakı  suyu  əvvəlki  vəziyyətə  gətirib  gündə  3 
dəfə,ġ  yeməyə  30  dəqiqə  qalmıĢ  3  xörək  qaĢğı  daxilə  qəbul  edin.  Aldığınız  cövhəri  su  ilə  1:4 
nisbətində qarıĢdırıb xəstə nahiyəni yuyun. 
Soyuqdəymə  zamanı.  1  stəkan  doğranmıĢ  ot  hissəsini  2  litr  qaynar  suya  töküb  zəif  od 
üzərində 10-15 dəqiqə saxladıqdan sonra yarım saat dəmləyin. Aldığınız ekstraktın günaĢırı həftədə 
3-5 gün vannasını qəbul edin. Vanna qəbulundan sonra ayağınızı qurulayıb corab gcyinin. 
Yaralarn,  kəsikləri,  yanıq  və  dəri  soyuqdəymələrində  həmçinin,  ekzema,  neyroderm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə