Elmi redaktorlar amea-nın müxbir üzvləri


zamanı. Təzə yarpaqlarından götürüb qaynar suda biĢirib, sterilizə edilmiĢ bintlə ağrıyan nahiyənin  üzərinə qoyub bağlayın.  Diqq



Yüklə 5,01 Kb.

səhifə35/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   149

69 
 
zamanı. Təzə yarpaqlarından götürüb qaynar suda biĢirib, sterilizə edilmiĢ bintlə ağrıyan nahiyənin 
üzərinə qoyub bağlayın. 
Diqqət! Kaltanın təzə yarpaq və çiçəkləri az zəhərli olduğundan bitki xammalından istifadə 
edən  zaman  götürülən  miqdara  riayət  edin.  Bitkini  qurudan  və  yaxud  qaynadan  zaman  zəhərli 
maddə parçalanıb yox olur. QurudulmuĢ hissəsindən xörəklərin tərkibinə əlavə edilir.  
 
Üzgəcotu – Trollius officinalis L. 
 
Bu, rütubət və nəmlik sevən çoxillik ot bitkisidir. «Trollius» qədim alman sözü olub, «Ģar» 
mənasını daĢıyır ki, bu da çiçəklərinin Ģar formasında olması ilə əlaqədardır. Bitkinin yarpaqları iri, 
növbəli,  barmaqĢəkilli  bölünmüĢ,  3-8  sm  uzunluğundadır.  Çiçəkləri  Ģar  formasında  sarı  və  yaxud 
narıncı rəngdə olub 5 və 20-yə qədər ləçəkdən təĢkil olunmuĢdur. 
Üzgəcotu cinsinin soyuq və mülayim iqlim zonalarında 20-yə yaxın növü 
yayılmıĢdır. Bunlardan 2 növünə MDB məkanında rast gəlmək olar. Üzgəcotunun 
bağ və xiyabanların bəzədilməsində geniĢ istifadə olunan bir neçə qiymətli sort və 
formaları əldə olunmuĢdur. 
Asiya üzgəcotu T. asiaticus L. Hündürlüyü 60-85 sm olan, qiymətli bəzək 
bitkisi sayılan çoxillik otdur. Yarpaqları, əsasən kök ətrafında yerləĢən dərin lələk 
Ģəkilli  bölünəndir.  Çiçəkləri  iri,  diametri  8  sm  olub,  tək  halda  çiçək  saplağı 
üzərində yerləĢən parlaq-narıncı rəngdədir. Çiçəklənməsi may ayından baĢlayaraq 
iyunun axırlarına qədər davam edir. 
Bitkinin  yarpaq,  çiçək,  kök  və  toxumlamanın  tərkibindən  alkoloid,  C  vitamini,  kumarin, 
ləçəklərindən  1%-ə  qədər  flavonoid  təbiətli  boyaq  maddəsi,  toxumlarından  27,9-28,7%-ə  qədər 
piyli  yağ  və  s.  aĢkar  edilmiĢdir.  Tibet  təbabətində  yarpaq  və  çiçəklərindən  hazırlanan  dəmləmə, 
cövhər və məlhəmlərindən göz zəifləməsində, monqol təbabətində isə mədə-bağırsaq xəstəliklərinin 
müalicəsində istifadə edilir. 
Avropa  üzgəcoru  –  T.  europaeus  L.  Bu  hündürlüyü  75-85  sm  olan,  düzqalxan  gövdəyə 
malik, çoxillik ot bitkisidir. Yarpaqları çanaqĢəkilli, 3-5 sayda bölünəndir. Çiçəkləri Ģar formasında 
olub,  sarı  rəngdədir.  Çiçəklənməsi  iyun-iyul  ayına  qədər  davam  edir.  Vətəni  Avropa  hesab  edilir. 
Yabanı halda keçmiĢ SSRĠ-nin Avropa hissəsində yayılmıĢdır. 
Bitkinin  kök  və  kökümsovunda  maqnoflorin,  xolin  alkaloidləri,  yarpaq  və  çiçəklərində 
viteksin,  oriektin,  n-kumarin,  ferilov,  sinapov  kumarinləri,  bundan  baĢqa  çiçəklərinin  tərkibində 
karotin, ksantofıl, epoksid, trolliksantin, trolliflor karotinoidləri, toxumlarında isə 18,4-32,9% piyli 
yağ  və  s.  aĢkar  edilmiĢdir.  Avropa  üzgəcotunun  kök,  yarpaq  və  çiçəklərindən  alınan  preparatlar 
mədə, qara ciyər, öd kisəsi, sinqa və s. xəstəliklərin müalicəsində istifadə olunur. 
Lidebur  üzgəcotu  –  T.  ledebourii  Reichenb.  Çiçəklərindən  təbii  rəng  alınır.  Yabanı  halda 
ġərqi Sibirdə, Uzaq ġərqdə, Yaponiya və Çin ərazilərində yayılmıĢdır. Hündürlüyü 70-90 sm olub, 
yaraĢıqlı və davamlığına görə Asiya üzgəcotundan heç də geri qalmır. Çiçəklərinin diametri 7-8 sm 
olub,  qızılı-narıncı  və  yaxud  sarı  rəngdədir.  Kökətrafı  yarpaqları  enli,  yarıdan  çox  hissəsi  kəsik 
olub, parlaq, tünd yaĢıl rəngdədir. Ġyun-iyul aylarında çiçək açır. AĢağıdakı bağ sortları məlumdur. 
1)
 
 HaĢa  sortu.  Bu,  90  sm  hündürlüyündə  olub,  tünd-narıncı  rəngdən  tutmuĢ,  acıq-narıncı 
çiçəklərə malikdir. Çiçəklərinin diametri 7 sm-dir.  
2)
 
 Kinq sortu, hündürlüyü 50 sm, tünd narıncı və sarı-narıncı çalarlara malik olub, diametri 
5  sm-dir.  Kollarını  əsasən  hissələrə  bölməklə,  həmçinin,  yaĢıl  qələm,  nadir  hallarda  isə 
toxumları  vasitəsilə  çoxaldılır.  Kol  hissələrini  erkən  yazda  (aprelin  axırları  və  mayın 
əvvəllərində),  həmçinin  avqustun  ortalarından  sentyabrın  ortalarına  qədər  əkməyi 
məsləhət görürlər. 
Əkin zamanı kök boğazcığını 2 sm dərinliyində basdırırlar. Ġkinci ili çiçək açmağa baĢlayır. 
Bir dəfə əkilmiĢ sahə 5 ilə qədər inkiĢaf edib, çiçəkvermə qabiliyyətinə malik olur. Bəzən isə bir 
yerdə  hətta  7-10  ilə  qədər  inkĢaf  edərək  çiçək  məhsulu  verir.  Bu  Ģərtlə  ki,  sahəyə  hər  il  yaxĢı 
aqrotexniki qulluq göstərilsin. Qələmlərinin yeraltı tumurcuqları əmələ gələn zaman - erkən yayda 
əkməyə baĢlayırlar. 


70 
 
Bitkinin, yerüstü hissəsindən alkaloid və flavonoid maddələri aĢkar edilmiĢdir. 
Yerüstü hissələrindən hazırlanan preparatlar Tibet təbabətində göz zəifliyində, epilepsiyada, 
qankəsici  vasitə  kimi  istifadə  edilir.  Çiçəklərindən  qiymətli  flavonoid  və  karotinoid  maddələri  ilə 
zəngin boyaq maddəsi alınır. 
Müalicə məqsədləri üçün bitkinin əsasən kök hissəsindən istifadə edirlər. 
Xroniki qəbizlik zamanı doğranmıĢ kökündən 3 xörək qaĢığı 1 stəkan arağın üzərinə töküb, 
bir həftə qaranlıq yerdə saxlayın. Sonra süzüb 1 çay qaĢığı həcmində gündə 2-3 dəfə yeməyə 15-20 
dəqiqə qalmıĢ qəbul edin. 
Maddələr  mübadiləsinin  pozulmasında,  sidik  turĢusıınun  artmasında,  böyrək  və  sidik 
kisəsində olan daĢlarının kənar edilməsində, dəri xəstəliklərində 1 xörək qaĢığı doğranmıĢ kökü 1 
stəkan  suyun  üzərinə  töküb  qaynama  dərəcəsinə  çatdırandan  sonra  üzərini  örtüb,  yarım  saat 
dəmləyib süzün. Sonra gündə 3-4 dəfə 1 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ daxilə qəbul edin. 
Böyrəyin  iltihabı  (nefrit)  zamanı isə  bitkinin  kökünü  tozağacı  yarpağı  ilə  qarıĢdırın.  Sonra 
qarıĢıqdan 1 xörək qaĢığı 1 stəkan qaynar suya töküb 3-4 saat dəmləyin. Daha sonra süzüb stəkanın 
1/3 hissəsi qədər gündə 2-3 dəfə yeməyə az qalmıĢ qəbul edin. 
 
Üzümyarpaq ağəsmə - Clematis vitalba L. 
 
Ağəsmə  cinsinin  dünya  florasının  tərkibində  170-dən  artıq  növü  yayılmıĢdır.  Cinsin 
Qafqazda 6, o cümlədən Azərbaycanda 2 növünə rast gəlmək olar. 
Müalicə məqsədləri üçün ən çox üzümyarpaq ağəsmədən istifadə edilir. 
Üzümyarpaq ağəsmə - Clematis vitalba L. Bu gövdəsinin 
uzunluğu 30 m, dırmaĢan, uzun    gövdəli qalın kol bitkisi olub, 
budaqlarının  ucu  tüklərlə  örtülüdür.  Yapaqları  uzunsaplaqlı, 
lələkvari iki ədəd qoĢa yarpaqdan ibarətdir. Çoxsaylı mürəkkəb 
qalxanvari 
qoltuqda 
yerləĢən 
hamaĢçiçəyə 
malikdir. 
Çiçəkyanlığı  yarpaqlarının  uzunluğu  1  sm  olub  ağ  və  yaxud 
sarımtıl uzunsov sıx keçəvari tüklərlə örtülmüĢdür. 
Ağəsmə  Azərbaycanın  Azərbaycanın-Dəvəçi  düzənlik-
lərində  və  Quba  rayonunun  Ģərq,  qərb  zonalarında,  Alazan-
Əyriçay  vadisində  yayılmıĢdır.  Bundan  baĢqa  bitkiyə  düzənlik 
sahələrdən  baĢlamıĢ  orta  dağ  qurĢaqlarının  cənub  yamaclara 
qədər ərazilərdə təsadüf edilir. 
Müalicə  məqsədləri  üçün  bitkinin  yarpaq,  çiçək  və 
kökündən istifadə edilir. 
Ağəsmədən  hazırlanan  preparatlarla  bakterisid,  antiseptik,  soyuqdəymə,  yarasağaldan, 
sidikqovucu,  tərgətirici  vasitə  kimi  arteriyal  təzyiqi  aĢağı  salan,  daxili  beyin  təzyiqlərinin  nizama 
salınmasında istifadə edilir. 
Beyindaxili və arterial təzyiqlərin, başağrılarının və suçiçəyinin müalicəsində. 1 çay qaĢığı 
doğranmıĢ  yarpaq  və  çiçəyindən  götürüb  1,5  stəkan  qaynar  suya  töküb,  çox  da  isti  olmayan  su 
hamamında 1 saat qzdırdıqdan sonra süzün. Yeməyə 15-20 dəqiqə qalmıĢ daxilə qəbul edin. 
Sistit,  mədə  və  onikibarmaq  bağırsaq  yaralarında.  1  xörək  qaĢığı  doğranmıĢ  yarpaq  və 
çiçəklərindən götürüb 0,5 litr qaynar suya töküb termosda 1-2 saat dəmləyin. Sonra süzüb stəkanın 
1/4 hissəsi qədər gündə 2-3 dəfə yeməyə yarım saat qalmıĢ daxilə qəbul edin. 
Prostat  vəzinin  müalicəsində  əlavə  vasitə  kimi.  1  xörək  qaĢığı  doğranmıĢ  yarpağından 
götürüb 0,5 stəkan arağın üzərinə töküb isti qaranlıq yerdə tez-tez qarıĢdırmaqla 2 həftə dəmləyin. 
Sonra  süzüb  gündə  2  dəfə  səhər  və  axĢam  10  damcı  götürüb  3  xörək  qaĢığı  suda  həll  cdib  qəbul 
edin. 
Dəri-zöhrəvi  və  siflis  xəstəliklərində.  Əlavə  vasitə  kimi  l  çay  qaĢığı  doğranmıĢ  yarpaq 
hissəsindən  götürüb  1  stəkan  qaynar  suya  tökün  və  1  saat  dəmləyib  süzün.  Sonra  gündə  3  dəfə, 
stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. 
Çiban  və  irinli  yaraların  müalicəsində. 1  xörək  qaĢığı  doğranmıĢ  yarpaqlarından  götürüb 




Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   149


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə