Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   32   33   34   35   36   37   38   39   ...   149

71 
 
0,5 litr suya töküb 2 saat dəmləyin, sonra süzüb zədələnmiĢ nahiyələri yuyun. 
Konyuktivitdə.  0,5  litr  qaynar  suya    2  çay  qasığı  doğranmıĢ  yarpaqlarından töküb,  vam  od 
üzərinə  qoyub  3-5  dəqiqə  qaynatdıqdan  sonra,  1  saat  dəmləyin.  Sonra  aldığınız  cövhərdən  göz 
qapaqlarını yuyun. 
Dəri  qaşınmalarında.  1  çay  qaĢıgı  doğranmıĢ  otu  1  stəkan  qaynar  suya  töküb,  qaynama 
dərəcəsinə gətirin. Sonra 1 saat dəmləyib, gündə 2-3 dəfə, xəstə dəri nahiyəsini yuyun. 
 
Həqiqi fikariya – Ficaria ficarioides (Bory et Chaub.) Halacsy 
 
Bitkinin  dünya  florasının  tərkibində  5-6  növü  yayılmıĢdır.  Cinsin  növlərinin  əksəriyyəti 
Aralıq  dənizi  ölkələrinin  ərazisində  təsadüf  edilir.  Qafqazda  fikariya  cinsinin  4,  o  cümlədən 
Azərbaycanda 3 növünə təsadüf etmək olar. 
Bunlardan müalicə məqsədləri ücün ən maraqlısı həqiqi fıkariya – 
F.  ficarioides  hesab    edilir.  Həqiqi  fikariya  çoxillik  ot  bitkisi  olub,  4-10 
sm hündürlüyündə, iri dəstə formalı uzunsov iri kökyumrusuna malikdir. 
Gövdəsi qısa, yarpaqları düz formalıdır. Kökətrafı yarpaqları yumurtavarı 
və  yaxud  yumurtavarı-dairəvidir.  Ləçəklərinin  sayı  7-9  ədəd  olub  sarı 
rəngdədir. 
Həqiqi  fıkariya  Azərbaycanda  Böyük  Qafqazın  Quba  ərazisinin 
qərb  zonalarında,  Kiçik  Qafqazın  mərkəz  hissəsində,  Naxçıvan  MR-in 
dağlıq  zonalarında  yayılmıĢdır.  Bundan  baĢqa  bitkiyə  alp  zonasının  qar 
əriyən yamaclarında, daĢlar arasında təsadüf etmək olar. 
Kimyəvi tərkibi öyrənilməmiĢdir. 
Müalicə  məqsədləri  ücün  bitkinin  kök  hissəsini  çiçək  açıb 
qurtardıqdan  sonra.  yarpaqlarını  isə  çiçək  açan  zaman  toplamaq  məsləhətdir.  Fikariyanın  çiçəyi 
solduqdan  sonra  bitkidən  dərman  məqsədləri  üçün  istifadə  etmək  məsləhət  görülmür.  Çünki  bu 
dövrdə bitkidə insan orqanizminə zəhərli təsir göstərən maddələrin sintezi baĢlayır. 
Fikariyadan  hazırlanan  preparatlar  soyuqdəymə,  ağrıkəsici,  yarasağaldıcı,  qankəsici,  qan 
təmizləyici  vasitə  kimi  istifadə  olunmaqla  yanaĢı  orqanizmi  mikroelemctlərlə  və  C  vitamini  ilə 
təmin edir. 
Avitaminoz və hipovitaminoz zamanı qantəmizləyici vasitə kimi istifadə edilir. Bunun üçün 
hər gün çiçək açan dövrdə 1 xörək qaĢığı dogranmıĢ fikariya yarpağı yeyin. 
Maddələr  mübadiləsinin  pozuntularında,  angina,  dəri  səpkilərində.  1  xörək  qaĢığı 
doğranmıĢ  kök  və  yarpaqlarından  götürüb  0,5  litr  çürümüĢ  qaynar  südün  üzərinə  töküb 
qaynatmamaq  Ģərti  ilə  2  saat  zəif  od  üzərində  qızdırın  və  soyudub  süzün.  Sonra  0,5  litr  həcminə 
götürüb gündə 3 dəfə 2 xörək qaĢığı yemək qabağı qəbul edin. 
Diatez və xənəzir xəstəliyi zamanı. 1 xörək qaĢığı doğranmıĢ yarpağından götürüb 2 stəkan 
qaynar suya tökün və 2 saat su hamamında saxladıqdan sonra yarm saat dəmləyib süzün. Aldığınız 
dəmləmədən gündə 3 dəfə bir xörək qaĢığı yeməyə yarım saat qalmıĢ qəbul edin. 
Qəbizlik zamanı. 1 çay qaĢığı doğranmıĢ yarpağından götürüb 1 stəkan qaynar suya töküb, 
su hamamnda 1 saat dəmləyib  soyudun.  Sonra alınmıĢ dəmləmədən gündə 3 dəfə, 2 xörək qaĢığı 
yeməkqabağı qəbul edin. 
Gec  və çətin    sağalan  yaraların  və  kəsiklərin müalicəsində.  1  xörək  qaĢığı  xırda  hissələr 
Ģəklinə salınmıĢ kök və  yarpağından götürüb 1 stəkan qaynar suya tökün,  vam od üzərində 20-30 
dəqiqə  saxlayıb,  1  saat  dəmləyib  süzün.  Aldığınız  ekstraktla  xəstə  olan  nahiyələri  yuyun  və 
kompres edin. 
Babasil və anal dəliyi çatlamalarında. 2 xörək qaĢığı doğranmıĢ yarpaqlarından götürüb, 1 
çay  qaĢığı  qızdırılmıĢ  kərə  yağı  ilə  qarıĢdırın.  AlınmıĢ  qarıĢıqdan  götürüb  xəstə  nahiyə  üzərinə 
sürtüb 1 saat bağlı saxlayın. 
Diqqət!  Hamiləlik,  eləcə  də  uĢaq  əmizdirən  zaman  fıkariya  preparatlarından  istifadə 
edilməsi məsləhət görülmür.  
 


72 
 
Sürünən qaymaqçiçək – Ranunculus repens L. 
 
Ranunculus L. cinsinin Yer kürəsində 400-ə qədər növü yayılmıĢdır.  
Ġyul  ayında  çay  kənarlarında,  çaybasar  çəmənliklərdə,  nəmli  sahələrdə  sürünən 
qaymaqçiçəyin  yayıldığı  sahələrə  rast  gəlmək  olar.  Bu  sarı  rəngli  çiçəkləri  olan,  sərilən  gövdəyə 
malik  ot  bitkisidir.  Qaymaqçiçək  zəhərli  bitki  olduğu  üçün  xalq  təbabətində  ondan  orqanizmin 
xaricində baĢ verən xəstəliklərin müalicəsində istifadə edilir.  
Bitkinin  ot  hissəsindən  protoanemonin  (anemonol),  saponin,  aĢı  maddəsi,  flavonoid, 
qlükozid  və  s.  maddələr  tapılmıĢdır.  Bitkinin  preparatları  ən  çox 
revmatizm, xənazir (sarıca) və malyariya xəstəliklərində iĢlədilir. 
Müalicə  məqsədləri  üçün  bitkinin  çiçək  açan  dövründə 
toplanmıĢ otundan istifadə edilir.  
Bitkidən  alınan  preparatlar  antibakterial,  soyuqdəymə, 
yarasağaldıcı, ağrıkəsici vasitə kimi tətbiq olunur. 
Qaşınma,  qoturluq,  gicişmə  və  dəri  vərəmində.  Əlavə 
vasitə  kimi  2  xörək  qaĢığı  doğranmıĢ  otundan  götürüb  1  stəkan 
qaynar  suya  töküb  agzını  qapaqla  örtün,  1  saat  dəmləyib  süzün. 
Sonra aldığınız ekstraktla gündə 2-3 dəfə xəstə nahiyələri yuyun. 
Diatez  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  otundan  götürüb  1,5  stəkan  qaynar  suya  töküb 
yarım saat dəmləyin. Süzüb xəstə nahiyəni yuyn. Əməliyyatı gündə 3 dəfə təkrar edin. 
Baş  ağrıları  zamanı.  Bitkinin  yaĢıl  hissəsindən  yığıb  agrıyan  nahiyəyə  qoyub,  yun  Ģərflə 
bağlayın, 1-2 saat bu vəziyyətdə saxlayın. 
Əzələ revmatizmində. Bitkinin yaĢıl otundan götürüb azca əzib (elə etmək lazımdır ki, Ģirəsi 
dərinizə sıçramasın) ağrıyan yerin üzərinə qoyub yun Ģərflə bağlayın. 
Damar  revmatizmiı  zamanı  baş  verən  ağrıların  aradan  qaldırılmasında.  50  ədəd 
çiçəyindən  götürüb  0,5  litr  arağın  üzərinə  töküb  qaranlıq  və  isti  yerə  qoyun,  2-3  həftə  tez-tez 
çalxalamaqla dəmləyin. Süzüb axĢamlar ağrıyan nahiyələrə sürtün. 
Səpki  və  çibanların  müalicəsində.  Bunun  üçün  xəstə  nahiyəni  bitki  yağı  ilə  silin.  Sonra 
doğranmıĢ ot hissəsindən götürüb xəstə dərinin üzərinə qoyub sarğı ilə bağlayın. Əməliyyatı gündə 
2-3 dəfə təkrar edin. 
Ayaq  barmaqlarında  əmələ  gələn  göbələk  xəstəliyinin  müalicəsində.  YaĢıl  bitkidən 
götürüb ehtiyatla həvəngdəstədə əzib sıyğını alın. Sonra əski üzərinə yaxıb xəstə nahiyənin üzərinə 
qoyub sarıyın. Əməliyyatı gündə 2-3 dəfə xəstə nahiyə sağalana qədər dav am etdirin. 
Əl və ayaq nahiyələrində olan ziyillərin müalicəsində. Gündə bir neçə dəfə qaymaqçiçəyi 
sıyıgını ziyil olan nahiyələrin üzərinə qoyub bağlayın və yaxud maz kimi üzərinə yaxın. 
Diqqət!  Bitkinin  bütün  hissələri  zəhərli  olduğundan  müalicə  zamanı  götürülən  xammalın 
mirqdarına  düzgün  əməl  etməyə  çalıĢın,  bitkinin  Ģirəsindən  sağlam  dərinin  üzərinə  düĢməsinin 
qarĢısını alın. 
 
XAġXAġ – Papaveraceae Juss. fəsiləsi 
Dəmrovotu (Ziyilotıı) – Chelidonium majus L. 
 
XaĢxaĢ fəsiləsi 45 cinsi, 200-dən artıq növü əhatə edərək Yer kürəsinin Ģimal rayonlarının 
mülayim  və  subtropik  iqlimə  malik  zonalarında  yayılmıĢdır.  XaĢxaĢ  fəsiləsi  növlərinin 
əksərivyətinin tərkibində süd Ģirəsi vardır. Fəsiləyə daxil olan yuxu xaĢxaĢı çox qədim zamanlardan 
mədəni  hala  kecirilərək  geniĢ  surətdə  əkilib-becərilir.  Onun  tərkibində  çoxlu  miqdarda  alkoloid 
maddələri aĢkar edilmiĢdir. 
Bu alkaloid maddələrindən tiryək, morfin kompleksi preparatları və s. istehsal edilir. Digər 
xaĢxaĢ  növlərindən  bəzək  bitkisi  kimi  istifadə  edilir.  Fəsilənin  ən  qiymətli  növlərindən  biri  də 
dəmrovotu və yaxud ziyilotudur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə