Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   34   35   36   37   38   39   40   41   ...   149

75 
 
hamamında 60°C temperaturda qızdırın. Qızdırmanı köpük qurtarana qədər davam etdirin. AlınmıĢ 
məlhəmdən dəri xəstəliklərinin üzərinə sürtüb müalicə edin. 
Dəmrovotu  şirəsi  ilə  süd  qarışığı.  Bir  xörək  qaĢığı  doğranmıĢ  quru  kök  və  yaxud  2  xörək 
qaĢığı yaĢ kökündən götürüb 400 ml südün üzərinə töküb vam od üzərinə qoyun, süd yarısına kimi 
buxarlanana qədər saxlayın. Sonra alınmıĢ kütləni əzib sıyıq halına salın, yenidən üzərinə süd əlavə 
edib  20  dəqiqə  su  hamamında  qaynadın.  Sonra  tənzifdən  süzün.  Aldığınız  məlhəmdən  gündə  4-6 
dəfə 2-3 xörək qaĢığı süd və bitki nisbətinə riayət etməklə qəbul edin. 
Dəmrovotu şirəsilə vazelin qarısığı. Bu dərman preparatını iki üsul ilə hazırlamaq olar. Təzə 
dəmrovotu  Ģirəsi  ilə  vazelindən  1:4  nisbətində  götürün  və  yaxĢı-yaxĢı  qarıĢdırıb,  qaranlıq,  soyuq 
yerdə 6-8 saat saxladıqdan sonra istifadə edin. 
QurudulmuĢ  və  toz  halına  salınmıĢ  dəmrovotundan  götürüb  1:2  nisbətində  vazelin  ilə 
qarıĢdırıb 2-3 gün qaranlıq yerdə otaq temperaturunda saxlayın. Sonra aldığınız hər iki preparatdan 
dərinin xarici nahiyəsində əmələ gələn səpgi, çiban və yaraların üzərinə sürtüb müalicə edin. 
Plantazar  B  mazının  hazırlanması.  Bu  preparat  əczaçılıq  sənayesində  istehsal  olunaraq 
müalicə  üçün  apteklərə  göndərilir.  Preparatın  tərkibi:  10  q  dəmrovotu  tozundan,  10  q  lanolindən, 
0,25%-li 10 damcı karbol turĢusundan ibarətdir. 
 
Lalə - Papaver L. 
 
Dünya  florasının  tərkibində  lalə  fəsiləsinin  28  cinsi  və  600-a  qədər  növünə  təsadüf  edilir. 
Lalə fəsiləsinin ən qiymətli cinslərindən biri də Lalə  - Papaver L. cinsi hesab edilir. Lalə cinsinin 
110-a qədər növü elmə məlumdur.  Bunlar əsasən 
birillik,  ikillik  və  çoxillik  ot  bitkiləridir.  Lalə 
növlərinin  əksəriyyəti  Yer  kürəsinin  Ģimal 
rayonlarında  yayılmıĢdır.  Azərbaycan  florasının 
tərkibində cinsin 20-yə qədər növünə rast gəlinir. 
Cinsin  bir  sıra  növləri  dərman  təbiətli,  yağlı, 
boyaq  xüsusiyyətli,  bəzək  üçün  yararlı  olduğuna 
görə  bir  sıra  ölkələrdə  geniĢ  surətdə  əkilib 
becərilir. 
Lalənin xalq təsərrüfatı üçün qiymətli bir neçə 
növü haqqında məlumat verməyi qərara aldıq.
 
Yuxu  xaĢxaĢı  -  Papaver  somniferum  L.  Bu  hündürlüyü  0,8-1,5  m-ə  çatan  birillik  ot 
bitkisidir. Gövdəsi Ģaxələnən, yuxarı qalxdıqca hamarlaĢan olub, azca Ģaxəli, iyĢəkilli kök sisteminə 
malikdir. Yarpaqları çılpaq bozumtul, kənarları iri diĢlidir. Gövdə üzərində olan yarpaq qaidəsi enli 
ürək  formasında  olub,  onu  dövrələyir.  Kök  ətrafı  yarpaqları  isə  ellips  və  ya  lanĢet  Ģəkilli  olub, 
gövdə və budaqların nahiyəsində yerləĢir. Hər bir kolun üzərində 1-10(12) və daha çox sayda çiçək 
olur. Bu çiçəklərin ağ, çəhrayı, qırmızı, açıq bənövĢəyi və s. rəng və çalarları vardır. Çiçəkləri çox 
iri olur. Meyvəsi yetiĢən dövrdə yuxarı hissəsində yerləĢən xırda qabıqcıq açılaraq toxumları kənara 
səpələyir. Toxumları çoxsaylı, xırda ağ, göy, göy-qara, qəhvəyi və s. rənglərdə olur. Bitki iyun-iyul 
aylarında  çiçəkləyir,  avqust  ayında  meyvə  verir.  Bitkinin  yaĢıl  halda  olan  hissələri  bütünlüklə 
zəhərlidir. Lakin yetiĢmiĢ toxumları zəhərsiz olub yeyiləndir. 
Yuxu  xaĢxaĢının  yabanı  növünə  hazırda  ancaq  Ġspaniya  ərazilərində  rast  gəlinir.  Bunun  8 
yarım  növü  və  bir  neçə  sortu elmə  məlumdur.  Yuxu  xaĢxaĢı  mədəni  halda  Kiçik və  Ön  Asiyada, 
Orta  və  Cənubi  Avropa  ölkələrində,  Hindistanda,  Əfqanıstanda,  Çində,  Monqolustanda,  Hind-Çin 
ölkələrində, Yaponiyada, Afrikada, Ərəb ölkələrində, Türkiyədə, Ġranda və s. ölkələrdə tiryək almaq 
məqsədilə əkilir. 
Yuxugətirən  lalə  mədəni  halda  əkilib  becərilən  ən  qədim  bitki  növü  hesab  edilir.  Belə  bir 
fıkir  irəli  sürürlər  ki,  bu  bitki  ilk  dəfə  Ģərq  ölklərində  əkilib  becərilmiĢdir.  Birinci  dəfə  bundan 
tiryəki  isə  Asiya  ölkələrinin  xalqları  almıĢlar.  Tiryək  almaq  üçün  onu  ən  çox  ġumer  dövlətində, 
Qədim  Assuriya  və  Orta  Asiyada  əkib  becərilmiĢdir.  Bir  sıra  Avropa  ölkələrində  isə  onun 
toxumlarından  qənnadı  çörək  və  bulka  sənayesində  istifadə  edilir.  Toxumlarından  55%-ə  qədər 


76 
 
donmuĢ yağ əldə edilir. Yağından yeyinti, boyaq və sabunbiĢirmə sənayesində istifadə edilir. Ġrəli 
sürülən bir hipotezə görə guya yuxu xaĢxaĢı öz mənĢəyini Qərbi Avropa ölkələrində yabanı halda 
yayılan  və  hazırda  bəzək  məqsədilə  əkilib  becərilən  növündən  götürmüĢdür.  Bir  çox  tarixi 
mənbələrdə  göstərilir  ki,  yuxu  gətirən  laləni  DaĢ  dövrünün  xalqları  yağ  almaq  məqsədilə  geniĢ 
surətdə əkib becərmiĢlər. 
Türkmənistan  çökəklərində  tapılmıĢ  lalə  qalıqları  onun  Üçüncü  dövrdə  formalaĢıb  növ 
Ģəklinə  düĢməsi  haqqında  bizə  düzgün  məlumat  verir.  Bir  çox  elmi  məlumatlara  görə  tiryək  lalə 
(xaĢxaĢ)  öz  baĢlanğıcını  Qərb  rayonlarından  götürüb,  ġərqə  doğru  yayılmağa  baĢlamıĢdır. 
Avropanın  ilk  tarixçisi  hesab  edilən  Teofrast  qeyd  edir  ki,  bizim  eramızın  IV  əsrində  lalənin 
qutucuğunun  yaĢıl  hissəsini  bıçaqla  çərtərək  oradan  süzülən  südəoxĢar  mayeni  toplayıb  dərman 
kimi istifadə etmiĢlər. 
Kiçik  Asiya  ölkələrində,  eləcə  də  Avropanın  Yunanıstan  ərazilərində  əkilmiĢ  yuxugətirici 
lalədən tiryək almaq haqqında ―Ġliada‖ əsərində məlumatlara rast gəlinir. Orta əsrlərdə Misir tiryəki 
öz keyfiyyətinə görə yüksək qiymətləndirilirdi. Çinlilərin bizim eranın XII-X əsrlərində, hindlilərin 
isə XII əsrə kimi tiryək laləsi haqqında heç bir məlumatları olmamıĢdır. XaĢxaĢ laləsindən müalicə 
məqsədləri üçün istifadə olunması haqqında ―Böyük Plini‖ geniĢ məlumat verir. 
Lalənin tibbi əhəmiyyəti. 
Yağ almaq üçün əkilib becərilən lalə növünün toxumlarının tərkibində 40- 56%-ə qədər yağ 
və 25%-ə qədər zülali maddə tapılmıĢdır. Toxumlardan yağı soyuq halda sıxma üsulu ilə alırlar. Bu 
üsulla  alınmıĢ  əla  növlü  yağdan  qənnadı,  konserv,  çörək-bulka,  ətriyyat  sənayesində,  eləcə  də 
rəssamlıq boyalarının hazırlanmasında geniĢ istifadə edilir. Mavi rəngə çalan toxumlarından çörək 
və  qənnadı  sənayesində  daha  çox  istifadə  olunur.  Lalə  toxumlarının  tullantılarından  hazırlanan 
jımıxın  tərkibində  12%-ə  qədər  yağ  və  30%  zülali  maddə  tapılmıĢdır.  Bu  jmıxı  mal-qara  həvəslə 
yeyir. 
Tiryək istehsal etmək üçün əkilmiĢ lalə sortunun yetiĢməmiĢ qutucuğundan havada quryan 
südəoxĢar  maddə  alınır.  XaĢxaĢ  qutusu  üzərində  xüsusilə  bıçaqla  çərtilən  kəsiklərin  üzərində 
toplanan və havada qurumuĢ süd Ģirəsinə tiryək deyilir. 
Çərtmə  prosesi  qutunun  texniki  yetiĢmə  dövründə  aparılır  ki,  bu  da  təxminən  bitkinin 
çiçəklənməsinin 10-cu günündə baĢlayır. Bu mərhələ əllə yoxlanılır. Qutu top kimidirsə, demək süd 
Ģirəsilə zənginləĢmiĢdir və ona görə də belə qutulardan tiryəkin toplanması məsləhət görülür. Süd 
Ģirəsi  qutuda  az  miqdarda  olduqda,  o  yumĢaq  olur,  gecikdikdə  isə  qutucuğun  qabığı  odunlaĢır  və 
kövrəkləĢir.  Çərtmə  xüsusi  bıçaqlarla  və  günün  ikinci  yarısında  aparılır.  Çərtmə  prosesi  üç  dəfə 
təkrar olunur. Müxtəlif ölkələrdə tiryək maddəsini qutucuğun tərkibindən çıxartmaq üçün müxtəlif 
üsullar mövcüddür. Qutucuqları çərtilmiĢ lalələrdən tiryəki xüsusi oraqvari Ģəkildə hazırlanmıĢ əyri 
qaĢovlarla siyirib toplayırlar. Qutucuğun çərtilməsi bir neçə dəfə təkrar olunur. Bəzən isə çərtməni 
üç-dörd  dəfə  təkrar  edirlər.  Dördüncü  dəfə  çərtilərkən  yığılan  tiryəkin  keyfiyyəti  çox  aĢağı  olur. 
Qurudularaq  toplanmıĢ  tiryəkin  məhsulu  qatı  olub,  qəhvəyi  rəngdədir.  Tiryək  mürəkkəb  kimyəvi 
quruluĢa  malik  olan  maddədir.  Onun  tərkibində  30-a  qədər  müxtəlif  quruluĢlu  alkaloidlər 
tapılmıĢdır. Bu alkaloidlərin əsasını fenantren, izoxinolin, diizoxinolin qrup maddələr təĢkil edir. 
Bundan  baĢqa  tiyəkin  tərkibində  su,  10-20%  zülal,  10%  qatran,  sulu  karbohidratlar,  mum, 
piy,  piqment  və  s.  maddələr  də  aĢkar  edilmiĢdir.  Tiryəkin 
tərkibindəki  alkaloid  maddələrinin  miqdarı  2-3%-dən  15-25%-ə 
qədər  olur.  Onun  tərkibindəki  alkaloidlərin  quru  çəki  hesabı  ilə  6-
20%-ni morfin, 10-18%-ni narkotin, 0,3-4,7%-ni papaverin, 0,1-3%-
ni kodein, 0,9-6,5%-ni tebain (paramorfin) və  s. təĢkil edir. Tibetdə 
belə tiryəkdən hazırlanan alkaloidlərdən kompleks halında və yaxud 
tək halda istifadə edilir. 
Kodein  preparatı  gözəl  müalicəvi  təsirinə  görə  ən  effektli 
preparat  hesab  edilir.  Tibbdə  bunların  fosfat,  sulfat,  xlorid 
duzlarından istifadə edilir. 
Elmi 
təbabətdə 
bunlardan 
yuxugətirici, 
ağrıkəsici, 
sakitləĢdirici,  zökəm  və  s.  xəstəliklərin müalicəsində  istifadə  edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə