Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   35   36   37   38   39   40   41   42   ...   149

77 
 
Bunlar  zəif  bihuĢdarılar  (uyuĢdurucular)  hesab  edilir.  Narkotik  maddələrdən  son  zamanlar 
xərçəngin kimyəvi maddələrlə müalicəsində (xemiterapiya) istifadə edilir. 
Morfın  xlorid  və  yaxud  sulfat  turĢularının  duzları  Ģəklində  ağrıkəsici  vasitə  kimi  istifadə 
edilir. Tiryəkin tərkibində kodein maddəsi olduqca azdır. Buna görə də morfının 90%-ni kodeinin 
hazırlanmasına  sərf  edilir.  Papaverin  xlorid  turĢusunun  duzları,  Ģəkilində  hipertoniya,  spazmanm, 
stenokardiya,  damargeniĢləndirmə,  bronxal  astma  və  s.  xəstəliklərin  müalicəsində  istifadə  olunur. 
Xəstələr  üzərində  aparılan  müĢahidələr  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  tiryək  və  onun 
alkaloidlərini uzun müddət qəbul etdikdə orqanzm onlara alıĢır və nəticədə ağır ruhi xəstəliklər və 
orqanizmdə ümumi pozuntular əmələ gətirir. 
Morfındən  həddindən  artıq  istifadə  etdikdə  sinir  sisteminin  fəaliyyətini  zəiflədir  və 
iflicləĢdirir.  Nəticədə  beynin  fəaliyyəti  get-gedə  zəifləyərək,  öz  funksiyasını  itirir.  O,  tənəffüs 
orqanlarının fəaliyyətini azaldır, ürəyin fəaliyyətini pozur. Bəzən tənəffüs yollarının iflici və ölümlə 
nəticələnir. 
Tiryəkdən  alınmıĢ  narkotik  maddələrin  siqaret  kimi  çəkilməsi  və  ya  içki  kimi  içilməsi 
orqanizm üçün çox təhlükəli nəticələr verir. 
Lalədən müalicəvi preparatların hazırlanması.  
Yuxusuzluq zamanı. 10 q qurudulmuĢ lalə çiçəyindən 10 q  götürüb, 0,5 1 arağın üzərinə 
töküb  14  gün  isti  və  qaranlıq  yerdə  saxlayın.  Sonra  süzüb  hər  gün  yatmağa  yarım  saat  qalmıĢ  15 
damcı  qəbul  edin.  Bu  cövhərdən  spazma  və  zehni  yorğunluq  zamanı  da  istifadə  etməyi  məsləhət 
görürlər. 
Mədə  xəstəlikləri  zamanı.  Qurudulub  toz  halına  salınmıĢ  ləçəklərindən  1  xörək  qaĢığı 
götürüb  yemək  qabağı  qəbul  edin.  Bitkinin  sulu  dəmləməsindən  də  istifadə  etmək  olar.  10  q 
qurudulmuĢ lalə ləçəyini 1 stəkan qaynar suya töküb 10-20 dəqiqə dəmləyib süzün, gündə 3 dəfə 1 
xörək qaĢığı qəbul edin. 
Pnevmoniya  zamanı.  Lalənin  toxumlarını  əzib  südəoxĢar  mayeni  1:10  nisbətində  su  ilə 
qarıĢdırıb gündə 3-4 dəfə yarım stəkan miqdarında qəbul edin. 
Ağrıkəsici vasitə kimi. 1 çay qaĢığı xırdalanmıĢ baĢçığından götürüb 0,5 1 suya töküb 10 
dəqiqə  biĢirin.  Aldığınız  ekstraktdan  gündə  4  dəfə  stəkanın1/4  hissəsi  qədər  yemək  qabağı  qəbul 
edin. 
Kəskin öskürək zamanı. 15 q lalə ləçəyi, bədrənc kökünü 2:1 nisbətində qarıĢdırıb termosa 
tökün. 2 stəkan qaynadılmıĢ su əlavə edib bütün gecəni saxlayıb süzün. Aldığınız ekstraktdan gündə 
6-8 dəfə stəkanın 1/4 hissəsi qədər isti halda qəbul edin. 
Kəskin  enterit,  babasil  və  baĢ  ağrıları  zamanı.  5-10  q  qurudulmuĢ  lalə  toxumundan 
götürüb, 1 stəkan qaynadılmıĢ suya tökün, dəmləyib süzün. Aldığınız sulu dəmləmədən gündə 3-4 
dəfə 1 xörək qaĢığı qəbul edin. 
Əsəb  yorğunluğu  zamanı.  3  q  lalə  ləçəyini  1  stəkan  qaynadılmıĢ  suya  töküb  1  saat 
dəmləyib süzün. Aldığınız dəmləmədən gündə 3-5 dəfə, 1 xörək qaĢığı yeməkdən qabaq qəbul edin. 
Tonusartırıcı kimi. 1 xörək qaĢığı doğranmıĢ yarpağını 1 stəkan qaynar suya töküb 1 saat 
dəmləyib süzün. Dəmləmədən gündə 2-3 dəfə, 1 xörək qaĢığı qəbul edin. 
 
ġAHTƏRƏ - Fumariaceae DC. fəsiləsi 
Dərman Ģahtərəsi - Fumaria offıcinalis L. 
 
Dünya florasının tərkibində cinsin 40-a qədər növü  yayılmıĢdır. ġahtərə cinsinin növlərinə 
ən çox ġimal yarımkürəsinin Orta Aralıq dənizi ölkələrinin isti və ınülayim iqlim zonalarında rast 
gəlmək olar. Qafqazda 8, o cümlədən Azərbaycanda 6 növünə təsadüf edilir. Bunlardan təbabətdə 
aĢağadıkılardan  istifadə  edilir:  dərman  Ģahtərəsi  -  Fumaria  officinalis  L.,  ġleyxer  Ģahtərəsi  -  F. 
schleicheri  Soy.-Willem.  xırdaçiçək  Ģahtərə  -  F.  micrantha  Lag.  və  vayan  Ģahtərəsı  -  F.  vaillantii 
Loisel. 
Sahtərənin bu növləri çox da hündür olmayan, birillik ot bitkisi olub, iki və dördqat lələkvari 
yayılmıĢ  yarpaqlara  malikdir.  Çiçəkləri  salxımvari,  qeyri-müntəzəmdir,  kasacığın  yarpağı  iki, 
ləçəklərı  dörddür.  Meyvəsi  girdə  formalı,  birtoxumlu  fındıqçadan  ibarətdir.  ġahtərənin  bütün 


78 
 
növləri  mart-may  aylarında  çıçəkləyir,  meyvələri  may-iyunda  yetiĢir.  ġahtərə  növləri  bir-birindən 
tac çiçəklərinin rənginə və çiçək kasacığının quruluĢuna görə fərqlənır. 
Dərman  Ģahtərəsinin  çiçəkləri  qırmızıdır.  Azərbaycanın  Dəvəçi  və  Kür-Araz  ovalıqlarında,  Kıçık 
Qafqazın orta dağ qurĢaqlarına qədər yayılınıĢıdır.
 
Xırdaçiçək  Ģahtərənin  çiçəkləri  çəhrayı  rəngdə  olub  Muğan  çöllərində  geniĢ  yayılmıĢdır. 
Azərbaycanda Ģleyxer, vayan və xırdaçiçək Ģahtərə bitkilərinin bol ehtiyatları vardır. 
Dərman  Ģahtərəsində  protopin  (fumarin)  kriptonik-avin,  kriptopin,  skulerin,  xelidonin, 
sanqvinarin, xeleritrin, homoxelidonin, tetrahidrokoptozin alkaloidləri, ritin, kversetin flavonoidləri, 
2,9% aĢı maddəsi, C vitamini, 4,7%  qatran, fumar, kəhrəba, qlikol, süd, alma, limon turĢusuları və 
s. aĢkar olunmusdur. 
ġleyxer  Ģahtərəsindən  alınmıĢ  alkaloidlər  cəminin  tərkibində  protopin,  fumaridin, 
fumarinon, fumaritin alkaloidləri müəyyən edilmiĢdir. 
Dərman  Ģahtərədəıı  hazırlanan  preparatlar  Fransa  və  Braziliya  dövlətlərinin  I-III 
farmakopeyasina daxil edilmiĢdir. 
Alkaloid  birləĢmələrindən  alınan  preparatlar  hipertoniya,  ekzema,  soyuqdəymə  zamanı 
iĢlədilir.  Preparatlarından  Hindistanda  sidikqovucu,  Bolqarıstanda  ağ  ciyər  və  öd  yolları 
xəstəliklərində, Balkan ölkələrində sidikqovucu, tərqovucu, tonusartırıcı vasitə kimi istifadə edilir. 
Bundan  baĢqa  dərman  Ģahtərədən  alınan  preaparatlarla  bəlğəmgətirici,  qarın  ağrılarında,  ağızdan 
gələn  iylərin  kənar  edilməsində,  sarılıq,  babasil,  qanaxmalarda,  yanıqların  və  dəri  xəstəliklərinin 
müalicəsində tətbiq edilir. 
Azərbaycan xalq təbabətində Ģahtərənin otundan sulu və spirtli ekstrakt hazırlayıb «Ģahtərə 
arağı»  adı  ilə  həm  xarici,  həm  daxili  xəstəliklərdə,  irinli  yaralarda,  məxmərəkdə,  ekzemada,  ürək 
ağrılarında  sakitləĢdirici,  malyariyada,  həĢərat  sancmalarında,  öd  yolları  xəstəliklərində,  mədə 
ağrılarında sakitləĢdirici dərman kimi, qanazlığında, ümumi zəiflikdə iĢlədilir. ġahtərə otunun təzə 
Ģirəsi ateroskleroz xəstəliyində, mədə-bağırsaq, babasil və eləcə də diĢ ətinin skorbut xəstəliyində 
daxilə qəbul edirlir. 
QurudulmuĢ Ģahtərə otunu poroĢok halına salıb, kərə yağında məlhəm hazırlayıb infeksiyalı 
(irinli)  yaralarda,  eləcə  də  qoturluğun  müalicəsində  iĢlədirlər.  Vərəm  xəstəliyində  Ģahtərə  otunun 
sulu dəmləməsindən istifadə edilir. 
 
XAÇÇĠÇƏKLĠLƏR – Brassicaceae Burnett fəsiləsi  
Qövsvari vəzərək – Barbarea arcuata (Opiz ex J.Presl & C.Presl) Reichenb. 
 
Dünya  florasının  tərkibində  vəzərək  cinsinin  15-dən  artıq  növü  yayılmıĢdır.  Bitkinin 
növlərinə Avropa ölkələrinin ərazilərində, Asiyanın mülayim iqlim zonalarında, Amerikanın ġimal 
və Cənub zonalarında təsadüf ctmək olar. Vəzərəyin Qafqazda 7, o cümlədən də Azərbaycanda 4 
növünə rast gəlmək olar. 
Azərbaycan florasında rast gəlinən növlərin ən əhəmiyyətlisi qövsvari vəzərək hesab edilir. 
Qövsvari vəzərək - Barbarea arcuata (Opiz ex J.Presl & C.Presl) Reichenb. ikiillik çılpaq 
və  yaxud  tüklərlə  örtülmüĢ  ot  bitkisidir.  Gövdəsinin  hündürlüyü  25-80  sm  olub,  çoxlu  
budaqlanandır. Zərif yarpaqları liravari iri oval və yaxud dairəvi formadadır. 
Ləçəkləri sarımtıldır. Aprel-iyun aylarında çiçək açır, meyvəsi iyun-iyul aylarında yetiĢir. 
Qövsvari  vəzərəkə  Azərbaycanın  Quba  rayonu  ərazisində,  Qobustanda,  Kiçik  Qafqazın 
Ģimal və mərkəz hissəsində. Naxçvanın dağlıq zonalarında, Lənkəranın düzən və dağlıq ərazilərində 
rast gəlmək olar. Bitkiyə ən çox çay kənarlarında, bataqlıqlarda, 
nəmli çəmənliklərdə təsadüf etmək olar. 
Qövsvari  vəzərəyin  yarpağının  tərkibində  260,7  mq%  C 
vitamini,  toxumlarının  tərkibində  30%-ə  qədər  piyli  yağ  aĢkar 
edilmiĢdir.  
Vəzərəyin  müalicə  əhəmiyyəti  qədim  yunan  xalqlarına 
məlum  idi.  Vəzərəkdən  alınan  preparatlarla  yaraların, 
epilepsiyanın, 
impotensiyanın 
müalicəsində, 
cavan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə