Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   2   3   4   5   6   7   8   9   ...   149


 
qızdırma, göz xəstəlikləri zamanı), bağırsaq qurdlarını çıxartmaq üçün iĢlədilən narı, mədə-bağırsaq 
xəstəliklərinin qarĢısını alan maddə kimi iĢlədilən və bu xəstəliklərdə ən yaxĢı dərman vasitəsi olan 
sarımsağı,  xəstənin  yanğısını  kəsən  və  mədə  xəstəliklərində  iĢlədilən  tabaĢiri  və  baĢqalarını 
göstərmək  olar.  Bu  dərmanlardan  bəziləri  indi  də  öz  tibbi  əhəmiyyətini  itirməmiĢ,  bəziləri  isə 
yenidən ətraflı öyrənilmiĢdir.  
XVI  əsrdə  yaĢamıĢ  böyük  Azərbaycan  Ģairi  və  mütəfəkkiri  Məhəmməd  Füzulunun 
əsərlərində (―Səhhət və mərəz‖, ―Söhbət-ül-əsmar‖) bir sıra qiymətli tibbi məlumatlara rast gəlirik. 
Füzuli insan orqanizminin bəzi fizioloji məsələlərinə bələd idi. O belə hesab edirdi ki,  həkim hər 
Ģeydən  əvvəl  orqanizmdə  baĢ  verən  fizioloji  pozuntuları  açmalı,  ayrı-ayrı  orqanların  vəzifələrini 
bilməli və səhhəti gözləməklə xəstəliyin qarĢısını 
almalıdır.  ―Söhbət-ül-əsmar‖  əsərində  Füzuli  bir 
səra  meyvə,  giləmeyvə  və  baĢqa  bitkilərin 
xarakteristikasını  vermiĢ  və  onların  müalicə 
əhəmiyyətini,  faydalı  və  zərərli  cəhətlərini 
göstərmiĢdir.  Füzulinin  əsərlərində  dərman 
vasitələri  haqqında  onun  verdiyi  məlumatlar  öz 
əhəmiyyətini hələ də itirməmiĢdir.  
Dərman 
bitkilərinin 
öyrənilməsində 
Azərbaycan  alimlərinin  də  böyük  xidmətləri 
olmuĢdur.  Son  35-80  il  ərzində  respublikamızın 
əczaçıları  və  farmakoloqları  bir  sıra  dərman 
tərkibli  bitkiləri  hərtərəfli  öyrənib  elmi  təbabətə 
daxil  etmiĢlər.  Belə  müalicəvi  əhəmiyyətə  malik  olan  bitkilərə  misal  olaraq  Qafqaz  xanımotu, 
beĢyuvalı  yemiĢan, cökəyarpaq piĢikotu, acılıq  otu, adi  zirinc,  qıfotu, müxtəlif  növ  xaçgülü,  Hirkan 
acıyoncası,  doronikum,  novruzçiçəyi,  quĢüzümü,  küncüt,  soviç  və  ətirli  yovĢan,  ferula,  qantəpər, 
boranı  və  s.  göstərmək  olar.  Bu  sahədə  görkəmli  iĢləri  ilə  məĢhur  olan  alimlərimizdən  professor 
R.Q.Əliyevi,  H.B.Allahverdibəyovu,  Ġ.K.Qolberqi,  Ġ.A.Dəmirovu,  Y.B.Kərimovu,  M.N.Vəliyevanı, 
Ġ.Möhsümovu,  C.Ġ.Ġsayevi,  S.Ə.Tağıyevi,  N.M.Ġsmayılovu,  S.V.Sərkərovu,  M.Ə.Qasımovu, 
E.N.Novruzovu, S.C.Ġbadullayevanı, N.P.Mehdiyevanı və b. göstərmək olar.  
 
 
 
AZƏRBAYCANDA DƏRMAN BITKILƏRININ  
ELMI ƏSASLARLA ÖYRƏNILMƏSI 
 
Floramızın  tərkibində  yayılan  dərman  bitkilərinin  növ  müxtəlifliyinin  zənginliyi  müasir 
dövrə qədər elmi əsaslarla öyrənilməmiĢdir. Bu çatıĢmazlığı aradan qaldırmaq üçün 1968-ci ildən 
baĢlayaraq respublikamızın ayrı-ayrı rayonlarına planlı surətdə ezamiyyətlər və ekspedisiyalar təĢkil 
edilərək  minlərlə  herbari  materialı  toplanaraq  laboratoriyalarda  tədqiq  edilməyə  baĢlandı. 
Toplanılan  herbari  materiallarının  bir  qismi  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Botanika 
Ġnstitutunda,  əksər  hissəsi  isə  Leninqrad  (indiki  Sankt-Peterburq)  Ģəhərindəki  keçmiĢ  SSRĠ-nin 
Botanika  Ġnstitutunun  Qafqaz  herbariləri  saxlanılan  Ģöbəsində  təyin  edilməyə  baĢlanmıĢdır. 
Aparılan  gərgin  elmi-tədqiqat  iĢlərimiz  zamanı  ilk  dəfə  elmi  əsaslarla  sübut  edilmiĢdir  ki, 
floramızın  tərkibində  1800  növdən  artıq  dərman  bitkisi  yayılmıĢdır.  Dərman  bitkilərinin  tədqiqi 
onların genetik qohumluqlarının və kimyəvi tərkibləri nəzərə alınmaqla yerinə yetirilmiĢdir.  
Tərəfimizdən  elmə  gətirilən  1800  növ  dərman  bitkisi  560  cins  və  140  fəsilə  daxilində 
birləçərək  ümumi  floramızın  40%-ni  təĢkil  edir.  1800  növ  dərman  bitkisinin  1720-i  yabanı  halda 
bitir,  80-dən  atıq  növü  mədəni  halda  becərilir.  1136  növ  çoxillik  ot,  193-ü  ikiilliklər,  140-ı 
birilliklər, 69-u yarımkollar, 160-ı kollar, 102-si ağac formalarıdır (cədvəl 1) (Qasımov və b., 2006). 
 
Cədvəl 1 
Dərman bitkilərinin biomorfoloji qrupları (Ġ.Serebryakov (1964) sisteminə görə) 



 
Həyat formaları 
Növlərin sayı 
Ümumi saya görə %-lə 
Ağac 
102 
6,0 
Kol 
160 
10,7 
Yarımkol 
59 
3,4 
Çoxilliklər 
1146 
66,0 
Ġkilliklər 
193 
6,2 
Birilliklər 
140 
8,7 
Cəmi: 
1800 
100 
 
Dərman  bitkilərindən  420  növü  kserofit,  370-i  kseromezofit,  340-ı  mezokserofit,  264-ü 
mezofit, 140-ı mezohidrofit, 24-ü hidrofit və s. ekoloji qrup bitkilər təĢkil edir (cədvəl 2).  
Cədvəl 2 
Azərbaycan florasında yayılan dərman bitkilərinin ekoloji qruplar üzrə paylanması 
Ekoloji qruplar 
Növlərin sayı 
Ümumi saya görə %-lə 
Kserofitlər 
420 
24,4 
Halofitlər 
62 
3,6 
Kseromezofitlər 
370 
21,5 
Mezokserofitlər 
340 
19,8 
Mezofitlər 
241 
14,6 
Mezohiqrofitlər 
140 
8,1 
Hiqromezofitlər 
76 
4,4 
Hiqrofitlər 
47 
2,7 
Hidrofitlər 
24 
1,4 
Cəmi: 
1720 
100 
 
Dərman bitkilərinin 343 növü Asteraceae, 89 növü Rosaceae, 68 növü Fabaceae, 67 növü 
Lamiaceae,  58  növü  Chenopodiaceae,  57  növü  Brassicaceae,  53  növü  Caprifoliaceae,  51  növü 
Ranunculaceae, 36 növü Liliaceae fəsilələrində rast gəlinir (cədvəl 3). Tədqiq etdiyimiz 1800 növ 
dərman  bitkisinin  əksəriyyəti  20  fəsilə  daxilində  yerləĢərək  ümumi  müalicə  bitkilərinin  62,9%-ni 
təĢkil edirlər.  
 
 
Cədvəl 3 
Azərbaycan florasında yayılan dərman bitkilərinin ekoloji qruplar üzrə paylanması 
Fəsilələr 
Miqdarı 
Ümumi saya görə %-lə 
Cins 
Növ 
Asteraceae Dumort. 
87 
343 
19,9 
Rosaceae Juss. 
24 
89 
5,2 
Fabaceae Lindl. 
21 
68 
3,9 
Lamiaceae Lindl. 
32 
67 
3,9 
Chenopodiaceae Juss. 
20 
58 
3,4 
Brassicaceae Burnett. 
34 
57 
3,3 
Caprifoliaceae Juss. 
21 
53 
3,1 
Ranunculaceae Juss. 
19 
51 
3,0 
Poaceae Branhart. 
22 
36 
2,1 
Liliaceae Juss. 

36 
2,1 
Apiaceae Lindl. 
23 
35 
2,0 
Polygonaceae Juss. 

33 
19 
Salicaceae Mirb. 

25 
1,5 
Malvaceae Juss. 

24 
1,4 
Orchidaceae Juss. 

22 
1,3 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə