Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   36   37   38   39   40   41   42   43   ...   149

79 
 
yarpaqlarından müxtəlif salat növlərinin hazırlanmasında istifadə edilir. 
Müalicə məqsədləri üçün bitkinin çiçək və meyvə əmələ gətirən zaman toplanan çiçək, ot, 
meyvə, qın və toxumlarından istifadə edilir. 
Vəzərəkdən  alınan  preparatların  köməyi  ilə  vitamin  çatıĢmazlığında,  soyuqdəymədə, 
yaraların müalicəsində, sidikqovucu, qanın laxtalanmasının artırılmasında,  toxumundan isə iĢlədici 
vasitə kimi istifadə edilir. 
Vəzərəkdən dərman preparatlarının hazırlanınası. 
Avitaminozda, 
hipovitaminozda, 
xərçəng 
xəstəliklərinin 
müalicəsində,  xroniki 
yorğunluqlarda,  maddələr  mübadiləsi  pozuntuları  zamanı.  Ağır  xəstəliklərdən  sonra  orqanizmi 
bərpa etmək üçün hər gün 1 xörək qaĢığı doğranmıĢ çiçək və yarpaq hissələrindən yeməyi məsləhət 
görüılər. 
Epilepsiya,  liemeopatiya  mənşəli  insult  nəticəsində  baş  verən  paraliçin  müalicəsində.  
xörək qaĢığı doğranmıĢ yarpaqlarından götürüb, 1 stəkan qaynar suya töküb 2-3 saat dəmlədikdən 
sonra süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Suçiçəyi,  ürək  və  böyrək  çatışmazlığında,  əsəb  qıcıqlanmalarında.  2  xörək  qaĢığı 
doğranmıĢ otunu 1,5 stəkan qaynar suya  töküb termosda 2 saat dəmləyin. Sonra süzüb  gündə 2-3 
dəfə, 2 xörək qaĢığı qəbul edin. 
Kəskin  uşaqlıq  qanaxmalarında.  1  xörək  qaĢığı  doğranmıĢ  otunu  15  dəqiqə  vam  od 
üzərində qaynadın. Dəmlədikdən sonra süzüb gündə 2-3 dəfə, stəkanın 1/3 hissəsi qədər, yeməyə 30 
dəqiqə qalmıĢ qəbul edin. 
Cinsi zəiflikdə. 2 xörək qaĢığı doğranmıĢ otunu və  yetiĢməmiĢ toxumunu götürüb 1 stəkan 
qaynar suya töküb 3 saat termosda dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 3-4 dəfə, 
yeməyə 15-20 dəqiqə qalmıĢ daxilə qəbul edin. 
Sağalmayan yaraların, kəsiklərin müalicəsində. 2-3 xörək qaĢığı doğranmıĢ otunu 0,5 litr 
qaynadılmıĢ  soyuq  suya  tökün  və  qaynama  dərəcəsinə  gətirib,  soyudub  süzün.  Sonra  alınmıĢ 
dəmləmədən xəstə nahiyələri yuyun və yaxud kompres edin. 
Diqqət!  Vəzərəkdən  alınmıĢ  preparatlar  qanın  laxtalanmasını  artırdığına  görə  ondan 
tromboflebit və tromb əmələ gəlməyə meylli olanların qəbul etməsi məsləhət görülmür. 
 
Ġsitməotu – Erysimum cheiranthoides L. 
 
Dünya  florasının  tərkibində  kələmçiçəklilər  fəsiləsi  375  cinsi  və  3200-ə  qədər  növü  əhatə 
edib, Yer kürəsinin Ģimal yarımkürəsinin ərazilərində yayılmıĢlar. Fəsilənin ən maraqlı cinslərindən 
biri də Erysimum L. – isitməotu cinsidir. 
Cinsə  125-ə  qədər  növ  daxildir.  Bunların  əksəriyyətinin  tərkibində  ürək  qlükozidləri  aĢkar 
edilmiĢdir. Cinsin 33 növü Qafqazda, 20 növü isə Azərbaycan ərazisində təsadüf edilir. 
Bunlardan xalq təbabətində istifadə edilənlərindən biri də E.cheiranthoides L.-dir
Yayın  əvvəllərində  yamaclarda,  təpəliklərdə,  yol  kənarlarında  sarımtıl  rəngli  bitki  görə  bi
 
lərsiniz.  Bu  çox  da  hündür  olmayan  iki  illik  ot  bitkisi  olııb  diĢĢəkilli  yarpaq  və  parlaq-sarı  rəngli 
meyvədən ibarətdir. 
Müalicə məqsədilə bitkinin çiçəklərindən istifadə edilir. 
Ġsitməotundan müalicə preparatlarının hazırlanması. 
Stenokardiya, hipertoniya,  ürək revmatizmlərində, qan dövranı 
zamanı  ürəkdə  baş  verən  qüsurların  aradan  qaldırılmasında.  1  çay 
qaĢığı doğranmıĢ otu 3 stəkan qaynar suya tökün və 2 saat dəmlədikdən 
sonra  2-3  qat  tənzifdən  keçirin.  Sonra  gündə  3  dəfə  yeməkdən  əvvəl  1 
xörək qaĢığı qəbul edin. Bitkinin cövhərini də hazırlamaq olar. 1 xörək 
qaĢığı  doğranmıĢ  otunu  1  stəkan  arağın  üzərinə  töküb,  1  həftə  ərzində 
cövhərini aldıqdan sonra süzün. Cövhərdən gündə 2-3 dəfə 5-10 damcı 
qəbul edin. Müalicə kursu 5-7 həftədir. 
Nevroz və xroniki yuxusuzluğun aradan qaldırılmasında. 1 çay 
qaĢığı  doğranmıĢ  otunu  1,5  stəkan  qaynar  suya  tökün  və  3-5  dəqiqə  saxlayıb,  süzün.  Gündə 


80 
 
yatmağa 1 saat qalmıĢ 1 xörək qaĢığı qəbul edin. Müalicə kursu 6-7 gündür. 
Bronxitin,  pnevmoniyanın,  göyöskürəyin  müalicəsində  bəlğəmgətirici  vasitə  kimi.  1  çay 
qaĢığı otundan götürüb 1 stəkan qaynar suya töküb soyuyana qədər saxlayıb. süzün. Gündə 2-3 dəfə 
1 xörək qaĢığı yeməyə 10-15 dəqiqə qalmıĢ qəbul edin. 
Səpkilərin, irinli şişlərin, süd vəzisi xərçənginin müalicəsində əlavə profilaktik vasitə kimi. 
2  çay  qaĢığı  doğranmıĢ  otunu  və  toxumunu  1  stəkan  suya  töküb  qaynama  dərəcəsinə  gətirib  10 
dəqiqə  qaynadın.  Soyuyana  qədər  saxlayıb  süzün.  1  çay  qaĢığı  götürüb  2,5  stəkan  qaynar  suya 
töküb,  gündə  2-3  dəfə  1  xörək  qaĢığı  qəbul  edin.  Bundan  baĢqa  dəmləmədən  kompres  kimi  də 
istifadə edin: zədələnmiĢ nahiyələrə qoyub 1-2 saat saxlayın. Müalicəni gündə bir neçə dəfə təkrar 
edin. 
Diqqət!  Bitki  zəhərli  olduğu  üçün  onun  preparatlarından  istifadə  edən  zaman  göstərilən 
miqdarlara ciddi əməl edin. Preparatlardan miokarditin, endokarditin kəskin formaları zamanı qəbul 
edilməsi qəti qadağandır.  
 
Turp – Raphanus L. 
 
Turp  cinsinin  dünya  florasının  tərkibində  9  növünə  rast  gəlinir.  Bu  növlər  ən  çox  Aralıq 
dənizi
 
ətrafı ölkələrinin ərazilərində təsadüf edilir. Qafqazda 4, o cümlədən Azərbaycanda 3 növünə 
təsadüf olunur. Bunlardan qida, ədviyyat və müalicə üçün ən çox istifadə olunan və mədəni halda 
əkilib becərilən Raphanus sativus L. var. radicula var. pubescens Sinsk. növü hesab olunur. 
Qədim  dövrlərin  ilk  yazılı  mənbələrində  turp  haqqında 
maraqlı  məlumatlara  rast  gəlinir.  Belə  ki,  qədim  Çin 
papiruslarında qeyd edilir ki, turp bu ölkədə 3000 min il bundan 
əvvəl əkilib becərilmiĢdir. Bu tərəvəz bitkisi qədim Misir, Yunan 
və  Romalılara  da  məlum  olmuĢdur.  Avropa  xalqları  isə  turpla 
XVI əsrdə tanıĢ olmağa baĢlamıĢlar. Bir tarixi mənbədə göstərilir 
ki, turpu Ġtaliyaya məĢhur səyyah Marko Polo gətirmiĢdir. Ġtaliya 
seleksiyaçıları  uzun  müddət  apardıqları  təcrübələr  nəticəsində 
yeni tama, xoĢ iyə malik olan müxtəlif rəngli turp sortları yaratmağa nail olmuĢlar. Turp üzərində 
aparılan seçmə zamanı seleksiyaçı alimlər tərəfindən Yaponiya və Çin turplarından fərqli ―avropalı‖ 
sortu əldə edilmiĢdir. 
Rusiyada turp I Pyotrun dövründə, yəni XVIII əsrdə Hollandiyadan toxumunu gətirib Sankt-
Peterburq  Ģəhərinin  ―Аптекарский  город‖  hissəsində  əkilmiĢdir.  Burada  çox  keçmədən  turpun 
Ģaxtaya  davamlı,  möhkəm,  tərkibləri  müxtəlif  bioloji  aktiv  maddələrlə  zəngin,  yüksək  qidalılıq 
keyfiyyətinə  malik,  xarici  görünüĢlərinə,  ölçülərinə,  rəng  çalarlığı  ilə  bir-birindən  fərqli  çoxsaylı 
sortları yaradılmıĢ və Rusiyanın müxtəlif ərazilərində əkilib becərilməyə baĢlanmıĢdır. Hətta 1878-
ci ildə Paris Ģəhərində təĢkil edilən sərgidə rus seleksiyaçı alimlər tərəfindən əldə edilən turp sortları 
nümayiĢ olunmuĢ və qızıl medallara layiq görülmüĢdür. Azərbaycanda ən çox mədəni halda əkilib 
becərilən  növü  Əkilən  turp  -  R.  sativus  L.  var.  radicula  var.  pubescens  Sinsk.-dir.  Bu  birillik  və 
yaxud ikillik tərəvəz bitkisi olub, ağ, sarı, narıncı-qırmızı, bənövĢəyi-qara və s. rəng və çalarlarda 
özünü bürüzə verir. 
Gövdəsinin  hündürlüyü  40-60  sm  olub,  budaqlanandır.  AĢağı  yarpaqları  uzunsov  liləvari 
lələkvaridir. Çiçəkləri boĢ, yumĢaq olub salxımda toplaĢmıĢdır. Ləçəkləri ağ, çəhrayı və bənövĢəyi 
rəngdədir.  Azərbaycanın  əksər  Ģəhər  rayon  və  kəndlərində,  fermer  təsərrüfatlarında  mədəni  halda 
geniĢ  sürətdə  əkilib  becərilir.  Ağ  turp  ikillik,  qırmızı  turp  birillik  olub,  tezyetiĢən  tərəvəz  və 
müalicəvi xassəyə malikdir. Dadına, iyinə, kimyəvi tərkibinə görə bir-birinə çox yaxındır. Bitkilər 
latınca ―iri turp‖, ―xırda turp‖ adlanır. 
Azərbaycanda  yayılmıĢ  sort  və  formaların  rənginə  görə  onlar  ―ağ  turp‖  və  ―qırmızı  turp‖ 
kimi  tanınır.  Bunların  qırmızı,  ağ,  yaĢımtıl,  narıncı,  sarı,  qara  və  s.  rəngli  sortlarıda  movcuddur. 
Bunlardan ağ turp öz məhsuldarlığı, qırmızı turp isə tez yetiĢkənliyi ilə seçilir. Ağ turp sortu torpaq-
iqlim  Ģəraitindən,  becərilmə  aqrotexnikasından  asılı  olaraq  hər  hektardan  300  sentnerdən  1200 
sentnerədək  kök  meyvə  əldə  olunur.  Qırmızı  turp  səpindən  20-25  gün  sonra  yeyilən  kökmeyvə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə