Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   37   38   39   40   41   42   43   44   ...   149

81 
 
əmələ  gətirir  ki,  bunun  da  hesabına  il  ərzində  3-4  dəfə  məhsul  götürmək  mümkündür.  Hər  m
2
 
sahədən 2,5-3,0 kq məhsul əldə edilir. Ağ turpun tərkibi çox qiymətli maddələrlə zəngindir. Belə ki, 
7-8% karbohidratlar, 2-6% Ģəkərlər, 1,5- 2,5% zülal, 0,2% yağ, 1,5% sellüloza, 1% kül elementləri, 
qırmızı turpda uyğun olaraq 4-5% karbohidratlar, 1-4% Ģəkər, 1,0-1,3%  yağ, 0,8% sellüloza və s. 
aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  ağ  turpun  tərkibində  65  mq%-ə  qədər  C  vitamini,  0,03%  A 
(provitamini), 0,03% B, 0,02% B
2
, 0,1% PP vitamini, qırmızı turpda isə uyğun olaraq 11-14 mq% 
C, 0,06% A, 0,03-13  B, 0,02%  B
2
, 0,1% PP vitamini tapılmıĢdır. Ağ və qırmızı turpun tərkibində 
yuxarıda  göstərilən  qiymətli  maddələrlə  yanaĢı  əvəzedilməz  amin  turĢularından  lizin,  sistein, 
metionin,  mineral  duzlardan  kalium,  kalsium,  fosfor,  dəmir,  xlor,  yod,  brom,  fıtonsidli 
birləĢmələrdən metilmerkaptan, qlükozidlərdən allil-xardal yağı, lizosim, simiqrin, həmçinin kristal 
formalı  rifanol,  xolin,  adenin,  arginin,  oriqonellin,  diastaza,  qlyukozidaza,  oksidaza,  katalaza 
fermentləri, lizosin və s. aĢkar edilmiĢdir. Qara turp tərkibindəki kaliumun (1199 mq%) miqdarına 
görə tərəvəz bitkilərinin içərisində birinci  yeri tutur. Turpun tərkibində  müxtəlif zəngin mürəkkəb 
kompleks  kimyəvi  birləĢmələrin  olması  ondan  müxtəlif  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə 
edilməsinə  imkan  verir.  Qara  turpdan  hazırlanan  preparatlardan  bakterisid,  bəlğəmgətirici, 
spazmatik, ödqovucu, sidikqovucu, həzm yaxĢılaĢdırıcı, tərkibindəki qaba selüloza maddəsinə görə 
bağırsaqların iĢlərini nizamlayır, vərəmin müalicəsində, Ģəkər xəstəliklərində istifadə edilir. 
Turp  həm  də  qiymətli  qıda  və  ədviyyat  bitkisi  sayılır.  Çiy  halda  yeyilir,  müxtəlif  salat 
növləri  hazırlanır,  qızardılır,  ətlə  qarıĢdırılıb  yeyilir,  püre  hazırlanır.  Turpun  qara  rəngli  sortunu, 
kəskin tama malikdir. Onun kəskin tamını azaltmaq üçün onu 10-15 dəqiqə duzlu suda saxlamağı 
məsləhət  görürlər.  Yaponiyada  əldə  olunan  ağ  rəngli  turp  və  yaxud  daykon  bağlarda,  həyətyanı 
sahələrdə əkilib becərilir. Sortundan asılı olaraq müxtəlif formalarda - dairəvi, konusvari, silindrvarı 
və  s.  olurlar.  Bəzən  kökmeyvəsinin  uzunluğu  40  sm,  çəkisi  5  kq-a  qədər  olur.  Daykon  (ağ  turp) 
nisbətən incə tama, qabığında qıtıqotu yağı az olduğundan, mədə-bağırsaq, ürək-damar və Ģəkərdən 
əziyyət  çəkən  xəstələr  üçün  faydalı  hesab  edilir.  Qırmızı  turpun  həm  özündən,  həm  də  cavan 
yarpaqlarından yay salatları düzəldib süfrəyə verirlər. 
Turpdan bir neçə müalicəvi qida məhsullarının hazırlanması. 
Turpdan oladyinin hazırlanması. 400 q turp, 250 q kartof, 120 q kök, 150 ml süd, 120 q un, 
2 ədəd yumurta, 1 xörək qaĢığı soda, 50 q kərə yağı götürün. 
Tərəvəzi  biĢirin,  təmizləyib,  ələkdən  və  yaxud  ət  maĢınmdan  keçirin.  Yumurtanı  Ģəkərlə 
qarıĢdırıb  azca  duz  əlavə  edib,  südlə  qarıĢdırıb,  soda  qatın.  Bu  qatıĢığı  ət  maĢmından  keçirilmiĢ 
tərəvəzlə  qarıĢdırıb,  çalxalayın.  Oladyani  bitki  yağında  qızardıb,  üzərinə  xama  əlavə  edib  süfrəyə 
verin. 
Turpun  gövdə  və  yarpaqlarından  salatın  hazırlanması.  100  q  turp  yarpağı,  100  q  yaĢıl 
soğan, 100 q Ģüyüd, bitki yağı, zövqünüzə görə duz götürün. 
Göyərtini  ehtiyatla  yuyub,  xırda  hissələrə  salın.  Sonra  üzərinə  yağ  əlavə  edib,  duz  səpib 
süfrəyə verin. 
Turpdan  vitaminli  içkinin  hazırlanması.  10  ədəd  turp,  2  xörək  qaĢığı  cəfəri  və  Ģüyüd,  4 
stəkan qatıq, zövqünüzə  görə duz  götürün. Təzə turpu nazik hissələrə salıb, xırdalanmıĢ cəfəri və 
Ģüyüd əlavə edin. Sonra qatıĢığı ehtiyatla qatıĢdırıb, cəfəri və Ģüyüd əlavə edib, üzərinə zövqünüzə 
görə duz səpib süfrəyə verin. 
Turpun  tərkibində  insan  orqanizmi  üçün  bir  çox  bioloji  fəal  maddələr  olduğundan  onu 
xırdalayıb Ģorba, sous, ət və balıq xörəklərin tərkibinə əlavə edirlər. 
Turpdan müalicəvi preparatların hazırlanması: 
Bronxial  astma  zamanı.  50  q  xırdalanmıĢ  turpu,  250  ml  qaynar  suya  töküb  15-20  dəqiqə 
zəif od üzərinə qoyub, sonra götürüb soyudub gündə 4 dəfə qəbul edin. 
Astma zamanı. Bunun üçün 100 ml təzə hazırlanmıĢ turp Ģirəsinin üzərinə 20 q bal, 1 çay 
qaĢığı  Ģəkər  tozu  və  100  ml  araq  tökün.  Bunları  yaxĢı  qarıĢdırıb  ağzını  bağlayıb  soyuducuda 
saxlayın. Gündə 3 dəfə yeməyə 20 dəqiqə qalmıĢ qəbul edin. 
Mədənin  selikli  qışasının  xəstəliyi  zamanı.  Bir  hissə  turp  Ģirəsi,  2  hissə  kök  Ģirəsi  (1:2) 
götürüb qarıĢdırıb gündə 3 dəfə bir xörək qaĢığı qəbul edin. 
Yuxusuzluğun aradan qaldırılmasında. 2 xörək qaĢığı doğranmıç turpdan götürüb 1 stəkan 


82 
 
qaynar suya töküb 10-15 dəqiqə dəmləyin. Aldığınız dəmləməni axĢamlar qəbul edin. 
Öskürək  zamanı.  Təzə  turp  Ģirəsini  1:1  nisbətində  bal  ilə  qarıĢdırıb  gündə  3-4  dəfə  1-2 
xörək qaĢığı qəbul edin. 
Donvurma  zamanı.  200  q  turpun  təzə  sıyığından  götürüb  100  q  piylə  qarıĢdırıb  su 
hamamının  üzərinə  qoyun  və  əridib  bir-birilə  qarıĢdırın.  Aldığınız  mazdan  zədələnmiĢ  nahiyənizə 
gündə 2-3 dəfə sürtün. 
Sistit zamanı. 1 ədəd iri turpu götürüb sürtgəcdən keçirdin. ġirəsini sıxıb çıxardıb, 5 dəqiqə 
qaynadın. Sonra süzüb gündə 2 dəfə xörək qaĢığının yarısı qədər qəbul edin. 
Dilin iflici və qanazlığı zamanı. Bunun üçün turp, kök və çuğundurun Ģirəsini çıxardıb 1:1:1 
nisbətində  qarıĢdırıb  qəbul  edin.  Bunun  üçün  Ģirələri  bir-birilə  qarıĢdırıb  tünd  butulkaya  töküb 
xəmirlə suvayıb, ancaq ağzını azacıq açıq qoyub mətbəx pilitəsinə qoyub qatılaĢana qədər saxlayın. 
Sonra gündə 3 dəfə bir xörək qaĢığı qəbul edin. Bu məhlul qanazlığı üçün ən gözəl vasitədir. 
Dilin iflici zamanı isə turpu götürüb çeynəmək lazımdır. 
ġərq  təbabətində  qeyd  edilir  ki,  turp  orqanizmə  ―qızıĢdırıcı‖  təsir  edərək  insanın  uzun 
müddət cavan qalmasına kömək edir. 
 
Xardal – Sinapis L.  
 
 
Xardal  tərkibindəki  çoxlu  miqdarda  mineral  maddələr,  vitamin  qrupları  və  təbii 
antioksidantlarla  zəngin  xammal  hesab  edilir.  Ən  baĢlıcası  ondan  ibarətdir  ki,  xardal  qiymətli 
texniki, qida və ədviyyat təbiətli bitkidir. Belə ki, onun qabığı təmizlənmiĢ toxumlarından yağı isti 
Ģəraitdə  sıxma  üsulu  ilə  almaq  olur.  Xardalın  toxumundan  qiymətli  ədviyyə  məhsulu  əldə  edilir. 
Xardaldan  hazırlanan  ədviyyə  məhsulları  dünyanın  əksər  xalqlarının  mətbəxlərinin  sevimli 
qatqısına çevrilmiĢdir.  
Əvvəllər  xardaldan  ya  bütöv  halda,  ya  da  iri 
yarma  Ģəklində  istifadə  edilirmiĢ.  Xardal  toxumlarını 
sirkə  turĢusu  ilə  qarıĢdırıb  2-3  gün  saxladıqdan  sonra, 
tünd, kəskin tama malik ədviyyə alınırdı. Ġllər keçdikcə 
xardalın  hazırlanma  texnologiyası  da  dəyiĢilirdi.  Ən 
kəskin  və  xoĢ  iyə  malik  keyfiyyətli  ədviyyələr 
Fransada  istehsal  olunurdu.  XVI  əsrdə  Fransanın 
Orlean  və  Cipne  Ģəhərlərində  ―xardal  istehsal  edən 
xüsusi  cəmiyyətlər‖  də  yaradılmıĢdır.  XVIII  əsrdə 
Fransanın  Cijonski  Ģəhərində  xardal  istehsal  edən 
sexlərdə  kəskin  tama  malik  ―ağ‖  rəngli  xardal  ədviyyəsinin  reseptləri  hazırlanmıĢdır.  Xardalın 
toxumlarını üzüm yetiĢən dövrlərdə toplanması məsləhət görülürdü. Xardal toxumları zəif sarı rəng 
alan  zaman  toxumları  toplayırdılar.  Qəhvəyi  və  qara  rəng  alan  zaman  toxumları  qabıqdan 
təmizləyir, əvvəlcədən turĢudulmuĢ üzüm sirkəsinə və ya ağ çaxıra töküb ondan qiymətli ədviyyə 
hazırlanırdı.  Hazırda  Fransada  çoxsaylı  xardal  nümunələri  hazırlanır.  Fransada  100-dən  çox 
müxtəlif  tama  və  xoĢ  iyə    malik  limon,  çaxır,  ananas  və  s.  iyini  xatırladan  xardal  ədviyyələri 
aĢpazlar arasında geniĢ Ģöhrət qazanmıĢdır.  Gijon xardalının tərkibinə yabanı almadan hazırlanmıĢ 
Ģirədən,  duz  və  digər  ədviyyə  növlərindən  qatmaqla  məhsul  hazırlayırlar.  Bu  ədviyyə  növü 
fransızların  klassik  məhsulu  hesab  edilir.  Yeni  hazırlanmıĢ  ədviyyəni  bifĢteks,  pörtlədilmiĢ  ətin 
yanına qoyub istifadə edirlər. Bordoviski xardalının tərkibinə sirkə, Ģəkər tozu, tərxun və bir neçə 
yabanı tərəvəz və ədviyyələr əlavə edib, soyuq ət və kolbasa ilə yeyilir.  
Dünya  florasının  tərkibində  kələmkimilər  fəsiləsinin  3200  növü  və  375  cinsi  əhatə  edir. 
Xardal cinsinin isə 4 növü  yayılmıĢdır. Azərbaycan florasının tərkibində isə əsasən 3 növünə rast 
gəlmək olar. Xardal cinsinin ədviyyat və müalicə vasitəsi kimi 3 növündən – ağ, qara və rus (sarpet) 
istifadə edilir.  
Sarpet  xardalı  (rus  xardalı  və  ya  göyümtül  xardal)  -  Brassica  juncea  (L.)  Czern.  Bitki 
yaban halda müxtəlif ölkələrdə Asiya və Misirdə keçmiĢ SSRĠ, Orta Asiya ərazilərində yayılmıĢdır. 
Mədəni halda Pakistan, Hindistan, Çin, Misir, Fransa, Hollandiya və s. ölkələrin ərazilərində geniĢ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə