Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   40   41   42   43   44   45   46   47   ...   149

87 
 
kökü  nisbətən  kiçik  olmasına  baxmayaraq,  onun  kökətrafı  yarpaqları  iri,  ətli  olub,  ləkələrlə 
örtülüdür. Çiçəklərinin mayalanması öz-özünə və ya çarpaz Ģəkildə baĢ vеrir. Mеyvəsi çoxtoxumlu, 
azca  qövsvarı  qından  ibarətdir.  Toxumları  xırda,  dairəvi  olub,  tünd  qonurumtul  və  ya  qara 
rəngdədir.  
ġalğam turp rеspublikamızda əsasən Gədəbəy rayonunun rusdilli əhali yaĢayan kəndlərində 
həyətyanı sahələrdə əkilib-bеcərilir.  
Ġnsanların  dadlı  və  xoĢ  tamlı  Ģalğam  turp  ilə  nə  vaxt  tanıĢ  olmalarını  demək  çox  çətindir. 
Bеlə  güman  еdilir  ki,  ola  bilsin  ki,  insanlar  bu  bitki  ilə  antik  dövrdə  tanıĢ  olmuĢlar.  Yazılı 
mənbələrdə qеyd olunur ki, bu kökmеyvəli bitkidən dadlı və xoĢ iyə malik olan xörəkləri ilk dəfə 
yunan  və  roma  xalqları  hazırlamıĢlar.  Orta  əsrlərdə  Ģirintəhər  Ģalğam  turp  avropalıların  sеvimli 
qidası hеsab еdilirdi. Almanların ən çox yеdiyi tərəvəz bitkisi olmuĢdur. Turp haqqında Rusiyada 
uĢaqlara  çoxlu  nağıllar  söylənsə  də,  Almaniyada  isə  ən  çox  nağıllar  qoĢulan  bitki  Ģalğam  turpu 
olmuĢdur.  XVI  əsrdə  bu  sеvimli  tərəvəz  Ġngiltərəyə  gətirilmiĢdir.  Hal-hazırda  Ģalğam  turpundan 
hazırlanan  ət  xörəkləri  ingilislərin  ən  sеvdiyi  milli  xörəklərinə  çеvrilmiĢdir.  Baltik  ölkələrinin 
xalqları isə bunu öz ərazilərində gеniĢ sahələrdə əkərək ondan müxtəlif xörək növləri hazırlayırlar. 
Rus xalqı Ģalğam turpu ilə XIV əsrdə tanıĢ olmuĢ və gеniĢ sahələrdə əkib-bеcərməyə baĢlamıĢlar. 
Lakin,  kartof  mədəni  hala  kеçirildikdən  sonra,  Ģalğam  turpunun  əkin  sahələri  gеt-gеdə  azalmağa 
baĢlayır. 
Lakin, bu qiymətli kökümеyvəli tərəvəz bitkisindən rus xalqı qısa müddət ərzində tamlı və 
ləzzətli  xörək  növləri  hazırlamaqla  yanaĢı  müxtəlif  xəstəliklərin  müalicəsində  istifadə  еtməyə 
baĢlamıĢlar.  
Kimyəvi  tərkibi.  XoĢ  tamına,  kimyəvi  tərkibinə,  müalicə  xüsusiyyətinə  görə  Ģalğam  turpu 
turpla  müqayisə  еtmək  olar.  AĢağı  kaloriliyinə  (100  qramı  35  kkal  еnеrji  vеrir),  tərkibində  çoxlu 
miqdarda  vitamin,  minеral  maddələr,  bеta-karotin,  Е,  C  və  B  qrupu  vitaminləri,  fol  və  nikotin 
turĢusu,  fosfor,  dəmir  mikroеlеmеntləri  və  s.  aĢkar  еdilmiĢdir.  ġalğam  turpunda  olan  C  viaminin 
miqdarı kələm, pazı (çuğundur), kök, tərəvəz bitkilərinə nisbətən çox olub bütün qıĢı olduğu kimi 
qalır.  B
6
  vitamini,  еləcə  də  kalium,  kalsium  mikroеlеmеntləri  baĢqa  kökümеyvəlilərə  nisbətən 
çoxluq təĢkil еdir. ġalğam turpunun tərkibində çoxlu miqdar yod еlеmеnti aĢkar еdilmiĢdir ki, bu da 
yod  çatıĢmayan  ərazilərdə  yaĢayan  insanlar  üçün  xеyirli  ola  bilər.  Bitkinin  kökmеyvəsində  olan 
xardal yağı xəstəlik törədən baktеriya və mikroblara məhvеdici təsir göstərir. Xörəyə az miqdarda 
qatıldıqda uzun müddət xarab olmadan saxlanmasına səbəb olur. 
100  q  Ģalğam  turpunun  tərkibində  0,1  q  piy,  1,2  q  zülal  və  7,7  q  zülal  aĢkar  еdildiyindən 
bundan  pəhriz  xörəklərin  hazırlanması  təklif  olunmuĢdur.  Nеcə  ki,  karbohidratlar  bitkinin 
sеllülozasında  toplandığından,  ondan  Ģəkərli  diabеtə  yеnicə  tutulan  xəstələr  üçün  xörəklər 
hazırlanması məsləhət görülmüĢdür. 
Müalicəvi xüsusiyyətləri. 
Turp  kimi  Ģalğam  turpun  bəlgəmgətirici  xüsusiyyətə  malikdir.  Buna  görə  bundan  nəfəs 
yolları  xəstəliklərində  istifadə  еdilir.  Bundan  baĢqa  bitkidən  hazırlanan  prеparatlardan  kəskin 
qastritdə, 
еntеritdə 
(nazik 
bağırsaq 
soyuqdəymələrində), 
kolitdə 
(yoğun 
bağırsaq 
soyuqdəymələrində)  və  xroniki  qəbizlikdə  istifadə  еdilir.  Bitkidən  bağırsaqların  saya  əzələlərinin, 
kalorisi  aĢağı  olduğundan  həzm  sistеminin  yaxĢılaĢdırılmasında  ona  görə  kökmеyvəsindən  pəhriz 
xörəklərinin  hazırlanmasında,  еləcə  də  piylənməyə  qarĢı  istifadə  еdilir.  Kökmеyvəsi  dəmir 
çatıĢmazlığında,  atеrozklеrozda  istifadə  еdilir.  ġalğam  turpunun  kökündə  çoxlu  miqdar  fitonsid 
maddəsi  olduğundan  dəridə  əmələ  gələn  irinli  yaraların,  yanıqların,  qaĢınmaların  müalicəsində 
yaxĢı  еffеkt  vеrir.  Tərkibində  çoxlu  miqdarda  kalium,  maqnеzium  olduğundan  artеrial  təzyiqinin 
aĢağı  salınmasında  istifadə  еdilir.  Bundan  baĢqa  tərkibindəki  C  vitamini  antioksidant 
xüsusiyyətlərinə malik olduğundan, orqanizmdə əmələ gələn zəhərli maddələri və sərbəst radikalları 
kənar  еdir.  ġalğam  turpunu  çox  vaxt  xərçəngə  qarĢı  tərəvəz  adlandırırlar.  Bitkinin  tərkibində 
antikansеroqеn  maddə  olduğundan  orqanizm  tərəfindən  yaxĢı  mənimsənilsin  dеyə  onu  ya  yaxĢı 
biĢirməyi  və  ya  qızartmağı  məsləhət  görürlər.  Bir  gün  ərzində  100-150  q  biĢirilmiĢ  Ģalğam  turp 
qəbul еtməyi, еləcə də baĢqa tərəvəz bitkiləri ilə qarıĢdıırb yеməyi məsləhət görürlər. Bundan baĢqa 
kökyumrusundan  hazırlanan  xörəklərdən  atеrosklеroz  ürək  və  baĢbеyin  damarlarında  baĢ  vеrən 


88 
 
nasazlıqların aradan qaldırılmasında istifadə еtməyi məsləhət görürlər.  
ġalğam turpdan müalicə prеparatlarının hazılanması. 
Kəskin quru öskürək zamanı: Çox da böyük olmayan Ģalğam turpunun qabığını təmizləyib 
ət  maĢınından  kеçirib  üzərinə  2:1  nisbətində  bal  əlavə  еdib  qarıĢdırın.  Gündə  4-5  dəfə  bir  xörək 
qaĢığı isti su ilə qəbul еdin. Tеzliklə, bəlğəm tökülməyə baĢlayıb, vəziyyətinizi yaxĢılaĢdıracaq. 
Tənəffüs  yollarının  xroniki  xəstəlikləri  zamanı:  500  q  Ģalğam  turpu,  50  q  kərə  yağı,  3 
xörək qaĢığı bal, 50 q qoz götürün. ġalğam turpunu nisbətən  xırda hissələrə doğrayıb, yağda azca 
biĢirib,  sonra  bal  əlavə  еdib  yumĢalana  qədər  biĢirin.  Süfrəyə  vеrməmiĢdən  əvvəl  üzərinə  narın 
doğranmıĢ qoz səpin. 
Kalsium çatışmazlığı zamanı: ġalğam turpun Ģirəsini hazırlayıb, üzərinə 1 xörək qaĢığı bal 
əlavə еdib gündə 2 dəfə qəbul еdin.  
Dəridə  baş  vеrən  yanıq  zamanı:  ġalğam  turpun  Ģirəsini  hazırlayıb  1:1  nisbətində  balla 
qarıĢdırıb  yanıqların  üzərinə  yaxın.  Orqanizmdən  radionuklidlərin  kənar  еdilməsi  zamanı  Ģalğam 
turpu təmizləyib doğrayın, azca duzlu suya töküb smеtanla qarıĢdırıb yеyin.  
Şalğam  turpdan  xörəklərin  hazırlanması.  Dükandan  və  ya  bazardan  Ģalğam  turp  alarkən 
onun  bərkliyinə,  orta  dərəcəli  ölçüsünə  fikir  vеrin.  ġalğam  turpun  yuxarı  hissəsində  cücərti 
görünürsə  və  ya  yarpaq  əmələ  gələrsə  dеməli,  o  düzgün  saxlanılmamıĢdır.  Bu  zaman  onun  əsas 
qidalılıq kеyfiyyəti aĢağı düĢmüĢ hеsab еdilir.  
Еv Ģəraitində Ģalğam turpu polietilеn pakеtlərdə saxlamaqla yanaĢı 2-3 dеĢik açın ki, havası 
həmiĢə dəyiĢilsin. ġalğam turpunu çalıĢın soyuducunun soyuq yеrində saxlayın. ġalğam turpundan 
xörək  hazırlayarkən  bütün  qaydalara  düzgün  əməl  olunarsa,  ondan  çox  ləzzətli  biĢmiĢ  növləri 
hazırlamaq olar. 
Şalğam turpdan ət xörəklərinin hazırlanması. 750 q Ģalğam turpu, 500 q kərə yağı, dəfnə 
yarpağı,  cəfəri  kökü,  2  soğan  baĢcığı,  500  q  kartof,  1  çay  qaĢığı  mərzə,  çay  qaĢığı  zirə,  1  xörək 
qaĢğı un, yaĢıl cəfəri götürün. 
1,5 litr qaynar su olan qazanın içərisinə soğan, cəfəri kökü və dəfnə yarpağı əlavə еdib, əti 
yarım hazır olana qədər biĢirin. Sonra süzüb bulyonun içərisinə ət, kartof, xırda doğranılmıĢ Ģalğam 
turpu,  mərzə,  zirə  əlavə  və  zövqünüzə  görə  duz  səpin.  Sonra  qazanın  qapağını  örtüb,  vam  odun 
üzərinə qoyun. Nə vaxt ki, ət biĢib hazır oldu, onda üzərinə un, soyuq su əlavə еdib odun üzərinə 
qısa müddət saxlayın. Süfrəyə vеrməmiĢdən qabaq üzərinə xırda doğranmıĢ cəfəri səpin. 
Şalğam  turpundan  sarımsaqlı,  smеtanlı  sousun  hazırlanması.  Orta  ölçüdə  Ģalğam 
turpunun yarpaqlarından, soğan baĢcığı, 1 diĢ sarımsaq, zövqünüzə görə duz və istiot götürün.  
ġalğam turpunu və soğanı doğrayıb, yaĢıl hissəni ət maĢınından kеçirin. Hamısını qarıĢdırıb 
bir qədər su əlavə еdin.  
Sonra smеtan, doğranmıĢ sarımsaq, duz və istiot əlavə еdin.  
Şalğam  turpu  və  buzov  ətilə  salatın  hazırlanması.  2  ədəd  kök,  1  ədəd  Ģalqamturp,  500  q 
buzov əti, mayonеz  götürün. Əti xırda hissələrə salıb 40-45 dəqiqə biĢirin. Sonra kökü və Ģalğam 
turpunu süzgəcdən kеçirib ətinin üzərinə töküb, mayonеz əlavə еdib süfrəyə vеrin.  
Bişirilmiş şalğam turpu və qara ciyərdən hazırlanmış salat. 100 q biĢirilmiĢ Ģalğam turpu, 
20  q  qızardılmıĢ  qara  ciyər,  10  q  xiyar,  yaĢıl  noxud,  salat  yarpağı,  göyərti,  adi  soğan,  mayonеz 
götürün. 
ġalğam turpu, qara ciyəri, xiyarı, salatı doğrayıb, pеncəri xırdalayın, yaĢıl noxud əlavə еdib, 
salatın üstünü göyərti ilə bəzəyib süfrəyə verin.  
Əlavə olaraq, soğanı süzgəcdən kеçirib, üzərinə mayonеz, toz Ģəklinə salınmıĢ qırmızı istiot 
əlavə еdib süfrəyə vеrin.  
ġalğam turpunu biĢirən zaman tərkibində olan C vitamin parçalanmadan öz tərkib hissəsini 
olduğu kimi saxlayır. Ona görə də qıĢ və yaz dövrlərində orqanizmdə vitamin çatıĢmazlığı zamanı 
Ģalğam turpundan hazırlanan xörəklərə daha çox üstünlük vеrilir.  
Hazırda Amеrikanın Forеst Qzok Ģəhərində, Oriqon Ģtatında 1951-ci ildə «dünyanın Ģalğam 
turpu  mərkəzi»  açılmıĢdır.  Burada  Ģalğam  turpunun  biologiyası,  sеlеksiyası,  yеni  məhsuldar 
sortların yaradılması üçün xüsusi institut yaradılmıĢdır.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə