Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   42   43   44   45   46   47   48   49   ...   149

91 
 
cümlədən uĢaqlıq qanaxmalarında istifadə edilir.  
Qaytarma  kökündən  cövhərin  hazırlanması.  Xalq  təbabətində  bitkinin  kökündən 
hazırlanan  sulu  və  spirtli  cövhərdən  istifadə  edilir.  Belə  ki,  25  qram  kökündən  götürüb,  50  ml 
keyfiyyətli arağın üzərinə töküb mütəmadi olaraq çalxalayıb, 14 gün qaranlıq, soyuq yerdə saxlayın. 
Hazır olan ekstraktı süzüb soyuducuda saxlayın. Ġshal və köpmə zamanı gündə 2-3 dəfə, 50 damcı 
qəbul edin.  
Qaytarmadan mazın hazırlanması. 1 stəkan əridilmiĢ yağın üzərinə xırda hissələrə salınmıĢ 
kökündən  5  q  götürüb  5  dəqiqə  biĢirin  sonra  ĢüĢə  bankaya  süzüb  soyuducuda  saxlayın.  Mazdan 
dodaq, dəri, əl, codlaĢmıĢ dəri və s. nahiyyələrə gündə 2-3 dəfə sürtün.  
Hazırlanan preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləĢin.  
Diqqət!  Bitkidən  hazırlanan  preparatlardan  normadan  artıq  istifadə  etdikdə  mədə  ağrıları, 
allergiya baĢ verə bilər.  
Dizenteriya  (ishal)  zamanı.  25  q  qaytarmanın  kökü  və  qırmızı  üzüm  çaxırı  götürün. 
QurudulmuĢ kökü xırdalayıb kofe üyüdücüdən keçirdin. Sonra 1 çay qaĢığı götürüb 50 ml çaxırın 
üzərinə tökün. Aldığınız ekstraktdan gündə 3-4 dəfə, yemək qabağı qəbul edin.  
Qanlı  ishal  zamanı.  25  q  qaytarma  kökü,  25  q  qambatı  kökü,  90  q  quĢəppəyi  otundan 
götürün.  Götürdüyünüz  bitkiləri  xırda  hissələrə  salın.  QarıĢıqdan  1  xörək  qaĢığı  götürüb  200  ml 
soyuq suya töküb qaynama dərəcəsinə gətirib gündə 3-4 dəfə stəkanın 1/2 hissəsi qədər yeməyə 20 
dəqiqə qalmıĢ qəbul edin.  
Xroniki enterokolit zamanı. 10 q qaytarma kökü, cirə toxumu, 20 q qaragilə meyvəsi, 30 q 
solmazçiçək  (qumsal  zirə)  və  sürvə  (Ģalfey)  yarpağı  götürün.  Götürdüyünüz  komponentləri  bir-
birləri  ilə  qarıĢdırın.  QarıĢıqdan  1  xörək  qaĢığı  götürüb  200  ml  soyuq  suya  töküb,  qaynama 
dərəcəsinə gətirin və 15 dəqiqə dəmləyin. Aldığınız ekstraktdan gündə 2-3 dəfə, yeməyə 20 dəqiqə 
qalmıĢ stəkanın 1/2 hissəsi qədər qəbl edin.  
Mədə-bağırsaq  pozuntuları  zamanı.  10  dəqiqə  qaytarma  kökü,  10  q  ətirli  yarpız  götürün. 
Bitkiləri  xırda  hissələrə  salıb  200  ml  soyuq  suya  tökün,  qaynatma  dərəcəsinə  gətirib  15  dəqiqə 
dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 2-3 dəfə, stəkanın 1/2 hissəsi qədər yeməyə 20 dəqiqə 
qalmıĢ qəbul edin.  
Qanazlığı  zamanı.  20  q  qaytarma  kökü,  gicitkən  yarpağı,  boymadərən  otundan  götürün. 
Xammalı  doğrayıb  qarıĢdırın.  QarıĢıqdan  1  xörək  qaĢığı  götürüb  250  ml  qaynar  suya  töküb  30 
dəqiqə  dəmləyib  süzün.  Ekstraktdan  gündə  5-6  dəfə  1  xörək  qaĢığı  yeməyə  1  saat  qalmıĢ  qəbul 
edin. Müalicə kursu 2-3 həftədir.  
Podaqra zamanı. 20 q qaytarma kökündən götürüb 70º-li 100 ml spirtin üzərinə töküb ĢüĢə 
qabda  (butulkada)  6  həftə  saxlayın  və  süzüb  soyuducuya  qoyun.  Aldığınız  cövhərdən  gündə  2-3 
dəfə 40 damcı yeməkdən əvvəl qəbul edin.  
Yanıq zamanı. 250 ml soyuq suya 1 xörək qaĢığı doğranmıĢ palıd qabığı və qaytarma kökü 
əlavə edin. Zəif od üzərinə qoyub 20 dəqiqə biĢirin. Süzüb, soyudun. Salfetkanı ekstraktda isladıb 
xəstələnmiĢ dəri nahiyəsi üzərinə qoyun.  
Yanıqların  müalicəsi  üçün  mazın  hazırlanması.  Tünd  ĢüĢə  bankaya  2  xörək  qaĢığı 
doğranmıĢ təzə qaytarma kökü tökün, üzərinə dolana qədər bitki yağı əlavə edin və su hamamında 
30 dəqiqə saxlayın. Sonra soyudub süzün. Aldığınz mazdan götürüb yanmıĢ nahiyəyə sürün. Mazla 
dolu tünd butulkanı soyuducada saxlayın. 
Yağlı dəri üçün kosmetik buzun hazırlanması. 10 q gülümbahar çiçəyi, qaytarma kökü, 5-6 
damcı limon yağı götürün. Xammalı xırda hissələrə salıb 350 ml qaynar suya töküb, yun parça ilə 
örtüb 25 dəqiqə dəmləyin. Sonra süzüb üzərinə  5-6 damcı limon yağı əlavə edin. YaxĢı qarıĢıqdan 
sonra  formaya  salıb  soyuducada  soyudun.  AlınmıĢ  formalı  buzdan  götürüb  səhər  və  axĢam 
sifətinizə sürtün. 
Soyuqdəymə  zamanı.  Bunun  üçün  10  q  qaytarma  kökü,  gülümbahar  çiçəyi,  tozağacı 
tumurcuğu, evkalipt yarpağı, ətrəng qırxbuğum götürün. Sonra kofeüyüdücüdən keçirin. QarıĢıqdan 
2  xörək  qaĢığı  götürüb  1  litr  qaynar  suya  töküb  zəif  od  üzərinə  qoyub  10  dəqiqə  saxlayın.  Sonra 
termosa töküb bütün gecəni dəmə qoyun. Aldığınız ekstraktı gün ərzində yeməyə yarım saat qalmıĢ 
100-150  ml  qəbul  edin.  Ekstraktın  tamını  yaxĢılaĢdırmaq  üçün  tərkibinə  Ģəkər  və  ya  bal  qatın. 


92 
 
Müalicə kursu 3-4 aydır. 10-14 gün istirahət verdikdən sonra yenidən müalicəni təkrar edin. Prosesi 
1 il davam etdirin. Müalicəni 2 ay yaz və payız fəsillərində aparsanız daha effektli alınar.  
Düzqalxan  qaytarmadan  alınan  preparatlardan  Almaniya,  PolĢa,  Finlandiya,  Fransa, 
Portuqaliya, Ġsveçrə və s. ölkələrin elmi təbabətində geniĢ istifadə edilir.  
Biz  isə  bitkinin  kökümsovlarından  flavonoid  və  aĢı  təbiətli  boyaq  ekstraktı  hazırlayıb  yun 
ipini tünd sarı, narıncı, yaĢıl, qonur, mixəyi, mixəyi-qonur, açıq-qəhvəyi, qırmızı, qırmızı-qəhvəyi, 
Ģabalıdı,  qara-qəhvəyi  və  s.  çalarlara  boyamağa  nail  olduq.  1  kq  qaytarma  kökü  tozundan  alınan 
boyaq ekstraktı ilə 10-12 kq yun ipi boyamaq olar. Bitkidən alınan boyaqdan ətriyyat, kosmetika, 
sabunbiĢirmə və s. sahələrdə istifadə etmək olar.  
 
Albalı – Cerasus Hill. 
 
Albalı  -  Cerasus  Hill.  cinsinin  dünya  florasında  140-150  növü  yayılmıĢdır.  Cinsin  76 
növünə  ġərqi  Asiyanın  subtropik  zonalarında  rast  gəlinir.  Bunların  67  növü  həmin  ərazilər  üçün 
əsas bitki hesab edilir. Albalının keĢmiĢ SSRĠ-də 27 növü, Qafqazda 8, o cümlədən Azərbaycanda 7 
növü (2 növü mədəni halda) becərilir.  
Adi albalı - Cerasus vulgaris Mill. Hündürlüyü 5-6 metr olan ağacdır. Yarpaqları saplaqlı, 
enli  ellipsvari,  iti  kənarları  miĢardiĢli,  pazvaridir.  Gövdəsinin  qabığı  qonurdur.  Çiçəkləri  ağ  və  ya 
çəhrayı  rəngdə  olub,  çoxsaylı  erkəkcikli  çiçəkləri  sadə  çətirdə  toplanmıĢdır.  Meyvəsi  kürəvari, 
yuxarı hissədən yastı, tünd-qırmızı, açıq-qırmızı rəngdədir. Aprel-may aylarında çiçək açır, iyun və 
iyulda meyvəsi yetiĢir. 
Adi  albalı  Azərbaycanın  demək  olar  ki,  hər  yerində  mədəni  halda  əkilir.  Daha  çox  orta 
dağlıq və dağətəyi rayonlarda mədəni halda becərilir.  
Albalının  tərkibində  fol  turĢusu,  B
1
,  B
2
  PP  vitaminlər 
qrupu, çoxlu miqdarda qlükoza, fruktoza və insan sağlamlığı üçün 
mikroelementlərdən mis, kobalt, dəmir, kalsium, kalium, yod və s. 
aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  tünd-qırmızı  rəngli  albalı  sortu 
meyvəsinin tərkibində daha çox Ģəkər və E vitamin olur. Həmçinin
albalı  meyvəsinin  tərkibində  izokversitrin,  3-qlükoarabinozid 
kversetin,  astraqalin  flavanoidləri,  qabığından  isə  fenolkarbon 
turĢusu,  katexin,  10  %-ə  qədər  aĢı  maddəsi,  flavonoid  təbiətli 
birləĢmələrdən  narigenin,  prunin,  kversetin,  aroneadendrin,  7- 
metilaromadendrin,  sianidin-3-ramoqlükozid,  antosian  birləĢmələri,  piy  maddəsi  və  s.  aĢkar 
edilmiĢdir. 
Albalı  Ģirəsi  qəbizliyi  aradan  qaldırır,  orqanizmin  immunitetini  yüksəldir,  maddələr 
mübadiləsinin  nizamlayır,  soyuqdəymə,  öskürək  zamanı  bəlğəmgətirici  rolunu  oynayır.  Gözəl 
bakterisid  xüsusiyyətinə  malik  olub,  stafilokokk  və  streptokokk  bakteriyaları  tərəfindən  törədilən 
infeksiya  xəstəliklərini  müalicə  edir.  Bundan  baĢqa  albalı  dizentriya,  bronxit,  bronxial  astma  və 
damar xəstəlilərinin müalicəsində iĢlədilir.  
Albalı meyvəsi iĢtahanı yaxĢılaĢdırır, həzmə kömək edir, babasili, tərkibində mis və dəmir 
olduğuna  görə  qanazlığını  aradan  qaldırır,  kalium  olduğuna  görə  ürək  əzələlərini  qidalandırır. 
Tərkibində vitaminlərin və mikroelementlərin çoxluğuna görə immuniteti qaldırır, qan damarlarının 
və sümük toxumalarını möhkəmləndirir. 
QurudulmuĢ  meyvəsi  büzüĢdürücü  xüsusiyyətə  malik  olduğundan  mədə-bağırsaq 
pozuntularında tətbiq edilir. Bundan baĢqa qurudulmuĢ meyvəsini qida rasionunun tərkibinə əlavə 
edib hepatit, hipertoniya, uĢaqlıq qanaxmalarında istifadə edilir. 
Albalıdan  müalicə  preparatlarının  hazırlanması:  Dizenteriya,  stafilokokk  və  streptokokk 
bakteriyalarının  törədiciləri  infeksiya  xəstəlilərinin  müalicəsi  zamanı:  hər  gün  səhər  acqarına 
stəkanın 1/2 hissəsi qədər albalı Ģirəsi qəbul edin.  
Soyuqdəymə zamanı baş verən qara ciyər və öd kisəsi xəstəliklərində: Bunun üçün hər gün 
acqarına tünd-qırmızı rəngli albalıdan alınmıĢ Ģirədən bir stəkan için. Və ya 0,5 litr qaynar suya 2 
xörək  qaĢığı  qurudulmuĢ  albalı  Ģirəsi  əlavə  edib  vam  od  üzərində  5  dəqiqə  saxlayın  və  sonra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə