Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   43   44   45   46   47   48   49   50   ...   149

93 
 
soyudub süzün. Aldığınız cövhərdən gündə 4-5 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Soyuqdəymə, ishal, qanazlığı zamanı: Bunun üçün 4 xörək qaĢığı narın hissələrə salınmıĢ 
albalı  yarpağı,  1  xörək  qaĢığı  quĢarmudu  yarpağı,  14  xörək  qaĢığı  gülümbaharın  ot  hissəsindən 
götürüb  qarıĢdırın.  Sonra  qarıĢıqdan  1  xörək  qaĢığı  1  stəkan  qaynar  suya  tökün  və  30  dəqiqə 
dəmləyib, süzün. Aldığınız dəmləmədən gün ərzində yeməyə 30 dəqiqə qalmıĢ 3 xörək qaĢığı qəbul 
edin.  
Böyrək  xəstəliyi  zamanı:  Yazda  tumurcuqlar  ĢiĢməyə  baĢladığı  zaman  onlardan  bir  hissə 
toplayıb,  qurudun.  Sonra  albalının  barmaq  boyda  cavan  budaqlarından  10-12  ədəd  kəsib  emal 
qazana  qoyun  və  üzərinə  2  litr  qaynar  su  əlavə  edib,  10  dəqiqə  qaynadın.  Götürüb  yun  parçaya 
töküb 30 dəqiqə saxlayın. Aldığınız dəmləmədən gündə 4-5 stəkan 10 dəqiqə ərzində qəbul edin. 10 
gün istirahət verdikdən sonra, malicəni davam etdirin.  
Orqanizmin daxdilində qanaxmalara meyili olan orqanların müalicəsi zamanı: Bir stəkan 
qaynar suya 1 çay qaĢığı qurudulmuĢ alablı meyvəsi əlavə  edib, 10 dəqiqə zəif od üzərinə qoyub 
qaynadın.  Sonra  soyudub  süzün.  Gündə  3-4  dəfə  yeməyə  30  dəqiqə  qalmıĢ  stəkanın  1/4  hissəsi 
qədər qəbul edin. 
Nevroz, revmatizm, qıcolma zamanı: 0,5 litr soyuq suya 1 xörək qaĢığı albalı qabığı töküb 
qaynama  dərəcəsinə  gətirin  və  5  dəqiqə  dəmləyib,  süzün.  Aldığınız  cövhərdən  gündə  1-2  stəkan 
qəbul edin. 
Qanazlığı,  vegetativ  damarlaın  distoniyası  zamanı:  1  stəkan  qaynar  suya  2  xörək  qaĢığı 
qurudulmuĢ albalı meyvəsi əlavə edin, zəif od üzərinə qoyub, 20-30 dəqiqə qaynadın və soyudub 
süzün. Aldığınız dəmləmədən gündə 1-2 dəfə yeməkdən qabaq 0,5-1 stəkan qəbul edin.  
Albalıdan  zərif  (delikates)  qida  məhsullarının  hazırlanması:  Albalı  meyvəsi  zərif,  xoĢ 
tama  malik  olduğundan  aĢbazlıq  (kulinariya)  sahəsində  təzə  halda  istifadə  edilir.  Meyvə  uzun 
müddət  saxlandıqda  belə  öz  faydalı  xüsusiyyətlərini  itirmir.  Albalı  qurudulub  konservləĢdirilir, 
həmçinin Ģirəsini çıxarıb sirob, çaxır və müalicəvi içkilər hazırlayırlar.  
Şərbətin  hazırlanması:  Eyni  miqdarda  albalı  və  Ģəkər  tozu  götürün.  Suyu  qaynadıb  Ģəkər 
tozunun  yarısını  ehtiyatla  əlavə  edin,  10  dəqiqə  yenə  qaynadın.  Sonra  yumĢaq  albalı  meyvəsini 
emallı  ləyənə  töküb  üzərinə  isti  sirop  əlavə  edib  3-4  saat  saxlayın  və  5  dəqiqə  qaynadıb  odun 
üzərindən  götürün.  Yarım  saatdan  sonra  Ģəkərin  qalan  hissəsini  əlavə  etməklə  tası  yenidən  odun 
üzərinə  qoyub  15  dəqiqə  biĢirin  və  sterilizə  edilmiĢ  ĢüĢə  balonlara  doldurub  ağzını  möhkəm 
bağlayın.  
“Cənnət  kompotu”  desertinin  hazırlanması:  1  kq  yetiĢmiĢ  albalı,  1  kq  bal,  bir  ədəd 
qurudulmuĢ limon qabığı götürün. Giləmeyvəni saplaqdan təmizləyib ĢüĢə balona doldurub üzərinə 
narın doğranmıĢ limon qabığını və balı əlavə edib, 2 həftə soyuq yerdə saxlayın. Bu müddət ərzində 
albalının  Ģirəsi  çıxmağa  baĢlayacaq,  bal  isə  qismən  balonun  dibinə  çökəcəkdir.  Giləmeyvəni 
balondan ehtiyatla çıxarıb digər balona tökün. Balı isə Ģirə ilə birlikdə taxta qaĢıqla həll olana qədər 
qarıĢdırın. Yenidən albalını hazır olan Ģirənin üzərinə tökün.  
Albalı  arağının  hazırlanması:  Stəkanın  1/2  hissəsi  qədər  albalı  siropu,  bir  o  qədər 
qaynanmıĢ  su,  1  stəkan  araq  götürün  və  bir-birilə  qarıĢdırın.  Giləmeyvəni  saplaqdan  təmizləyib 
balonun 1/3 hissəsinə qədər doldurun. Üzərinə Ģəkər tozu əlavə edib, balonun ağzını ikiqat tənziflə 
bağlayıb, 30 gün günəĢin altında saxlayın. AlınmıĢ siropu qaynar su və araqla qarıĢdırın. Aldığınız 
müalicəvi araqdan gündə 2 dəfə 3 xörək qaĢığı ya yeməkdən əvvəl, ya da sonra qəbul edin.  
Al-qırmızı  rəngli  kefirin  hazırlanması:  Stəkanın  2/3  hissəsi  qədər  yetiĢmiĢ  albalı,  2  çay 
qaĢığı Ģəkər tozu, 1 stəkan kefir, 1 çimdik darçın və yaxud zəncəfil götürün. Taxta qaĢıqla albalını 
əzib,  üzərinə  Ģəkər  tozu,  ədviyyat  tozu,  kefir  əlavə  edin  və  ehtiyatla  qarıĢdırıb  10  dəqiqə  soyuq 
yerdə saxlayın.  
“Yay ləçəyi” albalı şorbasının hazırlanması: 300 q albalı, 4-5 xörək qaĢığı biĢirilmiĢ düyü, 
stəkanın 1/2 hissəsi qədər Ģəkər tozu, 4 stəkan su götürün. Albalını yarı hissəyə bölüb, çəyirdəkdən 
təmizləyin.  Çəyirdəyi  təmizlənmiĢ  albalını  emal  qazana  tökün,  üzərinə  su  əlavə  edib,  zəif  odun 
üzərinə qoyub 5-7 dəqiqə qaynadın. 20 dəqiqə sonra dəmləməni süzüb, üzərinə ələkdən keçirilmiĢ 
yumĢaq  biĢmiĢ  albalı,  Ģəkər  tozu,  düyü,  təzə  çəyirdəkdən  təmizlənmiĢ  albalı  əlavə  edib  yenidən 
qaynadın.  


94 
 
Biz  isə  yetiĢmiĢ  albalı  meyvəsindən  antosian  tərkibli  boyaq  maddəsi  hazırlayıb  qənnadı, 
karamel,  eləcə    də  spirtsiz  içkilərdə  sınaqdan  keçirib  müsbət  nəticələr  əldə  etdik.  Oduncağın 
qabığından isə boyaq ekstraktı hazırlayıb yun və ipək məmulatlarını tünd-qırmızı, qırmızı, çəhrayı, 
açıq-çəhrayı,  çəhrayı-qırmızı,  bənövĢəyi,  açıq-bənövĢəyi,  tünd-Ģabalıdı,  qəhvəyi  və  s.  rəng  və 
çalarlara boyadıq.  
 
ġərq alması – Malus orientalis Uglitzk. 
 
Dünya  florasının  tərkibində  alma  cinsinin  50-yə 
qədər  növü  yayılmıĢdır  (Al.A.Fyodorov  və  O.M.Poletiko. 
1954;  Ġ.T.Vasilçenko,  1963).  Qafqazda,  o  cümlədən  də 
Azərbaycanda  ən  çox  2    növünə  rast  gəlinir.  Bunlar  Ģərq 
alması - M.orieıualis Uglitzk. və ev alması  - M.domestica 
Borkh.  növləridir.  Ən  geniĢ  yayılanı  Ģərq  almasıdır.  ġərq 
alması - M.orientalis Uglitzk. kol və ağac formasında olub 
hündürlüyü  6-8  m,  bəzən  də  18  m-ə  çatır.  Enli  çətiri 
çadırvaridir.  Cavan  budaqları  bəzən  tikanlı,  az  və  ya  çox 
tüklüdür.  Qabığı  tünd-qəhvəyi,  yaĢıl  budaqlarının  qabığı 
isə  tünd-boz  və  ya  tünd-qonur  olub,  parlaqdır,  pulcuqlar 
Ģəklində qopur. Yarpaqları yumurtavari, lanset formalı və ya enli, oval Ģəkillidir. Çiçək qrupu 4-6 
çiçəkdən  ibarətdir.  Çiçəkləri  keçətüklüdür.  Meyvələri  müxtəlif  formalı,  əksərən  dəyirmi  olub, 
diametri 2-3 sm-dir. Ekoloji Ģəraitdən asılı olaraq, aprel-may aylarında  çiçəkləyir, iri, ətli və Ģirəli 
meyvəsi  avqust-sentyabr  aylarında  yetiĢir.  Qrup  halında  rast  gəlinən  kolların  və  sıxlıqda  bitən 
ağacların  meyvəsi  xırda, açıqlıqda  tək-tək  bitən  ağacların  meyvəsi  isə  bir  qədər  iri  olur.  YetiĢmiĢ 
meyvələr  çox  müxtəlif  -  sarı,  göyümtül,  qırmızı,  qırmızımtıl-ağ,  qırmızı  zolaqlı  və  ağımtıl-sarı 
rənglərdə  olur.  ġərq  alması  meyvələrinin  dadı  az  Ģirin,  turĢməzə  və  əksər  hallarda  acı  tamlı  olur. 
Bəzən elə acı tamlı meyvəyə təsadüf edilir ki, acılığından yemək belə mümkün olmur. Belə almalar 
qurudulub qax halına salındıqda acılığı bir  qədər azalır və yeməli olur. ġərq alması Azərbaycanın 
bütün meĢə rayonlarında geniĢ yayılmıĢdır. Azərbaycanın bir sıra rayonlarında «cırtdan alma»sı da 
məĢhurdur. 
Naxçıvan MR-də rast gəlinən cırtdan alma diqqəti daha çox cəlb edir o, çoxlu miqdarda iri 
və dadlı meyvə verir. 
ġərq  almasının  tərkibində  2,42%-ə  qədər  alma,  çaxır,  limon,  xlorgen  və  arabin  turĢuları, 
12%-ə  qədər  Ģəkər,  pektin,  aĢı  və  boyaq  maddələri,  64,2%  C  vitamini,  karotin,  B,  B
2
,  B
3
,  B

vitaminləri,  dəmir  və  fosfor  makroelementləri,  manqan,  mis,  kalsium  mikroelementləri,  efir  yağı, 
qabıq hissəsindən flavonoid maddələri, toxumundan 0,6% amiqdalin qlükozidi, 15%-ə qədər piyli 
yağ aĢkar edilmiĢdir. 
Yeyinti məqsədləri üçün Ģərq almasının meyvələrindən geniĢ istifadə olunur. ġərq almasının 
bəzi  formalarının  meyvələri  Ģirintəhər  və  çox  vitaminlidir.  Meyvələrindən  kompot,  cem,  povidla, 
pastil, jele, marmelad, kvas, Ģirə, kisel sərinləĢdirici içki, Ģərab və s. yeyinti məhsulları hazırlanır. 
Qalan  tullantılarından  isə  sirkə  hazırlanır.  ġərq  almasının  meyvələri  alma  turĢnsunun  və  dəmir 
duzunun ekstraktını hazırlamaq  üçün yaxĢı xammaldır. Bu  ekstraktın təbabətdə böyük əhəmiyyəti 
vardır. Ondan qanazlığı, eləcə də xloroz xəstəliyinin müalicəsində istifadə edilir. 
Alma meyvəsi həzm sistemini möhkəmləndirir. Xroniki ishal, kəskin enterit xəstəliklərinin 
müalicəsində iĢlədilir. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, 
qanazlığına,  xroniki  mədə-bağırsaq  xəstəliklərinə,  eləcə  də  vitamin  azlığına  yaxĢı  müalicəvi  təsiri 
olur. Almadan ən çox xroniki qəbizlikdə istifadə edilir. 
Alma meyvəsi təzə və quru (qax) halda yeyilir və uzun müddət saxlanılır. Qurutmaq üçün 
onu doğrayır, qaralmasın deyə duzlu suya töküb 10-15 dəqiqə saxlayırlar. Sonra duzlu suyu süzüb, 
sərib  qurudur,  uzun  müddət  saxlamaq  üçün  ĢüĢə  qablara  doldurub,  sərin  və  kölgəli  yerə 
qoyulmalıdır. 
Almadan  kosmetika  sahəsində  çox  qədim  zamanlardan  istifadə  edilir.  Belə  ki,  sürtgəcdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə