Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   45   46   47   48   49   50   51   52   ...   149

97 
 
0,5  litr  qaynar  su  əlavə  edin  və  termosa  tökün.  1-2  saat  dəmlədikdən  sonra  süzün.  Aldığınız  bal 
qarıĢdırılan müalicəvi təsirə malik çaydan gündə 3-4 dəfə yeməkqabağı stəkanın 2/3 hissəsi qədər 
qəbul edin. Müalicə kursu bir aydır. 
Qastrit  və  mədə  turşuluğu  aşağı  olan  zaman.  5  stəkan  təzə  dərilmiĢ  qırmızı  rəngli 
quĢarmudu meyvəsi, 3 stəkan Ģəkər tozu qarıĢdırıb isti yerdə 6-8 saat saxlayın. Sonra vam odda 25-
30 dəqiqə qaynadıb süzün. Xəstəlik Ģiddətlənən zaman aldığınız  siropdan gündə 3-4 dəfə 1 xörək 
qaĢığı yeməkqabağı qəbul edin. Müalicə kursu 3-4 həftədir. 
Babasil zamanı. 1 xörək qaĢığı bal götürüb 1 stəkan quĢarmudu Ģirəsi ilə qarıĢdırıb gündə 3 
dəfə stəkanın 1/4 hissəsi qədər 1 stəkan isti su ilə qəbul edin. QuĢarmudunun lətli hissəsini götürüb 
tənzifın üzərinə yaxın, alt hissəsinə isə salfetka qoyub gündə 2-3 dəfə 1 saat anus dəliyinin üzərinə 
qoyun. Müalicə kursu 2 həftədir. 
Şəkərli  diabetin  başlanğıcı  zamanı.  1  xörək  qaĢığı  təzə  və  yaxud  qurudulmuĢ  quĢarmudu 
meyvəsi,  eyni  miqdarda  boymadərən,  1  çay  qaĢığı  yonca  yarpağı  götürün.  Bu  qarıĢıqları  yaxĢı 
qarıĢdırıb  0,5  litr  qaynar  suya  töküb  qabın  ağzını  örtün  və  yarım  saat  dəmlədikdən  sonra  süzün. 
Aldığınız  dəmləmədən  gündə  3  dəfə  stəkanın  1/4  hissəsi  qədər  yeməkqabağı  qəbul  edin.  Müalicə 
kursu 2 həftədir. 
Podaqra  zamanı.  1  xörək  qaĢığı  təzə  və  yaxud  qurudulmuĢ  quĢarmudu  meyvəsindən 
götürüb  1,5  stəkan  qaynar  suyun  üzərinə  töküb,  4  saat  dəmlədikdən  sonra  süzün.  Aldığınız 
dəmləmədən  gündə  3  dəfə  sləkanın  1/2  hissəsi  qədər  qəbul  edin.  Müalicəni  özünüzü  yaxĢı  hiss 
edənə qədər davam etdirin. 
Sidik kisəsində olan daşların profilaktikasında. 1 litr quĢarmudunun təzə Ģirəsinin üzərinə 
2,5 stəkan Ģəkər tozu töküb zəif odun üzərinə qoyub, 20 dəqiqə biĢirin. Sonra otaq  temperaturuna 
qədər soyudun. Gündə 3 dəfə 2 xörək qaĢığı qəbul edin. Müalicə kursu iki həftədən az olmamalıdır. 
Böyrək xəstəliklərində. xörək qaĢığı doğranmıĢ qırmızı rəngli quĢarmudundan götürüb 0,5 
litr  qaynar  suya  töküb  termosda  4  saat  dəmləyib  süzün.  Aldığınız  dəmləmədən  gündə  3-4  dəfə 
stəkanın  1/2  hissəsi  qədər  yeməkqabağı  qəbul  edin.  Müalicəni  vəziyyətiniz  yaxĢılaĢana  qədər 
davam etdirin. 
Qalxanvari  vəzinin  normal  işləməsi  üçün.  2-3  xörək  qaĢığı  təzə  və  yaxud  qurudulmuĢ 
qırmızı  quĢarmudu  meyvəsindən  götürüb  0,5  litr  qaynar  suya  töküb  termosda  bütün  gecəni 
dəmləyin.  Aldığınız  dəmləmədən  gündə  3-4  dəfə  stəkanın  1/2  hissəsi  qədər  yeməkqabagı  qəbul 
edin. Müalicə kursu 1,5-2 aydır. 
Qusma və toksikoz zamanı. Gündə 10-15 ədəd təzə və yaxud donmuĢ quĢarmudu meyvəsini 
çeynəyib udun. 
Uzunmüddətli  xəstəliklə  bağlı  ümumi  zəiflik,  tez-tez  və  uzunsürən  başağrıları  zamanı.  
stəkan  quĢarmudu  Ģirəsinin  üzərinə  stəkanın  2/3  hissəsi  qədər  əzvay  Ģirəsi,  stəkanın  1/2  hissəsi 
qədər  isə  bal  və  yaxud  kaqor  əlavə  edin.  Götürdüyünüz  qarıĢıqları  ehtiyatla  qarıĢdırdıqdan  sonra 
tünd ĢüĢə qablara doldurub ağızını möhkəm bağlayıb soyuducuda saxlayın. AlınmıĢ Ģirədən gündə 3 
dəfə 1 çay qaĢığı yeməkdən əvvəl qəbul edin. Müalicə kursu 3-4 həftədir. 
Revmatizm  və  şişlərə  qarsı.  1  xörək  qaĢığı  doğranmıĢ  qırmızı  rəngli  quĢarmudu 
meyvəsindən  götürüb  1,5  stəkan  qaynar  suyun  üzərinə  töküb,  4  saat  dəmlədikdən  sonra  süzün. 
Aldığınız dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/2 hissəsi qədər  yeməyə yarım saat qalmıĢ qəbul 
edin. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin. 
Maddələr mübadiləsini nizama salmaq üçün. 1 stəkan qırmızı rəngli quĢarmudu ilə yapon 
saforası meyvəsindən götürün. Meyvələri əzib narın hissələrə salıb ĢüĢə bankaya töküb, üzərinə 0,5 
litr  araq  əlavə  edin.  Qaranlıq  və  soyuq  yerdə  2  həftə  saxlayın.  Aldığınız  cövhərdən  gündə  2  dəfə 
yeməyə 30 dəqiqə qalınıĢ bir çay qaĢığı qəbul edin. 
Soyuqdəymə,  qrip,  kəskin  titrətmə  zamanı.  1,4  çay  qaĢığı  qurudulmuĢ  moruq  və  3  çay 
qaĢığı quĢarmudu meyvəsindən götürüb termosa tökün və üzərinə bir litr qaynar su əlavə edib 4-5 
saat dəmləyib süzün. AlınmıĢ cövhərdən isti halda gündə 3-4 dəfə üzərinə bal və Ģəkər tozu əlavə 
etməklə qəbul edin. 
1.
 
 Eyni  miqdarda  quĢarmudu  meyvəsi,  dazıotu,  qaraqınıq  və  çobanyastığı  çiçəyindən 
götürün. Sonra qarĢıqdan 1 xörək qaĢığı götürüb 0,5 litr qaynar suya töküb 1 saat dəmləyib, süzün. 


98 
 
Aldığınız  ekstraktdan  gündə  4  dəfə  stəkanın  1/2  hissəsi  qədər  qəbul  edin.  Müalicə  kursunu  tam 
sağalana qədər davam etdirin. 
Təngnəfəslik,  depressiya,  iştah  pozuntularında  və  tonusun  gücləndirilməsi  üçün 
enerjiartırıcı içkinin hazırlanması. Bərabər miqdarda quĢarmudu ilə itburnu meyvəsindən 2 xörək 
qaĢığı  götürüb  0,5  litr  qaynar  suya  töküb  odun  üzərnə  qoyub,  15  dəqiqə  biĢirin.  Ağzını  ınöhkəm 
bağlayıb,  qaranlıq  və  soyuq  yerdə  4  saat  saxlayın.  Sonra  dəmi  götürüb  süzün  və  gündə  2-3  dəfə 
stəkanın  1/2  hissəsi  qədər  yeməyə  30  dəqiqə  qalmıĢ  qəbul  edin.  Müalicə  kursunu  vəziyyətiniz 
yaxĢılaĢana qədər davam etdirin. 
Ürək  şişmələrində,  miokard  infarktlarının  qarşısının  alınımasında.  2  xörək  qaĢığı 
qurudulmuĢ  quĢarmudu  meyvəsindən  götürüb  1  stəkan  isti  südün  içərisinə  töküb  termosda  1  saat 
dəmləyib  süzün.  Sonra  aldığınız  ekstraktn  üzərinə  bal  və  yaxud  Ģəkər  tozu  əlavə  edib  gündə  3-4 
dəfə  stəkanın  1/4  hissəsi  qədər  qəbul  edin.  Müalicə  kursunu  bir  həftə  aparın.  2  həftə  istirahət 
verdikdən sonra müalicəni yenidən təkrar edin. 
Hipertoniyanın baslanğıcı zamanı. 
1. Stəkanın 1/4 hissəsi qədər quĢarmudu meyvəsindən götürüb 1 stəkan qaynar suya töküb, 
od  üzərinə  qoyun  və  5  dəqiqə  biĢirib  1  saat  dəmləyib  süzün.  AlınmĢ  cövhəri  gündə  1  dəfə  qəbul 
edin. 
2.  BaĢqa  bir  üsulla  2  xörək  qaĢığı  qurudulmuĢ  meyvəsindən  götürüb  1  stəkan  qaynanmıĢ 
suya töküb termosda 15-20 dəqiqə dəmləyib süzün. Sonra dəmin üzərinə 1 ədəd limon Ģirəsi və 1 
xörək qaĢığı bal əlavə edib qarıĢdırın. Aldığınız ekstraktı soyuducuda saxlayın və gündə 3-4 dəfə 1 
xörək qaĢığı yeməyə yarım saat qalınıĢ qəbul edin. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər 
davam etdirin. 
Ürək  fəaliyyətinin  nizamlanmasında  və  ürək  çatışmazlığının  aradan  qaldırılmasında. 
QurudulmuĢ  itburnu,  qırmızı  rəngli  quĢarmudu  mevvəsi,  baĢınağacı,  üzüm  və  ərik  qurusu 
meyvələrinin  qarıĢığından  l  xörək  qaĢığı  götürüb  stəkanın  1/2  hissəsi  qədər  qaynar  suya  tökün. 
QarıĢığı  termosda  1  saat  dəmlədikdən  sonra  süzün.  Aldığınız  dəmləməyə  bal  qatıb  stəkanın  1/4 
hissəsi  qədər  gündə  3-4  dəfə  qəbul  edin.  Müalicəni  2  həftə  davam  etdirin.  Müalicəni  ildə  2  dəfə 
təkrar edin. 
Stenokardiya  zamanı.  Bərabər  miqdarda  qırmızı  rəngli  quĢarmudu  meyvəsi,  itburnu. 
piĢikotu  kökü  (valerian),  xəĢəmbül,  gicitkən,  yarpız  yarpağı,  moruq  və  tozağacınm  qurudulub 
xırdalanmıĢ  hissəsindən  götürüb  bir-birilə  qarıĢdırın.  AlınmıĢ  qarıĢıqdan  2  xörək  qaĢığı  0,5  litr 
soyuq  suya  töküb  qaynama  dərəcəsinə  gətirin  və  5-7  dəqiqə  biĢirib  termosda  dəmləyin.  Sonra 
dəmləmədən  stəkanın  1/3  hissəsi  qədər  gündə  4-5  dəfə  yeməyə  30  dəqiqə  qalmıĢ  qəbul  edin. 
Müalicə kursu 10-14 gündür. Müalicəni ildə 2-3 dəfə təkrar edin. 
Kandidoz zamanı. 1 xörək qaĢığı itburnu meyvəsini eyni miqdarda quĢarmudu və qaraqınıq 
otundan  götürüb  bir-birilə  qarıĢdırın.  QarıĢığı  0,5  litr  qaynar  suya  töküb  od  üzərinə  qoyub  3-5 
dəqiqə biĢirdikdən sonra dəmləyib süzün. Aldığınız ekstraktdan götürüb gündə 2 dəfə qəbul edin. 
XoĢ tamlı olsun deyə azca bal və Ģəkər tozu qarıĢdırın. 
Anemiyada  (qanazlığı).  2-4  ədəd  qurudulmuĢ  və  ya  təzə  quĢarmudu  meyvəsinin  qırmızı 
rənglisindən  götürüb  2  stəkan  qaynadılmıĢ  suya  töküb  bütün  gecəni  dəmləyin.  Sonra  aldığınız 
cövhərdən stəkanın 1/2 hissəsi qədər gündə 4 dəfə yemək qabağı qəbul edin. 
Dəridə baş verən qızılyel xəstəliyində. Qan-qırmızı rəngli yemiĢan, mancjur araliye kolunu, 
qəhvəyi  rəngli  itburnu  meyvəsini,  quĢarmudu  meyvəsini,  bağayarpağını,  üçbölümlü  qanqal, 
gülümbahar  çiçəyini  bir-biriləri  ilə  qarıĢdırın  və  1,5  xörək  qaĢığı  götürüb  qaynar  su  olan  stəkana 
töküb, 30 dəqiqə dəmləyib süzün. Sonuncu dəmləmənin  üzərinə 1 xörək qaĢığı bal töküb gündə 3 
dəfə stəkanın 1/3 hissəsi qədər qəbul edin. Müalicə kursu bir aydır. 
Sistitin müalicəsində. 3 çay qaĢığı quĢarmudu meyvəsi, 1 çay qaĢığı mərsin yarpağı görürüb 
0,5  litr  qaynadılmıĢ  suya  töküb  4  saat  dəmləyib  süzün.  Aldığınız  cövhərdən  stəkanın  1/2  hissəsi 
qədər görürüb üzərinə 1 çay qaĢığı bal əlavə edib gündə yeməyə 30 dəqiqə qalmıĢ 3-4 dəfə qəbul 
edin. Müalicə kursu 10-15 gündür. 
Piylənmə  və  anemiya  zamanı.  Bir  hissə  itburnu  meyvəsi  və  gicitkən  yarpağı,  quĢarmudu 
meyvəsi  görürün.  Sonra  bunları  yaxĢı-yaxĢı  qarıĢdırın.  QarıĢıqdan  3  xörək  qaĢıgı  götürüb  0,5  litr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə