Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   46   47   48   49   50   51   52   53   ...   149

99 
 
qaynar  suya  töküb  10  dəqiqə  odun  üzərində  biĢirib,  4  saat  dəmlədikdən  sonra  süzün.  Aldığınız 
ekstraktdan  gündə  3  dəfə  hər  dəfə  stəkanın  1/2  hissəsi  qədər  qəbul  edin.  3-4  həftə  istirahət 
verdikdən sonra müalicəni davam etdirin. 
Diqqət!  Əgər  sizdə  piylənmə  prosesi  hormonal  pozuntuların  təsiri  ilə  baĢ  verərsə,  onda 
quĢarmudu ekstraktından həkimin məsləhəti ilə qəbul edin. 
Kolitdən xilas olmaq  üçün. Bərabər miqdarda quĢarmudu meyvəsi, meĢə çiyələyi  yarpağı, 
çobanyastıgı  çiçəyi,  mürdəĢər  qabığı,  at  əvəliyinin  kök  hissəsindən,  keĢniĢ,  Ģüyüd,  xəĢəmbüldən 
götürüb  bir-biri  ilə  qarıĢdırın.  Sonra  qarıĢıqdan  1  xörək  qaĢığı  götürüb  1,5  stəkan  qaynar  suya 
töküb,  termosda  8  saat  dəmləyib  süzün.  Aldığınız  ekstraktdan  gündə  4  dəfə,  stəkanın  1/4  hissəsi 
qədər yeməkdən qabaq qəbul edin. Müalicə kursu 2 həftədən az olmamalıdır. 
 
YemiĢan – Crataegus L. 
 
YemiĢan  növləri  qiymətli  dərman,  qida,  boyaq,  aĢı,  nektar,  bəzək  təbiətli  bitkilərdir. 
YemiĢan  çox  polimorf  olub,  dünya  florasının  tərkibində  100-dən  artıq  növünə  təsadüf  edilir. 
YemiĢan  növləri  əsasən  Avropa,  Asiya,  ġimali  Amerika  ölkələrinin  mülayim,  az  hallarda  isə 
subtropik  ərazilərində  yayılmıĢdır.  YemiĢan  növlərinin  əsl  vətəni  ġimali  Amerikanın  Ģərq 
sahillərində yerləĢən Yeni Faulendən baĢlayıb ġimali Meksikanın dağlıq zonaları hesab edilir.  
YemiĢanın paleobotaniki tədqiqatları ilə məĢğul olan alimlər cinsin təbaĢir dövründə əmələ 
gəldiyini  qeyd  edirlər  (Rusanov,  1965;  Sinovski,  1971).  Alimlər  A.Reder,  V.Reder,  V.Bin 
(A.Rehder,  1949;  W.Bean,  1950)  və  baĢqaları  yemiĢan 
cinsinin  təkcə  ġimali  Amerika  ərazilərində  1000-ə  qədər 
növünün  yayıldığını  qeyd  edirlər.  O.M.Poletika  (1954) 
bunların 1125 növünün Amerika ərazilərində təsadüf edildiyini 
göstərir.  Lakin  bir  sıra  Amerika  botanikləri  uzun  müddət 
yemiĢan  cinsini  tədqiq  edərək,  belə  nəticəyə  gəlmiĢdirlər  ki, 
Amerika  ərazisində  1000  növə  qədər  yox,  cəmi  100  növ 
yemiĢan  yayılmıĢdır.  Qalan  yemiĢanlar  növ  deyil,  onun 
formalarıdır  (Palmar,  1946;  Briton  and  Brown,  1952, 
Kruschke, 
1965). 
Amerika 
alimlərinin  bu  fikirlərini 
F.H.Rusanov    (1965),  V.N.Qladkova  (1970),  X.E.Esenova  (1947)  və  baĢqa  tədqiqatçılar  da təsdiq 
edirlər.  
Azərbaycan florasında yayılan yemiĢan növləri ilə məĢğul olan bir sıra tədqiqatçılar belə bir 
fikir  irəli  sürürdülər  ki  respublikamızın  ərazisində  ancaq  9  növ  yemiĢana  rast  gəlmək  olar.  Lakin, 
b.e.n. T.Qasımova uzun müddət apardığı gərgin elmi-tədqiqat iĢlərini yekunlaĢdıraraq, ilk dəfə elmi 
əsaslarla  göstərdi  ki,  Azərbaycan  florasının  tərkibində  9  yox,  18  növ  yemiĢan  yayılmıĢdır. 
YemiĢanlar hündürlüyü 3-5, bəzən 10-15 m olan ağac və ya kollardır.  
Çətiri kürəvari və ya yumurtavari, bəzən assimetrikdir. Budaqları möhkəm, düz və bir qədər 
əyri,  bəzi  hallarda  sallaq  olur. Tumurcuqları  yumurtavari,  dəyirmi  və  ya  konusvaridir.  Yarpaqları 
növbəli,  adətən  dilimli  və  ya  bölümlü  diĢvaridir.  Nəzəri  cəlb  edən  ağ  rəngli  kəskin  iyli  çiçəkləri 
budaqların  ucunda  yerləĢir.  Meyvələri  ətli  olub,  sarımtıl, çəhrayı,  qırmızı, ağımtıl-qırmızı  və  qara 
rəngdə olur. Bitki may ayında çiçək açır, meyvələri avqust-sentyabrda yetiĢir.  
Azərbaycanda  yayılan  yemiĢan  növlərinin  əksəriyyəti  iĢıqsevəndir,  Ģaxtaya  davamlıdır, 
torpağa  az  tələbkardır.  YemiĢan  növləri  əsasən  açıq  yerlərdə,  meĢələrin  kənarlarında,  sıx  kollu 
yerlərdə,  habelə  meĢələrdə  yayılmıĢdır. YemiĢan  Azərbaycanın  demək  olar  ki,  bütün  zonalarında, 
əsasən  vadi  və  dağətəyi  meĢələrdə,  həmçinin  dağ  meĢələrinin  aĢağı  və  orta  qurĢaqlarında  rast 
gəlinir. Naxçıvan MR-da isə hətta yüksək meĢə qurĢağında bütöv halda yemiĢan, palıd meĢələrində 
təsadüf olunur.  
YemiĢanın  Azərbaycanın  Azərbaycanın-Dəvəçi  ovalıqlarında,  ġamaxı,  Ağsu,  Ġsmayıllı, 
Qax,  ġəki,  Zaqatala,  Balakən,  Quba,  Qusar,  Tovuz,  ġəmkir,  Zəngilan  rayonlarının  meĢələrində, 
Naxçıvan  MR-da,  Qarabağda,  Kəlbəcər,  Gədəbəy,  Xanlar  və  s.  rayonların  ərazilərində  böyük 
ehtiyatı vardır. 


100 
 
YemiĢan qiymətli dərman, qida, boyaq, nektar, texniki və bəzək üçün yararlı bitkidir. 
Dərman məqsədilə yemiĢanın çiçəklərindən və meyvələrindən istifadə olunur. Çiçəkləri may 
ayında, meyvələri isə avqust-sentyabrda tam yetiĢəndə yığırlar. Çiçəklərini meh əsən kölgəli yerdə, 
meyvələrini  isə  55-60
o
C  temperaturda  xüsusi  quruducularda  qurudurlar.  Çiçəklərinin  və 
meyvələrinin  tərkibində  bir  sıra  müalicə  əhəmiyyətli  bioloji  fəal  maddələr  aĢkar  edilmiĢdir. 
Bunlardan  müxtəlif  antosian  birləĢmələrini,  flavonoidləri,  qartequs,  qəhvə  və  xlorgen  turĢularını, 
efir  yağını  askorbin  turĢusunu,  karotini  (provitamin  A),  riboflavini,  B
2
-ni,  B  vitamin  qrupunu,  PP 
vitamini,  üzvi  turĢuları,  Ģəkəri,  2-6%  pektini,  proteini,  boyaq  və  aĢı  maddələrini,  0,7-3,4% 
kumarinləri, bir sıra alkaloid birləĢmələrini və s. göstərmək olar. Yarpaq və çiçəklərinin tərkibindən 
viteskin, saponaretin, orientin, homoorientin, ramnozid, 30-38%-ə qədər piyli yağ aĢkar edilmiĢdir.  
Bundan baĢqa yemiĢanın çiçəklərinin tərkibindən 7,69% kül, mq/q olmaqla K - 32,10, Ca - 
11,80, Mg  - 3,40,  Fe - 0,2 makroelementləri, mk/q olmaqla Mn - 0,28, Cu - 0,35, Zn - 0,35, Co  - 
0,18, Mo - 7,00, Cr - 0,01, Al - 0,12, Ba - 0,42, Se - 10,00, Ni - 0,34, Pb - 0,07, I - 0,06, B - 77,20 
mikroelementləri  aĢkar  edilmiĢdir.  Meyvələrinin  tərkibindən  isə  2,73%  kül,  mq/q  olmaqla  K  - 
13,10, Ca - 3,00, Mg - 1,00, Fe - 0,04 makroelementləri, mkq/q olmaqla Mn - 0,04, Cu - 0,29, Zn - 
0,07, Co - 0,37, Cr - 0,01, Al - 0,03, Se - 11,80, Ni - 0,10, Sr - 0,06, Pb - 0,05, I - 0,06, B  - 2,00 
mikroelementləri aĢkar edilmiĢdir.  
YemiĢanın çiçək  və  meyvələrindən  hələ çox  qədim  zamanlarda  ürək  və  sinir  sistemlərinin 
müalicəsində istifadə olunmuĢdur. 
Rəvayətlərin birində deyildiyinə görə yeni eranın I əsrində Klavdinin imperatorluğu zamanı 
məĢhur  həkim  Dioskorid  Böyük  Qafqaz  dağlarının  cənub  ətəklərinə  səyahətə  çıxır.  O,  səyahət 
zamanı  qalın  meĢələrin  birində  azır.  Acından  ölməmək  üçün  meĢədə  qaldığı  41  gün  ərzində  qara 
yemiĢanın  meyvələri  ilə  qidalanır.  Həkimin  ürəyi  anadangəlmə  xəstə  imiĢ.  O,  qara  yemiĢanla 
qidalandığı zaman özünü yaxĢı və gümrah hiss edir. Alim uzun müddət ona ağrı və əziyyət verən 
ürək qüsurlarından birdəfəlik canını qurtarır. YemiĢanın müalicəvi xüsusiyyətini təcrübədən keçirən 
Dioskorid  yemiĢanın  meyvələrindən  yığıb  aparır.  O  zamanlar  Klavdinin  qızı  ürək  xəstəliyindən 
əziyyət çəkirdi. Dioskorid imperatorun qızını yemiĢanla müalicə edir, çoxlu hədiyyə alır. 
Xalq  bayatılarında  yemiĢanın  müalicəvi  xüsusiyyətləri  haqqında  maraqlı  fikirlərə  rast 
gəlinir.  
XVIII  əsrin  sonlarında  yemiĢanın  çiçək  və  meyvələrindən  hazırlanan  dəmləmə  və 
cövhərlərlə  ürək-damar  və  əsəb  pozuntularının  müalicə  edilməsi  haqqında  bilgilərə  rast  gəlirik. 
Xalq  təbabətinin  öyrənilməsi  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  Azərbaycanda,  Özbəkistanda, 
Ukraynada,  Belarusda,  Orta  Volqa  sahillərində,  Sibirdə  bir  çox  yemiĢan  növlərindən  alınmıĢ 
preparatlar  (meyvə  və  çiçəklərinin  duru  ekstraktı  və  dəmləməsi)  mərkəzi  sinir  sisteminin 
qıcıqlanma  qabiliyyətini  zəiflədir,  ürək  və  beyin  damarlarında  qanın  hərəkətini  sürətləndirir, 
taxikardiya, aritmiya, ürək nahiyəsində olan xoĢagəlməz ağrıları yox edir, qan təzyiqini aĢağı salır, 
yuxunu, 
orqanizmin 
ümumi  vəziyyətini  yaxĢılaĢdırır.  Dərman  bitkilərinin  müalicəvi 
xüsusiyyətlərini  tədqiq  edən  görkəmli  alim  N.Kovalova  yemiĢanın  meyvə  və  çiçəklərindən 
ayrılıqda  və  ya  baĢqa  bitkilərlə  birlikdə  qarıĢığını  hazırlayıb  hipertoniyanın,  aterosklerozun,  ürək 
xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə etmiĢdir. 
Azərbaycanda  yayılan  bir  neçə  yemiĢan  bitkisinin  meyvələrinin  müalicəvi  xüsusiyyətləri 
tibb  elmləri  doktoru,  professor  D.Hüseynov  tərəfindən  öyrənilmiĢ  və  bu  meyvələrdən  hazırlanan 
duru spirtli ekstraktın ürək-damar sisteminə gözəl təsir göstərdiyi müəyyən edilmiĢdir. 
Hal-hazırda  yemiĢanın  meyvə,  çiçək  və  yarpaqlarından  bir  sıra  preparatlar  hazırlanıb 
(dəmləmə, cövhər, məlhəm, balzam, yağ və s.) ürək pozğunluqlarında sakitləĢdirici və tənzimləyici, 
qan təzyiqini azaldan dərman kimi geniĢ istifadə olunur. YemiĢanın dəmləmə və cövhərindən südü 
az  olan  körpə  uĢaqlı  analara  verilir.  Çiçək  və  meyvələrindən  kardiovalen  preparatı  alınır  ki,  bu 
preparatdan  da  əsəb  sisteminin  sakitləĢdirilməsində,  qan  təzyiqinin  nizama  salınmasında  və  ürək 
xəstəliklərinin  müalicəsində  istifadə  edilir.  Bundan  baĢqa,  yemiĢan  növlərinin  cavan  budaqlarının 
qabıqlarından  hazırlanan  cövhərlə  qarın  yatalağı  müalicə  olunur.  YemiĢan  preparatlarından  beyin 
damarlarının  nizamlanmasında,  qanda  xolesterinin  aĢağı  salınmasında,  ürək-damar  xəstəliyi 
nəticəsində baĢ verən yuxusuzluğun aradan qaldırılmasında geniĢ istifadə olunur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə