Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   47   48   49   50   51   52   53   54   ...   149

101 
 
Azərbaycanda  yemiĢan  növlərinin  meyvə  və  çiçəklərindən  alınan  cövhərdən  qan 
damarlarının  genəldilməsində  iĢlədilir.  Almaniyada  yemiĢandan  hazırlanan  dərman  preparatlar  ilə 
zəifləmiĢ ürək-qan damarlarının müqavimətini artırır və ürək-qan dövranını nizama salırlar.  
Fransada yemiĢanın yarpaq, çiçək və meyvələrindən hazırlanan maye formalı preparatlardan 
sinir xəstəliklərində, ürək nevrozlarında və qan təzyiqi xəstəliklərində istifadə olunur. 
YemiĢan  bitkisinin  meyvə  və  çiçəklərindən  hazırlanmıĢ  preparatların  ən  mühim 
xüsusiyyətlərindən  biri  də  onları  uzun  müddət  qəbul  etdikdə  orqanizmə  mənfi  təsir 
göstərməməsidir.  
YemiĢanın  meyvələri  təzə  və  ya  ĢəkərləĢdirilmiĢ  halda  həvəslə  yeyilir.  Tərkibində  çoxlu 
pektin maddələri vardır.  
Diqqət! Yadda saxlamaq lazımdır ki, təzə halda meyvənin çox yeyilməsi baĢgicəllənməsinə, 
ürək  bulanmasına,  ağızdan  suyun  axmasına,  həzm,  əsəb  və  ürək-damar  sisteminin  pozulmasına 
gətirib  çıxara  bilər.  Avstraliyada  yemiĢan  növlərinin  meyvə  və  çiçəklərindən  alınan  cövhər  qan 
damarlarının genəldilməsində tətbiq olunur.  
Azərbaycan  və  Orta  Asiya  xalqları  yemiĢanın  Ģərq  və  pontika  növlərinin  iri  və  ətli 
meyvələrini qurudaraq üyüdüb un Ģəklinə salır, buğda unu ilə qarıĢdırıb xəmir hazırlayır və ondan 
meyvə  iyi  verən  Ģirintəhər  çörəklər  biĢirirlər.  YemiĢanın  iri,  ətli  meyvələrindən  qəhvə  surroqatı, 
həmçinin  cavan  yarpaqlarından  xoĢ  tamlı  və  yorğunluğu  götürən  rəngi    göz  oxĢayan  çay  içkisi 
hazırlanır. Arıçılığın inkiĢafında yemiĢanın böyük rolu  var.  Bu bitkinin çiçəklərindən  yazda arılar 
toz  və nektar  yığırlar. YemiĢanın çiçəkləməsi (5-10 may) arıların intensiv sürətdə çoxaldığı dövrə 
təsadüf edir. 
YemiĢan  meyvəsinin  80%-ni  təĢkil  edən  lətli  hissəsi  Ģirintəhər,  xoĢətirli  olub,  çiyələk  və 
alma  iyini  xatırladır.  Onun  tərkibində  14-18%  Ģəkər,  0,77%  üzvi  turĢular  olur.  Meyvə  qabığı  çox 
incə  və  nazik  olmaqla,  məhsuldar  illərdə  bir  ağacdan  20-30  kq,  hətta  bəzi  illərdə  50  kq  meyvə 
toplamaq olur. 
Aparılan  tətqiqatlar  zamanı  məlum  olmuĢdur  ki,  yemiĢanın  meyvələri  yetiĢməyə  baĢladığı 
dövrdən  onların  tərkibindəki  flavonoidlərin  miqdarı  tədricən  artmağa  baĢlayır.  Meyvələrin 
tərkibindəki  flavonoid  maddələrinin  toplanma  dinamikası  aĢağı  temperaturda  azalır,  temperatur 
artdıqca çoxalmağa baĢlayır. 
Azərbaycan  florasının  tərkibində  yayılan  bir  neçə  yemiĢan  növünün  yarpaq,  çiçək  və 
meyvələrinin tərkibindəki flavonoid maddələri ilk dəfə prof. D.Hüseynov tərəfindən öyrənilmiĢdir. 
Aparılan tədqiqatlar nəticəsində yemiĢan meyvələrinin tərkibində 420 mq%-dən 1540 mq%-ə qədər 
aĢı  və  boyaq  maddəsi  aĢkar  edilmiĢdir. Quru  günəĢli  günlərdə  yemiĢanın  meyvələrinin  tərkibində 
olan aĢı və boyaq maddələrinin miqdarı artır.  
Analizlər zamanı aĢkar olunmuĢdur ki, yemiĢan meyvələrinin tərkibində Ģəkərin miqdarı ən 
çox meyvə tam yetiĢən zaman toplanır. YemiĢan meyvələrinin tərkibində ən çox monosaxaridlərə 
rast  gəlinir.  Müəyyən  olunmuĢdur  ki,  yemiĢan  meyvələri  və  toxumları  formalaĢmağa  baĢladığı 
dövrlərdə  Ģəkərin  miqdarı  azalır.  Lakin,  formalaĢma  baĢa  çatdıqdan  sonra  yəni  meyvə  tam 
yetiĢdikdən sonra Ģəkərin miqdarı artaraq maksimuma çatır. 
Biz  isə  ilk  dəfə  olaraq,  yemiĢanın cavan budaq  və  qabıq  hissələrindən  boyaq  ekstraktı alıb 
yun  və  ipək  məmulatları  bənövĢəyi,  açıq-mavi,  qəhvəyi,  tünd-qəhvəyi,  narıncı,  firuzəyi,  zeytunu, 
tütünü, Ģabalıdı və s. rəng və çalarlara boyamağa nail olmuĢuq. Müəllif elmi əsaslarla sübut etmiĢdir 
ki, alınan rəng və çalarlar günəĢ Ģüasına və kimyəvi yuyulmalara qarĢı davamlı olub, xalçaçılıq və 
ipəkçilik sənayesi üçün qiymətli təbii boyaq xammalıdır. 
Bunlardan baĢqa, yemiĢan növlərinin qabıq hissəsində 10%-dən çox aĢı maddəsinin olması 
ondan  gön-dəri  sənayesində  də  istifadə  edilməsinə  imkan  verir.  AĢı  ekstraktın  ən  qiymətli 
xüsusiyyətlərindən biri ondadır ki, tərkibindəki aĢı maddəsi gönü həm aĢılayır, həm də boyayır. 
YemiĢanın  yarpaq  və  qabıqlarının  tərkibində  flavonoid  maddələri,  C  vitamini,  karotin, 
aminturĢuları,  üzvi  turĢular  və  s.  aĢkar  edilmiĢdir.  Deməli,  nəinki  yemiĢanın  meyvə  və 
çiçəklərindən, həmçinin yarpaqlarından da müalicə məqsədi üçün istifadə etmək olar. 
Ġtaliya,  Ġspaniya  və  Əlcəzairdə  yemiĢanın  iri  ətli  növlərini  meyvəçilik  üçün  artırıb 
çoxaldırlar.  Çində  seleksiya  üsulu  ilə  əldə  edilmiĢ  BreytĢneydera  sortundan  meyvəçilik 


102 
 
təsərrüfatında  geniĢ  istifadə  olunur.  YemiĢanın  bir  çox  növləri  bir-birləri  ilə  asan  çarpazlaĢır, 
müxtəlif  hibrid  formaları  əmələ  gətirir  ki,  bunlar  da  meyvələrinin  iriliyinə,  rənglərinin 
müxtəlifliyinə,  keyfiyyətlərinə  görə  bir-birlərindən  xeyli  fərqlənir.  Seleksiya  üsulu  ilə  gələcəkdə 
onun  qiymətli  sortlarının  alınmasında  geniĢ  istifadə  etmək  olar.  YemiĢanın  cavan  Ģitillərindən 
armud, alma, heyva və s. ağaclarda calaqaltı kimi istifadə etmək olar. YemiĢan növlərinin çiçək və 
meyvələrinin  gözoxĢayan  gözəlliyi  ondan  bağ  və  bağçaların,  küçə  və  parkların,  bulvarların,  uĢaq 
bağçalarının yaĢıllaĢdırılıb, bəzədilməsində geniĢ istifadə etməyə imkan verir.  
YemiĢan  növlərinin  əksəriyyəti  zəhərli  qazlara  qarĢı  orta  dərəcəli  davamlılığa  malik 
olduqlarından  sənaye  müəssisələrini  yaĢıllaĢdırmaq  üçün  ondan  geniĢ  surətdə  istifadə  etmək 
mümkündür. 
YemiĢanın  qiymətli  cəhətlərindən  biri  də  ondan  ibarətdir  ki,  bizim  meĢələrdə  yaĢayan  bir 
çox quĢ növlərinin qorunub saxlanılmasına Ģərait yaradır. Məsələ burasındadır ki, dağlıq meĢələrdə 
yaĢayan  bir  çox  quĢ  növləri  payız-qıĢ  dövründə  aĢağı  meĢə  qurĢağına  və  düzənlik  meĢələrinə 
köçürlər.  Burada  onların  əsas  yem  mənbəyini  yemiĢanın  meyvələri  təĢkil  edir.  Payız  vaxtı  yerə 
tökülən yarpaqlarını və xəzəlini heyvanlar həvəslə yeyirlər.  
YemiĢandan müalicə preparatlarının hazırlanması. 
Yemişan meyvələrindən cövhərin hazırlanması. Bunun üçün 100 q qurudulmuĢ meyvənin 
üzərinə 1 litr 70%-li etil spirti əlavə edib, 45-60 dəqiqə saxlayın. Bu zaman parlaq, sarımtıl-qırmızı 
rəngli, Ģirintəhər dada malik cövhər alınır. Aldığınız bu cövhərdən hər gün yeməkdən əvvəl gündə 
3-4 dəfə, hər dəfə 20-30 damcı qəbul edin. 
Sulu cövhərin hazırlanması. 1 litr suya 1 kq quru meyvə töküb, 55-60 dəqiqə saxlayın. Bu 
zaman parlaq tünd-qonur rəngli, xoĢ iyli, Ģirintəhər cövhər alınır. Ondan yeməkdən qabaq, gündə 3-
4 dəfə, 20-30 damcı qəbul edin. AlınmıĢ cövhəri ağzı yaxĢı bağlanan tünd rəngli qablara doldurub 
soyuducuda saxlayın. Sulu çıxarıĢdan 2 gündən artıq istifadə edilməsi məsləhət görülmür.  
Yemişan  çiçəklərindən  cövhərin  hazırlanması.  1  xörək  qaĢığı  yemiĢan  çiçəyini  Ģirəli 
qazana töküb, üzərinə 1 stəkan qaynadılmıĢ su əlavə edib, qapağını bağlayın və su hamamında 15 
dəqiqə  qaynatdıqdan  sonra,  otaq  temperaturunda  45  dəqiqə  soyudub,  tənzifdən  süzün.  AlınmıĢ 
cövhəri qaynama temperaturuna qədər qızdırıb, gündə 2-3 dəfə yarım stəkan, yeməkdən 30 dəqiqə 
əvvəl içmək məsləhət görülür. 
Ateroskleroz  zamanı.  1  stəkan  doğranmıĢ  meyvəni,  1  litr  suya  töküb,  termosda  8  saat 
dəmlədikdən sonra süzün. Aldığınız dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/2-i miqdarında yeməyə 
yarım saat qalmıĢ qəbul edin. Müalicə uzunmüddətlidir. 
DoğranmıĢ meyvəni 1:5 nisbətində araqla qatıĢdırıb 1 həftə hər gün çalxalamaqla cövhərini 
çıxarın. Sonra süzüb, gündə 3 dəfə 1 çay qaĢığı 1/4 stəkan suya töküb qəbul edin. 
Hipertoniya zamanı. 2 xörək qaĢığı qurudulmuĢ çiçəyini 1,5 stəkan qaynadılmıĢ suya tökün 
və  vam  od  üzərinə  qoyub,  qaynama  dərəcəsinə  gətirin.  2  saat  dəmlədikdən  sonra  gündə  3  dəfə 
yeməyə yarım saat qalmıĢ 0,5 stəkan qəbul edin. 
Stenokardiya və aritmiya zamanı. 2 xörək qaĢığı çiçəyindən götürüb 1 stəkan qaynar suya 
tökün və yarım saat dəmləyin. Sonra dəmləməni 1 stəkan həcminə çatdırıb gündə 3-4 dəfə yeməyə 
30 dəqiqə qalmıĢ 1 xörək qaĢığı qəbul edin. 
Yuxusuzluğun  aradan  qaldırlımasında,  ümumi  zəiflikdə,  fiziki  və  zehni  yorğunluqlarda, 
həmçinin ağ qan xəstəliklərində. Bu reseptdən əlavə vasitə kimi istifadə etməyi məsləhət görürlər. 
1 xörək qaĢığı meyvəsini 1 stəkan qaynar suya töküb, qapağını bağlayıb, 2 saat dəmləyin. AlınmıĢ 
dəmləmədən isti-isti gündə 3 dəfə yeməyə yarım saat qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin. 
Hal-hazırda  apteklərdə  yemiĢanın  spirtli  cövhən    əldə  edib  hipetoniya,  aritmiya, 
stenokardiya xəstəliklərində, həmçinin kardiovalen preparatından isə revmatizm, ürək qüsurlarında, 
ürək  damarlarında  baĢ  verən  sklerozda,  ürək-damar  çatıĢmazlıqlarında  istifadə  etmək  məsləhət 
görülür. 
 
Bozumtul böyürtkən – Rubus caesius L.  
 
Böyürtkənin əsas vətəni ġimali Amerika ölkələri hesab edilir. Bu tikanlı kol Amerikanın bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə