Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   50   51   52   53   54   55   56   57   ...   149

107 
 
Osteoxondroz  zamanı.  6  xörək  qaĢığı  yabanı  meĢə  moruğunun  giləmeyvəsini  1  litr  qaynar 
suya  töküb  termosda  dəmləyin.  Aldığınız  ekstraktdan  gündə  5-6  dəfə  stəkanın  1/2  hissəsi  qədər 
qəbul edin. 
Bronxial astma, infeksiya mənşəli bronxitdə, qanlı babasildə və ekzenıa zamanı. 4 xörək 
qaĢığı doğranmıĢ kökünu  2,5 stəkan qaynadılmıĢ suya töküb isti yerdə 15-20 dəqiqə dəmləyib və 
süzün. Gündə 5-6 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Moruqdan dadlı yay və qıĢ qida məmulatlarının hazırlanması. 
Müxtəlif  xörəklərin  hazırlanmasında  yetiĢmiĢ  və  yaxud  yetiĢməyə  az  qalmıĢ  moruq 
meyvəsindən istifadə edilir. Tam yetiĢmiĢ və vaxtı keçmiĢ meyvə həddindən artıq yumĢaq, acımtıl 
dada malik olduğundan ondan istifadə edilmir. 
Moruqdan «gümrahlıq» jelesinin hazırlanması. 300 q moruq, 15 q jelatin, 1,5 stəkan su, 1 
stəkan Ģəkər tozu götürün. Moruğun Ģirəsini çıxarıb iki qat tənzifdən süzərək soyuducuda soyudun. 
Jelatini stəkanın yarısına qədər doldurulmuĢ isti su ilə qarıĢdırıb üzərinə Ģəkər və 1 stəkan su 
əlavə  edib  odun  üzərinə  qoyun.  QatıĢıq  qaynamağa  baĢlayanda  üzərinə  moruq  Ģirəsi  əlavə  edib 
taxta qaĢıqla qarıĢdırıb odun üzərindən götürüb xüsusi formaya saldıqdan sonra  soyuducuya qoyun. 
Moruqdan «Sibir» içkisinin hazırlanması. 1 litr su, 250 q çiçək balı, 1 stəkan moruq Ģirəsi, 
10 q maya götürün. Balı isti suya töküb, moruq Ģirəsi ilə qarıĢdırıb vam  od üzərinə qoyun  və 1,5 
saat  köpüyünü  almaq  Ģərtilə  qaynadın.  Sonra  odun  üzərindən  götürüb  36-37  dərəcə  temperaturda 
soyudun  və  maya  əlavə  edib  isti  yerdə  qıcqırdın.  12  saatdan  sonra  alınmıĢ  kvası  butılkalara 
doldurub ağzını möhkəm bağlayaraq ĢəffaflaĢana qədər soyuducuda saxlayın. 30 gündən sonra xoĢ 
tamlı dadlı içki hazır olacaqdır. 
«İncə» kreminin hazırlanması. Bir ədəd çiy yumurta sarısı, 5 xörək qaĢığı Ģəkər tozu, 300 q 
yetiĢmiĢ moruq, 100 q xama götürün. Yumurtanı ağarana qədər çalıb üzərinə 2 xörək qaĢığı Ģəkər 
tozu və moruğu taxta qaĢıqla əzib əlavə edin. Xamanı kreməbənzər hala salıb yerdə qalan Ģəkəri də 
üstünə  əlavə  edin.  YaxĢı  qarıĢdırdıqdan  sonra  kiçik  qablara  doldurub  üst  hissəsinə  qızılgül  Ģəkli 
çəkib ortasına iri moruq meyvəsi qoyub soyuducuda 15-20 dəqiqə saxlayın. 
«İyul səhəri» piroqıınun hazırlanması. 1,5 stəkan un, 200 q kərə yağı, 6 ədəd yumurta, 5 
stəkan  moruq  giləmeyvəsi,  0,5  stəkan  Ģəkər  tozu  götürün.  Komponenetləri  qarıĢdırıb  xəmirini 
hazırlayın. Sonra xəmiri formaya və yaxud dayaz qaba töküb üzərinə yağ sürtüb un səpin. Sobaya 
qoyub  10  dəqiqə  biĢirdikdən  sonra  formanı  çıxarıb  üzərinə  iri  moruq  meyvəsi  qoyun.  Yenidən 
piroqu  200  dərəcə  temperaturda  duxovkaya  qoyub,  20-25  dəqiqə  saxlayın.  Hazır  olan  piroqun 
üzərini dəsmal ilə örtüb qatılaĢana qədər soyudub üzərinə Ģəkər tozu səpdikdən sonra süfrəyə verin. 
Şəkərli  vitaminin  sirri.  Alimlər  müəyyən  etmiĢlər  ki,  ĢəkərləĢmiĢ  moruğu  uzun  müddət 
saxladıqda  o  tərkibindəki  bioloji  aktiv  maddələr  tez  itirir.  Buna  görə  də  müalicə  məqsədilə  qıĢa 
moruğun  daha  yaxĢı  olar  Ģirəsini  düzəldəsiniz.  Belə  ki,  moruğun  Ģirəsini  çıxarıb  sterilizə  edilmiĢ 
ĢüĢə bankalara doldurub ağzını qapaqla bağlayıb soyuducuda saxlayın (qurudulmuĢ giləmeyvələri 
paketlərə doldurub 1,5-2 ilə qədər saxlasan belə öz faydalı xüsusiyyətlərini itirmir). 
Kosmetikada  moruğun  çiçək,  meyvə,  yarpaq  hissələrindən  istifadə  edilir.  Meyvəsini 
toplayıb  əzərək  sıyıq  Ģəklinə  salın,  üzün  dərisinə  yaxıb  10  dəqiqədən  sonra  yuyun,  bu  zaman 
üzünüz parlaq və təravətli olacaq. Əgər moruq sıyığı sifətinizi qıcıqlandırırsa, tərkibinə az miqdarda 
qaymaq  və  yaxud  kəsmik  qatmağınız  məsləhət  görülür.  XırdalanmıĢ  təzə  yarpağa  yağlı  krem 
qataraq  üzünüzə  çəkib  10-15  dəqiqə  saxlasanız  üzünüz  daha  təravətli  olar.  Təzə  yarpağından 
alınmıĢ  Ģirəni  1:4  nisbətində  kərə  yağı  ilə  qarıĢdırıb,  maz  hazırlayır,  dəridə  olan  çil,  çiban  və 
ekzemaların müalicəsində istifadə edirlər. Yarpağının sulu çıxarıĢı isə dəridə əmələ gələn səpkilər 
yoxa çıxarır. Moruğun yarpaqlarını kosmetik xammal yığıntılarının tərkibinə daxil edirlər. 
Kosmetik  yığıntının  hazırlanması.  Tozağacı  çiçəyindən  4  q,  çəmən  yoncası  (yarpaq  və 
çiçəyi)  4  q,  aptek  birəotu  4  q,  moruq  (yarpaq)  4  q,  çöl  yarpızı  (otu)  2  q.  Qeyd  edilən  yığıntının 
cövhəri  ilə  dəri  təmizlənir,  elastikliyi  artır,  möhkəmlənir,  pis  iyləri  kənar  edir,  orqanizmi 
sakitləĢdirir  və  maddələr  mübadiləsini  nizama  salır.  Yarpağının  sulu  məhlulunu  potaĢ  (qələvi)  ilə 
qarıĢdırıb saçı qara rəngə boyayırlar. 
Moruqdan bir çox ölkələrdə müalicə və kosmetika sahəsində geniĢ istifadə edilir. 
Moruğun  çoxaldılması.  Qeyd  etdiyimiz  kimi  moruq  bitkisi  çoxlu  miqdarda  kök  pöhrələri 


108 
 
verir  və  moruqluq  salınarkən  bu  pöhrələrdən  əkin  materialı  kimi  istifadə  edilir.  Moruq  bitkisini 
toxumu  ilə,  kolunu  bölüb  ayırmaqla,  kök  çiliyi  və  yaĢıl  zoğ  çiliyi  vasitəsilə  də  artırmaq 
mümkündür. Kök pöhrələri koldan müxtəlif məsafələrdə əmələ gəldiyi üçün keyfiyyətcə bir olmur, 
ən yaxĢı inkiĢaf etmiĢ pöhrələr kola yaxın olur. Bitkilərdə vegetasiya dayanandan sonra, payızda və 
ya  erkən  yazda,  kökdə  əmici  telləri  qırmamaq  Ģərtilə,  kök  pöhrələrini  belə  ana  koldan  ayırıb  əkin 
üçün  istifadə edirlər.  Ən  yaxĢı  əkin  materialı  kökü  15-20  sm,  kök  boğazının  diametri  10-12  mm, 
gövdəsinin uzunluğu 80-100 sm olan pöhrələr sayılır. 
Moruğun  bəzi  sortları  az  pöhrə  verir.  Belə  sortu  sürətlə  artırmaq  istədikdə  kök  çiliyi 
üsulundan  istifadə  etmək  məsləhətdir.  Bunun  üçün  payızda  və  ya  yazda  koldan  60  sm  kənarda 
yerləĢən  köklər  çıxarılır,  15-20  sm  uzunluğunda  doğranır,  xüsusi  hazırlanmıĢ  yumĢaq  və  qidalı 
torpaq  sahələrində  cərgəarası  80  sm  olmaq  Ģərtilə  kök  hissələri  12-15  sm  dərinlikdə  açılmıĢ 
Ģırımlarda  yan-yana  düzülür  və  üzəri  torpaqla  örtülür.  Bitkilərin  inkiĢafını  sürətləndirmək  və 
keyfiyyətli  əkin  materialı  almaq  üçün  əkilmiĢ  kök  suvarıldıqdan  sonra  torpağı  yumĢaltmaq  və 
alaqları təmizləmək lazımdır. 
Kök  parçalarından  (hissələrindən)  becərilmiĢ  birillik  moruq  Ģitilləri  payzda  çıxarılır, 
keyfiyyətinə görə çeĢidlərə ayrılır və  yararlılar əkin üçün istifadə olunur. Sort yaratmaq istədikdə 
isə  seleksiya  iĢində  moruq  bitkisinin  toxumla  artırılması  üsulundan  geniĢ  istifadə  olunur.  Belə 
sahələrdən  10  tona  qədər meyvə  tədarük olunur.  Meyvələr  qurumuĢ  halda  və  yaxud  dondurulmuĢ 
Ģəkildə saxlanılır. 
 
MeĢə çiyələyi – Fragaria vesca L. 
 
Dünya  florasının  tərkibində  50-yə  qədər  növünün  yayıldığı  qeyd  edilir  (M.A.Rozanova, 
1937).  Bunlardan  26  növü  Amerikada,  15  növü  Asiyada,  o  cümlədən  4  növü  Azərbaycanda, 
Avropada isə bır neçə növü mədəni halda yayılmıĢdır.  
Çiyələk latınca «F. veska» feila sözündəndir, mənası ətirli 
meyvə  deməkdir.  Bu  növlər  içərisində  ən  çox  yayılanı  meĢə 
çiyələyi  -  F.veska  L.  göy  və  yaxud  gecə  çiyələyi  -  F.viridis 
(Duchesne)  Weston,  bağ  və  yaxud  ananas  çiyələyi,  muskat 
çiyələyi  -  F.moschata  (Duchesne)  Weston,  Virginiya  çiyələyi  - 
F.virginiana Duchesne, Çili çiyələyi - F.chiloensis (L.) Mill. və s. 
göstərmək  olar.  Bunlarn  içərisində  ən  çox  yayılam  meĢə 
çiyələyidir  -  F.viridis  (Duchesne)  Weston.  Bu  hündürlüyü  14-30 
sm,  qısa  kökümsovu  və  nazik  kök  sistemi  olan  ot  bitkisidir. 
Birgövdəli,  düzqalxan  olub  bir  neçə  çiçəkdən  ibarət  hamaĢçiçək  əmələ  gətirir.  Yarpaqları  üçər 
formalı,  uzun  saplaqlı,  gövdəsi  qucaqlayandır.  Çiçəklərinin  diametri  12  sm  olub  ağ  rəngdədir. 
Meyvəsi  yumurtavari  «giləmeyvə»  və  fındıqçadan  ibarətdir.  ġirin,  ətirli,  xoĢiyl,  çiçək  yatağmdan 
ibarət olub parlaq-qırmızı rəngdədir. May-iyun aylarında çiçək açır, meyvəsi iyun-iyulda yetiĢir. 
Çiyələk  («zemlyanika»)  və  bağ  çiyələyi  («klubnika»)  meyvəsindən  insanlar  çox  qədim 
zamanlardan  istifadə  etməyə  baĢlamıĢlar.  Lakin  Virginiya  növünün  mədəniləĢdirilməsi  XII  əsr 
əvvəllərinə  aiddir.  Çiyələk  ilk  dəfə  Fıansada,  sonra  Ġngiltərə  və  Ġtaliyada  mədəni  halda 
becərilmiĢdir. Rusiyada bu bitkinin becərilməsinə XVIII əsrdə baĢlanmıĢdır. 
Xırda  meyvəli  çiyələyə  yabanı  halda  hər  yerdə  təsadüf  edilir.  Çiyələyin  bir  çox  növləri 
içərisində  sənaye  əhəmiyyətli,  irimeyvəli  sortların  əksəriyyəti  Çili  və  Virginiya  növlərinin  çarpaz 
tozlanması nəticəsində seçmə yolu ilə alınmıĢdır. Ġri meyvəli çiyələyə («zemlyanika») bəzi yerlərdə 
çiyələk və səhvən bağ çiyələyi də («klubnika») deyilir. Bunlar xarici görünüĢcə bir-birinə oxĢasalar 
da, aralarında çox fərq vardır. Çiyələk birevli, kolları alçaq, çiçəkləri yarpaqlar səviyyəsində duran, 
meyvələri iri və çox məhsuldar bitkidir. Bağ çiyələyi kolları iri, hündür boylu, qüvvətli budaqlara 
malik  ikievli  bitkidir.  Meyvəsi  nisbətən  xırda  və  az  məhsuldar  olur.  Bunun  istehsalatda  geniĢ 
yayılmıĢ və sənaye əhəmiyyətli olan sortları azdır. 
Çiyələk  meyvələrinin  tərkibində  zəngin  vitamin  kompleksi  aĢkar  edilmiĢdir.  Meyvəsinin 
tərkibində  80-90%  su,  4,5-10,0  (15%-ə  qədər)  Ģəkər,  0,8-0,6%  limon  turĢusu,  0,9-1,2%  azotlu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə