Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   51   52   53   54   55   56   57   58   ...   149

109 
 
maddələr,  1,0-1,7%  pektin,  1,0-1,6%  sellüloza,  0,16-0,25%  aĢı  maddəsi,  50-80  mq  C  vitamini, 
karotin,  alma,  salisil,  fol  turĢuları,  pelarqonidin  3-qalaktozid,  pelarqonidin  3-qlükozid,  sianidin  3-
qalaktozid  antosian  birləĢmələri  və  s.  aĢkar  edilmiĢdir.  Yarpaqlarıının  tərkibində  280  mq%  C 
vitamini, karotin, fraqarin qlükozidi, kversetin 3-qlükozid, leykoantosian, katexin, üzvi turĢulardan 
fumar, qlükuron, xlorgen, malon, salisil və korit turĢuları, alkaloid izləri tapılmıĢdır. Yarpaqlarnın 
tərkibindən  isə  8,12%  kül  maddəsi,  mq/q-la  21,90  -  K,  14,70  -  Ca,  4,50  -  Mg,  0,60  -  Fe 
makroelementləri, mq/q%-lə 0,22 - Ca, 
0,84 - Cu, 0,90  -  Zn, 0,22  -  Mn, 1,28  -  Mo, 0,30  - Cr, 
0,29 - Al, 0,8l - Ba, 0,09 - V, 11,00 - Se, 0,18 - Nr, 0,73 - Mr, 0,25 - Pb, 0,09 - I, 78,30 - Br, 143,20 
- B mikroelementləri aĢkar edilmiĢdir. Bundan əlavə meyvənin tərkibindən insan orqanizmi üçün ən 
mühüm maddələrdən biri olan dəmir də tapılmıĢdır. Çiyələk meyvəsi təzə halda yeyilməkdən baĢqa, 
bundan yüksək keyfiyyətli mürəbbə, cem, marmelad, dondurma, konfet içi, Ģirə, çaxır, boyaq və s. 
hazırlamaq  üçün  istifadə  edilir.  Təzə  meyvəni  Ģərbətin  içində  dondurub  saxlayanda  keyfiyyətini 
itirmədən uzun müddət qalır. 
Çiyələkdən  müalicə  məqsədləri  üçün  hələ  XIII  əsrdə  istifadə  olunmağa  baĢlanmıĢdır. 
Dərman bitkilərindən bəhs edən qədim bir kitabda yazılmıĢdır: «Çiyələyin giləmeyvəsinin müalicə 
üsulları  ilə  hazırlanan  suyunun  səhər  və  axĢam  içdikdə  bəlğəmin  və  bir  sıra  qarıĢıqların 
orqanizmdən 
kənar 
edilməsində, 
tənəffüs 
yollarının 
yaxĢılaĢdırılmasında, 
ürəyin 
möhkəmləndirilməsində,  orqanizmin  müqavimətinin  artırılmasında,  böyrək  və  öd  daĢlarının 
əridilməsində böyük rol oynayır». 
Elmi təbabətdə  çiyələk  indi  də  öz  əhəmiyyətini  itirməmiĢdir.  Belə  ki,  onun  yarpaqlarından 
hipertoniya  və  aterosklerozun,  mədə  və  onikibarmaq  bağırsaq  yaralarının,  qəbizliyin,  artritin,  duz 
mübadiləsi  pozuntularının  müalicəsində,  həmçinin  zəif  sidikqovrcu  kimi  böyrək  daĢlarının 
əridilməsində, vitamin çatıĢmazlığında, soyuqdəymədə, uĢaqlıq yolları qanaxmalarında iĢlədilir. 
K.Linney  çiyələyi  «Allahın  hədiyyəsi»  adlandırmıĢdır.  Çünki  bu  giləmeyvə  K.Linneyin 
oynaq  və  toxumalarında  yaranan  kəskin  xəstəliyi  müalicə  etmiĢdir.  Bu  kiçik  meyvənin  müalicəvi 
qüdrətinə  bir  çox  Ģair  və  yazıçılar  heyran  qalaraq  öz  ürək  sözlərini  Ģer  və  nəsr  əsərlərində 
bildirmiĢlər.  Yazıçı  Vladimir  Soloxin  qeyd  edirdi  ki,  meĢədə  bitən  giləmeyvələrin  içərisində  ən 
əvvəl çiyələyi qorumaq lazımdır, çünki, o bütün giləmeyvələrdən ətirlidir. Keyfiyyətinə, ətrinə və 
Ģirinliyinə görə ona heç bir meyvə çata bilməz, hədər yerə demirlər ki, «hansı evdə çiyələk varsa, o 
evdə həkimə ehtiyac olmaz». 
Meyvəsi  təzə  halda  vitamin  mənbəyi  olub,  avitaminozda,  piylənmə  və  mineral 
pozuntularında,  öd  kisəsi  və  böyrəklərdə  olan  daĢların  əridilməsində,  qanazlığında,  aterosklerozda 
geniĢ  istifadə  edilir.  Yarpaq  və  meyvəsindən  alınan  cövhərlər  sidikqövucu  vasitə  kimi,  həm  də 
babasil, raxit, sarılıq və s. xəstəliklərdə iĢlədilir. Hər gün 4-5 ədəd təzə çiyələk yedikdə Ģəkər aĢağı 
düĢür. Hələ çox qədim dövrlərdən çiyələyin meyvəsindən kosmetikada geniĢ istifadə edilirdi. Qızlar 
və qadınlar  yatmazdan qabaq  çiyələyi əzib, tənzifdən keçirib alınan sıyıqdan üzlərinə  yaxıb 15-20 
dəqiqə  saxladıqdan  sonra,  südlə  yuyub  təmizləyirlər.  Yağlı  dərilərdə  çiyələyin  sıyığına  yumurta 
sarısı  qarıĢdırıb  sürtmək  məsləhət  görüldüyü  halda,  quru  dərilərdə  meyvə  sıyığına  bir  çay  qaĢığl 
badam yağı, qaymaq və niĢasta qatmaq məsləhət görülür. 
Müasir kosmetikada və dermatologiyada çiyələyin meyvə və yarpağına tez-tez müraciət 
edilir. Çiyələkdən hazırlanan sıyıqların köməyi ilə dəridə əmələ gələn çillər, civzə, sızanaq və 
piqment ləkələrini müailcə edirlər. Meyvəsindən hazırlanan suyundan isə hər cür üz dərisində 
istifadə etmək olar. Gündə bir dəfə çiyələk suyu ilə sifətinizi silib, 10 dəqiqədən sonra ilıq su ilə 
yusanız, sifətiniz xoĢətirli və təravətli olar. Unutmaq olmaz ki, bəzi çiyələk sortları allergiya, səpgi 
və qaĢınma əmələ gətirir. Buna baxmayaraq, həmin xəstəlikləri elə çiyələyin özündən hazırlanan 
yaxmalarla müalicə edirlər. Fransa, Bolqarıstan, Çexiya, Avstraliya, PolĢa və s. ölkələr kosmetik 
vasitələrin hazırlanmasında çiyələkdən daha çox istifadə edirlər. Bu bitki torpağa az tələbkar olub
istənilən torpaq və iqlim Ģəraitinə uyğunlaĢır, yaxĢı inkiĢaf edib, bol məhsul verir. Bu bitkiyə 
Rusiyanın Ģimalından tutmuĢ cənub zonalarına qədər hər yerdə rast gəlmək olar. 
Bitkinin müsbət cəhətlərindən biri də əkildikdən bir il sonra məhsula düĢməsi və hər il bar 
verməsidir. Çiyələk bitkisinə edilən aqrotexniki qulluq iĢləri sadədir. Bitkinin inkiĢafı üçün çəkilən 
xərc  özünü  qat-qat  doğruldur.  Çiyələyin  sortundan  və  ona  edilən  qulluqdan  asılı  olaraq  bir 


110 
 
hektardan 70-100 sentnerə qədər məhsul toplamaq olar. 
Göstərilən  xüsusiyyətlər  çiyələk  bitkisinin  geniĢ  artırılmasına  maraq  yaradır.  Bunu  nəinki 
böyük  sahələrdə  və  Ģəhərətrafı  təsərrüfatlarda,  hətta  dibçəkdə  belə  əkib  bol  məhsul  almaq  olar. 
Çiyələk  Azərbaycanın  Quba-Xaçmaz,  Lənkəran,  Astara,  ġəki,  Zaqatala,  Qarabağ,  AbĢeron  və  s. 
bölgələrində becərilir. 
Çiyələk  bitkisinin  nazik,  saçaqlı  kökləri  torpaq  altında  50-60  sm  sahəni  əhatə  edir.  Çox 
dərinə  və  uzaqlara  yayılmır,  qısa  kökümsov  gövdələri  üzərindən  çıxan  uzun  və  saplaqlı  üçhaça 
yarpaqları vardır. Vegetasiya dövründə kökümsov gövdənin yuxarı yan tumurcuqlarından çıxıb yerə 
sərilən nazik zoğ (bığ) üzərində olan buğumlardan tumurcuq əmələ gəlir. Tumurcuqlar inkiĢaf edir, 
yarpaqlanır, kök ataraq yeni bitki əmələ gətirir. Bir koldan ildə 15-20 ədəd cavan bitki əmələ gəlir. 
Yarpaqların  ömrü  60-70  günə  qədər  olur,  sonra  köhnə  yarpaqları  yeniləri  əvəz  edir.  QıĢda 
yarpaqları yaĢıl olur, yazda yeni yarpaqlar çıxandan sonra köhnələr quruyur. Sortundan asılı olaraq 
yarpağının sayı 18 ədəddən 120-yə qədər ola bilər. Kökümsov  gövdədən, zoğ  və  yarpaqdan baĢqa 
çiyələyin çiçək zoğu da çıxır ki, bu da sortun xüsusiyyətlərinə görə müxtəlif uzunluqda və miqdarda 
olur.  Meyvələrin  yetiĢmə  müddətinə  görə  çiyələk  sortları  tez,  orta  və  gecyetiĢən  olur.  TezyetiĢən 
sortlar martın əvvəlində, orta yetiĢənlər 4-6 gün sonra, gecyetiĢənlər isə 8-10 gün fərqlə çiçəkləyir. 
Çiçəkaçma  dövrü  sortların  bioloji  xüsusiyyətlərindən,  habelə  iqlim  Ģəraitindən  asılı  olaraq  22 
gündən 30 günə qədər uzanır. 
 
Bataqlıq gördəvəri – Comarum palustre L. 
 
Gördəvər  cinsinin  dünya  florasının  tərkibində  2  növü  yayılmıĢdır.  Bunlardan  Qafqazda,  o 
cümlədən Azərbaycanda 1 növünə: bataqlıq gördəvərinə - Comarum palustre L. təsadüf etmək olar.  
Bataqlıq gördəvəri  – Comarum palustre  L. çoxillik ot bitkisi olmağına baxmayaraq, xarici 
görünüĢcə çox da hündür olmayan kolu xatırladır. Bitkinin oduncaqlaĢmıĢ kökümsovu bir neçə metr 
və  daha  çox  uzunluğa  malik  olub  sürünəndir.  Kökləri  çox  vaxt  sıx,  bir-birinə  hörük  formasında 
sarılmıĢlar.  Gördəvərin  gövdəsi  budaqlanan,  oduncaqlaĢmıĢ  halda  sürünəndir.  Gövdəsi  qırmızı 
rəngdə  olub,  hündürlüyü  1  metrə  qədərdir.  Gövdəsi  aĢağı  hissədən  təpəyə  qədər  qısa  tükcüklərlə 
əhatə  olunmuĢdur.  Budaqların  yuxarı  hissəsində  yerləĢən  yarpaqları  aĢağı  hissədəki  yarpaqlardan 
fərqlənir.  
Yarpaqları  uzun  saplaqlı  olub,  lələkvari  5  bəzən  5-7  ədəd 
uzunsov,  iti  diĢlərlə  əhatə  olunmuĢdur.  Çiçəklərinin  rəngi  tünd- 
qırmızı rəngdən qırmızı-yaĢıl rəngə qədər dəyiĢir. HamaĢçiçəkləri 
qalxanvari,  yalançı  çətir  olub,  gövdənin  yuxarı  hissəsində 
yerləĢmiĢdir.  May-iyun  aylarında  çiçək  açır.  Ġyul-avqustda 
meyvəsi yetiĢir. 
Bataqlıq  gördəvər  Azərbaycanın  Naxçıvan  MR-nın  dağlıq 
zonalarında,  ən  çox  isə  Biçənək  və  Batabat  ərazilərində  yerləĢən 
nəmli  sahələrdə  yayılmıĢdır.  Buna  ən  çox  çəmənliklərdə,  çay 
kənarlarında, azca sulu yerlərdə rast gəlmək olar. 
Kimyəvi  tərkibi  və  müalicəvi  xüsusiyyətləri.  Ədəbiyyat  məlumatlarına  əsasən  qeyd  etmək 
lazımdır ki, gördəvərin kimyəvi tərkibi ətraflı tədqiq olunmamıĢdır. Lakin, bəzi mənbələrdə bitkinin 
tərkibində  üzvi  turĢulardan  izomasliyan,  izovalerian  aĢkar  edilmiĢdir.  Bundan  əlavə  bitkidən  efir 
yağı,  aĢı  maddələri,  flavanoid  birləĢmələri,  C,  karotin  vitaminləri  və  s.  də  müəyyən  olunmuĢdur. 
Yarpaqlarının  tərkibində  az  miqdarda  suda  həll  olan  saponinlər,  boyaq  və  qatran  maddələri, 
flavanoid  birləĢmələri  müəyyən  edilmiĢdir.  Saponinlər  bəlğəmgətirici,  sidikqovucu  təsirə  malik 
olmaqla yanaĢı, çoxlu miqdarda qəbul etdikdə zəhərləyici təsir göstərir.  
Flavanoid  maddələri,  kapilyar  divarlarının  möhkəmləndirilməsində,  daxili  qanaxmaların 
qarĢısının  alınmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Gördəvərin  tərkibində  həmçinin  kitrə  və  efir 
yağı  da  aĢkar  edilmiĢdir.  Efir  yağının  əsas  tərkib  hissəsini  izovalerian,  izoyağ  turĢuları, 
metilheptilen,  alfapinen  və  terpinsal  təĢkil  edir.  Gördəvərdən  hazırlanan  preparatlar  büzüĢdürücü, 
ağrıkəsici,  tərqovucu,  soyuqdəymə,  ekzema  və  yarasağaldıcı  xüsusiyyətlərə  malikdir.  Bundan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə