Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   53   54   55   56   57   58   59   60   ...   149

113 
 
bitkinin  kök  və  gövdəsini  xırda  hissələrə  doğrayıb  yaxĢı  qurutduqdan  sonra  üyüdüb  toz  halında 
istifadə edin.  
Osteoxondroz və revmatizmdə. Gördəvərin 1 xörək qaĢığı doğranmıĢ kökümsovunu 1 stəkan 
qaynadılmıĢ suya töküb qaynama dərəcəsinə gətirin, 1 saat dəmlədikdən sonra süzüb, gündə 3 dəfə, 
yeməyə  15-20  dəqiqə  qalmıĢ  stəkanın  1/3  hissəsi  qədər  isti  halda  daxilə  qəbul  edin.  Müalicə 
uzunsürəndir. Xəstə 2 aydan sonra yaxĢılaĢacaqdır.  
Podaqra  və  poliartritdə.  100  q  doğranmıĢ  kökümsovun,  üzərinə  0,5  litr  araq  töküb,  3  saat 
dəmləyin.  Yeməyə  30  dəqiqə  qalmıĢ  gündə  3  dəfə,  1  çay  qaĢığı  qəbul  edin.  Müalicəni  3  həftə 
apardıqdan  sonra  3  gün  fasilə  edib,  yenidən  3  həftə  davam  etdirin.  Müalicə  kursu  4  mərhələdən 
ibarətdir.  
Radikulit  və  revmatizm  zamanı.  Bitkinin  vannasından  qəbul  etməyi  məsləhət  görürlər. 
Bunun üçün 5 xörək qaĢığı xırda doğranmıĢ kökümsovu 0,5 litr qaynar suya töküb 1 saat dəmləyin. 
Sonra süzüb vannaya tökün və vannasını qəbul edin.  
Mədə ağrılarında soyuqdəymə və vərəm xəstləlikləri zamanı. 1 xörək qaĢığı qurudulmuĢ və 
doğranmıĢ  ot  və  kökümsovu  1  stəkan  qaynar  suya  tökün  və  qaynama  dərəcəsinə  çatdırın.  1  saat 
dəmləyib süzün. Sonra gündə 3-4 dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul 
edin.  
Bataqlıq gördəvəri həm də nektar, boyaq və yem əhəmiyyətlidir.  
Bataqlıq gördəvərindən ədviyyat məhsullarının hazırlanması. Gördəvərin kökünü qurudub 
xırda  hissələrə  salıb  əldə  olunan  ətirli  tozundan  sulu  xörəklərin,  ət  və  balıqdan  hazırlanan 
yeməklərin  tərkibinə  qatırlar.  Qısa  bir  vaxtda  gördəvərdən  hazırlanan  ədviyyə  növləri  aĢpazlar 
tərəfindən geniĢ istifadə edilməyə baĢlandı.  
Müalicə  məqsədləri  üçün  bitkinin  çiçəklərindən  və  payız  vaxtı  yerdən  qazılıb  çıxarılmıĢ 
kökümsovlarından da geniĢ istifadə edilir. 
Biz ilk dəfə bunun çiçək, yarpaq, gövdə və kökümsovlarından boyaq məhlulu hazırlayıb yun 
və ipək məmulatlarını çəhrayı, qonur, zeytunu, açıq qəhvəyi, bozumtul, firuzəyi, tünd qəhvəyi və s. 
rəng və çalarlara boyadıq.  
  
 
 
Qarağacyarpaq quĢqonmaz – Filipendula ulmaria (L.) Maxim. 
 
Dünya florasının tərkibində quĢqonmaz cinsinin 10-a  yaxun növü  yayılmıĢdır. Qafqazda, o 
cümlədən Azərbaycanda 2 növünə rast gəlmək olar. 
Müalicə,  boyaq,  aĢı  və  kosmetika  sahəsində  istifadə  olunan  ən  qiymətli  növlərdən  biri 
qarağaçyarpaq quĢqonmazdır - F.ulmaria (L.) Maxim. Hündürlüyü 100-200 sm olan qarağacyarpaq 
quĢqonmaz  sürünən,  kökümsovu  möhkəm,  qabırğa  gövdəsi  olan  çoxillik  ot  bitkisidir.  Yarpaqları 
lələkvari  bölümlü,  yuxarıdakı  yarpaqları  2-5  ədəd  bərabər  ölçülü  iri,  enli  yumurtavari  və  yaxud 
yumurtavari-lanset  miĢarĢəkillidir.  Yan  yarpaqcıqlar  cüt,  xırda,  kənarları 
diĢlidir. Yarpaqların üstü yaĢıl, arxa hissəsi ağımtıl rəngdədir. Çiçəkləri çıx, 
süpürgəyəoxĢar salxımda toplanmıĢdır. Ləçəkləri sarımtıl-ağımtıldır. Meyvə 
yarpaqları  6-10  ədəd,  spiral  formalı,  qıvrımca,  demək  olar  ki,  çılpaqdır. 
Meyvəsi çoxlu fındıqçadan ibarətdir. 
Bitki  Azərbaycanda  Böyük  Qafqazın  Quba  ərazisində,  Naxçıvan  və 
Lənkəranın  dağlıq  zonalarında  yayılmıĢdr. 
Ən  çox  nəmli  çəmənliklərdə  rast  gəlmək 
olar.  Qarağacyarpaq  quĢqonmazın  bütün 
hissələrindən  aĢı  maddəsi,  flavonoid,  efir 
yağı  tapılmıĢdır.  Belə  ki,  yarpaq,  kök  boyuncuğu,  kökündə  və 
çiçək hissələrinin tərkibində 3,5-21,8%-ə qədər aĢı maddəsi, 0,67-
10,7%-ə 
qədər 
lüteolin, 
kempferol, 
kversetin, 
sianidin, 
çiçəklərində  isə  0,22%  efır  yağı,  374  mq  C  vitamini  və  s. 


114 
 
tapılmıĢdır.  Tərkibində  aĢı  maddəsi  olduğu  üçün  ondan  hazırlanan  dəmləmədən  və  cövhərlərdən 
büzüĢdürücü  vasitə  kimi  mədə-bağırsaq  xəstəliklərində,  yarasağaldıcı  kimi,  tərlədici,  epilepsiya, 
revmatizm, oynaq ağrılarında istifadə olunur.
 
 
Kökündən,  eləcə  də  çiçəklərindən  hazırlanan  dəmləməsindən  əsəb,  hipertoniya,  zökəm 
xəstəliklərində, həmçinin qurdqovucu və sidikqovucu vasitə kimi istifadə edilir. 
Tibet  və  monqol  təbabətində  ağ  ciyər  xəstəliklərində,  həzm  orqanlarının  nizama 
salınmasında iĢlədilir. Bundan baĢqa sulu çıxarıĢı damarbərkidici kimi soyuqdəymə, yara əleyhinə, 
əsəb,  bağırsaq  xəstəliklərində  və  həyəcanlanmada  tətbiq  edilir.  Yayın  istisində  bitkilərin 
əksəriyyətində olan Ģeh damcıları buxarlanıb yox olduğu halda, quĢqonmazın yarpaqlarının üzərinə 
yerləĢən  «yaĢıl  fincanın»  içərisi  həmiĢə  sərin  Ģeh  damcıları  ilə  dolu  olur.  Burada  isə  bitkilər, 
ağaclar,  günəĢ  və  göy  əks  olunur,  aĢağı  əyilsən,  sən  də  öz  əksini  görə  bilərsən.  Yarpağa  toxunan 
kimi  yaĢıl  fincanın içərisindəki  sərin  Ģeh damlaları  yerə  tökülmədən, civə  kimi  o tərəf  -  bu  tərəfə 
axır. Orta əsr kimyagərləri bu suyu «göy damcısı», «göy Ģehi» kimi təsvir edib, onun köməkliyi ilə 
«fəlsəfə  daĢını»  axtarmağa  baĢlamıĢlar.  Orta  əsrlərdə  Qərbi  Avropa  xalqları  quĢqonmazı  ot  kimi 
təsvir  etmiĢlər.  Qədim  zamanlarda  belə  düĢünürdülər  ki,  əgər  səhər  tezdən  üzüniizü  quĢqonmazın 
Ģehi  ilə  yusanız,  sizin  əvvəlki  gözəlliyiniz  özünə  qayıdar.  O  zamandan  bəri  bir  çox  ölkələrin, 
xüsusilə də Ġsveçrənin qadınları quĢqonmazın Ģeh damcısı ilə dolu yarpaqlarla üzlərini silərək artıq 
piyləri,  çil  və  piqment  ləkələrini  yox  edirmiĢlər.  QuĢqonmazın  otundan  hazırlanan  cövhərlərdən 
vanna  Ģəklində,  yaĢ  sarğı  halında,  təpitmə  formasında  dəri  səthində  olan  irinli  yaraların,  çiban, 
ekzema  və  qoturlugun  müalicəsində  istifadə  edilir.  Təzə  yarpaqlarını  qurudub  narın  toz  halına 
salaraq kəsik yaralarn üzərinə səpib qanı kəsərmiĢlər. 
Biz  respublikamızda  ilk  dəfə  olaraq  quĢqonmazın  kök  hissələrindən  aĢı  təbiətli  boyaq 
ekstraktı hazırlayıb yun ipi bozumtul, sarı, sarı-narıncı, narıncı, yaĢılımtıl, qəhvəyi, zeytunu, tütünü, 
bozumtul-qara və s. rəng və çalarlara boyadıq. Alınan rəng və çalarlar fıziki-kimyəvi təsirlərə qarĢı 
davamlı olub xalçaçılq sənayesində istifadə oluna bilər. 
Qarağacyarpaq  quĢqonmazın  kök  hissəsindən  hazırlanan  aĢı  və  boyaq  təbiətli  qatı 
ekstraktından gön-dəri, ətriyyat-kosmetika sahələrində istifadə edilə bilər.  
 
 
 
Ġpəkli Ģaxduran – Alchemilla sericata Reichenb. ex Buser 
 
Dünya  florasının  tərkibində  Ģaxduran  cinsinin  500-dən  artıq  növü  yayılmıĢdır.  Bunlardan 
Qafqazda 100, o cümlədən Azərbaycanda 21 növünə təsadüf edilir. Xalq arasında bu bitkiyə  «Ģah 
otu»  da  deyirlər.  Xalq təbabətində  Ģaxduran  cinsinin  bir  neçə  növündən  istifadə edilir.  Bunlardan 
biri ipəkli Ģaxduran adlanır. 
Ġpəkli Ģaxduran - A.sericata Reichenb. ex Buser. 50-60 sm hündürlüyündə, çoxbudaqlı düz 
və  sərt  gövdəli  çoxillik  ot  bitkisidir.  Kökətrafı  yarpaqları  böyrəyəoxĢar,  yaxud  da  yarımdairə 
formasındadır, uzunluğu 0,8-3,5 sm, eni isə 1,4-4,0 sm-dir. Yarpaqları dərin kəsikli olub 7 pərdədən 
ibarətdir.  Çiçək  yarpaqları  çox  vaxt  qısa,  uzunsov  yarpaqlardan  ibarət  olub,  ucu  iti  tikanlarla 
qurtarır.  Çiçəkləri  sıx  və  yumĢaq  olub,  1,3-3,5  mm  uzunluğundadır.  Kasacıqları  eyni  uzunluqda 
olub, ürək və ya yumurta formasındadır. 
Ġpəkli  Ģaxduran  Azərbaycanda,  əsasən  Quba  bölgəsində, 
Qafqazın  Ģərq  və  qərb,  Kiçik  Qafqazın  Ģimal  və  mərkəzi 
rayonlarında, Naxçıvan MR-in dağlıq ərazilərində, Diabarda, subalp 
və alp çəmənliklərində, ən çox isə qayalıq və daĢlı-çınqıllı sahələrdə, 
bəzi hallarda quru çəmənliklərdə və otlaqlarda təsadüf olunur. Ġpəkli 
Ģaxduran  küləkdən,  yandırıcı  günəĢ  Ģüalarından,  həmçinin  mal-
qaradan  «qorxub  çəkinməyən»  bitki  sayılır.  Bu  bitkini  qədim 
yunanlar  «pələng pəncəsi», ukraynalılar «sehrli ot»,  «Ģeh  yaradan», 
ən qəribəsi isə «Allahın göz yaĢı» adlandırırlar. Xalq təbabətində bir sıra xəstəliklərin müalicəsində 
ondan  geniĢ  istifadə  edilir.  Belə  ki,  bitkinin  yaĢıl  hissəsindən  hazırlanan  dəmləmə,  cövhər  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə