Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   54   55   56   57   58   59   60   61   ...   149

115 
 
məlhəmlərdən  həm  mədə  ağrılarında  sakitləĢdirici  kimi,  həm  də  bağırsaq  köplərində  və  həzmin 
nizama salınmasında iĢlədilir. ġaxduranla Ġslandiya mamırının qarıĢığı isə ağ ciyər, xroniki bronxit, 
astma  xəstəliklərini  müalicə  edirlər.  Həmin  məlhəmi  təbii  antibiotik  adlandıraraq  sidik  kisəsi  və 
böyrək ağrılarında da iĢlədirlər. Qadınlar keçmiĢdə bitkinin yarpaqlarında yaranan Ģeh damcılarını 
toplayıb üzlərini yuyar, bununla da üz dərisinin elastikliyini və parlaqlığını artırardılar. Ondan krem 
və mazlar hazırlayıb dəriyə sürtərək xoĢagəlməz halları aradan qaldırardılar. Ot hissəsində aĢılayıcı 
maddə olduğuna görə ondan ishal zamanı büzüĢdüräcü vasitə kimi istifadə olunur. 
Orta  əsrlərdə  kimyagərlər  Ģaxdurandan  «hikmət  daĢı»,  «həyat  cövhəri»  almağa  çalıĢırdılar. 
Rəvayətlərə  görə,  Medeya,  Hekata,  Sirsiya,  Afrodita  və  baĢqa  əfsanəvi  qadınlar  sağlam  və  gözəl 
görünmək üçün bu bitkidən geniĢ istifadə etmiĢlər. ġaxduranı təbiətdə asanlıqla tanımaq olar. Belə 
ki,  onun  parıldayan  yarpaqları  sanki  insanları  uzaqdan  özünə  cəlb  etmək  üçün  formalaĢmıĢdır. 
Kənarları miĢar diĢlərinə oxĢayan yarpaqlarından sallanan Ģeh damcıları bitkinin uzaqdan iĢıq saçan 
Ģəbəkəyə bənzədir. Yarpağın ortasında yerləĢən Ģeh damcısı isə parlaq mərcan daĢını xatırladır. Elə 
bu xüsusiyyətlərinə görə də bitkiyə çox vaxt elə «göy Ģehi», «Ģehcik» və s. deyirlər. 
Müalicə  üçün  bitkinin  yarpaq  və  ot  hissəsindən  istifadə  edilir.  Bu  məqsədlə  bitkini  çiçək 
açan zaman toplayırlar. Bitkinin tərkibində 9,4% aĢı maddəsi, 2,5% flavonoid maddələri, antosian, 
fenol,  karbon  turĢuları,  piy  maddəsi,  kumarin,  leykosianidin,  acımtıl  maddə,  qatran,  fıtosterin, 
liqnin maddəsi ilə yanaĢı bor, manqan, sink mikroelementləri, C vitamini aĢkar edilmiĢdir. Bir sıra 
ölkələrin  xalq  təbabətində  çoxdandır  ki,  kəskin  və  xroniki  bronxit,  laringit,  xroniki  qastrit,  sistit 
xəstəliklərində,  daxili  qanaxmalarda,  enterit,  kolit,  qara  ciyər,  böyrək,  xroniki  pielonefrit, 
hipomenstrual sindromlarda, vərəm və bağırsaq köpmələrində kəsik və yara qanaxmalarında geniĢ 
istifadə  edilir.  Ġkinci  dərəcəli  Ģəkər  zamanı  qanda  Ģəkərin  normal  saxlanılmasında  dərman  qəbul 
etmədən gözəl nəticə verir. ġehdurandan hazırlanan preparatlarla qan xəstəliklərini, dəri vərəmini, 
qızıl yel, ürək xəstəliklərini müalicə edirlər. 
Bitki vasitəsilə Bolqarıstanda böyrək qansızmalarını, Almaniyada çayın tərkibinə daxil edib 
aterosklerozu, qanazlığını, piylənməni, epilepsiyanı, suçiçəyini və s. müalicə edirlər. MəĢhur həkim 
Rudolf Broys «Xərçəngin tam müalicə kursu» əsərində qeyd edir ki, Ģaxduranla döĢ, yumurtalıq və 
uĢaqlıq  nahiyələrində  əmələ  gələn  xərçəng  xəstəliyini  müvəffəqiyyətlə  müalicə edirmiĢlər.  Bunun 
üçün  1  xörək  qaĢığı  quru  Ģaxduran,  1  xörək  qaĢığı  da  dalamazı  2  stəkan  qaynar  suya  töküb 
dəmləyin.  Ekstrakt  soyuduqdan  sonra  süzüb  soyuq  halda  gün  ərzində  bir  fıncanı  qurtum-qurtum 
içmək məsləhətdir. 
Piylənmə və epilepsiya zamanı isə 1 çay qaĢığı Ģaxduranla, 1 çay qaĢığı dalamazı 1 fıncan 
soyuq  suda  10  dəqiqə  dəmləyin.  Gündə  3  dəfə,  yeməyə  20-30  dəqiqə  qalmıĢ  fıncanm  1/3  hissəsi 
qədər için. 
ġaxdurandan  hazırlanan  dəmləmə  və  cövhərlərdən  çətin  sağalan  yaraların,  sızanaqların 
müalicəsində  iĢlətməklə  yanaĢı,  üzün  təravətli  və  Ģəffaf  olması  üçün  də  istifadə  edilir.  Sulu 
dəmləməsi göz xəstəliklərində, burun nahiyəsinin yuyulmasında, yara qanaxmalarında iĢlədilir. 
1996-cı  ildə  həkimlər  bir  rus  qadınının  boğaz  nahiyəsində  xərçəng  aĢkar  edirlər.  Həmin 
qadın Ģaxduran ekstraktını çuğundur Ģirəsi ilə qarĢdırıb mütəmadi olaraq qəbul etməklə, özünü bu 
qorxunc xəstəlikdən xilas etmiĢdir. 
Biz  isə  ilk  dəfə  olaraq  Ģaxduranın  yerüstü  hissəsindən  boyaq  ekstraktı  hazırlayıb  yun  ipi 
sarmtıl-qonur,  sarı,  sarı-narıncı,  qonur,  zeytunu,  firuzəyi,  bozumtul-yaĢıl,  tütünü,  qəhvəyi,  Ģabaldı 
və s. rəng və çalarlara boyamağa nail olduq. 
 
Gavalı – Prunus domestica L. 
 
Dünya florasının tərkibində gavalının 30-a qədər növü (F.X.Baxteev, 1970). Azərbaycanda 
5 növü (2 növü mədəni halda əkilir) yayılmıĢdır. Gavalı ən qədim bitkilərdən hesab edilir. Hələ DaĢ 
dövrü  insnalarının  gavalı  bitkisinin  meyvələrindən  qida  kimi  istifadə  etmələri  haqqında  tarixi 
mənbələrə rast gəlirik. 
Gavalının  yarpaq  və  meyvələrinin  tərkibində  C  vitamini,  kversetin,  rutin,  kempferol,  3-
rutinozid peonidin, 3-qlükozid pelartonidin, 3-qlükozid sianidin antosianları, sulu karbonlar, 11,5% 


116 
 
saxaroza, 0,54-5,6%-ə qədər pektin və s. maddələr tapılmıĢdır.  
Bitkinin bütün hissələrinin tərkibində çoxlu miqdarda aĢı maddəsi aĢkar edilmiĢdir. Bitkidən 
alınan  ekstraktlardan  enterit  və  dizenteriya  xəstəliklərinin  müalicəsində  geniĢ  istifadə  edilir. 
Gavalının kök, budaq, çiçək və yarpaqlarından alınmıĢ ekstraktlar soyuqdəymədə, bakterisid kimi, 
eyni zamanda maddələr mübadiləsinin nizama salınmasında böyük 
rol  oynayır.  Çəyirdəyinin  içərisindəki  ləpəsi  da  xeyirlidir.  Yaxın 
vaxtlarda ləpənin tərkibində tapılan B
17
 vitamini hüceyrələrdə baĢ 
verən  zərərli  mutasiyaların  qarĢısının  alınmasında  mühüm  rol 
oynayır.  Bu  B
17
  maddəsi  -  orqanizmi  xərçəng  xəstəliyindən 
qoruyur. Gavalının tərkibində çoxlu pektin maddəsi tapılmıĢdır ki, 
insanda  baĢ  verən  ateroskleroz  xəstəliyinin  müalicəsində  istifadə 
edilir, 
orqanizmi 
zəhərli 
maddələrdən, 
ağır 
metallardan, 
radionuklidlərdən  təmizləyir.  Bundan  baĢqa  gavalının  tərkibində 
insan  sağlamlığı  üçün  çox  mühüm  əhəmiyyət  kəsb  edən  kalium,  kalsium,  fosfor,  maqnezium, 
manqan  və  s.  makro  və  mikroelementlər,  B  qrupu  vitaminləri,  askorbin  turĢusu,  karotinoid  və  s. 
vardır. ġəkərli maddələrdən fruktoza, saxaroza olmadığı üçün Ģəkər xəstəliyinə tutulmuĢ insanlara 
bundan pəhriz qidası kimi  yeməyi məsləhət görürlər. Meyvənin ən müsbət xüsusiyyətlərindən biri 
də  ondan  ibarətdir  ki,  onun  konservləĢdirilmiĢ  meyvəsinin  tərkibindəki  bioloji  fəal  maddələrin 
olduğu kimi qalmasıdır. 
Gavalıdan dərman preparatlarının hazırlanması. 
Dizenteriya,  entereokolit  və  kolitin  müalicəsi  üçün.  Gavalının  nazik  üz  qabığını  soyub 
ehmalca əzib gündə 2 dəfə yeməyə yarım saat qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Ateroskleroz və onun qarşısının alınması, profilaktik tədbirlər görmək, şüa terapiyasından 
sonra  və  yaxud  ekoloji  cəhətdən  ziyanlı  olan  radioaktivlik  dərəcəsi  yüksək  olan  zonalarda 
(Qəbələ  timsalında),  uzun  nıüddət  antibiotik  və  sulfanilamid  tərkibli  preparatlarla  müalicə 
olunan zaman:  gündə 2-3 dəfə yeməkarası gavalının yumĢaq ətli hissəsindən stəkanın 1/2 hissəsi 
qədər qəbul edin. 
Xroniki  qəbizlikdə,  bağırsaq  fəaliyyətinin  normaya  salınmasında,  ıızun müddət oturaq  iş 
sistemində  çalışan  yaşlı  insanlar  üçün.  1  xörək  qaĢığı  gavalı  çiçəklərini  1  stəkan  qaynar  suya 
töküb 1 saat dəmləyib süzün. Ekstraktdan gündə 2-3 dəfə yeməyə yarım saat qalmıĢ qəbul edin. 
Nefrit, pielonefrit, sistit, həmçinin dəri xəstəlikləri (psoriaz, neyrodermit, ekzema) zamanı 
əlavə  müalicə  vasitəsi  kimi.  Çiçək  və  yarpağının  qarıĢığından  1  xörək  qaĢığı  götürüb,  1  stəkan 
qaynar  suya  töküb  1  saat  dəmlədikdən  sonra  süzün.  Ekstraktdan  gündə  4  dəfə,  3  xörək  qaĢığı, 
yeməyə 20 dəqiqə qalmıĢ qəbul edin. 
Şiş  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  təzə  yarpaqlarından  götürüb  1  stəkan  qaynar  suya 
töküb çay kimi dəmləyib bütün günü için. 
Mədə  yaralarında.  Gavalının  zədələnmiĢ  gövdələrində  əmələ  gələn  kitrəsindən 
(yapıĢqanından) götürüb dilinizin altında saxlayaraq gündə 1-2 dəfə sorun. 
Qırışmış dərilərin müalicəsində. Hər gün və yaxud günaĢırı gavalının yetiĢmiĢ meyvəsindən 
hazırlanmıĢ sıyığından üzünüzün dərisinə yaxıb 10-12 dəqiqə saxlayıb, isti su ilə yuyun və istifadə 
etdiyiniz qidalı kremdən sürtün. Müalicə kursu 10-12 əməliyyatdan ibarətdir. 
Hipertoniya  və  böyrək  patologiyası  zamanı.  Gavalının  tərkibində  çoxlu  miqdarda  kalium 
olduğu  üçün  bunun  meyvəsindən  yeyən  zaman  orqanizmdə  olan  artıq  duz  və  suyun  kənar 
edilməsinə səbəb olur. Böyrək, qara ciyər və ürək xəstəlikləri zamanı gavalı kompotu qəbul etməyi 
məsləhət görürlər. 
Xolesterin mübadiləsiııin pozııntusu zamanı. 100 ml gavalı Ģirəsinin üzərinə l xörək qaĢığı 
bal əlavə edib gündə 3 dəfə yeməkqabağı qəbul edin. 
Mədə  qıcqırmasını  aradan  qaldırmaq  üçün.  Səhər  tezdən  acqarına  1  stəkan  gavalı  Ģirəsi 
qəbul  edin.  Bu  əməliyyatı  yerinə  yetirmiĢ  olsanız  siz  qastrit,  mədə,  onikibarmaq  bağırsaq 
xəstəliklərinə  qalib  gələ  bilərsiniz.  Gavalı  həyəcanı,  stressləri,  qorxu  hisslərini  aradan  qaldırır. 
Bunun üçün bir həftə ərzində gündə 200 q gavalı qəbul etməlisiniz. 
Gavalıdan müalicəvi qidaların hazırlanması. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə