Elmi redaktorlar amea-nın müxbir üzvləri


Gavalıdan şirə hazırlanması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   55   56   57   58   59   60   61   62   ...   149

117 
 
Gavalıdan şirə hazırlanması. 1 kq çəyirdəyi çıxarılmıĢ gavalı, 400 q Ģəkər tozu götürün. 
Heç  bir  yeri  zədələnməyən  gavalı  meyvələrini  qazana  töküb  sobaya  qoyun  və  8-10  dəqiqə 
65-70  dərəcə  temperaturda  saxlayın.  Meyvənin  lətli  hissəsinin  Ģirəsini  çıxardın.  Sonra  Ģirənin 
tərkibinə  Ģəkər  tozu  əlavə  edib  qaynama  dərəcəsinə  gətirin.  Bankanı  isti  suda  sterilizə  etdikdən 
sonra aldığınız Ģirəni bankalara doldurub ağzını qapaqla möhkəm bağlayın və yeri gəldikcə istifadə 
edin. 
Gavalıdan povidlanın hazırlanması. 1 kq çəyirdəyi çıxarılmıĢ gavalı, 300 q Ģəkər tozu və 1 
stəkan su götürün. Gavalı meyvəsinin çəyirdəyini çıxarın və qazana doldurub su əlavə edərək vam 
od üzərinə qoyun, sıyıq Ģəklinə düĢənə qədər qaynadıb üzərinə Ģəkər tozu tökün. Sonra qabaqcadan 
sterilizə  edilmiĢ  ĢüĢə  bankalara  doldurub,  qapaqla  bərkidin.  Aldığınız  povidlanı  sərin,  qaranlıq 
yerdə saxlayıb yeri gəldikcə süfrəyə verib istifadə edin. 
Gavalı  qaxacının  (qurıısunun)  hazırlanması.  Saf  meyvələrini  yuyun  və  təmiz  ağ  pambıq 
parçanın  üzərinə  sərib,  azca  qurudun.  Sonra  vam  yandırılmıĢ  sobaya  yerləĢdirib  çox  qurumağa 
qoymayın. Meyvəni ĢirinləĢənə qədər saxlayıb üzərinə Ģəkər tozu səpib qabaqcadan sterilizə edilmiĢ 
ĢüĢə bankalara doldurub ağzını bağlayın və soyuducuda saxlayın. 
Gavalıdan  marmeladın  hazırlanması.  1  kq  gavalı,  250  q  Ģəkər  tozu,  100  ml  moruq  və 
yaxud  çiyələk  Ģirəsi  götürün.  Gavalını  yuyub,  qabığını  və  çəyirdəyini  təmizləyib  ləyənə  tökün, 
üzərinə Ģəkər tozu səpib vam od üzərinə qoyub  Ģirəsi çıxana və Ģəkər tozu əriyib  qurtarana qədər 
qaynadın. Sonra odu Ģiddətləndirib biĢirməyə baĢlayın. Gavalı Ģirəsini qarıĢdıra-qarıĢdıra biĢirməni 
davam etdirin. Məhsulun hazır olmasına az qalmıĢ zövqünüzə görə vanil, moruq və yaxud çiyələk 
Ģirəsi  əlavə  edin.  Elə  ki,  kütlə  qatılaĢmağa  baĢladı,  odun  üzərindən  götürüb  isti  halda  bankalara 
doldurub ağzını salfet və yaxud perqament kağızı ilə sarıyıb soyuducuda saxlayın. 
Gavalıdan sousun (şirənin) hazırlanması. 25 ədəd saf gavalı, 100 q Ģəkər, 3/4 hissə çaxır, 
1/2  xörək  qaĢığı  kartof  unu  götürün.  Gavalını  qazana  töküb  üzərinə  azca  su  əlavə  edin.  Sonra 
gavalını sürtgəcdən keçirib üzərin kartof niĢastası, zövqünüzə görə Ģəkər, çaxır əlavə edib qarıĢdırın 
və  odun  üzərinə  qoyub  qarıĢdıra-qarıĢdıra  qaynadın.  Aldığınız  sousu  kükü  və  sıyıqla  birlikdə 
süfrəyə verin. Quru gavalı meyvəsindən də sous hazırlamaq olar. 
 
 
 
Göyəm – Prunus spinosa L.  
 
Göyəm  -  Prunus  spinosa  L.  Çox  budaqlanmıĢ  kol  və  ya  3-4  m  hündürlükdə  olan  alçaq 
ağacdir.  Cavan  zoğları  sarımtıl-qonur  və  ya  qırmızımtıl  rəngli,  məxməri  tüklü  və  çılpaqdır. 
Tumurcuqları enli-yumurtavaridir. Yarpaqları ellipsvari, tərs yumurtavaridir. Çiçəkləri tək-tək və ya 
nadir  hallarda  cütdür.  Ləçəkləri  ağ  və  yaĢıl  rəngə  çalır.  Mart-may  aylarına  qədər  çiçək  açır,  iyul-
avqustda meyvə verir. 
Göyəm  Azərbaycanın  Samur-Dəvəçi  ovalığında,  Quba  rayonu  ərazisində,  Kür-Araz              
ovalıqlarında,  Alazan-Əyriçay  vadisi  ətrafında,  Kiçik  Qafqaz 
ərazisində,  Lənkəranın  dağlıq  zonalarında  yayılmıĢdır.  Göyəm 
ovalıqlardan  baĢlamıĢ  orta  dağ  qurĢaqlarına  qədər  ərazilərdə 
təsadüf edilir. Göyəm meyvələrində 6,65-7,07% Ģəkər (qlükoza və 
fruktoza),  0,8-1,7%  alma  turĢusu,  aĢı  maddələri  aĢkar  edilmiĢdir. 
Təzə  və  qurudulmuĢ  Ģəkildə  yeyilir,  Ģorabaya  qoyulur,  kompot, 
mürəbbə,  Ģərbət,  likör,  araq,  Ģirkə  hazırlanır.  ġaxta  vurduqdan 
sonra  göyəm  meyvələrinin  büzüĢdürücü  xüsusiyyətləri  azalır, 
Ģəkərin miqdarı artır, beləliklə meyvələr daha Ģirin olur. Göyəmin 
yarpaqlarında 195-200 mq%-ə qədər C vitamini tapılmıĢdır. 
Göyəm  sıx  gözəl  çiçəklərə  malik  olub  çələngi  xatırladır.  Göyəm  qiymətli  dərman  bitkisi 
hesab edilir. Onun bütün hissələri - çiçək, meyvə, cavan budaqları,  yarpaq, qabıq, kökü müalicəvi 
təsirə  malikdir.  Yazda  onun  çiçək  və  cavan  yarpaqlarını  toplayıb,  mehvuran  kölgəli  yerlərə  sərib 
qurudaraq istifadə edirlər. 


118 
 
Göyəmin çiçək və yarpaqları iĢlədici, sidikqovucu, ödqovucu qantəmizləyici xüsusiyyətlərə 
malikdir. 
Kök  və  kökümsovları  isə  tərqovucu,  istiliksalıcı,  meyvəsi  isə  büzüĢdürücü  xüsusiyyətlərə 
malikdir. 
Qəbizlikdə  və  bağırsağın  iltihabı  zamanı.  2  çay  qaĢığı  çiçəyini  stəkana  töküb  3-5  dəqiqə 
qaynatdıqdan sonra dəmləyin. AlınmıĢ dəmləmədən gündə 2 dəfə stəkanın 3/4 hissəsi qədər daxilə 
qəbul edin. Bağırsaqların iĢi normaya düĢənə qədər məhluldan qəbul edin. 
Böyrək  və  sidik  kisəsi  soyuqdəymələrində,  həmçinin  dəri  xəstəliklərində.  1  xörək  qaĢığı 
çiçək və yarpaq qarıĢığını 1 stəkan qaynar suya töküb bir saat dəmlədikdən sonra süzün.  AlınmıĢ 
ekstraktdan gündə 4-5 dəfə yeməkdən qabaq 3 xörək qaĢığı qəbul edin. 
Maddələr mübadiləsinin pozulmasında, böyrək və sidik kisəsi soyuqdəymələrində. 3 xörək 
qaĢığı  təzə  çiçəkdən  götürüb  0,5  litr  qaynar  suda  20  dəqiqə  dəmlədikdən  sonra  süzün.  Gündə  4-5 
dəfə yeməkdən qabaq stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Soyuqdəymə zamanı. 2 çay qaĢığı doğranmıĢ kök hissəsini 1 stəkan qaynar suya töküb 15-
20  dəqiqə  qaynadın.  2  saat  dəmlədikdən  sonra  süzüb  stəkanın  1/4  hissəsi  qədər  gündə  2-3  dəfə, 
qurtum-qurtum qəbul edin. 
 
Badam – Amygdalus L. 
 
Dünya florasınm tərkibində badam cinsinin 40-a  yaxm növü  yayılmıĢdır (R.V.Zamıslov  və 
A.S.Lozina-Lozinskaya,  1954).  Qafqazda  8,  o  cümlədən  Azərbaycanda  yabanı  halda  3  növünə 
təsadüf edilir. 1 növü A.communis L. mədəni halda becərilir.  
Badam  növləri  çox  da  böyük  olmayan  ağac  və  kol 
bitkiləri  olub,  6-10  m  hündürlüyünə  qədər  boy  atırlar.  Lanset 
formalı  yarpaqlara  və  tək-tək  yerləĢən  açıq-çəhrayı  çiçəkləri 
olur.  Meyvəsi  iri,  yumurtavarı  çəyirdək  meyvəsinin  üzəri 
məxmərəbənzər  tüklərlə  örtülmüĢdür.  Çəyirdək  meyvəsinin 
qabığı  deĢikli-fincanvarıdır.  Toxumları  Ģirin,  xoĢ  badam  iyinə 
malikdir.  Mədəni  badam  ola  bilsin  ki,  yabanı  badamdan  calaq 
üsulu ilə yaradılmıĢdır.  
Xalq  təsərrüfatının  müxtəlif  sahələrində  adi  badamdan 
daha çox istifadə olunur. 
Adi  badam  -  A.commıınis  L.  hündürlüyü  6-7  m  olan  kiçik  ağac  və  kol  bitkisidir.  Cavan 
budaqlarının  qabığı  qırmızımtıl-qəhvəyi,  yaxud  qəhvəyidir.  EllipsĢəkilli  dilimli  yaĢıl  yarpaqlara 
malikdir.  Tək-tək  yerləĢən  solğun  çəhrayı  və  ya  ağ  rəngli  gözəl  çiçəkləri  var.  Meyvəsi  tumlu  və 
qabıqlı,  bir  toxumludur,  toxumların  üzəri  sarı-qonur  rəngli  nazik  pərdə  ilə  örtülmüĢdür.  Badam 
yazın ilk aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr ayında yetiĢir.  
Badam ağacı çox qədim zamanlardan becərilən qiymətli bitkidir. Onun üç növündən:  Ģirin 
badam – A. communis L., dağ badamı – A. fenzliana (Fritsch.) Lipsky, nair badamı – A. nairica Fed. 
et  Takht.-dan  istifadə  edilir.  Hər  üç  növ  bir-birinə  çox  oxĢayır.  Yalnız  toxumlarının  dadı  ilə 
fərqləndirmək mümkündür. Azərbaycanda,  əsasən, AbĢeronda becərilir. Bitkinin toxumlarında 50-
60%  piyli  yağ,  20-30%  zülal,  həmçinin  selik  maddəsi,  2,97%  saxaroza,  3,1-3,8%  panitozlar,  B
2
 
vitamini,  kalium,  kalsium  və  maqnezium  duzları,  fosfor  turĢusu  vardır.  Dağ  badamının 
toxumlarında  yuxarıda  göstərilənlərdən  baĢqa  3-4%  amiqdalin  qlükozidi  vardır  ki,  bu  da 
parçalandıqda qlükoza Ģəkəri, benzoy aldehidi və sianid turĢusu əmələ gətirir. Dağ badamında olan 
amiqdalin qlükozidinin bu xassəsindən istifadə edərək ondan ―acı badam suyu‖ adlı preparat alınır. 
Bu preparat mikstur (damcı) növlərinin tərkibində ağrıkəsici və sinir sistemini sakitləĢdirici dərman 
kimi damcı halında qəbul edilir.  
Qabıq  hissəsində  4,9-5,0%-ə  qədər  aĢı  maddəsi,  oduncaq  və  yarpaqlarında  kempferol, 
kversetin,  meyvəsində  qlükoza,  qalaktoza,  maltoza,  saxaroza,  quzuqulağı  turĢusu  və  s.  aĢkar 
edilmiĢdir.  
Elmi  təbabətdə  badam  toxumlarından  alınan  piyli  yağlardan  da  istifadə  edilir.  Xalq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə