Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   57   58   59   60   61   62   63   64   ...   149

121 
 
parçaların  boyanmasında  iĢlədilmiĢdir.  Yapon  saforası  toxum,  kök,  qələm  vasitəsilə  asanlıqla 
əkilib-çoxaldılır. 
Biz  isə  ilk  dəfə  olaraq  yapon  saforasının  qönçə,  çiçək  və  meyvə  hissələrindən  boyaq 
ekstraktı  hazırlayıb  yun,  ipək  və  pambıq  məmulatlarını  sarı,  parlaq-sarı,  qızılı-sarı,  parlaq-narıncı, 
yaĢıl,  tütünü,  zeytunu,  mixəyi,  qonur,  açıq-qəhvəyi  və  s.  rəng  və  çalarlara  boyamağa  nail  olduq. 
Alınan rəng və çalarlar fiziki-kimyəvi təsirlərə qarĢı çox davamhdır. 
Yapon  saforasının  təzə  paxla  meyvəsini  götürüb  70%-li  spirtdə  1:1  nisbətində,  quru 
meyvəsini isə 1:2 nisbətində 21 gün qaranlıq yerdə saxlayıb cövhərini hazırlayın. Bu cövhəri quru 
və soyuq yerdə saxlayın. Gündə 2-3 dəfə, 1 çay qaĢığı qəbul edin. 
500 q təzə və yaxud 250 q quru paxla meyvəsini qaynadılmıĢ suda yuyun. Hər bir paxlanın 
meyvəsini  iki  yerə  bölüb  ĢüĢə  qaba  töküb  üzərinə  0,5  litr  araq  əlavə  edin,  gündə  3-4  dəfə 
çalxalamaq Ģərtilə 10 gün qaranlıq yerdə saxlayıb cövhərini hazırlayın. Sonra meyvəni sıxıb kənara 
atır,  filtr  kağızından  keçirib  cövhəri  ĢüĢə  butılkalara  doldurub  soyuducuda  saxlayın.  Cövhərdən 
gündə 3 dəfə, 30-40 damcı suya qatıb qəbul edin. 
 
Əkin ononisi – Ononis arvensis L. 
 
Dünya  florasının  tərkibində  ononis  cinsinin  70-80-ə  qədər  növü  yayılmıĢdır.  Qafqazda,  o 
cümlədən Azərbaycanda 5 növünə rast gəlmək olar. 
Əkin  ononisi  -  O.arvensis  L.  hündürlüyü  30-80,  bəzən  isə  200  sm  olan,  budaqlanan,  uzun 
saçaqlı,  oduncaqlaĢmıĢ  tünd-qonur  gövdəsi  düz,  yaxud  sərilən,  çoxbaĢlıqlı  kök  sisteminə  malik 
çoxillik  ot  bitkisidir.  Yarpaqları  növbəli,  saplaqlı,  yuxarıdakılar  sarı,  aĢağı  və  ortada  yerləĢən 
yarpaqları  isə  uzunsov-ellipsĢəkillidir.  Çiçəkləri  çəhrayı  və  yaxud  ağımtıl  rəngdə,  sünbüləoxĢar 
hamaĢçiçəkdə,  zoğların  qurtaracağında  yerləĢmiĢdir. 
Meyvəsi  paxlalı  olub  içərisində  2-4  toxumu  vardır. 
Toxumları  Ģar  formasında,  azca  böyrəyə  oxĢar,  tünd-
qəhvəyi  və  yaxud  zeytunu-qonur  rəngdədir.  Ġyul-avqust 
aylarında çiçək açır, sentyabr-oktyabrda meyvəsi yetiĢir. 
Əkin  ononisi  Azərbaycanın  Dəvəçi,  Böyük  Qafqaz 
ərazilərində,  Alazan-Əyriçay  vadisində,  Kür-Araz 
ovalığında, 
Naxçıvan 
MR-in 
dağlıq 
zonalarında 
yayılmıĢdır.  Bu  növə  düzənliklərdən  tutmuĢ  orta  dağ 
qurĢaqlarına  qədər,  çay,  əkin,  çöl,  arx,  bulaq,  bağ-bağçada,  yol  kənarlarında  və  kolluqlarda  rast 
gəlmək olar. 
 Əkin ononisinin müalicəvi xüsusiyyətləri insanlara çox qədim dövrlərdən məlum olmuĢdur. 
Dioskorid bitkinin kök hissəsindən böyrək və sidik kisəsində olan daĢların təmizlənməsinin Ģahidi 
olduğunu qeyd edir. 
Müalicə  məqsədləri  üçün  köklərindən  istifadə  edilir.  Köklərinin  tərkibindən  ononin 
qlükozidi (C
22
H
22
O
9
) tapılmıĢdır ki, bu da hidroliz olunaraq formononetin – (C
16
H
I2
O
4
 qlükozidi), 
onospin (C
21
H
24
O
9
), ononetin (C
15
H
14
O
4
) triterpendiol (C
30
H
50
O
2
və s. maddələrə çevrilir. Bundan 
əlavə kökündə piyli yağ, aĢı maddəsi, efır yağı, qatran aĢkar edilmiĢdir. 
Kökündə  9,51%  kül  maddəsi,  mq/q%-lə  3,20  -  K,  3,40  -  Ca,  4,20  -  Mg,  0,40  -  Fe 
makroelementləri, mkq/q-la 0,14 - Mn, 0,26 - Cu, 0,16 - Zn, 0,69 - Mo, 0,02 - Cr, 0,39 - Al, 0,35 - 
V, 14,20 - Se, 0,62 - Ni, 0,19 - Sr, 0,08 - Pb, 0,90 - B, 0,15 - I mikroelementləri tapılmıĢdır. 
Hələ  çox  qədim  zamanlarda  əkin  ononisinin  kök  hissələrindən  dəmləmələr  hazırlanmıĢ, 
tərlədici, sidikqovucu və qankəsici vasitə kimi istifadə edilmiĢdir. 
Elmi  təbabətdə  kəskin  babasil  xəstəlikləri  zamanı  baĢ  verən  qanaxmaları  dayandırır,  ağrını 
azaldır, xroniki qəbizliyi aradan götürür, cövhəri ilə böyrək və sidik kisəsində olan daĢların əridilib 
orqanizmdən  kənar  edilməsində  istifadə  edilir.  Kosmetologiyada  otundan  hazırlanmıĢ  vannalarla 
dəridə olan ekzema və yaraların müalicəsində istifadə edilir. Kökündən hazırlanmıĢ məlhəmlər dəri 
çatlamaları  zamanı  qanaxmaların  dayandırılmasında  iĢlədilir.  Xroniki  dəri  xəstəliklərində  kök 
hissəsindən alınan sulu dəmləmələrdən qantəmizləyici vasitə kimi istifadə edilir. 


122 
 
Kökünü  payızda  çıxarır,  gövdə  hissəsini  kəsib  atır,  soyuq  suda  yuyur,  sonra  isə  mehdəyən 
yerlərdə qurudurlar. Süni üsulla isə 40-60°C temperaturda xüsusi quruducularda qurudurlar. YaxĢı 
qurudulmuĢ xammal 2 il müddətində öz keyfiyyətini itirmədən saxlayır. 
Əkin  ononisinin  əkildiyi  hər  hektar  sahədən  birinci  il  8  sentner,  ikinci  ildə  isə  22  sentner 
quru kök məhsulu əldə etmək olar. 
Onun  kök  və  kökümsovlarından  Bolqarıstanda  sidik  kisəsi  iltihabında,  prostat  vəzi 
xəstəliklərində,  suçiçəyində,  rus  xalq  təbabətində  podaqrada,  sidik  kisəsində  olan  daĢların 
əridilməsində, böyrək soyuqdəymələrində və revmatizmdə istifadə edilir. 
Ononisin kök və kökümsovlarından müalicəvi preparatların hazırlanması. 
Böyrək, sidik kisəsi və revmatik xəstəlikləri müalicə etmək üçün. 1 xörək qaĢığı doğranmıĢ 
kökünü  0,5  litr  qaynanmıĢ  suyun  üzərinə  tökərək  qaynama  dərəcəsinə  gətirin,  15-20  dəqiqə 
dəmlədikdən  sonra  süzün.  Gündə  3-4  dəfə,  yeməyə  30  dəqiqə  qalmıĢ  stəkanın  1/2  hissəsi  qədər 
qəbul edin. 
Babasil  xəstəliyini  müalicə  etmək  üçün.  2  xörək  qaĢığı  doğranmıĢ  kökü  1  litr  suya  töküb 
vam od üzərinə qoyun, məhlulun 2/3-si buxarlanana qədər qaynadın. Sonra hazır olmuĢ dəmləməni 
süzüb, stəkanın 1/2 hissəsi qədər, gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. 
Xroniki  qəbizlikdə.  3  xörək  qaĢığı  doğranmıĢ  kökünü  1  stəkan  arağın  üzərinə  tökün,  bir 
həftə  qaranlıq  yerdə  saxlayın.  Sonra  süzüb  gündə  2-3  dəfə,  yeməyə  15-20  dəqiqə  qalmıĢ  1  çay 
qaĢığı qəbul edin. 
Maddələr  mübadiləsinin  pozulmasında,  sidik  turşusunun  artmasında,  böyrək  və  sidik 
kisəsində olan daşların kənar edilməsində, dəri xəstəliklərində. 1 xörək qaĢığı doğranmıĢ kökü 1 
stəkan  suyun  üzərinə  töküb  qaynama  dərəcəsinə  çatdırm,  üzərini  örtüb  yarım  saat  dəmlədikdən 
sonra süzün. Gündə 3-4 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ 1 xörək qaĢığı həcmində qəbul edin. 
Böyrəyin  iltihabı  (nefrit)  zamanı.  Bitkinin  kökündən  götürüb  kətan  toxumu  və  tozağacı 
yarpağı  ilə  qarıĢdırın.  Sonra  qarıĢıqdan  1  xörək  qaĢığı  götürərək  1  stəkan  qaynayr  suya  töküb  3-4 
saat dəmləyin və süzüb gündə 2-3 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul 
edin. 
 
Əkilən qarayonca – Medicago sativa L. 
 
 
Yayın  isti  günlərində  çəmənliklərdə,  meĢə  açıqlıqlarında,  adi  yol  kənarlarında  hündür,  göy-
bənövĢəyi çiçəkləri olan çoxillik ota bənzər Medicago sativa L. bitkisinə rast gəlmək olar. 
Əkilən  qarayoncadan  Fransada  sənaye  üsulu  ilə  karotin 
və  xlorofil  istehsal  olunur.  Çində  isə  tərəvəz  və  ədviyyat  kimi 
iĢlədilir.  Nektarlı  bitkidir.  Mal-qara  üçün  qiymətli  yem  bitkisi 
hesab  edilir.  Ot  və  kök  hissələrinin  tərkibindən  antosian 
maddələrində 
3,5-diqlükozid 
deflinidin, 
3,5-diqlükozid 
malvidin,  3,5-diqlükozid  petunidin  və  s.  aĢkar  edilmiĢdir. 
Çiçəklərində  isə  leykoantosianidin,  delfinidin,  petunidin, 
malvinidin,  sianidin  və  s.  flavonoid  və  antosian  birləĢmələri 
aĢkar edilmiĢdir. 
 Biz  ilk  dəfə  olaraq  1986-1988-ci  illərdə  əkilən 
qarayoncanın çiçək və ot hissələrindən toplayıb, laboratoriyada antosian və flavonoid tərkibli boyaq 
maddələri aldıq, yeyinti və toxuculuq sənayesində sınaqdan keçirib, müsbət nəticələr əldə etdik. 
Dərman  məqsədləri  üçün  çiçək  açan  dövründə  toplanır,  qurudulub  xammalından  istifadə 
olunur. 
Əkilən  qarayoncadan  hazırlanan  preparatlardan  antiseptik,  bakterisid,  qankəsici, 
yarasağaldıcı,  sidikqovucu,  sakitləĢdirici,  qanda  Ģəkərin  miqdarının  normaya  salınmasında  və 
qalxanabənzər vəzin müalicəsində iĢlədilir. 
Qalxanabənzər vəzin fəaliyyətinin gücləndirilməsində. 2 çay qaĢığı doğranmıĢ quru otunu  
1  stəkan  qaynar  suya  töküb  yarım  saat  dəmlədikdən  sonra  gündə  2-3  xörək  qaĢığı  yeməyə  yarım 
saat qalmıĢ qəbul edin. Müalicə kursu 10-14 gündür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə