Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   59   60   61   62   63   64   65   66   ...   149

125 
 
salınmasında  və  ürək-damar  xəstəliklərinin  qarĢısının  alınmasında  müsbət  rol  oynayır.  Bunun 
tərkibindəki  fol  turĢusu  orqanizmdə  hüceyrələrin  təzələnməsində  böyük  rol  oynayır.  Florida 
universitetində  aparılan  elmi-tədqiqatlar  zamanı  müəyyən  edilmiĢdir  ki,  yerfındığının  tərkibindəki 
çoxlu  miqdarda  antioksidant  maddəsi  orqanizmin  hüceyrələrini  zərərli,  qorxunc  sərbəst 
radikallardan  qoruyur.  Yerfındığını  adi  su  ilə  qarıĢdırıb  alınan  məlhəmdən  mədə  və  onikibarmaq 
bağırsağın yaralarını müalicə edirlər. 
Yerfındığı  keyfiyyətli,  kalorili  qida  maddəsi  olduğundan  ondan  həddindən  artıq  qəbul 
edilməsini məsləhət görmürlər. Bundan çox qəbul etdikdə kökəlmə və piylənmə prosesləri baĢ verə 
bilər.  Hər  bir  adama  gündə  30  q  yerfındığı  yemək  məsləhət  görülür.  Yerfındığını  tərəvəzlərin, 
meyvələrin salat növlərinin, borĢun, sıyıqların, desertlərin tərkibinə qatıbqəbul edə bilərsiniz. 
 
Göy noxud – Pisum sativum L. 
 
Dünya  florasının  tərkibində  paxlalılar  fəsiləsinin  600-ə  qədər  cinsi,  12000-ə  qədər  növü 
yayılmıĢdır.  Paxlalılar  fəsiləsinin  növlərinə  dünyanın  hər  yerində  rast  gəlmək  olar.  Fəsilənin 
Qafqazda  550,  o  cümlədən  Azərbaycanda  400  növü  var.  Paxlalılar  fəsiləsi  (lobya,  soya,  noxud, 
maĢ) biz insanların əsas qidasını təĢkil edir. Bunlardan qida və müalicə xüsusiyyətlərinə malik olan 
cinslərdən biri də göy noxuddur. 
Noxud – Pisum L. cinsinin dünya florasının tərkibində 7 
növü (2 növü mədəni halda əkilib-becərilir) yayılmıĢdır. 
Göy  noxudun  tərkibindən  22-34%  zülal,  20-48% 
niĢasta, 0,7-1,5% yağ, 5,2-7,7% sellüloza, 2,5-3,5 kül maddəsi, 
60% azotsuz birləĢmələr aĢkar edilmiĢdir. 
Göy noxud - Pisum sativum L. Bu birillik ot bitkisi olub 
duz, yaxud gövdəsinin əsasından budaqlanandır. 
Dünyada elə insan tapılmaz ki, ömründə heç olmasa bir 
dəfə  göy  noxuddan  hazırlanan  xörəkdən  yeməsin.  Göy  noxud 
öz qidalıhq keyfiyyətinə görə heç də ətdən geri qalmır. «Çətin 
çeynənilməsinə  baxmayaraq  bunu  yedikdə  bütün  günü  özünü 
tox hesab edirsən». Domostro kitabında evdar qadınlara məsləhət görür ki, göy noxuddan sıyıq və 
yaxĢı  pendir  növləri  hazırlayıb  ailə  üzvlərini  yedirsinlər.  Bu  zaman  bütün  ailə  üzvləri  sağlam  və 
güclü  bədən  sahibinə  malik  olacaqlar.  Buxarda  və  yaxud  yağda  biĢirilmiĢ  noxud  içindən 
hazırlanmıĢ  qoğal  və  fəsəlini  həmiĢə  insanlar  həvəslə  yeyirlər.  Göy  noxuddan  hazırlanmıĢ  xörək 
növləri həmiĢə böyük rus çarı I Pyotrun və onun atası Aleksey Mixayloviçin ən sevinıli yeməkləri 
sayılırdı. 
Zəngin zülal və vitamin mənbəyi. 
Noxud  həqiqətən  də  zülal  mənbəyidir.  Onun  tərkibində  olan  zülalın  miqdarı  buğda  və 
çovdarınkından  2  dəfə  çoxdur.  Kalorilik  cəhətdən  göy  noxud  dana  və  istənilən  ət  növündən, 
qarabaĢaq  və  düyüdən  geri  qalmır.  Bunun  toxum  meyvəsinin  tərkibində  A,  B,  C,  PP  vitaminləri 
insan  orqanizmində  baĢ  verən  maddələr  mübadiləsinin  normal  gediĢində  mühüm  rol  oynayırlar. 
Bundan baĢqa bitkinin tərkibindəki makro və mikroelementlərindən dəmir, kalsium, kalium, selen, 
sink, və s. aĢkar edilmiĢdir. Bitkinin tərkibində çoxlu miqdarda fol turĢusu da aĢkar edilmiĢdir ki, bu 
da  orqanizmdə  yığılıb  qalmıĢ  Ģlakların  və  Ģüaların  kənar  edilməsində  mühüm  rol  oynayır.  Buna 
görə  də  dietoloqlar  anemiya,  ateroskleroz,  piylənməyə,  zob  xəstəliyinə  düçar  olan  xəstələrə  çoxlu 
göy  noxud  yeməyi  məsləhət  görürlər.  Siz  gündə  yarım  stəkan  biĢirilmiĢ  göy  noxud  yesəniz  4  gün 
özünüzün  nikotin  turĢusuna  olan  ehtiyacınızı  ödəyə  bilərsiniz.  Nikotin  turĢusu  orqanizmdə  baĢ 
verən  aterosklerozun,  xərçəngin,  astmanın  və  qanda  xolesterinin  normal  vəziyyətə  düĢməsini 
nizamlayır. Noxudun qabığı da qiymətli xüsusiyyətlərə malikdir. Bunun qabığında çoxlu miqdarda 
xlorofıl, dəmir və kalsium və s. elementlər tapılmıĢdır. 
Noxudun müalicəvi xüsusiyyətləri. 
«Ġnsan sağlam və gözəl olmaq istəyirsə, mütləq noxud yeməlidir». Bu sözləri Bolqarıstanın 
Ģəfavericisi  Petr  Dinov  məsləhət  görür.  Xalq  təbabətində  məsləhət  görülür  ki,  Ģəkər  və  vərəmi 


126 
 
vaxtında müalicə edib baĢa çatdırmaq üçün hökmən gündəlik qidanıza noxud əlavə etmək məsləhət 
görülür. Bundan baĢqa noxud qiymətli sidikqovucu xüsusiyyətə malikdir. Bir ay müddətində gündə 
2-3  stəkan  isti  noxud  həlimi  və  yaxud  isti  cövhərini  içmək  məsləhət  görülür.  Bunun  nəticəsində 
böyrək və sidik kisəsində olan daĢların təmizlənib tökülməsinin Ģahidi olacaqsınız. 
İrinli  yaraların  və  çibanların  müalicəsində.  Bu  zaman  kompleks  müalicə  üsullarından 
istifadə  edirlər.  Bunun  üçün  qarıĢıqlardan  istifadə  etməyi  məsləhət  görürlər.  3  xörək  qaĢığı 
qurudulmuĢ  noxud,  düyü  və  darı  qarıĢığından  götürüb,  qəhvəüyüdəndən  keçirib,  tavaya  töküb  3-4 
dəqiqə  qızardın.  Sonra  üzərinə  1  stəkan  qaynar  su  əlavə  edib  7  dəqiqə  biĢirin.  Bankaya  yığıb 
soyuducuda saxlayın. Aldığınız qarıĢıqdan 14 gün müddətində acqarına 2 xörək qaĢığı qəbul edin. 
Qanda hemoqlobin azlığının aradan qaldırılması üçün hər gün səhər yeməyində 3-4 xörək 
qaĢığı konservləĢdirilmiĢ və yaxud təzə noxud qəbul edin. 
Ekzema,  irinli  kəsiklərin,  göyərmiş  nahiyələrin  müalicəsində.  1  xörək  qaĢığı  noxuddan 
hazırlanmıĢ  püreni  1  çay  qaĢığı  yumurta  zülalından  hazırlanmıĢ  köpüklə  qarıĢdırın.  Sonra  alınmıĢ 
məlhəmdən götürüb zədələnmiĢ nahiyəyə sürtün. 
Baş-beyin qan damarlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə. Bunun üçün gündə 4-5 
dəfə yeməkdən asılı olmayaraq 1 çay qaĢığı qurudulmuĢ noxudu isti su ilə qəbul edin. 
Noxuddan müalicəvi qida məhsullarının hazırlanması. 
500  q  təzə  göy  noxud,  12  xırda  baĢ  soğan,  3  xörək  qaĢığı  kərə  yağı,  zövqünüzə  görə  duz, 
Ģəkər  tozu  və  bir  az  da  doğranmıĢ  cəfəri  götürün.  Soğanları  soyub  bütöv  halda  tavaya  qoyub, 
üzərinə 2 xörək qaĢığı yağ əlavə edin və orta dərəcədə yanan odun üzərinə qoyub 7-8 dəqiqə biĢirin. 
Üzərinə  noxudu  əlavə  edib  yenidən  10  dəqiqə  biĢirin.  Üzərinə  un,  Ģəkər  tozu,  duz  əlavə  edin  və 
ehtiyatla  qarıĢdırıb  odun  üzərindən  götürüb  qapağını  açın  və  5-7  dəqiqə  saxlayın.  Süfrəyə 
verməzdən əvvəl üzərinə doğranmıĢ cəfəri, kərə yağı əlavə edin. 
Noxuddan  doydurucu  kəndli  xörəyinin  hazırlanması.  1  kq  təmizlənmiĢ  təzə  noxud  (və 
yaxud  300  q  qurusundan)  1  xörək  qaĢığı  kərə  yağı,  2  ədəd  yumurta  sarısı,  2  xörək  qaĢığı  xırda 
doğranmıĢ  Ģüyüd,  1  çay  qaĢığı  limon  Ģirəsi,  1,5  stəkan  su,  zövqünüzə  görə  qara  istiot  və  duz 
götürün.  QurudulmuĢ  noxudu  duzlu  suda  biĢirib,  yaxĢı  süzün.  Sonra  qazanın  içərisinə  su,  yağ  və 
istiot  əlavə  edib  odun  üzərinə  qoyun.  Su  qaynayan  kimi  üzərinə  biĢirilmiĢ  noxudu  əlavə  edib  5-7 
dəqiqə biĢirin. Azca soyudub, üzərinə  yumurta sarısını, limon Ģirəsini, Ģüyüdü əlavə edib ehtiyatla 
qarıĢdırıb, süfrəyə verin. 
Təzə  noxuddan  (sidikqovucu)  şorbanın  hazırlanması.  300  q  qabığı  ilə  birlikdə  noxud,  3 
çay qaĢığı un, 2 xörək qaĢığı kərə yağı, 1 stəkan süd, 1 ədəd yumurta sarısı, zövqünüzə görə xırda 
doğranmıĢ cəfəri və Ģüyüd götürün. 
Noxudu  qabığı  ilə  birlikdə  duzlu  suda  biĢirib  (həlimi  atmamaqla)  süzün.  Unu  tavada 
qarıĢdıra-qarıĢdıra  qızardın.  1  xörək  qaĢığı  yağ  əlavə  edib  üzərinə  noxudun  isti  həlimini  töküb 
qaynadın.  Sonra  yumurta  sarısı  ilə  südü,  yağı  və  duzu,  noxudu  biĢirilmiĢ  kütlənin  üzərinə  töküb 
qapaqla örtüb isti plitəyə qoyun. 5-7 dəqiqə saxlayın. Sonra üzərinə xırda doğranmıĢ göyərtini səpib 
süfrəyə verin. 
Göy  noxud  qiymətli  qida  bitkisi  kimi  geniĢ  sahələrdə  əkilib-becərilir.  Mülayim  iqlim 
zonaları olan ölkələrdə 7000000 hektar sahədə göy noxud becərilir. Bunun 3600000 hektarı Çinin 
payına düĢür. Bundan baĢqa istehsal olunan göy noxudun ən çoxu ABġ, Almaniya, PolĢa, Ġspaniya, 
Ġtaliya, Fransa, Rusiya və s.-nin payına düĢür. 
Diqqət!  Göy  noxuddan  hazırlanan  xörəklərdən  podaqra,  kəskin  nefrit,  mədə-bağırsaq 
soyuqdəymələrində yeməyi məsləhət görürlər. Mədə və onikibarmaq bağırsaq xəstəliyinə tutulmuĢ 
insanlara  göy  noxuddan  hazırlanan  püre  qəbul  etməyi  məsləhət  görürlər.  YaĢlı  insanlar  isə  göy 
noxuddan və eləcə də digər paxlalı bitkilərdən istifadə elən zaman onlara yaxĢı biĢirilib tam yumĢaq 
hala  salınmıĢ  tərəvəz  xörəklərindən  qəbul  etmək  mədə-bağırsaqlarda  əmələ  gələn  qazların  və 
köpmələrin  qarĢısını almaq  üçün  noxuddan  hazırlanan  xörəyin  tərkibinə  kök  əlavə  etməklə  yanaĢı 
çörəklə yemək məsləhət görülür. 
 
Adi lobya – Phaseolus vulgaris L. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə