Elmi redaktorlar amea-nın müxbir üzvləri


AtĢabalıdından müalicə preparatlarının hazırlanması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   62   63   64   65   66   67   68   69   ...   149

131 
 
AtĢabalıdından müalicə preparatlarının hazırlanması.  
AtĢabalıdının  müxtəlif  hissələrindən  ev  Ģəraitində  hazırlanan  preparatların  müalicəvi 
keyfiyyəti,  heç  də  sənaye  Ģəraitində  hazırlanan  müalicə  vasitələrindən  geri  qalmır.  Bu 
preparatlardan müalicə edən həkiminizin icazəsi ilə qəbul edə bilərsiniz.  
Prostatın  adenoması  zamanı.  AtĢabalıdının  yetiĢmiĢ  meyvəsinin  qabığından  hazırlanmıĢ 
məhluldan 25 q götürüb 250 ml spirtə töküb 2 həftə qaranlıq yerdə saxlayıb süzün. Gündə 2 dəfə 
səhər  və  günorta  10  damcı  qəbul  edin.  Sulu  dəmləməsindən  isə  20  damcı  qəbul  edə  bilərsiniz. 
Müalicə  kursu  20  gündür.  10  gün  fasilə  verib,  yenidən  müalicəni  təkrar  edə  bilərsiniz;  Məsləhət 
görülür ki, müalicə kursunu 10 dəfə təkrar etmək məsləhət görülür.  
Xroniki  prostatın  müalicəsi  zamanı.  AtĢabalıdının  xırdalanmıĢ  meyvə  qabığından  40  q 
götürüb  600  ml  qaynar  suya  töküb  12  saat  saxlayıb,  sonra  vam  od  üzərinə  qoyub  200  ml  qalana 
qədər qaynadıb buxarlandırın. Sonra süzüb, gündə 3 dəfə, yeməkdən sonra 30-40 damcı qəbul edin. 
Ekstrakt müvəffəqiyyətlə xroniki prostatın adenomasını və prostat vəzini müalicə edir.  
Damar  ağrılarında.  10  ədəd  yetiĢmiĢ  atĢabalıdı  meyvəsinin  qabığını  xırdalayıb,  0,5  litr 
arağın üzərinə töküb ağzını möhkəm örtüb, 7-10 gün soyuq qaranlıq yerdə saxlayıb süzün. Cövhəri 
pambığa  hopdurub  ağrıyan  nahiyəyə  sürtün  cövhərdən  kompres  formasında  da  istifadə  etməklə 
yanaĢı gündə 3 dəfə, yeməkqabağı 30 damcı qəbul edin.  
Xroniki bronxit zamanı. 1 çay qaĢığı xırda doğranmıĢ qabıq və yaxud yarpağından götürüb 
2  stəkan  soyuq  suya  töküb  8  saat  dəmləyib  süzün.  Gündə  5-6  dəfə,  yeməkarası  2-3  xörək  qaĢığı 
qəbul edin. Cövhər papiros çəkənlər üçün daha faydalı hesab edilir.  
Öskürək  zamanı.  DoğranmıĢ  atĢabalıdı  yarpağından  1  çay  qaĢığı  götürüb  1  stəkan  qaynar 
suya töküb, 5-10 dəqiqəyə süzün. Tərkibinə 1 çay qaĢığı bal qatıb qəbul edin.  
Damar genişlənmələri zamanı. 50 q atĢabalıdının meyvəsinin qabıqlarını təmizləyib, əzib, 
tünd rəngli ĢüĢə qaba töküb üzərinə 0,5 litr araq əlavə edin. Sonra 2 həftə soyuq yerdə saxlayıb hər 
gün tez-tez çalxalayıb süzün. Gündə 3 dəfə, yeməkdən qabaq 10 damcı qəbul edin. Müalicə kursu 
3-4  həftədən  artıq  olmamalıdır.  Bundan  sonra  müalicəni aĢağı  dozada  davam  etdirmək  olar.  Daha 
qatı olsun deyə 50 q xammalı 250 ml spirtə töküb çıxarııĢ  aldıqdan sonra geniĢlənmiĢ damarların 
üzərinə kompres Ģəklində qoyub sarıya bilərsiniz.  
Babasil  zamanı.  AtĢabalıdının  meyvə  və  qabığından  5  q  götürüb  1  stəkan  qaynar  suya 
töküb, 30 dəqiqə qaynadıb süzün və ilk həcminə gətirin. Gündə 2-3 dəfə, yeməkdən sonra 1 xörək 
qaĢığı qəbul edin.  
Xroniki  qaymarit  zamanı.  2  ədəd  yetiĢmiĢ  atĢabalıdı  meyvəsini  qaynadılmıĢ  soyuq  suya 
salıb  3-4  gün  isladın.  AxĢam  1  ədəd  meyvəsinin  qabığını  təmizləyib  ət  hissəsini  götürüb  əzib, 
günəbaxan yağı ilə qarıĢdırıb, ağrıyan yerə qoyun və çox saxlamağa çalıĢın. Açıq dəlikdən selik və 
irin axmağa baĢlayacaq. Müalicənin qurtaracağında yara yerinə gənəgərçək yağı yaxın.  
Hipertoniya  zamanı.  atĢabalıdının  qurudulmuĢ  çiçəklərindən  5  q  götürüb  0,5  litr  arağın 
üzərinə töküb, 7 gün dəmləyib süzün. Sonra 1:4 nisbətində araq ilə qarıĢdırıb gündə 3-4 dəfə qəbul 
edin. Müalicəni 3 həftə davam etdirin. Aldığınız cövhərin ağzını möhkəm bağlayıb qaranlıq yerdə 
saxlayın.  
Döşdə  və  uşaqlıq  yollarında  əmələ  gələn  mastopatiya  zamanı.  AxĢamlar  quru  atĢabalıdı 
çiçəklərindən  6-8  xörək  qaĢığı  götürüb  1  litr  suya  töküb,  qaynama  dərəcəsinə  çatdırın  (ancaq 
biĢirməyin). AxĢam qazanın ağzını örtüb üzərinə isti odeyal sərib, səhər süzün. Qurtum-qurtum hər 
saat qəbul edin.  
Xroniki  ishal  zamanı.  AtĢabalıdının  xırda  hissələrə  salınmıĢ  qabığından  1  çay  qaĢığı 
götürüb 0,5 litr qaynar suya töküb 2 saat dəmləyib süzün. Gündə 4 dəfə, yeməkqabağı stəkanın 1/2 
hissəsi qədər qəbul edin.  
Podaqra  zamanı.  Quru  atĢabalıdı  çiçəyindən  20  q  götürüb  0,5  litr  arağın  üzərinə  töküb  2 
həftə dəmləyin, süzüb istifadə edin.  
Poliartirit zamanı. 5 xörək qaĢığı və yaxud 5 atĢabalıdı meyvəsinin xırdalanmıĢ hissəsindən 
götürüb  0,5  litr  istənilən  bitki  yağına  töküb  su  hamamına  qoyub  1  saat  saxlayın.  Soyudub,  süzüb 
ağrıyan nahiyəyə sürtün. Belə mazdan üz dərisinin cavanlaĢdırılmasında və ağardılmasında istifadə 
edə bilərsiniz.  


132 
 
Radikulit  zamanı.  QurudulmuĢ  atĢabalıdı  çiçəklərindən  1  xörək  qaĢığı  götürüb  10  xörək 
qaĢığı  yağa  əlavə  edib  qaranlıq  yerdə  saxlayın.  12  gündən  sonra  götürüb  su  hamamına  qoyub 
qaynadıb süzün. Ağrıyan nahiyəyə sürtün.  
Revmatizm  zamanı.  1,5  kq  xırdalanmıĢ  ət  maĢınından  keçirilmiĢ  atĢabalıdı  meyvəsindən 
götürüb 5 litr soyuq suya tökün, 30 dəqiqə biĢirib süzün. Temperaturu 30-35°C olan vannadakı suya 
tökün. Əməliyyatı 15 dəqiqə davam etdirin. Bu, dəri səpmələrində, əsəb narahatlığında əhəmiyyətli 
hesab edilir.  
Cinsi zəiflik zamanı. 2 ədəd yaĢıl tikanlı meyvəsini götürüb yuyub xırda hissələrə doğrayın, 
1  stəkan  qaynar  suya  töküb  vam  od  üzərinə  qoyub  15  dəqiqə  biĢirib,  süzün.  Sonra  çay  qaĢığının 
ucunda bal qatıb, soyuq və azca isti halda səhər və axĢam 0,5 stəkan qəbul edin.  
Diqqət!! Ev Ģəraitində hazırlanmıĢ atĢabalıdı preparatlarını 3-8 həftədən artıq qəbul etmək 
məsləhət görülmür.  
 
MURDARÇA – Rhamnaceae Juss. fəsiləsi  
Qızılağac mürdəĢər – Frangula alnus Mill. 
 
Dünya  florasının  tərkibində  murdarça  fəsiləsinin  58  cinsi,  900  növünə  təsadüf  edilir.  Bu 
növlərin əksəriyyəti ağac olub Yer kürəsinin tropik və subtropik ərazilərində yayılmıĢdır.  
Yer  kürəsində  mürdəĢər  cinsinin  50-yə  qədər  növü  yayılmıĢdır.  Azərbaycanda  2  növünə 
təsadüf  edilir.  Bunlar  aĢağıdakılardır:  qızılağac  mürdəĢər  -  F.alnus  Mill.,  iriyarpaq  mürdəĢər  - 
F.grandiflora (Fisch. et Mey) Grub. 
MürdəĢərin  növləri  adətən  yarpaqlarını  tökən, 
bəzən  isə  həmiĢəyaĢıl,  tikansız  budaqlara  malik  xırda 
ağac və ya kol bitkiləridir. MürdəĢərin ən qiymətli növü 
qızılağac  mürdəĢər  -  Frangula  alnus  sayılır.  Bu, 
hündürlüyü 6-7 metrə qədər olan hamar qabıqlı, ağac və 
ya  kol  bitkisidir.  Cavan  zoğları  qırmızı-Ģabalıdı  rəngdə 
və  lansetvari,  ağ  mərci  formalıdır.  Çiçəkləri  xırdadır, 
ikicinslidir,  ensiz,  zəng  formahdır.  Xaricdən  görünüĢü 
yaĢılımtıl-ağ, 
daxildən 
sarımtıldır. 
Yarpaq 
qoltuqlarından  çıxaraq  1  sm  uzunluğunda  olan  qısa 
saplaqlar  üzərində  yerləĢir.  TorĢəkilli  meyvəsinin 
diametri  8-10  mm-ə  qədərdir.  Əvvəlcə  qırmızı,  yetiĢdikdən  sonra  isə  bənövĢəyi-qara  rəngdə  olur. 
Ġçərisində  2-3  ədəd  linzaya  oxĢar,  hamar,  Ģabılıdı  rəngdə  çəyirdəyi  olan  çəyirdək  meyvədir. 
Azərbaycanın  dağ-meĢə  rayonlarında  geniĢ  yayılmıĢdır.  Xüsusən  Quba-Qusar,  ġəki-Zaqatala, 
Lənkəran-Astara zonalarında bol ehtiyatı vardır. Bitkiyə arandan yuxarı dağ qurĢağınadək rütubətli 
yerlərdə,  meĢə  kənarlarında,  kolluqlarda,  çay  kənarlarında,  bataqlıq  çəmənliklərində  meĢəciklər 
halında, qrup Ģəklində və baĢqa kol cinsləri ilə birlikdə rast gəlinir.  
Dağlıq  zonalarda  dəniz  səviyyəsindən  1700  m-ə  qədər  hündürlükdə  rast  gəlinir.  Gözəl, 
parlaq, yaĢıl yarpaqlarına və yetiĢmə prosesində rənglərini dəyiĢən meyvələrinə görə uzun illərdən 
bəri parklarda, bağ və bağçalarda dekorativ bitki kimi becərilir. 
Qızılağac  mürdəĢərin  yarpaq,  meyvə  və  qabıq  hissəsinin  tərkibində  2,57-5,7%-ə  qədər 
antraxion  birləĢmələri,  franqulin,  xrizofanol,  emodin,  aloye,  rein,  emodinantren,  franqulaemodin, 
10,4%-ə  qədər  aĢı  maddəsi  və  s.  tapılmıĢdır.  Bundan  əlavə  qabığının  tərkibində  3,57%  kül,  mq/q 
olmaqla  4,80  -  K,  18,80  -  Ca,  2,60  -  Mg,  0,40  -  Fe  makroelementləri,  107,00  -  Mn,  12,40  -  Cu, 
16,60 - Zn, 0,16 - Co, 152,58 - A1, 171,68 - Ba, 0,72 - V, 0,04 - Se, 1,52 - Ni, 7,92 - Se, 27,52 - B, 
0,72 - I mikroelementləri və s. aĢkar edilmiĢdir. 
Qızılağac  mürdəĢərin  qabıq  hissəsini  erkən  yazda  hələ  çiçək  açmayan  dövrdə  toplamağı 
məsləhət görürlər. Yoğun gövdədən dairəvi deĢik açır, sonra onu uzununa kəsərək soyub götürürlər. 
Bıçaqla  qabıq  hissəsini  qaldırıb  soymaq  olmaz.  Yığılan  xammalı  mehvuran  çardaqlarda  kağız 
üzərinə  nazik  halda  sərib  qurutmaq  lazımdır.  Tez  qurusun  deyə  gün  ərzində  xammalı  1-2  dəfə 
çevirirlər.  Zəhərli  olduğu  üçün  yığılmıĢ  xammaldan  bir  il  istifadə  etmək  məsləhət  görülmür.  Tez 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə