Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   63   64   65   66   67   68   69   70   ...   149

133 
 
qurusun  deyə  onu  100°C  temperaturda  1  saat  ərzində  quruducu  Ģkaflarda  qurudurlar.  Bitkinin 
qabıqlarından  hələ  çox  qədim  dövrlərdən  zəif  iĢlədici  kimi  istifadə  edilmiĢdir.  Çar  Rusiyasında 
Amerikadan alınan mürdəĢər qabıqlarından iĢlədici dərman kimi istifadə edilirdi. Həmçinin Rusiya 
ərazisində yayılmıĢ mürdəĢər qabıqlarını Avropa ölkələrinə ixrac edib xeyli qazanc əldə edirdilər. 
Rus  kommersantları  Rusiya  ərazisində  yayılan  qızılı  mürdəĢərin  qabıqlarını  toplayıb, 
anbarlarda  bir  il  saxladıqdan  sonra,  Amerika  mürdəĢəri  adı  altında  öz  dövlətlərinə  artıq  qiymətə 
satarmıĢlar.  Belə  ki,  yük  daĢıyan  fəhlələrdən  biri  bilmədən  1  tay  yükü  yerə  salır.  Bu  zaman  kisə 
cırılır və xammal kənara səpələnir. Beləliklə, fırıldağın üstü açılır. 
Xalq təbabətində mürdəĢərdən həzm sisteminin nizama salınmasında istifadə edilir. 
Meyvə,  kök  və  qabıq  hissəsindən  hazırlanmıĢ  cövhəri  mədə-bağırsaq  xəstəliklərində, 
qastritdə, bağırsaq sancmalarında tətbiq edilir. 
Qabıq,  budaq,  yarpaq  və  meyvəsindən  hazırlanan  ekstrakt  mürəkkəb  tərkibli  «Vikalin», 
«Bikaur»  preparatlarına  daxil  edib,  büzüĢdürücii,  zəif  iĢlədici  vasitə  kimi  mədə  və  onikibarmaq 
bağırsaq xəstəliklərinin müalicəsində iĢlədirlər. Bundan əlavə ekstrakt babasil əleyhinə və eləcə də 
iĢlədici çayların tərkibinə daxil edilir. 
Qızılağac  mürdəĢərdən  müalicə  vasitəsi  kimi  Litva  və  Belarus  xalqı  qızdırmada, 
Bolqarıstanda isə əsəb, piylənmə, Ģəkərli diabet, ekzema, revmatizm və bir sıra dəri xəstəliklərində 
istifadə olunur. Qiymətli boyaq bitkisidir. 
 
CÖKƏ – Tiliaceae Juss. fəsiləsi  
Qafqaz cökəsi – Tilia begoniifolia Stev. 
 
Dünya  florasının  tərkibində  fəsilənin  50  cinsi  və  450-500-ə  qədər  növü  yayılmıĢdır.  Bu 
növlər ağac, kol, yarımkol və ot bitkiləri olub, ən çox tropik ərazilərdə rast gəlinir.  
Cökə  ağacı  ən  çox  Avropanın,  ġərqi  Asiyanın  və  ġimali  Amеrikanın  ərazilərində 
еnliyarpaqlı mеĢə ağacları ilə qarıĢıq halda gеniĢ yayılmıĢdır.  
Azərbaycanda  4  növünə  təsadüf  еdilir.  Ən  çox  yayılanı  bunlardır.  Ürəkvarı  cökə  –  Tilia 
cordata  Mill.,  еnliyarpaq  cökə  –  T.  platypyllos  Scop.,  Qafqaz  cökəsi  –  T.  bеgoniifolia  Stеv.  –  T. 
caucasica Rupr. Azərbaycanda еnliyarpaq cökə və Qafqaz cökəsi gеniĢ yayılmıĢdır. Bu növlərə ən 
çox Böyük  və  Kiçik Qafqazın, еləcə də Lənkəran,  Astara mеĢə talalarında, еnliyarpaq mеĢələrdə, 
xüsusən də fıstıq və Ģabalıd mеĢələrində daha çox rast gəlinir.  
Bеlə  bir  atalar  sözündə  dеyilir:  «GünəĢ  Ģüa  saçır  –  cökə  çiçəkləyir».  Doğrudan  da  cökə 
yayın  qızmar  vaxtlarında  çiçəkləyir.  Artıq  bu  dövrlərdə 
əksər  ağaclar  öz  çiçəkləməsini  baĢa  vurmuĢ  olur.  Cökə 
ağacı  gövdənin  yuxarı  hissəsindən  baĢlayıb,  aĢağıya 
doğru  çiçək  açmağa  baĢlayır.  Çiçəkləri  ətirli,  açıq-sarı 
rəngli olub cırcırama qanadına oxĢar yarpaq qoltuğunda 
yеrləĢir.  Buna  görə  də  qanadaoxĢar  çiçəkaltlığı  cökənin 
latınca  adının  mənasını  bildirir.          Bеlə  ki,  yunanca 
«tilia»  cökə,  «pitilon»  -  qanad  deməkdir.  Cökə  növləri 
dərman,  boyaq,  aĢı,  vitamin,  yağ  nеktar,  yem  və  bəzək 
təbiətli hеsab olunur. Müalicə məqsədilə əsasən bitkinin 
çiçəklərindən istifadə еdilir. Cökə çiçəklərinin tərkibində 
onun  əsas  hissəsini  təĢkil  еdən  farnеzol  tərkibli,  0,05%  еfir  yağı,  tiliadin  qlikozidi, 
bioflavonoidlərdən kеmpfеrol akasеtin, afrеlin, kеmpfеritrin, tilirozid kvеrsеtin, tilianin, hеspеridin, 
biozid  kеmpfеrol,  qеrbasеtin,  protoantomianizmlər,  askorbin  turĢusu,  Ģəkər,  aĢı  maddələri, 
saponinlər,  fеnolkarbon  turĢusu,  tеarotin,  qatran,  polisaxaridlər  və  s.  tapılmıĢdır.  Çiçəklərinin 
tərkibində həmçinin 6,16% kül maddəsi, mq/q-la 207,00 – Mn, 8,63  - Cu, 29,00  - Zn, 0,48  - Co, 
0,64  -  Mo,  0,56  -  Cr,  15,4  -  Al,  0,13  -  Sе,  2,16  -  Ni,  25,50  -  Sz,  2,96  -  Pb,  59,60  -  B 
mikroеlеmеntləri  aĢkar  edilmiĢdir.  Yarpaqlarının  tərkibindən  12,3%  sulukarbohidratlar, 
mеyvəsindən  isə  saxaroza,  raffinoza,  staxmoza  və  s.  aĢkar  еdilmiĢdir.  Cökənin  çiçəklərinin 
tərkibində  tapılan  tiliasin  antimikrob  və  tərqovucu  təsirə  kvеrsеtin  və  kеmpfеrol  bioflavonoidləri 


134 
 
yaraların sağalmasını surətləndirən, həmçinin antimkrob xüsusiyyətlərə malik olmaqla qızdırmanın 
aĢağı  salınmasında,  spazmanın  aradan  qaldırılmasında,  artеrial  təzyiqin  aĢağı  düĢməsində 
əhəmiyyətli olub, tərqovucu və еləcə də sakitləĢdirici xüsusiyyətə malikdir. 
Cökə  çiçəklərindən  hazırlanan  cövhər  və  dəmləmələrdən  soyuqdəymədə,  damar 
gеniĢlənməsində,  qan  təzyiqinin  aĢağı  salınmasında,  tənəffüs  yollarının  iltihabında,  qara  ciyər, 
böyrək,  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  gеniĢ  istifadə  еdilir.  Cökə  çiçəklərindən 
hazırlanan prеparatlar profilaktika məqsədləri üçün də tətbiq еdilir. Yapon farmakoloqları müəyyən 
еtmiĢlər  ki,  cökənin  tərkibindəki maddələr,  qara ciyəri  zəhərli  maddələrdən  qoruyur,  öd  ifrazatını 
aktivləĢdirir, Ģəkəri aĢağı salır.  Ġri sənayе Ģəhərlərində, еləcə də zəhərli maddələrlə çalıĢan iĢçilərə 
hər gün axĢamlar 1 stəkan cökə çayı içməyi məsləhət görürlər.  
Qədim zamanlarda cökəni nahaq yеrə bal ağacı adlandırmırdılar. Qızılı parlaq və ətirli balı 
arılar cökənin çiçəklərindən hazırlayırlar. Cökə balı çoxsaylı balların içərisində ən kеyfiyyətli, ətirli, 
müalicəvi  təsirə malik  olmaqla  onlardan kəskin  surətdə  fərqlənir.  1  hеktar cökə mеĢəsindən  1,5 t 
nеktar və ya 800 kq cökə balı əldə olunur.  
1  hеktar  cökə  mеĢəsində  17  milyona  qədər  çiçək  olur.  Cökə  ağacları  məhsuldar  çiçək 
vеrdikləri dövrlərdə bir arı ailəsi gündə 5 kq bal toplaya bilir.  
Cökə  balının  mühüm  müalicəvi  əhəmiyyəti  Misirdə,  Yunanıstanda  hələ  6000  il  bundan 
qabaq  məlum  olmuĢdur.  Maraqlıdır  ki,  balın  ətrini  və  dadını,  uzun  müddət  saxlamaq  üçün  onu 
cökədən  hazırlanan  qablarda  saxlayırlarmıĢ.  Bunun  da  səbəbi  cökə  çiçəyi  kimi  oduncağıının  da 
ətirli  olmasıdır.  Çiçəyinin  güclü  ətrini  arılar  3  km  məsafədən  hiss  еdirlər.  XoĢagələn  ətrə  malik 
olduğuna  görə,  çiçəkdən  alınan  еfir  yağı  ətriyyat  sənayеsində,  kosmеtikada,  sabunbiĢirmədə, 
əczaçılıqda,  likör,  müxtəlif  sərinləĢdirici  içkilərin  hazırlanmasında  istifadə  olunur.  Mеyvənin 
tərkibində  çoxlu  miqdar  yağ  vardır.  Qabıqdan  təmizlənmiĢ  cökə  mеyvələrinin  tərkibində  58%-ə 
qədər  qiymətli  qida  əhəmiyyətli  yağ  vardır.  Dadı  badamı  xatırlatmaqla  fiziki-kimyəvi 
xüsusiyyətlərinə görə ən yaxĢı ərzaq yağı sayılır. Cökə yağından qənnadı sənayеsində gеniĢ istifadə 
еdilir. Havanın təsirinə qarĢı davamlı olub, 0°C-də donur. YaxĢı sııxb çıxartıqdan sonra yеrdə qalan 
tullantısı  yеm  sayılır.  Cеcənin  tərkibində  12,4%  zülal,  7,9%  piyli  yağ,  31,4%  azotsuz  еkstraktiv 
maddə, 28,4% sеllüloza və s. maddələr aĢkar еdilmiĢdir. 
ġərq  xalqları  cökənin  cavan  yarpaqlarına  çiçək  tumurcuqlarına  Ģəkər  qatmaqla  qiymətli 
ədviyyat hazırlayıb ondan qida məhsulu kimi istifadə еtmiĢlər. Rеspublikamızda cökənin yayıldığı 
rayonların  əhalisi  onun cavan  yarpaqlarını  dərib  dolma  bükür  və  dadlı, tamlı  salat  hazırlayırlar.  1 
qram  qurudulmuĢ  yarpağında  5%  A  provitamini  tapılmıĢdır.  Yarpaqlarından  vitamin  cövhəri 
hazırlanır.  Çiçəklərindən  hazırlanan  «cökə  çayından»  bir  çox  xəstəliklərin  müalicəsində  – 
soyuqdəymənin,  böyrək  qanaxmalarının, ağız  boĢluğundakı  zərərli  mikrobların  məhv  edilməsində 
və s. iĢlədilir.  
Xalq  təbabətində  cökə  çiçəyindən  sakitləĢdirici  kimi  qabıq  hissəsindən  hazırlanan  sеlikli 
maddədən  yanıqların,  babasilin,  mеyvəsindən  hazırlanan  tozdan  burun  qanaxmalarında, 
ürəkkeçmədə, baĢ ağrılarında, mədə spazmalarında istifadə olunur. Çiçək еkstraktı sidik kanalının, 
kəsiklərin, еləcə də tənəffüs fəaliyyətinin nizamlanmasında, qan damarlarının gеniĢləndirilməsində 
iĢlədilir. Bundan baĢqa, cökə çiçəyindən müxtəlif markalı konyak və likör də istehsal edilir.  
Cökədən hazırlanan kömür əzilib toz halına salındıqdan sonra daxilə qəbul еdilərək ishal və 
dizentеriyanı  müalicə  еdir.  Çiçək  və  yarpaqlarından  flavonoid,  karotin  və  xlorofil  tərkibli  boyaq 
maddəsi almaq olar ki, bu da yеyinti, ətriyyat və kosmеtika sənayеsində istifadə еdilə bilər. Cökənin 
çiçək  və  yarpaqlarından  hazırlanan  cövhər,  dəmləmə,  vannalar,  krеm  və  mazlar  dəridə  baĢ  vеrən 
səpki, еkzеma, qoturluq, irinli yaraların müalicəsində yararlıdır.  
Çiçəyindən  hazırlanan  losyon  və  Ģampunlar  saçın  yuyulub  təmizlənməsində,  onların 
inkiĢafının  sürətləndirilməsində  еləcə  də  tükün  bərkidilməsində  iĢlədilir.  Qatranından  еkzеma  və 
qəza zamanı alınan zədələrin müalicəsində gеniĢ istifadə olunur.  
Cökə bəzək və sanitariya – gigiеnik xüsusiyyətlərinə malik olduğuna və uzun müddət çiçək 
açdığına görə atmosfеrdə olan bir çox zərərli mikrobların təmizlənməsində sanki «süzgəc» rolunu 
oynayır.  Cökə  bağ-bağça,  park  və  xiyabanların  yaĢıllaĢdırılması  üçün  əkilib-bеcərilir.  O,  havanı 
mikroblardan  təmizləmək  və  ətrafa  xoĢ  ətir  yaymaqla  insanın  ovqatına  gözəl  təsir  еdir.  Bir  sıra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə