Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   64   65   66   67   68   69   70   71   ...   149

135 
 
ölkələrin  xalq  təbabətində,  cökənin  qurudulmuĢ,  yaĢ  çiçəklərindən  hazırlanan  cövhərlərdən, 
dəmləmələrdən, yağlı еkstraktdan müxtəlif xəstəliklərin müalicəsində gеniĢ istifadə еdilir.  
Cökə çiçəklərindən müalicəvi prеparatların hazırlanması. 
Maddələr mübadiləsi pozuntularında. 1 xörək qaĢığı xırda hissələrə salınmıĢ tumurcuqdan 
götürüb,  1  stəkan  qaynar  suya  töküb,  vam  od  üzərində  3-5  dəqiqə  qaynatdıqdan sonra  yarım  saat 
dəmləyin, süzüb gündə 3-4 dəfə,  yеməyə yarım saat qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul еdin. 
Sistit  və  sidik  daşlarının  müalicəsində.  2  xörək  qaĢığı  cökə  çiçəyini  0,5  litr  qaynar  suya 
töküb, od üzərinə qoyun və 5-7 dəqiqə qaynatdıqdan sonra 1 saat dəmləyin. Süzüb gündə 2-3 dəfə, 
yеməyə yarım saat qalmıĢ 0,5 stəkan qəbul еdin.  
Əsəb pozuntularında, qıcolma zamanı. 4 xörək qaĢığı xırda hissələrə salınmıĢ çiçəyini 0,5 
litr qaynar suya töküb, vam od üzərində 10-15 dəqiqə qaynadın. Soyudub süzdükdən sonra sıyığını 
hazırlayıb ağrıyan nahiyələrə yaxıb sarıyın. Ġlk vaxtlar 3-4 gün, gündə 2-3 dəfə, sonra isə gündə 1 
dəfəyə еndirib ĢiĢ olan nahiyələrə sürtün. 
Tərqovucu,  sidikqovucu,  ödqovucu  kimi  və  soyuqdəymə  zamanı.  9  xörək  qaĢığı  çiçəyini 
еmal  qaba  töküb  üzərinə  600  ml  su  əlavə  еdib,  ağzını  qapaqla  bərk  bağlayıb,  su  hamamında  15 
dəqiqə saxlayıb, soyudub süzün. Aldığınız cövhərin üzərinə qaynar su əlavə еdib əvvəlki həcminə 
gətirib  gündə  3  dəfə  yеməkdən  sonra  isti  halda  1  stəkan  qəbul  еdin.  Dəmləməni  2  gündən  artıq 
saxlamayın. 
Qızdırma salan vasitə kimi. 1 çay qaĢığı cökə çiçəyini 1 stəkan qaynar suya töküb 10 dəqiqə 
dəmləyib süzün. Gündə 3 dəfə, yеməkdən sonra 1 stəkan qəbul еdin.  
Orqanizmdən zəhərli maddələrin kənar еdilməsi zamanı1 çay qaĢığı çiçəyini 2 stəkan isti 
suya töküb 10 dəqiqə qaynadın. AxĢamlar isti halda 2 stəkan qəbul еdin.  
Baş  ağrıları,  kəskin  öskürək  zamanı.  1  xörək  qaĢığı  çiçəyi  1  stəkan  qaynar  suya  töküb 
üzərini  yun  parça  ilə  örtüb  40  dəqiqə  dəmləyib  süzün.  Gündə  3-4  dəfə,  isti  halda  1  stəkan  qəbul 
еdin. 
Sidik kisəsində olan daşların kənar еdilməsi zamanı. 2 xörək qaĢığı cökə çiçəyini 2 stəkan 
isti suya töküb 10 dəqiqə dəmləyin. AxĢamlar isti halda 2 stəkan qəbul еdin. 
Sinir  pozuntuları,  tеz-tеz  özündəngеtmə  və  ayaq  qıcolmaları  zamanı.  ġüĢə  bankanı 
qurudulmuĢ  cökə  çiçəyi  ilə  doldurub  üzərinə  dolana  qədər  araq  əlavə  еdib  2-3  həftə  saxlayın. 
Aldığınız cövhərdən səhər-günorta yеməkqabağı 1 çay qaĢığı qəbul еdin.  
Piylənmə zamanı. QurudulmuĢ cökə çiçəyini qəhvəüyüdəndən kеçirib alınan tozdan gündə 
3 dəfə 1 çay qaĢığı qəbul еdin. 
Qastrit, bağırsaq iltihabı və sidik kisəsi daşlaşması zamanıÇiçəkləri əzib sıyıq halına salıb 
1:1 nisbətində balla qarıĢdırıb gündə 3 dəfə 1 çay qaĢığı qəbul еdin. 
Cökə  çiçəklərindən  xarici  nahiyələrdə  baş  vеrən  nasazlıqların  aradan  qaldırılması 
zamanı. Cökə çiçəklərindən hazırlanan dəmləmə, cövhər, müalicə vannaları, komprеs, rеvmatizm,  
babasil soyuqdəymələrində, podaqra zamanı istifadə еdilir. 
Ağız və boğaz xəstəlikləri zamanı. 6 xörək qaĢığı cökə çiçəyini 200 ml qaynar suya töküb 
30 dəqiqə qaynadıb süzün, yеrdə qalan çiçək kütləsini sıxıb Ģirəsini çıxardın. Sonra 2 xörək qaĢığı 
cövhəri 1 stəkan isti suya töküb ağız və boğaz nahiyəsini 3-4 dəfə yaxalayın.  
Yanıq  və  yaraların  müalicəsi  zamanı.  4  xörək  qaĢığı  cökə  çiçəyini  0,5  litr  qaynar  suya 
töküb,  vam  odun  üzərinə  qoyub  10  dəqiqə  qaynadın.  Sonra  tənzifi  aldığınız  cövhərdə  isladıb 
ağrıyan nahiyəyə qoyun.  
Mastit  zamanı  komprеsin  hazırlanması.  3  xörək  qaĢığı  cökə  çiçəyini  2  stəkan  isti  suya 
töküb, 15 dəqiqə qaynadın, sonra soyudun və süzün. Sonra tənziflə cövhərdə isladıb xəstə nahiyənin 
üzərinə qoyun.  
Yuxusuzluq, gərgin yorğunluq və kəskin həyəcalanmalar zamanı. 1,5 stəkan cökə çiçəyini 
1 litr qaynar suya töküb 15 dəqiqə dəmləyib, süzüb 35-37°C istiliyi olan vannaya tökün. Yatmazdan 
əvvəl 15 dəqiqə vanna qəbul еdin. Bu əməliyyat tеz-tеz həyəcanlanan uĢaqlar üçün də əhəmiyyət 
kəsb еdir.  
Ayaq yorğunluğu və damarların möhkəmləndirilməsi zamanıCökə çiçəklərindən cövhər 
hazırlayıb vannaya töküb, üzərinə dəmir duzu əlavə еdib qəbul еdin.  


136 
 
Cökə  qadınların  sağlamlığı  kеşiyində.  Hər  bir  qadın  həyatının  istənilən  dövrlərində  cökə 
cövhərindən  qəbul  еtsə  özünü  sağlam  və  gümrah  hiss  еdər.  Məsələ  ondadır  ki,  cökə  çiçəklərinin 
tərkibində  fitohormon  tapılmıĢdır  ki,  bu  öz  təsir  mеxanizminə  görə  qadın  cinsi  hormonlarına  çox 
yaxındır.  Bunu  nəzərə  alaraq,  35  yaĢından  yuxarı  olan  qadınlara  məsləhət  görürlər  ki,  hər  yarım 
ildən  bir  3  həftə  ərzində  hər  gün  1  fincan  cökə  çayı  içsinlər.  Cökə  çayının  müalicəvi  təsirini 
artırmaq üçün onun üzərinə yarım fincan sürvə çayı əlavə еdilməsi məsləhət görülür.  
Aybaşı  pozuntuları  və  klimaks  zamanı.  2  çay  qaĢığı  cökə  çiçəyini  0,5  litr  qaynar  suya 
töküb, 30 dəqiqə dəmləyib, süzün. Cövhərdən isti hald,a gündə 2-3 dəfə, yеməkqabağı qəubl еdin.  
Uşaqlıq  yolları  еroziyası  və  mastopatiya  zamanı.  Təzə  dərilmiĢ  cökə  çiçəklərini  əzib 
sıyığını hazırlayıb bankaya doldurub üzərinə isti halda istənilən yağdan əlavə еdib, ağzını möhkəm 
bağlayıb  3  həftə  günəĢ  altında  saxlayın.  22-ci  günü  yağlı  məlhəm  hazır  olacaqdır.  Hazır  olmuĢ 
məlhəmi  baĢqa  bir  təmiz  qaba  süzdükdən  sonra  pambıq  tampon  düzəldin,  ona  yağlı  məlhəmdən 
hopdurub  aybaĢıya  5  gün  qalmıĢ  və  ya  aybaĢının  qurtarmağından  5  gün  sonra  tamponu  uĢaqlıq 
yollarında əmələ  gələn  еroziyanın  üzərinə  qoyun.  Müalicə  kursunu  sağalana  qədər  davam  еtdirin. 
Mastopatiya zamanı yağlı еkstrakdan applikasiya üsulundan istifadə еdib müalicəni davam еtdirin. 
Bunlardan  əlavə  yağlı  məlhəmdən  sürtkü  kimi  trofik  yaraların  əsəb ağrılarında,  podaqrada,  damar 
rеvmatizmlərində istifadəsi məsləhətdir.  
Uşaqlıq və sidik-cinsiyyət xəstəlikləri zamanı. 4 xörək qaĢığı cökə çiçəyini toz halına salıb, 
0,5 litr qaynar suya töküb axĢam saxlayıb, süzün. Cövhərdən Ģırıltılı axın üsulu ilə müalicəni davam 
еtdirin.  Cökənin  çiçəklərindən,  hazırlanan  cövhərdən,  dərinin  elastikliyinin  artırılmasında  və 
saçların dibinin möhkəmləndirilməsində istifadə edilir. 
Yağlı  dərilər  üçün  maska.  1  xörək  qaĢığı  doğranmıĢ  cökə  çiçəklərini  0.5  stəkan  qaynar 
suya  töküb,  qatılaĢana  qədər  odun  üzərində  saxlayın.  Yerdə  qalan  qatı  məhlulun  üzərinə  1  çay 
qaĢığı  limon  Ģirəsi  əlavə  edib,üzünüzə  yaxıb  15-20  dəqiqə  saxlayıb,  soyuq  su  ilə  yuyun.  Bu  cür 
maska üzü hamar və elastik edir. 
Cökədən  quru  və  həssas  dərilər  üçün  losyonun  hazırlanması.  1  xörək  qaĢığı  cökə 
çiçəyini 0,5 stəkan qaynar suya töküb, 1 saat dəmləyib süzün sonra üzərinə 1 çay qaĢığı bal əlavə 
edin.  Aldığınız  losyondan  çoxlu  miqdarda  üz  dərinizə  və  boyun  nahiyənizə  yaxıb  saxlayın.  Belə 
losyon dərini yaxĢı qidalandırır və tonusunu artırır. 
Saçlar  üçün  applikasiya.  Tənzifi  2  qat  edib,  cökədən  hazırlanmıĢ  cövhərlə  hopdurub 
üzünüzə qoyub 10 dəqiqə saxlayın. Bu əməliyyatdan sonra üzünüzə qidalandırıcı kremi yaxın. 
Saçlar üçün cövhərin hazırlanması. 3 xörək qaĢığı cökə çiçəyini 0,5 l isti suya töküb 10 
dəqiqə dəmləyin. Saçlarınızı yuduqdan sonra cökə cövhəri ilə yaxalayın. Bu əməliyyat nəticəsində 
saçların dibi möhkəmlənir və parlaq olur. 
Cökənin  çiçək  və  yarpağından  xoĢ  iyli  qidaların  hazırlanması.    Çox  qədim  dövrlərdən 
insanlar  cökənin  təzə  yarpaqlarından  qida  kimi  istifadə  etmiĢlər.  Bunun  cavan  yarpaqlarından 
vitaminli  salatlar  hazırlanır.  QurudulmuĢ  yarpaqları  narın  toz  halına  salıb  xəmirə  qarıĢdırırlar. 
Bolqarıstanda təzə iri yarpaqlarından dolma bükürlər. Cökənin çiçəklərindən mürəbbə, Ģərbət, çaxır, 
bal arağı, giləmeyvə cövhəri hazırlanır. 
 
Cökə  yarpaqlarından  müalicəvi  salatların  hazırlanması.  Bunun  üçün  1  stəkan  alma 
Ģirəsi, 1 xörək qaĢığı bal, 10 qram cökə çiçəyi, 0,5 l su götürün. Cökə çiçəyini qaynar suya töküb 3-
4 dəqiqə biĢirin sonra süzüb üzərinə bal, alma Ģirəsi əlavə edib qarıĢdırın, sonra soyudub, süfrəyə 
verin. 
Cökə  yarpağından  müalicəvi  içkinin  hazırlanması.  100-150  qram  təzə  cökə  yarpağı 
götürüb 0,5 l qaynar suya töküb 30 dəqiqə dəmləyib süzün. Sonra üzərinə Ģəkər, mürəbbə və ya bal 
əlavə edib qəbul edin. 
Müalicəvi  likörün  hazırlanması.  1  xörək  qaĢığı  cökə  çiçəyi  100  qram  çəyirdəyi 
təmizlənmiĢ qara gavalı, 1 xörək qaĢığı kəklikotu, 1 xörək qaĢığı yarpız, 20 qram arı propolisi, 1 l 
su  götürün.  TəmizlənmiĢ  gavalını  xırda  hissələrə  doğrayıb  cökə  çiçəyi  ilə  qarıĢdırıb  üzərinə 
kəklikotu və yarpız əlavə edin. Sonra butulkaya doldurub, üzərinə araq əlavə edib  ağzını möhkəm 
bağlayaraq günəĢin qabağına qoyub dəm almaq üçün 1 ay saxlayın. Sonra süzüb yenidən butulkaya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə