Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   65   66   67   68   69   70   71   72   ...   149

137 
 
doldurub soyuq yerdə saxlayın. 2 çay qaĢığı  isti çaya əlavə edib daxilə qəbul edin. 
Bundan baĢqa müasir tibb aləmində cökə kömüründən zəhərlənmələr zamanı istifadə еdilir. 
Qatranından isə еkzеmaların müalicəsində tətbiq еdilir. Cökənin tumurcuq, qabıq hissələrindən də 
müalicə məqsədləri üçün istifadə еtməyə baĢlamıĢlar.  
Cökə  çiçəyindən  hazırlanan  prеparatlardan  baktеrisid,  tərqovucu,  istiliksalan,  sidikqovucu, 
sakitləĢdirici  vasitə  kimi  və  qıcolmaya  qarĢı  iĢlədilir.  Qabıq  və  tumurcuğundan  hazırlanan 
prеparatlarından  isə  yarasağaldıcı,  yumĢaldıcı,  maddələr  mübadiləsini  tənzimləyən  vasitə  kimi, 
orqanizmdə  olan  zəhərli  və  xoĢagəlməz  maddələrin  təmizlənməsində  istifadə  еdilir.  Prеparatların 
köməyi  ilə  xolеstеrini,  ağır  mеtal  duzlarını,  radionuklidləri,  sidik  turĢusunu  orqanizmdən  kənar 
еdirlər.  
Biz  isə  ilk  dəfə  olaraq  cökənin  çiçək  və  yarpaqlarından  flavonoid  tərkibli  boyaq  ekstraktı 
hazırlayıb  yun  ipi  açıq-sarı,  tünd-sarı,  parlaq-sarı,  sarı-narıncı,  narıncı,  mixəyi,  qonurumtul,  açıq- 
yaĢıl, tütünü, açıq-qəhvəyi, tünd-qəhvəyi və s. rəng və çalarlar almağa nail olduq. Aldığımız rəng və 
çalarlar suya, sabunla yuyulmağa qarĢı davamlı olub yüngül sənayedə istifadə oluna bilər. 
1 kq çiçək və yarpağın tozundan alınan boyaq ekstraktı ilə 8-10 kq yun ipi boyamaq olar. 
Bir cavan cökə ağacından orta hesabla 0,7-1,5 kq çiçək əldə etmək olar. 1 hektar sahədən isə 
30-40 kq quru çiçək əldə edilir. 
 
ƏMƏKÖMƏCĠ – Malvaceae Juss. Fəsiləsi  
MeĢə əməköməcisi – Malva sylvestris L.  
 
Əməköməci fəsiləsinin dünya florasının tərkibində 75 cinsi, 1500-ə qədər növü yayılmıĢdır. 
Bu növlərin içərisində birillik, ikillik, çoxillik kol və ağac formalarına rast gəlmək olar. Bunlar ən 
çox tropik zonalarda yayılmıĢlar. Əməköməci fəsiləsinə aid olan növlərin 
içərisində  qiymətli  yağ  təbiətli,  lif  xüsusiyyətli,  dərman  əhəmiyyətli, 
boyaq  və  bəzək  növlərinin  geniĢ  spektrinə  rast  gəlmək  olar.  Bunlardan 
biri  də  meĢə  əməköməcisidir.  Bu  ikillik  ot  bitkisi  olub,  qollu-budaqlı 
gövdəyə  malikdir.  Yarpaqları  uzunsaplaqlı,  növbəli,  ürəkvari  girdə,  5-7 
dilimli, 
kənarları 
yarımdairəvi 
diĢlidir. 
Dəstə-dəstə 
yarpaqların 
qoltuğunda  yerləĢən  çiçəkləri  çəhrayı-bənövĢəyi  rəngdədir.  Bitki  may-
iyun  aylarında  çiçəkləyir,  meyvələri  iyuldan  baĢlayaraq  oktyabra  qədər 
yetiĢir. 
MeĢə  əməköməcisinə  -  M.sylvestris  L.  Azərbaycanın  demək  olar 
ki, hər yerində - ovalıqlardan baĢlayaraq orta dağ qurĢaqlarına qədər rast gəlmək olar. Bundan baĢqa 
bitkiyə alaqlı yerlərdə, bağ və bostanlarda, yaĢayıĢ binalarının ətrafında, həyətyanı sahələrdə, meĢə 
açıqlıqlarında təsadüf etmək olar. 
Bitkinin çiçək və  yarpaqlarının tərkibində 7,7% D-qlükoza,  D-fruktoza, saxaroza, rafınoza, 
1,35-6,12%-ə qədər selikli maddə, 3-B-D-qlükoprianozid malvidin, malvin, mirtilin antosianları, S-
O-B-D-qlükozid-3-sulfat  qossipetin,  8-O-B-D-qlükozid-3  sulfat  qipolaetin,  8-0-B-D-qlükyronid-3-
sulfat  qossipetin  və  s.  aĢkar  edilmiĢdir.  Çiçəklərində  isə  sulu  karbohidratlardan:  D-qlükoza, 
fruktoza, saxaroza, 6,10-7,25% selikli maddə və s. müəyyən olunmuĢdur. Qədim tərəvəz və müalicə 
bitkisi  hesab  edilir.  Müalicə  məqsədləri  ilə  bitkinin  yarpaq  və  çiçək  hissələrindən  istifadə  edilir. 
Çiçəyi quruyan zaman bənövĢəyi rəng alır. Çiçəyinin tərkibində selikli maddə, yarpaqlarında 3%-
dək askorbin turĢusu tapılmıĢdır. Toxumlarında 10-18% piyli yağ aĢkar edilmiĢdir. 
Əməköməcidən  alınan  preparatlar  bakterisid,  soyuqdəymə,  yarasağaldıcı,  bəlğəmgətirici, 
yumĢaldıcı, zəif iĢlədici təsirlərə malikdirlər.  
Bronxit,  astma,  pnevmoniya,  xroniki  bronxit,  traxeitli  laringitdə.  1  çay  qaĢığı  doğranmıĢ 
quru  yarpaqlarından  1  stəkan  qaynadılmıĢ  suya  töküb  bir  saat  dəmlədikdən  sonra  süzün. 
HazırlanmıĢ  isti  ekstraktdan  gündə  3  dəfə  yeməyə  yarım  saat  qalmıĢ  stəkanın  1/3  hissəsi  qədər 
qəbul edin. 
Traxeit,  traxeitlərdə  baş  verən  bronxit,  faringit,  laringitin  müalicəsində.  3  xörək  qaĢığı 
doğranmıĢ yarpaq və ya çiçəklərini 5 litr qaynar suya töküb vam od üzərində 5-7 dəqiqə saxlayın. 2 


138 
 
saat  dəmlədikdən  sonra  süzün.  AlınmıĢ  isti  dəmləmədən  gündə  4  dəfə,  0,5  stəkan  həcmində, 
yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. 
Soyuqdəymə,  qrip, mədə yaralarının,  onikibarmaq  bağırsaq  xəstəliklərində,  kolit,  qastrit, 
turşuluğun artması zamanı. 1 xörək qaĢığı doğranmıĢ çiçək və yarpaqlarını 1 stəkan qaynar suya 
töküb 2 saat dəmlədikdən sonra süzün.  Aldığınız isti dəmləməyə  zövqünüzə uyğun bal əlavə edib 
gündə 4 dəfə 2 xörək qaĢığı qəbul edin. 
Öd kisəsi xəstəliklərində. 1 xörək qaĢığı doğranmıĢ yarpağını 1 stəkan qaynar suya töküb, 2 
saat dəmlədikdən sonra gündə iki dəfə stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin. 
Ekzema,  psoriaz,  neyrodermitdə.  5  xörək  qaĢığı  doğranmıĢ  yarpaq  və  çiçəyindən  1  litr 
qaynar suya töküb  vam od üzərində 10-15 dəqiqə saxladıqdan sonra, yarım saat dəmləyin. Süzün, 
37-38°C temperatura gətirib, yatmağa 1 saat qalmıĢ günaĢırı vannasını qəbul edin. Müalicə kursu 10 
gündür. 
 
Dərman bəlğəmotu – Althaea officinalis L. 
 
Dünya  florasının  tərkibində  əməköməci  fəsiləsinin  75  cinsinə,  1000-ə  qədər  növünə  rast 
gəlmək  olar.  Bunların  əksəriyyəti  tropik  ölkələrdə  yayılan  ağac  və  ot  bitkiləridir.  Növlərin 
əksəriyyəti selik və kitrə ilə zəngin olub tibbdə geniĢ istifadə edilir. 
Dərman bəlğəmotu  - A. officinalis L. hündürliiyü 60-150 sm olan  yoğun, qısa, çoxbaĢcıqlı 
kökümsov və budaqlanan kök sisteminə malik çoxillik ot bitkısidir. Gövdəsi tək və yaxud bir neçə 
ədəd  dikduran  olub  budaqlanandır.  Yarpaqları  növbəli,  saplaqlı,  yuxarıdakı  yarpaqlar  bütöv, 
yumurta Ģəkilli, orta və aĢağı  yarpaqları ürək formasında  3-5 ədəd, çox da dərin olmayan dilimli, 
kənarları  diĢli,  bozumtul-yaĢıl,  məxməri  tüklərlə  örtülmüĢdür.  Diametri  2-3  sm,  ağ-solğun  və 
çəhrayı,  qırmızı  rəngdə  olan  çiçəkləri  yarpaqların  qoltuğunda,  gövdə  və  budaqların  yuxarısında 
uzun sünbülvari çiçək qrupunda yerləĢmiĢdır. Meyvələri çoxtoxumlu, dairə Ģəkillidir. BöyrəyəoxĢar 
tünd qonur rəngli hamar toxumları vardır. Bitki iyun ayından baĢlayaraq sentyabr ayına qədər çiçək 
açır. Toxumları sentyabrda yetiĢir. 
Azərbaycanda bəlğəmotu aran rayonlarında, ən çox isə Kür-Araz, 
Alazan-Əyriçay  və  Samur-Dəvəçi  ovalıqlarında,  çəmənlik  yerlərdə, 
kolluqlarda, nəmli torpaqlarda, çay kənarlarında bitir. 
Bitkinin  əsas  təsiredicisı  maddəsi  selikli  maddədir.  Köklərində 
35%-ə  qədər  suda  həll  olan  selikli  maddə  vardır  ki,  bu  da  hidroliz 
olunaraq  pentoza,  qalaktoza  və  dekstrozaya  çevrilir.  Tərkibində  37%-ə 
qədər  niĢasta,  4%  betain,  10-20%-ə  qədər  saxaroza,  11%  pektin,  2%-ə 
qədər  askorbin,  1,7%  efır  yağı,  alma  turĢusu,  fitosterin,  kauçukabənzər 
maddə,  1,25-1,70%  piyli  yağ,  aĢı  maddəsi,  kempferol,  kversetin, 
flavonoidlər,  kumar,  kofein,  ferul,  salisil,  vanilin  turĢuları  və  s. 
tapılmıĢdır.  Çiçəklərində  0,2-0,3%  efır  yağı,  4-5%  selikli  maddələr, 
karotin, askorbin turĢusu, meyvələrində isə 2% piy aĢkar edilmiĢdir. Kökünün tərkibində 5,65% kül 
maddəsi, mq/q-la: 11,30 - K, 17,40 - Ca, 4,00 - Mg, 0,73 - Fe makroelementləri, mkq/q-la: 0,10 - 
Mn, 0,47 - Si, 0,25 - Zn, 0,10 - Co, 0,10 - Cr, 0,46 - Al, 0,29 - V, 5,71 - Sc, 0,15 - Ni, 0,63 - Sr, 0,05 
-  Pb,  0,10  -  I,  0,20  -  B  mikroelementləri  tapılmıĢdır.    Yarpaqlarının  tərkibində  axillin  (C
7
H
13
O
3

alkaloidi aĢkar edilmiĢdir.  
Dərman  bitkisı  kimi  çox  qədim  dövrdən  məlumdur.  Müalıcəvı  təsıri  haqqında  Teofrast, 
Pliniy,  Dioskorid,  Ġbn  Sina  geniĢ  məlumat  vermiĢlər.  Dioskorid  bu  bitkinin  adını  «altana»  yəni 
«çoxlu  dərdlərin  dərmanı»  qoymuĢdur.  Ġbn  Sina  isə  bunun  yunanca  adının  «çoxtərəfli»,  «çox 
əhəmiyyətli» mənasını daĢıdığını qeyd cdir. Bəlğəmotundan qədim yunan və Roma xalqları geniĢ 
istifadə  ctmiĢlər.  Qədim  zamanlarda  bitkini  göllərin  ətrafında  əkib  bccərərək  yarpaq,  kök  və 
toxumundan hazırlanan məlhəm və cövhərlərlə öskürəyi, qanlı ishalı  və s. müalicə edərmiĢlər. 
Müasir tibb elmində isə kökləriııdən soyuq suda hazrlanan 5%-li dəmləməsi, ekstraktlar və 
«Mukaltin» adlı həbləri soyudəymə nəticəsində yaranan nəfəs yollarının iltihabında, ağ ciyər, mədə-
bağırsaq xəstəliklərində (qastrit, enterokolit və s.), eləcə də boğaz ağrılarında qarqara dərmanı kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə