Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   2   3   4   5   6   7   8   9   10   ...   149

13 
 
Piylənməyə qarĢı. 1 xörək qaĢığı doğranmıĢ saçaqdan götürüb 1 stəkan qaynar suya töküb, 
vam  od  üzərinə  qoyun  və  30  dəqiqə  saxlayıb  süzün.  Sonra  üstünə  su  almaqla  1  stəkan  həcminə 
gətirib gündə 3-4 dəfə 1-2 xörək qaĢığı 3-4 saatdan bir qəbul edin. 
Klimakteria  qanaxmaları,  eləcə  də  abort  zamanı  baĢ  verən  qanaxmaların 
dayandırılmasında. 2 xörək qaĢığı doğranmıĢ qarğıdalı saçağından götürüb termosa töküb üzərinə 
1 stəkan qaynar su əlavə edin, 7-8 saat saxlayıb süzün. Dəmləmədən gündə yeməyə 2 saat qalmıĢ 5-
6 dəfə 1-2 xörək qaĢığı qəbul edin. 
Sidik qanaxmalarında. Qarğıdalı saçağı, lobya qını, ayıqulağı otundan 100 q-adək  götürüb 
qarıĢdırın. QarıĢıqdan 40 q götürüb 1 litr qaynar suya tökün. Sonra zəif od üzərinə qoyub 15 dəqiqə 
saxlayıb,  süzün.  Dəmləməni  gün  ərzində  6  dəfə  qəbul  edin.  Bu  zaman  duzsuz  xörəklər  yeməklə 
yanaĢı, qrelkaya isti su töküb, böyrək və sidik kisəsi üzərinə qoyun. 
Aterosklerozun  müalicəsində  görülən  profilaktik  tədbirlər zamanı.  Qarğıdalı  yağından 
25 q götürüb gündə 3 dəfə yemək zamanı qəbul edin. Bu zaman ümumi vəziyyətiniz yaxĢılaĢacaq, 
əsəb gərginliyi azalacaq, yuxunuz bərpa olunacaq.  
 
BANAN – Musaceae Juss. fəsiləsi  
Banan - «Ağıl qidası» - Musa x paradisiaca L. 
 
Banan  cəngəllik  bitkisi  olmasına  baxmayaraq,  öz  qiymətli  keyfiyyətinə  görə  hal-hazırda 
dünyanın  əksər  ölkələrinin  bazarlarının  daimi  «sakini»nə  çevrilmiĢdir.  Hindistanda  bananı  «ağıl 
qidası», «müdrik qida» meyvəsi adlandırırlar. Qəribədir ki, Ģərq aləminin bir çox filosof və yoqları 
bütün həyatı boyu banan meyvəsi ilə qidalanmıĢlar. Hal-hazırda banan alma və kartof kimi bizim 
gündəlik  tələbatımız  olan  qidaya  çevrilmiĢdir.  Bananın  tərkibi  az  kalorili  olmasına  baxmayaraq, 
sulu  karbonların  miqdarına  görə  alma  və  kartofdan  iki  dəfə  üstündür.  Bananın  tərkibində  olan 
niĢasta meyvə yetiĢdikcə asan həll olan Ģəkərə çevrilir. Bundan baĢqa bananın tərkibində insanların 
sağlamlıq durumlarında mühüm əhəmiyyət kəsb edən Na, Ca, Fe, P, Mn və s. 
makro-  və  mikroelementlərlə  yanaĢı  vitaminlərin  zəngin  spektrləri  (B
6
,  C,  PP  
və  s.)  vardır.  V.P.Alekseyevə  görə  (1955),  bananın  ətli  hissəsinin  tərkibində 
72-75%  su,  21,9-25,0%  sulu  karbohidratlar,  1,3-1,5%  zülal,  0,09-0,6%  piyli 
maddə, 0,8-0,9% kül, 30,0-50,1% saxaroza, 5,58-13,94% fruktoza, 8,6-17,47% 
qlükoza,  0,94-1,0%  aĢı  maddəsi,  0,41-1,07%  fıtin,  quru  çəki  hesabilə  5,0-
33,2%  A,  46-62%  B,  6-14%  C  vitaminləri,  87-88%  riboflavin  və  s.  maddələr 
aĢkar edilmiĢdir. Banan çox keyfiyyətli qida məhsulu hesab edilir. Ondan 2-3 
ədəd  yedikdə  gün  ərzində  aclıq  hiss  etmirsən.  Banan  tərkibindəki  K 
elementinin  çoxluğıına  görə  meyvələr  arasında  «çempion»  hesab  edilir.  Belə 
ki, 100 q banan meyvəsinin tərkibində 376 mq% K elementi aĢkar edilmiĢdir. 
Banan ən çox ürək sancmalarında və hipertoniyadan əziyyət çəkən xəstələr üçün daha sərfəli hesab 
edilir. Hipertoniyalı xəstələrə hər gün 1-2 ədəd banan yemək məsləhət görülür. 
YetiĢmiĢ  banan  meyvəsi  ödqovucu.  sidikqovucu,  qara  ciyər  və  böyrək  xəstəliklərinin 
müalicəsində  geniĢ  istifadə  edilir.  Banandan  mədə  və  onikibarmaq  bağrsaqda  baĢ  verən  yaraların 
müalicəsində də istifadə edilərək gözəl nəticələr əldə edilir. 
Banan meyvəsindən müalicə prepartlarının hazırlanması.
 
 
Hipertoniya, ürək işemiyası, depressiya və yorğunluğun aradan qaldırılması üçün. Gündə 
2  ədəd  sarı  rəngli  banan  yemək  məsləhət  görürlür.  Bananı  yeməkdən  bir  saat  sonra  qəbul etsəniz 
daha yaxĢı olar. 
Pielonefrit,  sidik  kisəsi  daşlarının  əridilməsində,  öd  kisəsinin  zəifləməsində.  Bunun  üçün 
hər yeməkdən yarım saat sonra yarı hissə yetiĢmiĢ banan yeyin. Bananı əzib qəbul edin. 
Mədə  və  onikibarmaq  bağırsaq  yaraları  və  qastroenterokolit  zamanı.  YetiĢmiĢ  bananı 
götürüb sıyıq halına salın. Sonra üzərinə 1 xörək qaĢığı zeytun yağı əlavə edib qarıĢdırın. Aldığınız 
qarıĢıqdan hər iki saatdan bir 1-2 xörək qaĢığı qəbul edin. Müalicəni ağrılar çəkilib qurtarana qədər 
davam etdirin. 
Əsəb  və  həyəcanlanma  zamanı.  Yeməkdən  sonra  gündə  1  ədəd  banan  yeməyiniz 


14 
 
məsləhətdir. 
Vərəm, osteoxondroz, revmatizm, həmçinin qalxanvari vəzi xəstəlikləri zamanı. Gündə 1 
ədəd yetiĢmiĢ bananı qabıqla qəbul edin. 
Çəkinizdə anormallıq olan zaman (kökəlmək istəyirsinizsə). Yeməkdən sonra gündə 3 ədəd 
yetiĢmiĢ  banan  meyvəsi  yemək  məsləhətdir.  Müalicəni  çəkiniz  normal  hala  düĢənə  qədər  qəbul 
edin. 
Miqren  (başın  bir  tərəfində  əmələ  gələıı  sinir  ağrıları)  zamanı.  Sinir  ağrısı  baĢ  verən 
zaman alın və boyun arxasına yetiĢmiĢ banan qabığını götürüb kompres edin. 
Yanıq, səpki, irinli səpmələr zamanı. Bunun üçün xəstə nahiyələrin üzərinə tam yetiĢməmiĢ 
və yumĢaq, eyni zamanda bərk banan qabığını soyub kompres kimi istifadə edin. 
Ziyillərin müalicəsində. Bananın qabığını soyub ağ damarlanmıĢ hissədən kəsib gündə 3-4 
dəfə  ziyil  olan  nahiyəyə  sürtün.  AxĢamlar  isə  ağ  hissədən  kəsib  ziyillərin  üzərinə  kompres  kimi 
qoyub plastrla bərkidin. Müalicə kursunu ziyillər yox olana qədər davam etdirin. 
Quru  öskürək  və  boğaz  ağrıları  zamanı.  Bunun  üçün  yetiĢmiĢ  bananı  süzgəcdən  keçirib 
sonra alınan sıyığın üzərinə 2 stəkan qaynar su töküb qarıĢdırın. QarıĢığı su hamamında saxladıqdan 
sonra süzün. Ġlıq hala saldıqdan sonra kiçik porsiyalarla bütün günü qəbul edin. 
Bronxit  zamanı.  Bunun  üçün  yetiĢmiĢ  bananı  əzib  üzərinə  1  stəkan  qaynar  su  və  1  xörək 
qaĢığı Ģəkər tozu əlavə edib su hamamında qızdırın. Sonra gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər 
daxilə qəbul edin. 
Artroz  və  ayaq  danıarlarında  olan  artritin  müalicəsi  zamanı.  4 ədəd  banan  qabığı  soyub 
doğrayın,  sonra  üzərinə  3  stəkan  araq  əlavə  edib  40  gün  qaranlıq  yerdə  otaq  temperaturunda 
saxlayıb  süzün.  Aldığınız  cövhəri  tənzifə  hopdurub  axĢam  yatmazdan  qabaq  ağrıyan  nahiyələrə 
sürtün. Müalicə kursu 20 gündür. 
Tez-tez  baş  verən  qəbizlik  və  həzm  sistemi  pozuntuları  zamanı.  Səhərlər  acqarına  1  ədəd 
yetiĢmiĢ banan yesəniz bu çatıĢmazlığı aradan qaldırmıĢ olarsınız. 
Uşaqlarda  dizenteriya  zamanı.  Bunun  üçün  əzlib  sıyıq  halına  salınmıĢ  bananın  üzərinə 
stəkanın  1/4  hissəsi  qədər  su  əlavə  edib  qaynama  dərəcəsinə  gətirib,  qarıĢdıra-qarıĢdıra  5  dəqiqə 
biĢirin. AlınmıĢ püredən götürüb yeməklə birlikdə uĢağa verin. Prosesi dizenteriya sağalıb qurtarana 
qədər davam etdirin. 
Həzm  sistemində  baş  verən  qıcqırmaların,  köpmənin,  kəskin  ağrıların,  hıçqırıqların 
aradan  qaldırılması  zamanı.  ġüĢə  bankaya  1  litr  banan  Ģirəsi töküb  üzərinə  qurudulmuĢ  əncir  və 
yaxud  kiĢmiĢ  əlavə  edin.  Bankanı  tənziflə  örtüb,  qıcqırana  qədər  isti  qaranlıq  yerdə  saxlayın.  3 
gündən  sonra  qıcqırmıĢ  məhlulu  süzüb  üzərinə  2  xörək  qaĢığı  Ģəkər  tozu,  1  xörək  qaĢığı  kiĢmiĢ 
əlavə  edin  və  butılkalara  doldurub  üzərini  isti  materialla  möhkəm  örtün.  Qıcqırandan  sonra  Ģirəni  
soyuducuda saxlayın.  Gündə 1 dəfə stəkanın 1/4 hissəsi 
qədər yeməkqabağı qəbul edin. 
Qanazlığı  və  orqanizmi  qüvvətləndirmək  üçün. 
Bunun üçün 1 stəkan banan Ģirəsini qaynama dərəcəsinə 
gətirib,  üzərinə  2  stəkan  Ģəkər  tozu  əlavə  edib  orta 
dərəcə odda biĢirin. Üzərində əmələ gələn köpüyü kənar 
etməklə  daim  qarıĢdırın.  BiĢirməni  Ģirənin  1/4  hissəsi 
buxarlanıb qurtarana qədər davam etdirin. Sonra soyudub alınan  Ģərbətdən gündə 1-3 xörək qaĢığı 
götürüb yaĢıl çayın və yaxud ilıq suyun üzərinə töküb yeməkdən yarım saat sonra daxilə qəbul edin. 
Diqqət!  ġəkərli  diabeti  olan  xəstələr,  qidanın  pis  həzm  olunması  və  köpmə  xəstəliklərinə 
tutulmuĢ  insanlara  təzə  banandan  istifadə  etmək  məsləhət  görülmür.  Banan  güclü  iĢlədici 
xüsusiyyətə malik olduğundan onu acqarına yemək və sonra üstündən su içmək məsləhət görülmür. 
Banandan bayram təntənələri üçün dadlı, faydah xörək və içkilərin hazırlanması. 
Banandan «Oladi Krepış»ın hazırlanması. 1 stəkan un, 1 çay qaĢığı quru mayonez, 2 əded 
yumuıta, 1/2 stəkan süd, 6 ədəd iri yetiĢmiĢ banan, 1,5 xörək qaĢığı Ģəkər tozu, 3 xörək qaĢığı bitki 
yağı, zövqünüzə görə vanil və duz götürün. 
Unu maya ilə birlikdə qazana töküb, üzərinə ehtiyatla qızdırılmıĢ süd, 2 xörək qaĢığı yağ və 
yumurta əlavə edib tam qarıĢdırın və xəmiri 10-15 dəqiqə isti yerdə saxlayın. Sonra bananları əzib 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə