Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   67   68   69   70   71   72   73   74   ...   149

141 
 
kökünün  qabığından  qossipol  (C
30
H
30
O
8
),  aĢı  maddəsi,  K  qrupu  vitaminləri,  efır  yağının  izi, 
trimentilamin,  toxumundan  qossipol,  qossipen  (C
21
H
20
O
13
  –  hidroliz  olaraq  qlükoza  və  aqlikon  – 
qossipetin  (C
15
H
10
O
8
),  qossiroza  (raffinoza  -  C
18
H
32
O
16
)  çevrilir)  tapılmıĢdır.  Bundan  baĢqa 
toxumundan  piqment  qossipurnurprin  (C
30
H
32
O
7
N)  və  41%-ə  qədər  yağ  aĢkar  edilmiĢdir.  Bitkinin 
kök və toxumundan qossipol (gossypolum) tozu  alınmıĢdır. Alınan preparat açıq-sarıdan tünd-sarı 
rəngə qədər olub yaĢılı çalara malikdir. Suda həll olmur, az miqdarda spirtdə isə həll olur. Alınan 
preparat  kimyəvi  terapevtik  xüsusiyyətlərə  malik  olub,  müxtəlif  virusların  məhv  edilməsində 
istifadə  olunur.  Təcrübələrə  görə  pambığın  çiçəklərindən  alınan  flavonoid  birləĢmələrindən  ibarət 
preparatlar kapilyarların möhkəmləndirilməsində, qan təzyiqinin, eləcə də tac damarların tonusunun 
aĢağı  salınmasında  tətbiq  edilir.  Prof.  P.A.Əliyevə  görə  (1972)  qurudulmuĢ  kökündən  hazırlanan 
sulu  ekstraktı  daxilə  qəbul  etməklə  qanaxmaların  qarĢısını  almaq  olar.  Qossipol  preparatını  3%-li 
spirtli cövhəri ilə dəmrov və çibanları müalicə edirlər. 
Biz  ilk  dəfə  olaraq  pambığın  yarpaqlarınqdan  flavonoid  və  aĢı  maddələri  ilə  zəngin  olan 
boyaq  ekstraktı  hazırlayıb  yun  ipi  sarı,  limonu-sarı,  limonu-narıncı,  narıncı,  narıncı-sarı,  narıncı, 
zeytunu, tütünü, tütünü-yaĢıl, tütünü-qəhvəyi, qəhvəyi, tünd-qəhvəyi, Ģabılıdı, bozumtul, bozumtul-
qonur,  fıruzəyi  və  s.  rəng  və  çalarlara  boyadıq.  Aldığımız  rəng  və  çalarlar  hər  növ  poroĢoklarla 
yuyulmağa,  eləcə  də  günəĢ  Ģüasına  davamlı  olub,  xalçaçılıq  sənayesində  müvəffəqiyyətlə  tətbiq 
oluna bilər. 
 
ÇAY – Theaceae Mirb. ex Ker Gawl. fəsiləsi  
Çay - Thea sinensis L. 
 
P.M.Jukovskiyə  görə  çay  bitkilərin  təsnifatına  görə 
örtülütoxumlular  tipinə  (Angiospermae),  ikiləpəlilər  sinfinə 
(Dicotyledonae)  çayçiçəklilər  sırasına  (Theales),  çay  fəsiləsinə 
(Theaceae), çay cinsinə (Thea), Çin çayı növünə Thea sinensis L. aid 
edilir.  Çay  bitkisinin  Yaponiya,  Çin,  Vyetnam,  Hindistan,  Seylon, 
Yunanıstan  və  s.  növmüxtəliflikləri  vardır.  Çoxillik  həmiĢəyaĢıl  kol 
bitkisi hesab edilir. 
Botaniklərin 
1935-ci 
ildə 
Niderlandda 
keçirilmiĢ 
Ümumdünya  konfransında  belə  qərara  alınmıĢdır  ki,  çay  bitki  növü 
Camellia L. cinsi ilə birləĢdirilsin. Qeyd etmək lazımdır ki, morfoloji 
quruluĢlarına  görə  Camellia  ilə çay  bitkiləri  bir-birindən  o  qədər  də  fərqlənmirıər.  Hər  iki  bitkiyə 
həm  kol,  həm  də  ağac  formasında  rast  gəlinir;  yarpaqları,  cavan  budaqları,  çiçəkləri,  meyvə  və 
toxumları  xarici  görünüĢcə  bir-birinə  oxĢayır.  Lakin  bitkilər  arasında  böyük  fərq  olduğunu  da 
göstərməliyik.  Belə  ki,  Camellia-nın  tərkibindən  fərqli  olaraq  çay  bitkisində  5%-ə  qədər  kofein 
aĢkar  edilmiĢdir.  Ġngilis  botanikləri  belə  hesab  edirlər  ki,  çayın  vətəni  ġimali  Birmadır.  Çinlilərə 
görə çayın vətəni onların ölkəsidir. Akademik N.I.Vavilov «Mədəni bitkilərin mənĢəyi nəzəriyyəsi» 
əsərində çinlilərə haqq qazandırır. Çay ilk dəfə Tibet dağının ətəklərində inkiĢaf etməyə baĢlamıĢ və 
getdikcə Çinin cənub ətəklərində geniĢ surətdə yayılmıĢdır. 
Çin  rəvayətlərinin  birində  deyilir:  bir  çoban  görür  ki,  qoyun  və  keçilərin  həmiĢəyaĢıl  bir 
kolun  cavan  budaq  və  yarpaqlarını  yeyən  zaman  onlarda  oynaqlıq,  gümrahlıq,  cəldlik  əmələ 
gəldiyini müĢahidə edir. Çoban həmin bitkinin yarpaqlarını dəmləyib içir. Bitkidə xoĢ tam və ətirli 
xüsusiyyət  olduğunu  baĢa  düĢür.  Beləliklə,  «Allah  otu»  -  çay  kəĢf  olunur.  Sonradan  çinlilər  onu 
mədəni  hala  keçirirlər.  Ġlk  vaxtlar  çaydan  ancaq  imperatorlar  istifadə  edirdi.  Sonralar  onlar  çay 
dəmləyib  içməyi  öz  yaxın  əyan  və  xidmətçilərinə  icazə  verirlər.  Ġndoneziyada  çay  bitkisinin 
yetiĢdirilməsi  təĢəbbüsü  1684-cü  ildən  inkiĢaf  etmiĢdir.  Hazırda  Ġndoneziya  çay  istehsal  edən 
ölkələr arasında beĢinci yeri tutur. Yava və Sumatra adalarında hazrlanmıĢ çay dünya bazarlarında 
əhəmiyyətli yerlərdən birini tutur. Çay istehsalına görə birinci yeri tutan Hindistanda həmin bitki ilk 
dəfə XVIII əsrin axırlarında inkiĢaf etməyə baĢlamıĢ və 1874-cü ilə kimi ölkənin bir çox əyalətlərini 
əhatə etmiĢdir. Vyetnamda, Birmada və Tailandda da çay qədim bitkilərdən hesab olunur. XIX əsrin 
əvvəllərində  (1826)  Vyetnamda  iri  çay  plantasiyalarının  salınmasına  baĢlanmıĢ  və  1918-ci  ildən 


142 
 
sonra bitki ölkənin cənub əyalətlərində də geniĢ yayılmıĢdır. Asiya qitəsində getdikcə inkiĢaf edən 
çay bitkisi XIX əsrdən etibarən Afrika, Amerika və Avropa qitələrinin bir sıra ölkələrində də geniĢ 
yayılmağa baĢlayır. 
Çay Rusiyada saray əyanlarının xoĢuna gəlmiĢ və sonralar boyarlar onu ölkənin hər yerində 
yaymağa  baĢlamıĢlar.  1779-cü  ildə  Çin  ilə  Rusiya  arasında  bağlanmıĢ  müqaviləyə  əsasən,  ölkəyə 
Çindən çay gətirilmiĢdir. 
Rusiyada çay əkilib-becərilməsinə XIX əsrin əvvəllərində baĢlanmıĢdır. Ġlk çay bitkisi 1818-
ci  ildə  Nikitin  Nəbatat  bağında  əkilmiĢdir.  Rusiyada  çay  bitkisi  sənaye  məqsədilə  1833-cü  ildən 
yetiĢdirilməyə  baĢlanmıĢdır.  Bu  da  bir  çox  alimlərin,  müxətəssislərin,  çay  həvəskarlarının  səyi 
nəticəsində  olmuĢdur.  Vaxtilə  Qərbi  Gürcüstanda  və  Ġranda  olmuĢ  rus  yazıçısı  A.S.Qriboyedov 
qeyd edir ki, hələ 1827-1828-ci illəıdə Qara dənizin Batumi sahilində çay və digər subtropik bitkilər 
yetiĢdiımək haqqında layihə təqdim edilmiĢdir. 
Rusiyada  ilk  çay  fabriki  1897-ci  ildə  tikilmiĢdir.  Çay  fabriki  o  zaman  lazımi  avadanlıqla 
təchiz  edilmədiyindən  istehsal  olunmuĢ  məhsulun  keyfiyyəti  çox  aĢağı  idi.  Bu  dövrlərdə 
Azərbaycanda və Orta Asiyada təcrübə məqsədilə çay əkilməyə baĢlanır. Bitki 1890-cı ildə Cənubi 
Qafqazda,  1896-cı  ildən  sonra  isə  Lənkəranda  sınaqdan  keçirilir  və  beləliklə  də  Azərbaycanda 
çayçılıq get-gedə geniĢlənir. 
1931-ci  ildən  sonra  Lənkəran-Astara,  ġəki-Zaqatala  zonalarında,  Krasnodar  diyarında  çay 
sahələri inkiĢaf etdirilməyə baĢlandı. Çayçılıq üzrə kolxoz və sovxozlar, elmi-tədqiqat idarələri və 
institutlar yaradıldı. Vaxtilə keçmiĢ SSRI çay istehsalına görə dünyada 20-ci yeri tuturdu və burada 
adambaĢına ildə orta hesabla 0,32 kiloqram məhsul istehsal edilirdi. 
YUNESKO-nun  məlumatına  görə  gündə  dünyada  3  min  tona  yaxın  quru  çay  iĢlədilir. 
Azərbaycanda  ildə  adambaĢına  bir  kiloqram  çay  sərf  olunur.  Ġçilən  çayın  miqdarına  görə 
respublikamız Özbəkistan və Tacikistandan sonra üçüncü yeri tutur. 
Çay  qiymətli  texniki  bitki  hesab  olunur.  O,  vitaminli,  efır  yağlı,  aĢı  təbiətli,  dərman 
xüsusiyyətli və boyaq əhəmiyyətli bitkidir. Çay yarpağının tərkibində P vitamini qrupundan olan bir 
sıra  maddələr:  tanin,  tein,  efır  yağları,  karbonatlar,  zülallar,  fermentlər  və  s.  vardır.  Tədqiqatlar 
göstərir  ki,  yaĢıl  çay  yarpağının  tərkibində  C  vitamini,  çay  kollarının  nazik  budaqlarında  və 
yarpaqlarında  B
1
,  B
2
,  K,  PP  vitaminləri  də  vardır.  Bundan  baĢqa  onun  tərkibində  nikotin  və 
pantoten  turĢuları,  kempferol,  rutin,  kofein  və  s.  maddələr mövcuddur.  Bir  sözlə,  çayın  tərkibində 
130-a yaxın nadir və qiymətli maddə vardır. 
Qeyd  etdiyimiz  kimi,  çaydan  hələ  eramızdan  çox-çox  əvvəl  qiymətli  müalicə  otu  kimi 
istifadə  olunmuĢdur.  Qədim  manuskript  yazılarında  göstərilmiĢdir  ki,  çay  bədəni  sağlamlaĢdırır, 
ürək  döyüntülərini  nizama  salır,  zehni  təmizləyir  və  əhvali-ruhiyyəni  yaxĢılaĢdırır.  Lakin  çayın 
müalicəvi  əhəmiyyəti  və  onun  möcüzəli  təsiri  elmi  surətdə  ancaq  XX  əsrin  ortalarından  sonra 
öyrənilmiĢdir.  1945-ci  ildə  Xirosimaya  atılan  atom  bombasının  təsiri  nəticəsincə  minlərlə  insan 
Ģüalanmaya məruz qalmıĢ və bu dəĢhətli hadisənin qurbanı olmuĢdur. PartlayıĢdan sonra yerli əhali 
ölkənin müxtəlif əyalətlərinə köçmək məcburiyyətində qalmıĢdır. ġüa xəstəliyinə tutulmuĢ əhalinin 
Udçi  çayçılıq  əyalətinə  köçmüĢ  hissəsi  az  bir  zamanda  sağalmıĢ,  amansız  ölümdən  yaxa  qurtara 
bilmiĢdir.  Bu  məsələ  yapon  ictimaiyyətinin  nəzərini  cəlb  etmiĢ  və  böyük  sensasiyaya  səbəb 
olmuĢdur.  Tokio  qəzetləri  o  zaman  «Çay  radiasiyadan  qoruyur»,  «Atom  əsrinin  içkisi»,  «Çayın 
möcüzələri»  və  s.  baĢlıqlar  altında  çayı  geniĢ  təbliğ  etməyə  baĢlamıĢlar.  Yaponiyanın  Kioto 
universitetinin  əməkdaĢlarından  Yanq  Taijiquan  və  Ensi  Hayal  çay  bitkisini  geniĢ  tətbiq  etmiĢ  və 
belə nəticəyə  gəlmiĢlər ki, çay nüvə partlayıĢı zamanı orqanizmi radioaktiv izotoplarla zəhərləyən 
stronsium  90-ı  təsirdən  salır.  Çay  Ģüalanmanı  neytrallaĢdırır  və  Ģüalar  tədricən  insan 
orqanizimindən kənar olur. Bunu nəzərə alaraq alimlər Ģüa xəstəliyinin müalicəsində təbabətdə çox 
dan  bəri  məlum  olan  tanin  preparatmdan  istifadə  edilməsini  məsləhət  görürlər.  KeçmiĢ  sovet 
alimləri  də  çayı  bu  mövqedən  tədqiq  etməyə  baĢlamıĢlar.  Kiyev  fıziologiya  institutunda  Ukrayna 
alimi A.Qordetski bir qrup siçanı Ģüalandırıb, xəstələndirdikdən sonra iki bərabər qrupa bölmüĢdür. 
Birinci qrupu özbaĢına buraxmıĢ, ikinci qrupa ardıcıl surətdə külli miqdarda katexin məhlulu (çayın 
tərkibində  olan  üzvü  birləĢmə)  vermiĢdir.  Nəticədə  katexin  məhlulu  verilən  siçanlar  sağalmıĢ, 
qalanaları  isə  məhv  olmuĢdur  ki,  bu  da  Ģüa  xəstəliyinin  müalicəsində  çayın  tərkibindəki  taninin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə