Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   68   69   70   71   72   73   74   75   ...   149

143 
 
deyil, katexinin rolunun böyük olmasını sübut edir. 
Çoxsaylı  tədqiqatlar  zamanı  müəyyən  edilmiĢdir  ki,  yaĢıl  çay  ağ  ciyər,  prostat  və  döĢ 
vəziləri xərçənginin qarĢısını alır. Müəyyən edilmiĢdir ki, bunun əsas səbəbi yaĢıl çayın tərkibində 
olan antioksidant xassəli yeni qallokatexin qallat (epiqallocatedin qalat – E6C6) maddəsidir. 
Yapon  alimləri  sübut  etmiĢdilər  ki,  qallokatexin  qallat  xərçəng  hüceyrələrinin  inkiĢafının 
qarĢısını  alır,  onların  artmasına  imkan  vermir.  Bu  hadisə  isə  67  LR  resoptoru  ilə  sıx  əlaqədə  baĢ 
verir.  Bir  çox  xərçəng  hüceyrələri  67  LR  reseptorları  ilə  əlaqədə  olub  orqanizmin  hüceyrə  və 
toxumlarında  yayılmağa  baĢlayırlar.  Xərçəng  xəstəliyinə  tutulmamaq  üçün  gündə  2-3  fıncan  yaĢıl 
çay içməyi məsləhətdir. 
Bu  səbəbdən  də  çaydan  katexin  preparatının  hazırlanması  ideyası  meydana  çıxdı. 
Uzunmüddətli  axtarıĢlar  nəticəsində,  nəhayət,  çayın  komponentlərindən  katexin  preparatı  almaq 
mümükün  olmuĢdur.  Bu  preparatdan  nefrit,  xroniki  hepatit  və  hipertoniya  xəstəliklərinin 
müalicəsində müvəffəqiyyətlə istifadə olunur. 
Alimləri  düĢündürən  əsas  məsələlərdən  biri  də,  ümumiyyətlə,  çayın  insan  orqanizminə 
təsirinin öyrənilməsidir. Bu iĢin ilk tədqiqatçılarından biri Batumi fızioterapiya xəstəxanasının baĢ 
həkimi,  tibb  elmləri  doktoru  MaqalabliĢvili  olmuĢdur.  O,  ilk  növbədə  hipertoniya,  ateroskleroz, 
revmatizm və hepatit xəstəliklərinin müalicəsində çayın rolunu müəyyənləĢdirməyi qərara almıĢdır. 
Bu  məqsədlə  həkim  xəstələri  yaĢlarına,  xəstəliyin  xarakterinə,  ürək-damar  və  əsəb  sisteminin 
vəziyyətinə görə qruplaĢdırmıĢdır. 
Ġstehsal prosesində yaĢıl çay dəyərli keyfiyyətlərini nisbətən az itirdiyi üçün ilk təcrübələrdə 
yaĢıl  çaydan  istifadə  edilirdi.  Müalicənin  səmərəliliyini  aydınlaĢdırmaq  məqsədi  ilə  xəstələrə  bir 
neçə  müddət  (onların  razılığı  ilə)  heç  bir  dərman  verilməyib,  ancaq  çayla  müalicə  aparılırdı. 
Yüzlərlə  xəstə  üzərində  belə  sınaqlar  keçirilirdi.  Əldə  edilən  nəticələr  həm  xəstəliyin,  həm  də 
tədqiqatçıların  təəccübünə  səbəb  oldu.  Çay  revmatizm  və  xroniki  hepatitə  tutulmuĢ  xəstələrin 
ümumi vəziyyətini yaxĢılaĢdırmıĢ, ateroskleroz və hipertoniya xəstəliklərinin müalicəsində mühüm 
rol  oynamıĢ,  qan  damarlarının  elastikliyini  xeyli  artırmıĢdır.  Təcrübə  göstərmiĢdir  ki,  həmin 
insanların  arterial  xəstəlikləri  cəmi  beĢ  gün  sonra  normaya  düĢmüĢdür.  Görünür,  çayın 
hipertoniklərə zərərli təsiri haqqında keçmiĢdə hökm sürən anlayıĢ öz qüvvəsini itirmiĢdir. 
Uzun  müddət  Türkmənistanda  yoluxucu  xəstəliklərin  yayılması  və  onlara  qarĢı  mübarizə 
tədbirləri ilə məĢğul olan tibb elmləri doktoru, professor S.Berdiyeva belə bir cəhətə fikir vermiĢdir 
ki, çayın geniĢ yayıldığı rayonlarda qanlı ishal xəstəliyinə olduqca az təsadüf edilir. 
AĢqabad  Epidemiologiya  və  Gigiyena  Ġnstitutunda  və  S.Botkin  adına  Moskva  ġəhər 
Xəstəxanasında  aparılan  bir  sıra  kliniki  təcrübələr  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  qanlı  ishal 
xəstəliyinin  müalicəsində  çay  səmərəli  təsir  göstərir.  Professor  S.Berdiyeva  apardığı  təcrübələr 
nəticəsində  belə  qərara  gəlmiĢdir  ki,  qanlı  ishal  xəstəliyinin  müalicəsində  yaĢıl  çay  ən  kəsərli 
vasitədır.  Türkmən  alimi  bir  çox  xəstəni yaĢıl  çayla  müalicə  etmiĢdir.  Ən  ağır  xəstələrdə  belə  2-3 
gündən  sonra  xəstəliyin  törədiciləri  məhv  olmuĢdur.  5-10  gündən  sonra  isə  xəstələr  tamamilə 
sağalmıĢlar, halbuki, antibiotiklərlə müalicə kursu bir neçə həftə davam edir. Alimlər beyində, mədə 
və  mədə-bağırsaq  sistemində  baĢ  verən  ağır  qanaxmaların  müalicəsində  də  yaĢıl  çaydan  istifadə 
etmiĢlər. Çay sidik kisəsində, böyrəklərdə və qara ciyərdə daĢ  yığılmasının qarĢısının alınmasında 
mühüm  rol  oynayır.  Təsadüfı  deyildir  ki,  çox  çay  içən  çinlilər  böyrəkdə  daĢ  əmələgəlmə 
xəstəliyinin nə olduğunu bilmirlər. Alimlər bunun səbəbini çinlilərin yaxĢı çay dəmləmə bacarığına 
malik olmalarında və çay dəmlənərkən efırli yağların qorunub saxlanılmasında görürlər. 
Almaniyanın  Hamburq Ģəhərinin həkimlərinin  fikrincə, gün ərzində iki-üç fincan çay içən 
Ģəxslərin diĢləri gec xarab olur. Onlar həmçinin təyin etmiĢlər ki, iki fincan çayın tərkibində diĢlərin 
çürüməsinin  qarĢısını  ala  biləcək  qədər  flüor  vardır.  Həkimlər  37  növ  çayı  tədqiq  etdikdən  sonra 
müəyyən  etmiĢlər  ki,  bir  fincan  çayın  tərkibində  olan  flüor çay  yarpağının  ölçüsündən  və  yığılma 
vaxtından  asılıdır.  Ən  çox  flüor  köhnə  və  nazik  çay  yarpağında  aĢkar  edilmiĢdir.  Çayın  yaxĢı 
dəmlənməsi üçün 4 dəqiqə optimal vaxt müəyyən edilmiĢdir. 
Moskva  Elmi-Tədqiqat  Stomatologiya  Ġnstitutunun  əməkdaĢları  təcrübə  zamanı  qəribə  bir 
hadisə  ilə  qarĢılaĢdılar.  Alimlər  təcrübə  zamanı  müəyyən  etmiĢlər  ki,  Özbəkistanın  Gülüstan 
Ģəhərinin  məktəblilərində,  Ukrayna  və  Baltikyanı  respublikalarının  məktəblilərinə  nisbətən  diĢ 


144 
 
çürüməsi  prosesi  baĢ  vermir.  Gülüstan  Ģəhərində  yaĢayan  uĢaqların  yarıdan  çoxu  diĢ  ağrısı  nə 
olduğunu  bilmirlər.  Halbuki,  onlar  Ģirniyyat  növlərindən  heç  də  baĢqa  Ģəhərlərdə  yaĢayan 
uĢaqlardan az istifadə etmirlər. 
Həkimlərin  apardıqları  elmi-tədqiqat  iĢlərinin  nəticəsində  məlum  oldu  ki,  Gülüstan 
Ģəhərində  yaĢayan  uĢaqların  diĢlərinin  agrımamasına  səbəb  yaĢıl  çayın  tərkibində  olan  flüor 
maddəsidir. Ona görə də həkimlər məsləhət görürlər ki, orada yaĢıl çaydan da istifadə edilsin. 
Çayın tərkibində olan B
1
, P və K vitaminləri dərinin elastikliyini artırır, rəngini yaxĢılaĢdırır, 
kapilyar divarlarını möhkəmləndirir. Ümumiyyətlə, çayın müsbət cəhətlərindən çox danıĢmaq olar. 
Bu  ecazkar  içkini  həyat  sağlamlıq  eliksiri  adlandıranlar  heç  də  səhv  etmirlər.  Çay  kolu 
məhsullarından biri də onun toxumudur. Çay toxumu əkin materialı kimi istifadə edilməklə yanaĢı, 
yeyinti sənayesində də iĢlədilir. Çayın toxumunda 36-37% zəhərli saponin maddəsi vardır. 
Çində, Yaponiyada və bir sıra baĢqa ölkələrdə çay toxumunu həmin maddədən təmizləyərək
yeməli yağ istehsal edirlər. Çay toxumundan alınan efırli yağdan sabun istehsalında istifadə olunur. 
Çay kolunun bütün məhsulları (çiçək, yarpaq, toxum və cavan budaqları) yuxarıda deyildiyi 
kimi,  yeyinti,  ətriyyat  və  təbabət  sənayesi  üçün  qiymətli  xammaldır.  Lakin,  hələlik  Azərbaycanda 
çay kolu məhsullarından bu məqsədlər üçün tam istifadə olunmur, yalnız məxməri çay (qara çay) 
hazırlanır. 
Azərbaycanda  çay  bitkisi  quru  çay  hazırlamaq  məqsədilə  becərilir.  Gürcüstanda  isə  çay 
yarpaqlarından qara çaydan baĢqa, yaĢıl çay və preslənmiĢ çay da hazırlanır. 
Azərbaycanın quru çayı öz keyfiyyətinə görə dünyanın ən yaxĢı çay növlərindən geri qalmır. 
Bunu  bitkinin  kimyəvi  tərkibinə  görə  Hindistan  quru  çayı  ilə  müqayisəsi  də  aydın  göstərir. 
Hindistan  çayının  46-50%-ni  ekstrakt,  25-35%-ni  tanin,  3-4%-ni  kofein,  4,6%-ni  ümumi  azot, 
5,8%-ni  ümumi  kül  təĢkil  edir.  Azərbaycan  quru  çayının  tərkibində  isə  41-50%  ekstrakt,  23,5-
30,0% tanin, 2,4-3,3% kofein, 3,6-5,3%  ümumi azot, 4,8-5,8% ümumi kül  vardır. Bu  göstəriciləri 
ilə  Azərbaycan  çayı  Gürcüstan  və  Seylon  çayına  uyğundur.  Bu  maddələrlə  yanaĢı  Azərbaycan 
çayının  tərkibində  18,1%  C  vitamini,  B  vitamini,  nikotin  turĢusu  (PP  vitamini),  habelə  4,0-7,4% 
pektin  maddələri  vardır.  Bundan  baĢqa  Azərbaycan  çayının  yaĢıl  yarpaqlarında  sərbəst  amin 
turĢuları  vardır  ki,  bunların  da  çox  miqdarı  iyul-avqust  aylarında  toplanır,  bu  isə  yarpağın  əsas 
keyfiyyət göstəricilərindən biridir. 
QonĢu  Gürcüstan  Respublikasında  çayın  daha  qaba  yarpaqlarından  və  cavan  zoğlarından 
yaĢıl çay, kərpici çay, kofein çay konsentratı və s. qiymətli məhsullar hazırlanır. Lakin Azərbaycan 
çayçılığında hələlik bu sahəyə əhəmiyyət verilmir. Hər il respublikamızda çay kollarının budanması 
ilə əlaqədar hər hektardan 2,0-2,3 ton yaĢıl kütlə xaric edilir ki, ondan da xeyli kərpici çay və yaĢıl 
çay  hazırlamaq  olar.  Bizim  respublikamızda  çay  becərilən  təsərrüfatlarda  yazqabağı  çay  kollarına 
forma  verən  zaman  hər  il  orta  hesabla  20-25  min  ton  yaĢıl  kütlə  istifadəsiz  qalır.  Bu  tullantıdan 
laboratoriya  Ģəraitində  yeni  texnologiya  üsulu  ilə  yeyinti  sənayesində  müxtəlif  qida  nıəhsullarının 
sarı, yaĢıl, qəhvəyi və s. rəng və çalarlara boyamaq olar. 
 
DAZI – Hypericaceae Juss. fəsiləsi  
Zəif dazıotu – Hypericum perforatum L. 
 
Dazıotu fəsiləsi 40 cinsi və 850-dən artıq növü əhatə edir. Dazı fəsiləsinə daxil olan növlərin 
əksəriyyətini yarımkol, kol, ağac və çoxillik otlar təĢkil edir.  
Fəsilənin ən maraqlı cinslərindən biri də dazıotu – Hypericum L.-dir Cinsin dünya florasının 
tərkibində 400-ə qədər növü yayılmıĢdır. Dazıotu cinsinə daxil olan növlər yarımkol və ot bitkiləri 
olub Yer kürəsinin mülayim subtropik və tropik ölkələrinin dağlıq sahələrində, ən çox Orta Aralıq 
dənizi ətrafında yayılmıĢdır. 
Dazıotunun Qafqazda 27, o cümlədən də Azərbaycanda 15-ə qədər növünə rast gəlmək olar. 
Dazıotu cinsinin ən əhəmiyyətli növlərindən biri də zəif dazıotu növüdür. 
Zəif dazıotu - Hypericum perforatum L. Bü hündürlüyü 15-75 sm olan çoxillik ot bitksidir. 
Gövdəsi  bir  və  yaxud  bir  kökdən  çıxan  bir  neçə  budaqdan  ibarətdir.  Gövdə  yuxarı  hissədən 
budaqlanandır.  Yarpaqları  kəskin  surətdə  müxtəlif  formada  -  enli,  dairəvi,  ellipsvari,  uzunsov-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə