Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   69   70   71   72   73   74   75   76   ...   149

145 
 
yumurtavari,  uzunsov-xətvaridir.  Çiçəkləri  çoxsaylı  gövdənin  yuxarı  hissəsindən  yan  budaqlara 
ayrılır,  süpürgəvari  və  yaxud  tamam  qalxanvaridir.  Ləçəkləri 
uzunsov, uzunsov-belvari və yaxud ellipsvaridir. 
Zəif  dazıotu  Azərbaycanın  hər  yerində  yayılmıĢdır. 
Bitkiyə  düzənlik  sahələrdən  tutmuĢ,  subalp  zonalarında, 
kolluqlar  arasında,  meĢəlik  sahələrdə  meĢə  açıqlıqlarında,  otlu 
yamaclarda,  zibilliklərdə,  çay  vadilərində  rast  gəlmək  olar. 
Dazıotu  qiymətli  dərman,  aĢı,  boyaq,  eflr,  nektar  və  bəzək 
təbiətli bitki hesab edilir. 
Dünya  tibb  praktikasında  dazıotundan  müalicə 
məqsədləri  üçün  2500  il  bundan  qabaq  istifadə  edilməyə  baĢlanmıĢdır.  Qədim  yunan  və  Roma 
xalqlarına  dazıotunun  müalicə  xüsusiyyətləri  hələ  çoxdan  məlum  idi.  Dazıotunun  müalicəvi 
xüsusiyyətləri haqqında Hippokrat, Dioskorid, Böyük Plini, Ġbn Sina və s. alim və mütəfəkkirlər öz 
əsərlərində geniĢ bəhs etmiĢlər. Rus xalq təbabətində dazıotunu «99 dərdin» dərmanı adlandırırlar. 
Dazıotunun kök hissəsindən baĢqa bütün hissələrinin tərkibində 9,5% boyaq maddələrindən 
hiperisin  (C
30
H
16
O
8
),  psevdohiperisin  (C
32
H
20
H
10
),  protopsevdo-hiperisin  və  s.  boyaq  maddələri
1%-ə qədər flavonoid təbiətli hiperozid (C
21
H
20
H
12
), rutin, kversitrin, izokversitrin, kversetin və s. 
flavonoid maddələri, həmçinin efır yağı, 12-13%-ə qədər aĢı maddəsi, nikotin və 140 mq% askorbin 
turĢusu, P vitamini, 55 mq% karotin, xolin, saponin və alkaloid izləri aĢkar edilmiĢdir. 
Dazıotunun yerüstü hissəsinin tərkĠbndə 4,21% kül, mq/q olmaqla 16,80 - K, 7,30 - Ca, 2,20 
- Mg, 0,11 - Fe makroelementləri, mkq/q olmaqla 0,25 - Mn, 0,34 - Cu, 0,71 - Zn, 0,21 - Co, 5,60 - 
Mn,  0,01  -  Cr,  0,02  -  A1,  0,03  -  Se,  0,18  -  Ni,  0,18  -  Sr,  7,20  -  Cd,  0,08  -  Pb,  40,40  -  B 
mikroelementləri aĢkar edilmiĢdir. 
Dazıotundan müalicəvi xüsusiyyətlərindən ilk dəfə bizim eradan 460-377 il qabaq Hippokrat 
xəbər vermiĢdir. 
Dazıotunu ilk vaxtlar «ilahi otu» adlandrmıĢlar. Bu otdan qorxu və qarabasma xəstəliklərinə 
tutulmuĢ adamların müalicəsində istifadə olunur. 
Tarixi  mənbələri  araĢdırarkən  məlum  olmuĢdur  ki,  dazıotu  müqəddəs  «Ġona  otu» 
adlandırılmĢdır. Onun çiçəkləmə dövrü «Ġvan günü»nə təsadüf edir. 
Rus  xalq  təbabətində  dazıotunu  dovĢan  qanı,  qanverici  adlandırırlar.  Almanlar  buna 
Ģeytanqovan bitki adı vermiĢlər. Çoxları belə güman edirmiĢlər ki, dazotu Ģeytanı evdən qovur və 
dava-dalaĢı,  söz-söhbəti  evdən  uzaqlaĢdırır.  Rusiyanın  bir  çox  rayonlarında  yaraların  sağalmasına 
gözəl təsir etdiyi üçün dazıotunu «yaraları sağaldan Allah» adlandırmıĢlar. Dazıotundan italyanlar 
bir  çox  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə  etdikləri  üçün  buna  «göbək  otu»  deyərmiĢlər. 
Müxtəlif xalqlar öz müalicəvi təsirinə görə dazıotuna müxtəlif adlar vermiĢlər. 
Dərman bitkilərinin çoxlu müalicəvi təsirinin sirlərini öyrənməklə uzun müddət məĢğul olan 
A.T.Bolotov  1780-ci  ildə  yazırdı  ki,  elə  bir  dərman  bitkisi  tapılmaz  ki,  öz  müalicəvi 
xüsusiyyətlərinə  görə  dazıotuna  bərabər  olsun.  A.T.Bolotov  göstərir  ki,  dazıotundan  və  onun 
toxumlarından  alınan  yağı,  günəbaxan  yağı,  az  miqdarda  su,  çaxır  spirti  və  ya  üzüm  çaxırına  
qarıĢdırıb  çalxalayaraq  bir  çox  daxili  xəstəliklərin  müalicəsində  əvəzolunmaz  vasitə  kimi  istifadə 
edirlər.  Bundan  hazırlanan  mazdan  müxtəlif  irinli  yaraların,  həĢərat  sancmalarından  və  s.  əmələ 
gələn yaraların sağaldılmasında istifadə olunur. Bir çox ölkələrin xalq təbabətində dazıotu müxtəlif 
xəstəliklərin müalicəsində geniĢ surətdə tətbiq olunur. Məsələn, PolĢa xalq təbabətində dazıotundan 
hazırlanmıĢ spirtli cövhərlə çatların, daxili qanaxmaların, çibanlı yaraların yetiĢib sağaldılmasında 
və s. xəstəliklərin müalicəsində istifadə olunur. Dazıotundan hazırlanmıĢ cövhəri çaxırda həll edib 
qızdırma,  sarılıq,  qadın  xəstəliklərinin  müalicəsində,  eləcə  də  iĢləmə  əleyhinə  istifadə  edilir. 
Bundan baĢqa dazıotunun çiçəklərindən hazırlanan cövhərlə əsəb, vərəm xəstəliklərini də müalicə 
edirmiĢlər. Bir çox tibb mütəxəssisləri qeyd edirlər ki, dazıotundan alınmıĢ yağı əhənglə qarıĢdırıb 
bir  çox  xəstəlikləri,  o  cümlədən  oynaqlarda  baĢ  verən  ağrıların,  yanıq  yaralarının  müalicəsində 
tətbiq edilir. 
Bundan  baĢqa  dazıotunun  yağından  doğuĢdan  sonra  qadınların  döĢ  nahiyələrində  əmələ 
gələn  vəzi  ĢiĢlərinin  aradan  qaldırılmasında  istifadə  olunur.  XVII  əsrdə  Ġtaliyada  dazıotunun  üst 


146 
 
hissəsini  çiçəkləri  ilə  birlikdə  kəsib  götürərək,  onu  qurudub,  narın  toz  halına  salıb  və  həmin  tozu 
palma  yarpaqlarından  hazırlanmıĢ  məhlulla  qarıĢdırıb,  uzun  müddət  saxladıqdan  sonra  ondan 
qırmızı rəngli balzam hazırlayıb bir çox xarici və daxili xəstəliklərin müalicəsində iĢlətmiĢlər. 
Rus  xalq  təbabətində  də  dazıotundan  müxtəlif  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə 
olunur.  Belə  ki,  bundan  hazırlanan  preparatlar  qankəsici,  sakitləĢdirici,  ürək-  damar  sistemində 
əmələ gələn pozuntuların nizama salınmasında istifadə edilir. Dazıotunun spirtli cövhəri, yağı, eləcə 
də  ondan  hazırlanmıĢ  bir  çox  preparatlar  vərəm,  qanqusma,  yara  qanaxmaları,  qurd  xəstəlikləri, 
qıcolma, ürəkgetmə, əsəb sisteminin nizama salınmasında, yaraların yuyulmasında, irinli yaraların, 
kəsiklərin, əzilmələrin və s. xəstəliklərin müalicəsində tətbiq edilir. 
Macarıstanda dazıotundan hazırlanan yağ və mazlardan xarici və daxili orqanlarda baĢ verən 
yara və yanıqların müalicəsində istifadə olunur. 
Dazıotunu  ən  yaxĢı  olar  ki,  çiçək  açan  dövrdə  (iyul-avqust)  aylarında,  gövdəsinin  yuxarı 
hissəsindən, 20 sm olmaqla xüsusi alətlə kəsməklə toplayıb çox da böyük dəstə olmamaq Ģərti ilə 
bağlayıb kölgəli mehvuran sahələrə ipdən asıb qurutmaq lazımdır. 
Bitkidən cövhər və yaxud dəmləmə Ģəklində orqanizmin xarici nahiyələrində istifadə etmək 
məqsədi ilə yağda hazırlanmıĢ cövhərindən iĢlətmək məsləhət görülür. 
Dazıotunun  müalicəvi  spektri  o  qədər  geniĢdir  ki,  otla  müalicə  edən  tibb  mütəxəssisləri 
həmiĢə  bitki  ekstraktları  hazırlayarkən  dazıotundan  da  əlavə  kimi  istifadə  edirlər.  MəĢhur  xalq 
təbibi S.M.Nosal yazırdı: «Unsuz çörək hazırlamaq mümkün olmadığı kimi, dazıotusuz da heç hir 
xəstəliyi müalicə etmək olmaz». 
Dazıotundan  hazırlanan  cövhər,  dəmləmə,  məlhəm  və  preparatlardan  bərpaedici, 
soyuqdəymə,  yara əleyhinə, büzüĢdürücü, ödqovucu  və sidikqovucu, qankəsici, dezinfeksiyaedici, 
yanıq və s. xəstəliklərin müalicəsində geniĢ istifadə edilir. 
Bolqar  və  Fransa  alimləri  belə  hesab edirlər  ki,  dazıotu  antidepressiya  xüsusiyyətlərinə  də 
malikdir. 
Dazıotunun  müalicəvi  xüsusiyyətlərini  öyrənən  zaman  təkzibolunmaz  bir  yenilik  əldə 
olunmuĢdur.  Belə  ki,  dazıotunun  qiymətli  sidikqovucu  təsirə  malik  odluğu  elmi  əsaslarla  təsdiq 
edilmiĢdir.  AxĢamlar  yatmağa  az  qalmıĢ  uĢaqlara  0,5  stəkan  dazıotu  ektraktı  verdikdə,  sidiyini 
saxlaya  bilməyən  uĢaq  gecələr  sidik  ifraz  etmir.  Dazıotu  dəmləməsindən  uĢaq  tibb  praktikasında 
geniĢ istifadə edilir. 
Dazıotundan dəridə olan yaraların, kəsiklərin, yanıqların, don vurmuĢ nahiyələrin, həmçinin 
müxtəlif ağır yaraları müalicə etmək üçün yaxalama vasitəsi kimi iĢlədilir. 
Tibb  aləmində  adı  daha  çox  hallandırılan  dazıotundan  hazırlanan  «Ġmanin»  və  onun 
təkmilləĢdirilmiĢ  forması  olan  «Yeni  Ġmanin»  preparatı  ilə  müxtəlif  mənĢəli,  müxtəlif  dərəcəli 
yanıqlar  müalicə  edilərək  çoxlu  insan  yenidən  həyata  qaytarılmıĢdır.  Yanıq  zamanı  görmə 
qabiliyyətini itirmiĢ bir çox insanların görmə qabiliyyəti bərpa olunmuĢdur. 
Yaxın  vaxtlarda  dazıotundan  alınan  preparatlar  dəridə  baĢ  verən  Ģüa  zədələnmələrinin 
müalicəsində müvəffəqiyyətli nəticələr verir. 
Dazıotu arterial təzyiqi qaldırdığından ondan müalicə məqsədləri üçün istifadə edilən zaman 
çox diqqətli olmaq lazımdr. Hipertoniklər yaxĢı olar ki, dazıotunu baĢqa bitkilərlə - yarpız, bədrənc 
və s. qarıĢıqlar Ģəklində istifadə etsinlər. 
Dazıotunun  tərkibində  çox  mürəkkəb  kimyəvi  maddələrin  olduğu  üçün  bir  çox  rus 
mütəxəssisləri dazıotundan kosmetika sahəsində də istifadə olunmasını irəli sürmüĢlər. Hərgah siz 
yay  aylarında  dazıotu  ekstraktından  içib  çimərliyə  getsəniz,  o  iĢığa  qarĢı  çox  həssas  olduğundan 
bədəniniz  tez  qaralmağa  baĢlayacaqdır,  ona  görə  də  çimərlikdə  çox  qalmaq  məsləhət  görülmür. 
Əgər  dərinizdə  qızartı  və  qabarlar  baĢ  verərsə  bu  zaman  siz  hökmən  dazotundan  hazırlanmıĢ 
ekstrakt qəbul etməlisiniz. 
QırıĢmıĢ, qocalmıĢ dəri üçün ən yaxĢı vasitə soyuq dazıotu ekstraktı ilə yuyunmaqdır. 
Üzünüzün dərisi yağlı və civzəlidirsə üzünüzü dazıotunun sulu dəmləməsi ilə yuyun. Bunun 
üçün 10 q qurudulmuĢ dazıotunu 200 ml suya tökün və dəmləyib süzdükdən sonra istifadə edin. 
Yağlı saçlarınızı yuduqdan sonra isti dazıotu cövhəri və yaxud dəmləməsi ilə yaxalayın. 
Dazıotu öz müalicəvi xüsusiyyətlərinə görə dünyanm bir çox xalqları arasında sevilə-sevilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə