Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   70   71   72   73   74   75   76   77   ...   149

147 
 
istifadə edilir.  XIX əsr rus tibb alimlərinin əsərlərində dazıotu qankəsici, sakitləĢdirici vasitə kimi 
təqdim edilirdi (E.Y.ġass, 1952) D.Q.Qess isə (1966) qeyd edir ki, dazıotu ilə 20-dən artıq xəstəlik 
müalicə edilir. M.N.Varlakov (1943-1944) dazıotundan alınan preparatların qankəsici, soyuqdəymə, 
dezinfeksiya vasitəsi kimi tətbiq edildiyini qeyd edir. Bundan baĢqa dazıotu xaricdə istehsal olunan 
ratanin preparatını müvəffəqiyyətlə əvəz edir və ondan da keyfiyyətli hesab edilir. Bitki balzam iyi 
verdiyinə görə ondan konserv sənayesində ədviyyat kimi istifadə edilir. Professor D.Turovaya görə 
(1974),  100  ml  ekstraktından  gündə  3  dəfə  qəbul  etdikdə  1-2  aydan  sonra  xroniki  mədə  xəstəliyi 
olanların vəziyyəti yaxĢılaĢır, qıcqırma, turĢuluğun aĢağı düĢməsi və həzmin yaxĢlaĢması müĢahidə 
edilir. PolĢada dazıotundan qankəsici və yuxusuzluğa qarĢı istifadə edilir. 
Dazıotu cövhərinin hazırlanma qaydası: 1 xörək qaĢığı doğranmıĢ qurudulmuĢ otunu 0,75 
litr suya töküb vam odun üzərinə qoyub 5-10 dəqiqə qaynadıb süzdükdən sonra istiadə edin.  
Dazıotu  yağının  hazırlanma  qaydası:    1  hissə  dazıotunu  2  hissə  zeytun  yağının  üzərinə 
töküb 3 həftə saxlayıb süzün. Sonra istifadə edin. 
Dazıotu toxumlarından hazırlanan yağdan və ekstraktlardan kosmetika sənayesində də geniĢ 
istifadə edilir. Bitkidən sifətdə, orqanizmin baĢqa nahiyələrində əmələ gələn civzələrin, qoturluğun, 
qaĢınmaların,  irinli  yaraların,  səpkilərin,  müalicəsində  geniĢ  istifadə  edilir.  Dazıotu  yağını  ev 
Ģəraitində asanlıqla hazırlamaq olar. Bunun üçün 1 hissə dazıotu toxumu ilə 2 hissə bitki yağını bir-
birilə  qarıĢdırıb  2-3  həftə  qaranlıq  yerdə  saxlayıb  süzün.  Yeri  gəldikcə  yuxarıda  qeyd  etdiyimiz 
xəstəliklər zamanı dərinin üzərinə sürtüb müalicə edin. 
Dazıotundan müalicə preparatlarının hazırlanması. 
Dazıotundan  cövhərin  hazırlanması.  100  q  qurudulmuĢ  dazıotunu  500  ml  40%-li  spirtin 
üzərinə töküb 7 gün qaranlıq yerdə saxlayıb süzün. Gündə 1-3 çay qaĢığı yeməkqabağı qəbul edin. 
Dazıotundan müalicəvi yağın hazırlanması. 100 q dazıotundan götürüb 600 ml təzə zeytun 
yağı  və  yaxud  günəbaxan  yağının  üzərinə  əlavə  edin  və  30  dəqiqə  qaynadıb  soyutduqdan  sonra 
süzün. Aldığınız yağdan dəridə əmələ gələn ləkələrin, yanıqların, yara və kəsiklərin üzərinə sürtün. 
Dazıotu  çiçəyindən  yağın  hazırlanması.  1  xörək  qaĢığı  təzə  çiçəyini  1  stəkan  zeytun, 
günəbaxan  və  yaxud  kətan  yağına  töküb,  2  həftə  saxlayb,  süzün.  Aldığınız  qırmızı  rəngli  yağı 
yaraların,  çibanların,  kəsiklərin  üzərinə  sürtün.  Müalicəni  zədələnmiĢ  nahiyəniz  sağalana  qədər 
davam etdirin. 
Dazıotundan  dəmləməniıı  hazırlanması.  2-4  xörək  qaĢığı  dazıotunu  2  litr  suya  töküb  20 
dəqiqə  qaynadıb  otaq  temperaturunda  soyudub  süzün.  Alınan  ekstraktdan  yaraların  və  kəsiklərin 
yuyulub dezinfeksiya edilməsində istifadə edin. 
Təbii  Ģəraitdə  yayılmıĢ  dazıotunun  hər  hektar  sahəsindən  0,1-15  sentner  xammal  əldə 
olunduğu  halda,  mədəni  halda  becərilmiĢ  dazıotundan  ikinci  il  hər  hektar  sahədən  15-25,  üçüncü 
ildə  isə  30-40  sentner  bitki  xammalı  tədarük  etmək  olar.  Dazıotunun  çiçəklərindən  alınan  spirtli 
içkilərin    ətirləndirilməsaində,  «dazıotu»,  «Erofeiç»  kimi  acımtıl  içkilərin,  müxtəlif  balzamların 
hazırlanmasında geniĢ istifadə edilir. 
Dazıotunun  tərkibində  olan  hiperisin  piqmentinin  iĢıq  Ģüalarına  həssaslığı  heyvan  və  insan 
orqanizmlərinin  günəĢ  Ģüasına  olan  həssaslığının  kəskin  surətdə  artmasına  səbəb  olur.  Bu  zaman 
xoĢagəlməz hallar baĢ verir. Bunun qarĢısını almaq üçün dazıotu ekstraktlarından istifadə edilir. 
Alman biokimyaçılarının uzun müddət apardıqları tibbi eksperimentlər nəticəsində müəyyən 
edilmiĢdir ki, dazıotundan alınan preparat depressiyaya tutulmuĢ xəstələri müvəffəqiyyətlə müalicə 
edir. 
Dazıotunun  tərkibində  müalicəvi  təsirə  malik  boyaq  maddələri  aĢkar  edilmiĢdir.  Bu 
maddələrlə  biz  yeyinti,  xalçaçılıq,  toxuculuq,  rəssamlıq  sahəsində,  həmçinin  uĢaq  oyuncaqlarını 
ekoloji  cəhətdən  təmiz  boyalarla  boyaya  bilərik.  Biz  istehsalat  Ģəraitində  aldığımız  boyaq 
ekstraktının tərkibinə müxtəlif elementlərin duzlarını əlavə etməklə yun və ipək məmulatlarını sarı-
qırmızı,  narıncı,  narıncı-qırmızı,  narıncı-qəhvəyi,  qəhvəyi-qırmızı,  qəhvəyi-çəhrayı,  qəhvəyi-boz, 
bozumtul,  bozumtul-çəhrayı,  qonurumtul,  fıruzəyi,  Ģabalıdı-bozumtul,  bozumtul-yaĢıl,  yaĢıl, 
zeytunu, tütünü və s. rəng və çalarlarla boyadıq. 
Dazıotundan  alınan  piqment  maddələri  ilə  əczaçılıq  sənayesində  dərman  preparatlarını 
ekoloji cəhətdən zəhərsiz boyalarla boyamaq olar. 


148 
 
Dazıotu  qiymətli  dərman  bitkisi  kimi  bir  çox  ölkələrin  xalq  və  elmi  təbabətində  geniĢ 
istifadə  edilir.  Dazıotundan  hazırlanan  preparatların  müalicəvi  spektri  çox  geniĢ  olduğu  üçün  bir 
sıra  çətin  sağalan  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə  edilir.  Belə  ki,  «dazıotu  cövhərindən» 
diabetin  (Ģəkərin),  nefritin,  sistouretritin,  yara  və  bağırsaqların  selikli  qiĢasında  əmələ  gələn 
eroziyaların, dəri yaralarının, artritin müalicəsində istifadə edilir. 
Dazıotunun  quru  ekstraktından  orqanizmin  müqavimətinin  artırılmasında,  büzüĢdürücü 
vasitə  kimi  «Yarsin-300»,  yerüstü  hissəsindən  alınan  ekstraktından  antidepressiya,  oturaq  sinir 
xəstəliklərində istifadə edilir. 
Dazıotundan  alınan  «hovoimanin»  antibakterial  ial  vasitə  kimi  elmi  təbabətdə  geniĢ  tətbiq 
edilir.  Slovakiyada  dazıotundan  hazırlanan  «Floristen»  preparatından  qadın  xəstəliklərinin 
müalicəsində iĢlədilir. Rusiyada dazıotu istehsal edilən  20-dən artıq dərman preparatının tərkibinə 
qatılır.  Bu  preparatlardan  immunitet  möhkəmləndirici,  soyuqdəymədə,  hipoqlikemiyada, 
hepatoprotektor və antioksidant vasitə kimi tətbiq edilir. 
Dazıotundan  hazırlanan  kompozisiya  ekstraktı  ABġ-a  patent  kimi  satılmıĢdır.  Kliniki 
sınaqlar  zamanı  müəyyən  edilmiĢdir  ki,  bu  kompleks  xroniki  yorğunluq  sindromunun  əleyhinə 
iĢlətmək olar. 
Son  illərdə  dazıotunun  kimyəvi  və  farmakoloji  xüsusiyyətlərinin  daha  dərindən  tədqiqi 
nəticəsində yeni antidepressant və psixotrop preparatlar kəĢf edilib xalqın istifadəsinə verilmiĢdir. 
Dazıotunun  ekstraktlarından  Almaniyada  yeni  «Neqrustin»,  «Qelarium  hiperikum»,  «Qiperforat», 
«Psixotonin»,  «Nefropas»  preparatları  hazırlanmıĢdır.  Bu  preparatlar  qorxu,  həyəcan,  depressiya 
zamanı  baĢ  verən  bir  sıra  əsəb  xəstəliklərinin  müalicəsində  istifadə  edilir.  Bu  yeni  preparatlar 
dünyanın bir çox iri tibb müəssisələrində geniĢ tətbiq edilir. Preparatların əsas kimyəvi tərkiblərini 
dazıotundan alınmıĢ flavonoid birləĢmələri təĢkil edir. 
 
BƏNÖVġƏ - Violaceae Batsch. fəsiləsi 
Üçrəngli bənövĢə - Viola tricolor L. 
 
Yer  kürəsində  bənövĢə  fəsiləsinin  22  cinsi  və  900-ə  qədər  növü  yayılmıĢdır.  Bu  növlərin 
əksəriyyəti ağac, kol və ot bitkiləri olub, əsasən tropik və subtropik ərazilərdə yayılmıĢdır. Bu 22 
cinsin içərisində ən maraqlılarından biri də bənövĢə hesab edilir. BənövĢə cinsinə aid olan növlərin 
içərisində dərman, boyaq, efır yağlı və bəzək üçün əhəmiyyətli 
bitkilərin sayı çoxdur. Bu növlərdən biri də üçrəngli bənövĢə - 
V.  tricolor  L.  hesab  edilir.  Bu  bitkini  insanlar  çox  sevir  və 
əzizləyirlər. Bitki aprel aylarından payızın sonuna qədər çiçək 
açır.  BənövĢənin  bənövĢəyi-mavi  çiçəklərinin  yuxarıda 
yerləĢən  ləçəkləri  bənövĢəyi,  iki  küncdə  yerləĢən  ləçəkləri 
mavi,  aĢağı  ləçəklərinin  rəngləri  isə  ağımtıl-bənövĢəyidir. 
Üçrəngli bənövĢə haqqında çoxlu əfsanə və rəvayətlər dolaĢır. 
Bu rəvayətlərdən birində deyilir: 
«Gözəllik  ilahəsi  Afrodita  hovuzda  çimən  zaman  üç 
oğlanın ona tamaĢa etdiyini görür. Gənclərə acığı tutan gözəllik ilahəsi Afrodita oğlanları üçrəngli 
bənövĢəyə çevirir». 
BənövĢəni  ən  çox  qədim  yunanlar  çox  sevirmiĢlər.  Onlar  ibadətxanaları,  müxtəlif allahlara 
qoyulmuĢ  heykəllərin  ətraflarını  bənövĢə  çiçəyi  ilə  bəzəyirmiĢlər.  Hal-hazırda  gənc  oğlanlar 
Valentin günündə öz sevdikləri qızları bir dəstə bənövĢə çiçəyi ilə təbrik edib sevindirirlər. 
BənövĢə çiçəklərinin tərkibində kompleks Ģəklində toplanan maddələr, o cümlədən saponin 
birləĢmələri bəlğəmgətirici və yumĢaldıcı təsirə malikdir. Buna görə də onlardan bronxit, laringit və 
qastritdə  istifadə  edilir.  Preparatların  təsiri  nəticəsində  bronx  vəzılərinin  sekresiyası  artır  və  qatı 
bəlğəm  yumĢalıb  asanlıqla  orqanizmdən  təmizlənir.  BənövĢə  dəri  xəstəlikləri  zamanı  qanın 
təmizlənməsində  daxilə  qəbul  edilir.  UĢaqlara  isə  otundan  hazırlanmıĢ  vannaların  qəbul  edilməsi 
məsləhət görülür. 
Xalq  təbabətində  bitkidən  daha  geniĢ  istifadə  edilir.  Belə  ki,  bənövĢə  preparatları  bir  sıra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə