Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   71   72   73   74   75   76   77   78   ...   149

149 
 
dəri  xəstəliklərinin,  eləcə  də  revmatizm,  sarılıq,  raxit,  ağ  ciyər  xəstəliklərinin,  podaqra,  damar 
revmatizmlərinin,  diatez,  uĢaq  ekzemalarının,  uĢaqlarda  baĢ  verən  dəri  vərəminin  və  qadın 
xəstəliklərinin müalicəsində istifadə edilir (D.K.Qes və b., 1966). 
Üçrəngli bənövĢədən müalicəvi preparatların hazırlanması. 
BənövĢədən  hazırlanan  preparatlardan  mikrobəleyhinə  soyuqdəymə,  bəlğəmgətirici, 
sidikqovucu, tərlədici, iĢlədici, sakitləĢdirici kimi istifadə edilir. 
Damar  revmatiztmlərində,  artrozda,  podaqra  zamanı:  1  xörək  qaĢığı  doğranmıĢ  otu  1 
stəkan  qaynar  suya  tökün  və  vam  od  üzərinə  qoyub  15  dəqiqə  saxlayın.  Sonra  1  saatdan  sonra 
süzün.  Ekstraktı  1  stəkan  həcminə  gətirib,  gündə  2-3  dəfə,  yeməkdən  sonra  stəkanın  1/4  hissəsi 
qədər qəbul edin. 
Bronxit, traxeit, laringit, ağ ciyər soyııdəymələrində: 2 çay qaĢığı doğranmıĢ otunu 1 stəkan 
qaynar  suya  töküb  vam  od  üzərinə  qoyun  və  15  dəqiqə  saxlayın.  Sonra  1  saatdan  sonra  süzün,  1 
stəkan  həcminə  gətirib  gündə  3  dəfə,  yeməkdən  30  dəqiqə  sonra  stəkanın  1/3  hissəsi  qədər  qəbul 
edin. 
Ouru  öskürək  zamanı:  Bunun  üçün  üçrəngli  bənövĢə,  bağayarpağı,  ögey  ana  otlarından 
bərabər həcmdə götürüb bir-birilə qarıĢdırın. 1 xörək qaĢığı qarıĢığı 1 stəkan qaynar suya tökün və 
vam  od  üzərinə  qoyub  qaynama  dərəcəsinə  gətirib  1-2  saat  saxlayıb  süzün.  Sonra  üzərinə 
zövqünüzə görə bal əlavə edib, gündə 3 dəfə, yeməkqabağı stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Ekzema, ekssudativ, diatezdə, sarılıq (xənəzir), allergik mənşəli dermatit zamanı: 2 xörək 
qaĢığı  doğranmıĢ  otunu  vam  od  üzərinə  qoyub  5-7  dəqiqə  saxlayın  və  1  saat  dəmləyib  süzün. 
Aldığınız ekstraktdan kompres, sürtmə və yuma Ģəklində müalicə aparın. 
Sarılığın  müalicəsində  aşağıdakı  qarışıqdan  istifadə  etməyi  məsləhət  görürlər:  Üçyarpaq 
bənövĢə  ilə  qanqaldan  bərabər  miqdarda  götürüb  qarıĢdırın.  AlınmıĢ  qarıĢıqdan  1  xörək  qaĢığı 
götürüb 1 stəkan qaynar suya töküb vam od üzərinə qoyun və 15 dəqiqə saxlayın. Sonra soyudub 
süzün.  Ekstraktdan  gündə  3-4  dəfə  bir  xörək  qaĢığı  (uĢaqlara  isə  1  çay  qaĢığı)  yeməkdən  sonra 
qəbul edin. 
Diqqət!  BənövĢədən  hazırlanan  preparatlardan  hepatiti,  qlomerulonefriti  olan  xəstələrin 
qəbul etmələri məsləhət görülmür. 
 
 
CANAVARGĠLƏSĠ – Thymelaeaceae Juss. fəsiləsi 
Adi canavargiləsi – Daphne mezereum L. 
 
Dünya florasının tərkibində DaphneL. cinsinin 100-ə qədər növünə təsadüf etmək olar. Bu 
növlərə  ən  çox  Asiyanın  cənub-Ģərqində,  Himalay  dağlarında,  Ġran  və  Aralıq  dənizi  ölkələrinin 
ərazilərində rast gəlmək olar. Bu cinsin Qafqazda, o cümlədən Azərbaycanda 6 növü  yayılmıĢdır. 
Onların içərisində ən əhəmiyyətli növü adi canavargiləsi – Daphne mezereum L. hesab edilir. 
Adi  canavargiləsi  –  D.  mezereum  L.  hündürlüyü  1,0-1,8  m  olan  düz  qalxan  kol  bitkisidir. 
Gövdəsinin  qabığı  sarımtıl-boz  rəngdə  olub,  üzəri  qonur  nöqtələrlə  əhatə  olunmuĢdur.  Cavan 
budaqları sıx tüklərlə örtülmüĢdür. Yarpaqları, tökülən  növbəli olub, uzunsov, tərsinə lansetvaridir. 
Ətirli çiçəkləri çəhrayı, qırmızı, bəzən ağ rəngdə olub 3-5 ədəd dəstə Ģəklində yarpaq qoltuğunda 
yerləĢmiĢdir. Çiçəkyanlığı boru, qıfvari formada olub dördbarmaq kimidir. Meyvəsi Ģirəli, dairəvi, 
qaramtıl-qırmızı rəngdə olan çəyirdəkmeyvədir. 
Adi canavaıgiləsi Azərbaycanda Böyük  Qafqazın 
Quba ərazisinin Ģərq və qərb zonalarında, Kiçik Qafqazın 
Ģimal  və  cənub  ərazilərində  yayılmıĢdır.  Buna  ən  çox 
yuxarı  və  orta  dağ  zonalarında,  çox  nadir  hallarda  isə 
aĢağı  dağətrafı  meĢə  zonalarında  təsadüf  edilir.  Ən  çox 
kölgəli meĢələrdə, tək və qrup halında yayılmıĢdır. 
Bitkinin  adının  yaranmasına  səbəb  olan  belə  bir 
rəvayətdə  deyilir:  ―Çay  Allahı  Peneyanın  qızı  -  yunan 
mifologiyasında  təbiətin  müxtəlif  qüvvələrindən  birini 


150 
 
təmsil edən Dafna belə ki, o Erot Apollonu sevdiyinə görə çox əziyyət çəkirdi. Dafnanın ürəyinə isə 
məhəbbəti  öldürən  ox  sancılmıĢdır.  Apollon  qızı  dəlicəsinə  sevir  və  həmin  gündən  onu  izləməyə 
baĢlayır. Bunu hiss edən Dafna atasına yalvarır ki, onun ilahidən verilmiĢ gözəlliyini əlindən alsın. 
Peney qızının xahiĢini yerinə  yetirərək onu gözəl  görünüĢə malik olan kol bitkisinə çevirir. Kolun 
yarpaqları qızın saçlarım xatırladır. Bu əfsanəyə görə canavargiləsinə gözəllər gözəli Dafnanın adını 
vermiĢlər‖. 
Canavargiləsi  dərman  və  bəzək  bitkisi  sayılır.  Bitkinin  qabıq  hissəsindən  dafnetkosin, 
kumarin  -  dafnin,  kök  və  budaqlarının  qabıqlarından  umbelliferon,  dafnetin,  dafnin,  dafnetin-8-
qlükozid,  katexin,  apigenin  flavonoidləri,  budaqlarında  4,3%  saxaroza,  yarpaqlarında  kumarin, 
0,97-2,07%  umbelliferon,  0,10-0,44%  dafnetin,  0,12-1,16%  dafnin,  0,4-1,66%  dafnosetin, 
hesperidin, toxumlarından mezerin, boyaq maddələri, mum, qatran və s. aĢkar edilmiĢdir. 
Orta əsrin məĢhur təbibi Əbu Əli Ġbn Sina  yazırdı ki, canavargiləsindən hazırlanan cövhər, 
dəmləmə və məlhəmlərdən cüzam, əsəb xəstəlikləri, baĢgicəllənmə, yuxusuzluğa, öd kisəsi və qara 
ciyər xəstəliklərinin müalicəsində istifadə edilirdi. ġair Y.V.Linik canavargiləsinin ətrafında uçuĢan 
sarı,  limonu-sarı  və  müxtəlif  rəngli  kəpənəkləri  görüb  heyrətə  gəlir.  O,  təbiətin  bu  qədər  gözəl  və 
rəngarəngliyinə heyran olduğunu dönə-dönə qeyd edir. Canavargiləsinin ətıafındakı bitki və həĢərat 
növlərinin  gözəlliklərini  və  insanı  necə  heyran  etdiyini  dönə-dönə  təsvir  edir.  Qədim  əlyazma 
formasında  qalmıĢ  «Müalicə  və  sevimli  magiya»  kitabında  qeyd  edilir  ki,  iki  gün  oruc  tutduqdan 
sonra  günbatan  zaman  canavargiləsi  kolundan  13  ədəd  budaq  kəsib,  onları  xırda  hissələrə  salaraq 
qurudun. Sonra onu döyüb toz halına salın, həmin tozu təmiz parçadan tikilmiĢ torbaya töküb, ona 
bozumtul  rəngli ətirli  ənbər  qatın.  13  gün  gecə-gündüz  ürəyinizin  üstündə  gəzdirin.  Sonra  isə  onu 
ürəyinizdə istədiyiniz adamın balıĢının üzərinə səpsəniz, az bir müddət içərisində həyatınızda sizin 
xeyrinizə böyük dönüĢün baĢ verdiyinin Ģahidi olacaqsınız. MəĢhur botanik P.S.Pallas 1776-cı ildə 
«Rus  dövlətinin  müxtəlif  vilayətlərinə  səyahət»  kitabında  qeyd  edir  ki,  sibirlilər  bu  kol  bitkisini 
«yabanı bibər» adlandırırlar. Bitkinin meyvəsindən hazrladıqları Ģirədən öskürək və qurd əleyhinə 
istifadə  edirlər.  KiĢilər  toxumlarını  narın  toz  halına  salıb  çay  kimi  dəmləyib  içərək  mədələrini 
mökhəmləndirirlər.  Kökündən  hazırlanmıĢ  acmtıl  tozdan  diĢ  ağrılarında  sakitləĢdirici  vasitə  kimi 
istifadə edilir. Sibir xalqları bu gün də bitkinin qabığından hazrladıqları məlhəmin köməyilə bütün 
damar ağrılarını, osteoxondroz, artrit, revmatizm, iflic və podaqranı müalicə edirlər. 
Xalq təbabətində, eləcə də elmi təbabətdə xərçəng, mədə-bağırsaq, öskürək, vərəm, qızılça, 
sarılıq,  dizenteriya,  eləcə  də  bir  neçə  tromboflobit  xəstəliklərində  bitkidən  hazırlanan  preparatlar 
tətbiq edilir. 
Eyni  zamanda  boğaz,  burun-qulaq,  həzm  yollarında  və  uĢaqlıqda  əmələ  gələn  ĢiĢlərin 
müalicəsində də istifadə edilir. 
Canavargiləsindən  cövhəriın  hazırlanması.  30  q  quru  qabıq  hissəsindən  götürüb  0,5  litr 
arağın  içərisinə  tökün,  2  həftə  qaranlıq  yerdə  saxlayın.  AlınmıĢ  sarımtıl  rəngli  mayedən  1  damcı 
götürüb 200 ml qaynadılmıĢ ilıq su ilə qarĢdırıb gündə 3 dəfə daxilə qəbul etmək məsləhət görürlür. 
Prosesi 30 damcıya çatdırmaqla 30 gün davam etidrmək olar. 
20-30  q  canavargiləsi  götürüb  100  ml  suda  dəmləyir,  gündə  5  ml  daxilə  qəbul  edərək 
epilepsiya xəstəliyini müalicə edirlər. Müalicə üsulu o qədər effektiv təsir göstərir ki, yatmıĢ xəstəni 
belə tərpədib oyada bilmirsən. Bitkidən alınan Ģirədən həĢərat sancmalarında da istifadə edilir. 
Canavargiləsindən  müalicəvi  mazın  hazırlanması:  5  hissə  cövhərindən  götürüb  10  hissə 
vazelin  və  ya  kərə  yağı  ilə  qarıĢdırıb  alınan  mazdan  revmatizm,  nevralgiya,  podaqra  ağrılarında 
sürtkü  kimi  istifadə  edilir.  Meyvəsini  distillə  olunmuĢ  suyuna  töküb  qaynadaraq  cövhərini 
hazırlayıb mədə xərçəngində stəkanın 1/4 hissəsi qədər daxilə 
qəbul edin.  
 
ĠYDƏ – Elaeagnaceae Juss. fəsiləsi  
Çaytikanı - «Sibir ananası» - Hippophae rhamnoides 
L. 
 
Dünya  florasının  tərkibində  iydə  fəsiləsinin  3  cinsinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə