Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   72   73   74   75   76   77   78   79   ...   149

151 
 
və 66-ya qədər növünə rast gəlmək olar. Bu növlər ağac və kol bitkiləri olub yer kürəsinin mülayim 
və  subtropik  iqlim  zonalarında  yayılmıĢdır.  Ġydə  fəsiləsinə  aid  olan  növlərin  əksəriyyəti  qida, 
dərman,  aĢı,  boyaq,  nektar  və  bəzək  bitkisi  hesab  edilir.  Bu  cinslər  arasında  xalq  təsərrüfatmm 
müxtəlif sahələrində istifadə olunan çaytikanı növü xüsusi yer tutur. 
Çaytikanı - Hippophae rhamnoides L. yunan sözü olub, botaniki adının mənası «hippos - at, 
phae - parlaq, rhaminos - tikan, eides - növ» mənasını bildirir. 
Bitkinin  çiçək  və  giləmeyvəsinin  saplaqları  çox  qısadır.  Budaqlarının  hər  tərəfindən  sıx 
giləmeyvə ilə əhatə olunmasına görə ona çaytikanı (oblepixa) adı verilmiĢdir. 
Hazırkı dövrə qədər botaniklər çaytikanı cinsinin 3 növə mailk olduğunu qeyd edirlər. 
ArmudaoxĢar çaytikanı - H.rhamnoides L., söyüdyarpaq çaytikanı - H. rh. salicifolia D.Don. 
və Tibet çaytikanı — H. rh. tibetana Schlecht. 
Tibet çaytikanı 1869-cu ildə botanik ġlextendan tərəfindən, söyüdyarpaq çaytikanı isə 1825-
ci ildə ingilis botaniki David Donom tərəfindən təsvir edilmiĢdir. 
Bu növlər içərisində ən qiymətlisi isə adi çaytikanı hesab edilir. 
Təcrübə  sahəsində  əkilib-becərilən  çaytikanı  bitkisi  sanki  zəngin  bir  «qızıl  xəzinəsini» 
xatırladır. Bu qəribə bitki Rusiya ərazisində 200 ildən artıqdır ki, mədəni halda becərilir. Bu sirli və 
ecazkar  bitkinin  gözəl  görünüĢünə  və  nadir  müalicəvi  xüsusiyyətlərinə  görə  «qızıl»,  «qızıl 
giləmeyvə», «qızıl bəhrə» xoĢ ekzotik ətrinə və iyinə görə «sibir ananası» adlandırırlar. 
Müalicə məqsədləri üçün bitkinin bütün hissələrindən istifadə edilir. 
Çaytikanı  -  Hippophae  rhamnoides  L.  hündürlüyü  2-5(10)  m-ə  çatan  qol-budaqlı,  tikanlı 
koldur.  Lanset  formalı,  üst  hissəsi  tünd-yaĢıl,  alt  hissəsi  isə  gümüĢü-ağ  rəngli,  gödək  saplaqlı 
yarpaqları  var.  Aprel-may  aylarında  çiçəkləyir.  Erkək  çiçəkləri  gümüĢü-qonur,  diĢi  çiçəkləri  isə 
sarımtıl  rəngdə  olub,  sünbül  formasında düzülmüĢdür.  Sarı,  qızılı-sarı  və  ya  narıncı-qırmızı  rəngli 
giləmeyvələri  scntyabr-oktyabr  aylarında  yetiĢir.  Girdə,  oval  və  uzunsov  formalı  gilələri  noxud 
boyda olur. Meyvəsinin dadı turĢməzə, turĢməzə-Ģirin və ətirlidir. Çaytikanı kolları 3 və 4-cü ildən 
baĢlayaraq məhsul verir. 5-6 yaĢlı kollardan orta hesabla 1-2 kq, sonrakı illərdə isə 5-8 kq məhsul 
alınır. 
Çaytikanı  yabanı  halda  Orta  Asiyada,  Qafqazda,  ġərqi  və  Qərbi  Sibirdə,  Altayda  geniĢ 
yayılmıĢdır. 
Azərbaycanda  çaytikanına  Alazan  çayı  vadisində,  Quba-Xaçmaz,  ġəki-Zaqatala 
bölgələrində,  Oğuz,  Qəbələ,  Balakən,  Kəlbecər,  Ağdərə,  Lənkəran  rayonlarında, Naxçıvan  MR-də 
dəniz  səviyyəsindən  1900-2000  m  hündürlükdə  kolluqlar  Ģəkilində  təsadüf  edilir.  Bu  bitki  ən  çox 
çay vadilərində, qumsal yerlərdə bitir. 
Təəssüf ki, respublikamızda bu qiymətli bitkinin qorunub saxlanılmasına az qayğı göstərilir. 
MeĢə  təsərrüfatı  idarələri,  təbiəti  mühafızə  təĢkilatları  onun  kütləvi  surətdə  qınlmasının  qarĢısını 
almaq üçün ciddi tədbirlər görməlidirlər. 
Çaytikanı meyvəsinin fitokimyəvi tərkibi. 
Bir  sıra  alimlərin  tədqiqatları  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  çaytikanı  bitkisinin 
meyvələrinin  kimyəvi  tərkibi  yayıldıqları  ekoloji-coğrafi  ərazilərin  iqlim,  temperatur,  iĢıq  və 
torpağın xüsusiyyətindən asılı olaraq müxəlif olur. 
Məsələn  Qafqaz  və  Abxaziya  ərazilərində  yayılan  çaytikanı  meyvələrinin  tərkibində  73,8-
74,4% su, 0,35-0,63% Ģəkər, o cümlədən 0,14% saxaroza, 2,64-3,2% turĢu və 5,03% yağ tapıldığı 
halda, Sibirdə yayılan çaytikanı meyvələrinin tərkibində 82,3-83% su, 2,4-3,0% Ģəkər, o cümlədən 
1,6-1,9%  qlükoza  və  0,1-1,0%  fruktoza,  2,3-2,7%  müxtəlif  tərkibli  turĢular,  0,12%  aĢı  maddələri, 
meyvəsinin  Ģirəsində  və  toxumunda  isə  8,8-12,3%-ə  qədər  yağ  maddəsi  aĢkar  edilmiĢdir 
(Afanasyeva və b.). 
Altay  vilayətində  yayılan  çaytikanının  növ  və  sortlarının  meyvələrinin  tərkibində  isə  3,9-
6,5% Ģəkər, o cümlədən 0,3-1,9% saxaroza, 1,04-2,4% turĢular, 0,02-0,06% aĢı maddələri vardır. 
Yayıldığı  ekoloji  Ģəraitdən asılı  olaraq  bitkinin  kimyəvi  tərkibində  kəskin  dəyiĢikliklər  baĢ 
verir.  Monqolustanda  yayılan  çaytikanı  meyvələrinin  tərkibində  15,7-18,6  quru  maddə,  2,2-4,0% 
Ģəkər, 2,2-3,2% müxtəlif turĢular, 2,2-3,2% kül maddəsi olduğu halda, ġimali Qafqaz zonalarında 
yayılan çaytikanı cinsinin növ və sortlarının meyvəsinin tərkibində isə 16,3-20,6% quru maddə, 4,8-


152 
 
5,7% yağ, 3,21-4,06% turĢu maddələri, vitaminlər, makro və mikroelementlər tapılmıĢdır. 
Çaytikanı  meyvələri  mineral  maddələrlə  də  zəngındir.  Onun  tərkibində  15-ə  qədər 
mikroelementlər, o cümlədən Mg, Mn, B, S, Si, Zn və s. olduğu müəyyən edilmiĢdir. 
F.Əzizov  və  A.Salamov  1992-ci  ildə  Azərbaycanın  ġəki-Zaqatala  ərazilərində  yayılan 
yabanı çaytikanı bitkisinin müxtəlif orqanlarda mikıoelementləri paylama qanunauyğunluqlarını və 
meyvələrinin kimyəvi tərkibini ətraflı öyrənərək maraqlı elmi və pıaktiki nəticələr əldə etmiĢlər.  
Çaytikanı  meyvəsinin  tərkibi  bir  çox  qiymətli  maddələrlə  zəngindir.  Onun  tərkibi  5  saylı 
cədvəldə göstərilmiĢdir. 
 
Cədvəl 5. DondurulmuĢ çaytikanı meyvəsinin kimyəvi tərkibi (%-lə). 
Maddələr 
Dənəsiz 
Dənə ilə birlikdə 
ġirə 
Su 
82,29 
82,45 
82,88 
Qlükoza 
1,96 
1,66 
1,86 
Fruktoza 
1,00 
0,70 
0,55 
Saxaroza 
1,7 
1,9 
2,0 
ġəkərin ümumi miqdarı 
2,96 
2,36 
2,41 
Alma turĢusu 
2,64 
2,30 
2,74 
Sellüloza 
0.54 
4,77 

AĢı maddəsi 
0,12 
0,14 
0,15 
Yağ 
8,8 
10,2 
12,5 
Qeyri-üzvi maddələr 
0,45 
0,49 
0,51 
Pektin 
0,05 
0,08 
0,09 
ġəkərin turĢuluğa nisbəti 
1,12 
1,02 
0,88 
 
Alimlər  öyrənmiĢlər  ki,  çaytikanı  meyvəsində  olan  C  vitamini  ondan  müxtəlif  məhsullar 
hazırlayan  zaman  baĢqa  meyvələrdəki  C vitaminindən  daha  davamlı  olur.  Alimlər  bunun  səbəbini 
çaytikanı meyvəsinin tərkibində askorbinaza fermentinin olmaması ilə izah edirlər. 
E  vitamini  (tokoferol).  E  vitaminin  miqdarına  görə  çaytikanı  bütün  meyvə  və  giləmeyvəli 
bitkilərin içərisində birinci yeri tutur. 
Karotin  (provitamin  A).  Çaytikanının  qırmızı  rəngdə  olan  meyvəsində  karotin  daha  çox 
toplanır. Belə ki, qırmızı rəngli meyvənin tərkibində 3,3-8,5 mq% karotin olur. Karotin meyvənin 
tərkibində həll olmuĢ Ģəkildədir, meyvəyə parlaq-narıncı rəng verir. 
Çaytikanı meyvəsinin tərkibində mürəkkəb quruluĢlu piqment maddələri var. 
Özbəkistan EA-nın üzvi kimya institutunun əməkdaĢları 1950-ci ildə çaytikanı meyvəsinin 
kimyəvi analizi zamanı meyvənin  yağının tərkibində zeaksantin, likopin, α və β-karotin, həmçinin 
quruluĢu  məlum  olmayan  bir  neçə  piqment  maddəsi  tapmıĢlar.  α  və  β-karotin  ümumi  piqment 
maddəsinin 20%-ni təĢkil edir. 
Çaytikanı meyvəsindəki karotinoidin miqdarı ən çox karotinoid saxlayan kök, balqabaq və s. 
tərəvəz bitkilərindən bir neçə dəfə çox olur. Ona görə də çaytikanı meyvəsi karotin almaq üçün ən 
əlveriĢli xammal hesab oluna bilər. 
B
1
,  B
2
,  B
6
  vitaminıəri.  Müxtəlif  tədqiqatçıların  apardıqları  kimyəvi  analizlər  nəticəsində 
müəyyən edilmiĢdir ki, çaytikanının müxtəlif formalarında 0,16-0,035 mq% B
l
, 0,03-0,05 mq% B
2

0,79 mq% B
6
, toxumlarının tərkibində isə 0,28 mq% B
l
, 0,38 mq% B
2
 və s. var. 
Bitkidə  P  vitamini  (flavonoidlər)  və  baĢqa  maddələr  də  aĢkar  edilmiĢdir.  Çaytikanının 
tərkibində olan flavonoid birləĢmələri bitkinin erkəkcik və diĢiciyinin arasında olan fərqi müəyyən 
etmir. 
YetiĢməmiĢ  və  yetiĢmiĢ  çaytikanı  meyvəsinin  tərkibində  altıya  qədər  flavonoid  birləĢməsi 
olduğu  müəyyən  edilmiĢdir.  Bundan  baĢqa  onun  tərkibində  bir  sərbəst  izoramentin  və  onun 
qlükozidi tapılmıĢdır. 
Narıncı  çaytikanının  yetiĢmiĢ  meyvəsinin  tərkibində  24-45  mq%  flavonoid  olur.  Onlar 
qlükozid  xüsusiyyətli  maddələr  olub,  P  vitamini  xassələrinə  malikdirlər.  Bunlar  askorbin 
turĢusunun oksidləĢməsində inhibitor rolunu oynayırlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə