Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   75   76   77   78   79   80   81   82   ...   149

157 
 
öyrənərkən  də  müsbət  nəticələr  alınmıĢdır.  Gözün  buynuzlu  qiĢasında  aparılan  cərrahiyyə 
əməliyyatında  yaranın  üzərinə  yağ  sürtülməsi  onun  yağ  süıtülməyən  yaraya  nisbətən  3  gün  tez 
sağalmasına səbəb olmuĢdur. 
Çaytikanı yağının bərpaedici xüsusiyyətləri gözünün buynuzlu qiĢası pozulmuĢ ev dovĢanı 
üzərində aparılan təcrübələrlə öyrənilmiĢ və müsbət nəticələr əldə edilmiĢdir. Belə ki, bir müddət 
keçəndən sonra evdoĢanının gözünün buynuzlu qiĢası bərpa olunmuĢdur. 
Çaytikanı yağı ilə burun boĢluğunun selikli qiĢasının iltihabı da müvəffəfəqiyyətlə müalicə 
edilir. Yağla həmçinin dəridə əmələ gələn Ģüa xəstəliklərini və arteroskleroz xəstəliyini sağaldırlar. 
Bir sözlə, çaytikanı yağı orqanizmdə əmələ gələn müxtəlif yaraların, bağırsaq iltihablarının, 
qan azlığının və s. xəstəliklərin müalicəsində çox qiymətli dərmandır. 
KeçmiĢdə  yunanların  müqəddəs  saydıqları  at  xəstələndikdə,  çaytikanının  cavan  zoğları  və 
yarpaqları  ilə  müalicə  edərmiĢlər.  Belə  ki,  xəstə  at  çaytikanının  zoğları  və  yarpaqları  ilə 
yemləndikdən bir az sonra onun tükləri parıltılı, iĢıltılı bir görkəm alır və tezliklə sağalır. Rəvayətə 
görə  çaytikanının  yunanca  adı  da  buradan  əmələ  gəlmiĢdir.  Hippophae  –  hippos  -  at,  phae  - 
parıldamaq, iĢıldamaq deməkdir. 
Göründüyü  kimi,  hələ  qədim  zamanlardan  insanların  çaytikanı  ilə  yaxından  maraqlanması 
nəticəsində  müəyyən  edilmiĢdir  ki,  bu  bitkinin  çiçəkləri,  meyvələri,  yarpaqları,  cavan  zoğları, 
oduncağı,  kökü  və  s.  xalq  təsərrüfatının  bir  çox  sahələrində  istifadə  olunmuĢ  və  hal-hazırda  bu 
istifadə daha geniĢ miqyas almıĢdır. 
Çaytikanı  oduncağının  külündə  çoxlu  potaĢ,  yarpaqlarında  isə  10%-ə  qədər  aĢı  maddəsi 
olduğu aĢkar olunmuĢdur. 
Balın insan həyatında xeyiri qədim zamanlardan hamıya məlumdur. Ancaq onun gözəl ətirli, 
tərkibcə  daha  keyfiyyətli  olması  həmin  balın  hansı  bitkilərdən  çəkilməsindən  bilavasitə  asılı  olur. 
Ondan ahnan bal Ģəffaflığına, ətrinə, keyfiyyətinə görə çox yüksək üstünlüyə malik olur. 
Çaytikanı  uzunömiirlüdür.  80  ilə  qədər  yaĢayır,  oduncağı  sarı  rəngdə,  nazik  təbəqəli,  çox 
möhkəm və davamlıdır. 
Biz  çaytikanının  soğan,  zoğ,  yarpaq,  oduncaq  və  meyvələrindən  boya  ekstraktı  hazırlayıb 
yun, ipək və pambıq məmulatlarını sarı, sarı-narıncı, narıncı, qızılı-sarı, yaĢılımtıl, zeytunu, tütünü, 
tütünü-yaĢıl,  bozumtul,  açıq-qəhvəyi,  tünd  qəhvəyi,  Ģabalıdı,  qaramtıl,  kərpici  və  s.  rəng  və 
çalarlarla boyadıq. 
Respublikamızda  ilk  dəfə  olaraq  Azərbaycan  MEA-nın  Qeyri-üzvi  və  fıziki-kimya 
institutunun  nəzdində  fəaliyyət  göstərən  «Xususi  konstruktor»  bürosunun  direktoru  k.e.d. 
Qəhrəman Həsənov ilə mənim rəhbərliyimlə, 6 laboratoriyanın alim, mühəndis və texniki iĢçilərinin 
yaxından  köməkliyi  sayəsində  çaytikanı  meyvəsindən  ildə  istehsal  gücü  500  ton  olan  ekstrakt  və 
yağ  məhsulu  istehsal  edən  zavodun  layihə  texniki  sənədləri  hazırlanıb  müvafiq  təĢkilatlara  təhvil 
verilmiĢdir. 
Çaytikanının  yarpaq  və  kök  hissəsindən  hazırlanan  dəmləmə  və  cövhərlərdən  zəhərlənmə, 
angina,  stomatit  və  gingivit  vaxtı,  podaqra  və  revmatizmdə  istifadə  edilir.  «Qızıl  xəzinəsi»  hesab 
edilən  çaytikanının  müalicəvi  xüsusiyyətləri  haqqında  çoxlu  əfsanələr,  fərziyyələr  də  mövcuddur. 
Onun bütün hissələrində, o cümlədən də giləmeyvəsində insan orqanizmi üçün vacib sayılan çoxlu 
miqdarda qiymətli makro və mikroelementlər tapılmıĢdır. 
Giləmeyvəsindən  alınan  Ģirəsi  həzm  prosesini  stimullaĢdırır,  qanda  xolesterinin  miqdarını 
aĢağı salır. O, toyuq korluğunda, kataraktın müalicəsində, qəbizlikdə, hipertoniyada, ürəyin iĢemik 
xəstəliklərində, avitaminozda yaxĢı təsir göstərir. 
Diqqət!  Çaytikanının  təzə  meyvələri  mədə  yarası  və  sidik  kisəsi  xəstəliklərində  əks  təsirə 
malikdir, yəni bu xəstəlikdən əziyyət çəkənlərə istifadə etmək olmaz. 
Çaytikanından müalicə preparatlarının hazırlanması. 
Revmatizm,  artrit,  podaqra  zamanı.  XırdalanmıĢ  yarpaqlarının  üzərinə  2  stəkan  qaynar  su 
töküb 5 dəqiqə müddətində qaynadın. Süzdükdən sonra gündə 3-4 dəfə stəkanın 1/4 hissəsi qədər, 
yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. 
Oynaqlarda ağrı zamanı. Spirtli cövhərdən masaj məqsədilə istifadə edə bilərsiniz.  Bunun 
üçün 5 xörək qaĢığı xırdalanmıĢ təzə yarpaqlarını butılkaya töküb, üzərinə 0,5 litr araq əlavə edib, 


158 
 
qaranlıq  yerdə  10  gün  saxladıqdan  sonra  süzün.  AlınmıĢ  məhlulu  axĢamlar  oynaqlara  sürtdükdən 
sonra  üstündün  yumĢaq  yun  parça  ilə  bağlayın.  Ağrıyan  nahiyələri  yarpaqlardan  hazırlanmıĢ  tünd 
qatı  məhlulla  ovuĢdurmaq  olar.  Bunun  üçün  yarpaqlarından  müəyyən  miqdarda  götürüb  qazana 
tökün. Üzərinə azacıq su əlavə edib (su yarpaqları örtənədək) vam odda 10 dəqiqə qaynadın, süzüb 
isti halda gecələr yatmazdan əvvəl ağrıyan nahiyələrə sürtün. 
Angina, gingivit, stomatit zamanı. 1 xörək qaĢığı xırdalanmıĢ yarpaqların üzərinə 1 stəkan 
qaynar su töküb 10 dəqiqə qaynadın. Süzdükdən sonra boğaz və ağzınızı gündə 6 dəfə bu məhlulla 
yaxalayın. 
Diareya  zamanı.  Çaytikanının  qurudulmuĢ  və  xırdalanmıĢ  yarpaqları  və  budaqlarının 
üzərinrə soyuq su töküb, odda 5 dəqiqə qaynadın. Bir saat saxlayıb süzün və bir dəfəyə daxilə qəbul 
edin. 
Çaytikanı  yağının  canlandırma  qüvvəsi.  Çaytikanınm  ən  qiymətli  hissəsi  onun 
meyvəsindən hazırlanan yağıdır. Bunun yağını heç bir bitkidən alınan yağla əvəz etmək olmaz. Bu 
çətin  sağalan  yaraların,  yanıqların,  don  vurmanın,  Ģüa  zədələnmələrinin,  trofik  yaraların, 
ekzemaların müalicəsində geniĢ istifadə edilir. 
Mədə  və  onikibarmaq  bağırsağın  xəstəlikləri  zamanı.  Çay  qaĢığının  1/2  hissəsi  qədər 
çaytikanı yağından götürüb gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. 
Uşaqlıq  yollarının,  eləcə  də  kolitin  müalicəsi  zamanı.  Pambıq  tamponu  yağla  isladıb 
uĢaqlıq  yoluna  yeritmək  lazımdır.  YaxĢı  olar  ki,  əməliyyatı  hər  gün  axĢamlar  yerinə  yetirəsiniz. 
Müalicə müddəti 10-12 gündür. 
Avitaminoz, anemiya zamanı. 3 xörək qaĢığı çaytikanı Ģirəsi, 1/2 stəkan nanə dəmləmsi, 1 
xörək  qaĢığı  bal  və  isti  qaynar  su  götürün.  Bütün  komponentləri  ehtiyatla  bir-birilə  qarıĢdırın, 
qapaqla ağzını örtüb 2 saat soyuducuda saxlayın. Aldığınız çaytikanı-nanə içkisindən gündə 2 dəfə 
səhər və günorta yeməyinə 1 saat qalmıĢ qəbul edin. Müalicə kursu 10-14 gündür. 
Dəridə baş verən allergiyanın müalicəsində. 1 xörək qaĢığı təzə çaytikanı giləmeyvəsindən 
götürüb 1 stəkan qaynar suya töküb zəif od üzərinə qoyun, 7-10 dəqiqə biĢirin və 1 saat dəmləyib 
süzün. Aldığınız isti cövhərdən stəkanın 1/2 hissəsi qədər gündə 2-3 dəfə yeməkqabağı qəbul edin. 
Sonra aldığınız ekstraktdan tənzifə hopdurub hər 3 saatdan bir xəstə nahiyəyə qoyub 10-15 dəqiqə 
saxlayın. Müalicə kursu 7-10 gündür. 
Maddələr mübadiləsi pozuntularında, şəkərli diabet zamanı. Köməkçi vasitə kimi 3 xörək 
qaĢığı qurudulmuĢ itburnu meyvəsi götürüb termosa tökün və üzərinə 5 stəkan qaynar su əlavə edib 
yarım  saat  dəmləyib  süzün.  Aldığınız  cövhərin  üzərinə  4  xörək  qaĢığı  çaytikanı  Ģirəsi,  3  xörək 
qaĢığı  bal  əlavə  edib  ehtiyatla  qarıĢdırın.  Ekstraktdan  gündə  2-3  dəfə  yeməkqabağı  stəkanın  2/3 
hissəsi qədər qəbul edin. Müalicə kursu 3 həftədir. 
Uzun  sürən  xəstəlik  və  əsəb  gərginliyi  zamanı.  3  ədəd  turĢ  alma  götürüb  sürtgəcdən 
keçririn.  Aldığınız  sıyığın  tərkibinə  3  stəkan  qaynar  su  əlavə  edib  1  saat  dəmləyib  süzün. 
Dəmləmənin tərkibinə  2  xörək  qaĢığı  kök  və  çaytikanı  Ģirəsi əlavə edin.  Ġçkidən 2-3  dəfə  yeməyə 
yarım saat qalmıĢ qəbul edin. Müalicə kursu 7-10 gündür. 
Maqnit burulğanı zamanı qan təzyiqində vaş verən nasaz dəyişikliyin aradan qaldırılması 
üçün. Qan təzyiqi yüksək olan zaman hər 1 kq çəkiniz üçün 1 q olmaqla gündə 2-3 dəfə çaytikanı 
Ģirəsi,  aĢağı  olan  zaman  isə  2  q/1  kq  çəki  hesabı  ilə  qəbul  edin.  Müalicə  kursunu  vəziyyətiniz 
yaxĢılaĢana qədər davam etdirin. 
İmmuniteti möhkəmləndirmək məqsədilə. Hər gün 3-4 dəfə yeməkdən sonra 1 xörək qaĢığı 
çaytikanı yağı qəbul edin. Müalicə kursu 1-2 gündür. 
Uşaqlarda  baş  verən  adenoidin  müalicəsi  zamanı.  Əlavə  vasitə  kimi  3  xörək  qaĢığı 
çaytikanı yağı, 1 xörək qaĢığı təzə soğan Ģirəsi, 2 xörək qaĢığı zeytun yağı, 1 xörək qaĢığı maya, bal 
götürün.  Bütün  komponentləri  ehtiyatla  bir-birilə  qarıĢdırın.  Pambığı  çox  da  nazik  olmayan 
sapaoxĢar  vəziyyətə  salın  və  aldığınız  məhlul  ilə  isladıb  burun  dəliklərinə  qoyub  20  dəqiqə 
saxlayın. Əməliyyatı gündə 1-2 dəfə təkrar edin. Müalicə kursu 2-3 həftədir. 
Gec  sağalan  yaraları  müalicə  etmək  üçün.  Pipetkanı  çaytikanı  yağı  ilə  doldurub  xəstə 
nahiyəyə yeridib tənzif və yaxud salfetka ilə örtüb sarıyın. Sarğını gündə bir dəfə dəyiĢin. 
Təzə  çaytikanı  meyvəsini  əzib  sıyıq  halına  salıb  5:1  nisbətində  bitki  yağı  ilə  qarıĢdırın, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə