Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   4   5   6   7   8   9   10   11   ...   149

15 
 
sıyıq  halına  salaraq  Ģəkər  tozu,  vanil,  duz  əlavə  edib  yenidən  xəmirlə  qarıĢdırın.  Tavanın  dibini 
yağlayıb orta dərəcəli odun üzərinə qoyub oladini biĢirin. 
Sağlamlaşdırıcı təsirə malik banan kreminin hazırlanması. 1 ədəd yumurta, 1 stəkan süd, 2 
ədəd  orta  böyüklükdə  banan,  limon  qabğından  hazırlanmıĢ  toz,  1  xörək  qaĢğı  kiĢmiĢ,  zövqünüzə 
görə Ģəkər tozu götürün. 
Yumurta köpük verənə qədər qarıĢdırıb üzərinə ĢirinləĢdirilmiĢ süd, nazik doğranmıĢ banan, 
qurudulmuĢ limon qabığı, kiĢmiĢ əlavə edib su hamamında biĢirin. BiĢirməni kütlə qatılaĢana qədər 
davam etdirin. Sonra soyudub süfrəyə verin. 
Banandan  hazırlanan  şirin  qida.  3  ədəd  banan,  4  xörək  qaĢığı  Ģəkər  tozu,  1  stəkan 
qaynanmıĢ su, çay qaĢığının 1/4 hissəsi qədər limon turĢusu götürün. 
Ġri banan meyvəsini xırda hissələrə doğrayıb üzərinə 2 xörək qaĢığı Ģəkər tozu əlavə edin və 
bir cinsli kütlə alınana qədər qarıĢdırın. Sonra stəkanın 3/4 hissəsi qədər su götürüb Ģəkər tozunun 
qalan hissəsini əlavə etməklə qaynama həddinə gətirib üzərinə jelatin, limon turĢusu, əzilmiĢ banan 
əlavə edib od üzərinə qoyub qarıĢdrra-qarıĢdıra 30-40 dərəcəyə qədər qızdırın. Krem halına düĢəndə 
formaya salıb soyuducuda yarım saat saxladıqdan sonra süfrəyə verin. 
Banandan  yeni  il  kokteylinin  hazırlanması.  2  xörək  qaĢığı  banandan  hazırlanmıĢ  likör, 
stəkanın 1/2 hissəsi qədər limon qarıĢıqlı kokteyli, yetiĢmiĢ banan, 2 stəkan doğranmıĢ buz parçası, 
bir neçə ədəd doğranmıĢ limon dilimi götürün. 
Limon  qarışığının  hazırlanması.  Stəkanın  3/4  hissəsi  qədər  limon  Ģirəsi,  6  xörək  qaĢığı 
Ģəkər  tozu,  3  xörək  qaĢığı  çalınmıĢ  köpük  formalı  yumurta  zülalı  götürün.  QızdırılmıĢ  qabın 
içərisinə 4 xörək qaĢığı su töküb yavaĢ-yavaĢ Ģəkər tozu əlavə edib qatı Ģərbət alınana qədər biĢirin. 
Sonra  odun  üzərindən  götürüb  üzərinə  limon  Ģirəsini,  köpükləĢmiĢ  yumurta  zülalı,  banan  Ģirəsini, 
xırdalanmıĢ  banan  hissələrini  əlavə  edin.  Qədəhin  2/3  hissəsini  buzla  doldurub,  üzərinə  aldığınız 
qatı kütləni əlavə edin və üstünü limon dilimləri ilə bəzəyib süfrəyə verin. 
 
SOĞANKĠMĠLƏR – Alliaceae J.Agardh fəsiləsi 
Qalib soğan – Allium victorialis L. 
 
Bu  hündürlüyü  20-50  sm  olub,  sarımsaqiyli  bitkidir.  Çox  da  böyük  olmayan  kök 
yumrularından  2-3  lansetvari  yaĢıl  yarpaqlar  əmələ  gəlir.  Xırda,  yaĢılımtıl,  ağ  çiçəkləri,  ĢarĢəkilli 
çətirdə  toplanmıĢdır.  Iyun-iyul  aylarında  çiçək  açır.  Bitkinin  yaĢıl  hissəsinin  tərkibi  çox  qiymətli 
kimyəvi birləĢmələrlə zəngin olduğundan özünəoxĢar baĢqa növlərindən fərqlənir.  
Qalib  soğanın  tərkibində  1,4%  kül,  100-200  mq%  C  vitamini,  24%  zülal,  6,5%  sulu 
karbohidratlar, 1%-ə qədər sellüloza, 89% su, 0,1% üzvü turĢular, 4 mq% karotin, B vitamini qrupu 
aĢkar edilmiĢdir. Bitki salat, ət və balıq xörəklərinə əlavə olunmaqla istifadə edilir. 
Azərbaycan  ərazisində  qalib  soğana  Quba  rayonunda  yayılan  meĢəlik  sahələrdən  tutmuĢ 
subalp çəmənliklərinə qədər rast gəlmək olar. Bitkiyə dağ çəmənliklərində də təsadüf edilir.  
Xalq  təbabətində  qalib  soğandan  hazırlanan  cövhərdən  qızdırma,  revmatizm  zamanı 
kompres  kimi  istifadə  edilir.  Bitki  çiy  halda  öskürək,  qurd  əleyhinə,  ateroskleroz,  qalxanabənzər 
vəzinin xəstəlikləri zamanı və iĢtahanın artırılması məqsədilə yeyilir. Bunun üçün bitkidən turĢuya 
və duza qoyulmuĢ halda istifadə etmək olar.  
Qalib soğan orqanizmin möhkəmləndirilməsində, soyuqdəymədə, mikrob əleyhinə, tərlədici, 
sidikqovucu kimi dizenteriyanın, köpmənin qastroentritin və s. müalicəsində də iĢlədilir. 
Qadınlar  qalib  soğandan  trixomonad  parazitinin  müalicəsində 
istifadə edirlər. Bir ədəd soğanaqdan götürüb tənzifə bükür və uĢaqlıq 
yoluna  qoyub  4-6  saat  saxlayırlar.  Bitkinin  Ģirəsindən  qulaq 
ağrılarında,  irinləmədə  damcı  kimi  istifadə  olunur.  Suda 
durulaĢdırılmıĢ Ģirəsindən göz soyuqdəymələrində yuyucu kimi istifadə 
edilir.  
Qalib soğandan qocalığın qarĢısının alınmasında istifadə edilir. 
Soğanı sıxıb Ģirəsini çıxarın və spirtlə qarıĢdırıb (bunu bitkini əzib spirt 
əlavə  etməklə  də  aparmaq  olar)  10-12  gün  qaranlıq  yerdə  otaq 


16 
 
temperaturunda  saxlayın.  Bundan  baĢqa  qalib  soğan  yarpağı,  güllücənin  yaĢıl  hissəsi  və  zəncəfil 
kökündən  götürüb  cövhərini  hazırlayın.  Aldığınız  spirtli  cövhərdən  gündə  3  dəfə  yeməyə  20-30 
dəqiqə qalmıĢ 50-70 damcı qəbul edin.  
Bundan baĢqa qalib soğanın cövhər və dəmləmələrinin köməyi ilə yorğunluğu, yuxusuzluğu, 
yuxarı  təzyiqi,  bağırsaq  pozuntularını  da  müalicə  edib,  aradan  qaldırmaq  olar.  Qalib  soğandan 
hazırlanan damcı vasitələrindən normadan artıq istifadə etmək olmaz.  
 
Sarımsaq – Allium sativum L.  
  
Səhərlər  bir  diĢ  sarımsağı  bir  tikə  çörəyə  sürtüb  yedikdən  sonra  üzərindən  su  içsəniz,  bir 
saatdan sonra qanınız saflaĢacaqdır. Bu məlumatı XVI əsrdə  yaĢamıĢ fransız astroloqu və həkimi, 
gələcəkdə dünyada nələr baĢ verəcəyini qabaqcadan xəbər verən və bunların əksəriyyətinin düzgün 
olması  ilə  məĢhurlaĢan  Nostradamus  demiĢdir.  Onun  elmi  əsərlərində  deyilir  ki,  ―Necə  edək  ki, 
sarımsağın köməyi ilə həmiĢə cavan qalaq‖. Bir qədər keçdikdən sonra sarımsağın müalicəvi təsiri 
elmi  əsaslarla  öz  təsdiqini  tapmıĢdır.  Sarımsağın  vətəni  Orta  və  Cənubi-Qərbi  Asiya  və  Aralıq 
dənizi ölkələrinin əraziləri hesab edilir. Yabanı halda isə Əfqanıstan, Hindistan, Qərbi Tyan-ġan və 
Qafqaz, eləcə də Azərbaycan ərazilərində yayılmıĢdır.  
Sarımsaq  bizim  eradan  bir  neçə  minilliklər  öncə  Orta  və  Cənubi-Qərbi  Asiya  ərazilərində 
mədəni  hala  keçirilmiĢdir.  Sarımsaq  haqqında  ilk  elmi  məlumatlara  bizim  eradan  əvvəl  III 
minillikdə təsadüf edilir. Bu məlumatlara biz Misir fironu N.Xeops dövründə piramida üzərindəki 
yazılarda rast gəlirik.  
Sarımsaq  –  Allium  sativum  L.  hündürlüyü  100-150  sm  olan  soğanaqlı  birillik  tərəvəz 
(ədviyyat) bitkisidir. Sarımsaq dünyanın əksər ölkələrində əkilib becərilir. Torpağın altında bir ədəd 
ağ  örtüklə  örtülmüĢ  diĢəbənzər  soğanağı  yerləĢir.  DiĢlərin  sayı  xırda  soğanaqlarda  3-5  ədəd,  orta 
irilikdə  olanlarda  6-12  ədəd,  daha  irilərində  isə  13-25  ədədə  qədər  olur.  Hər  diĢ  öz  pərdəsində 
yerləĢir,  bütün  diĢ  isə  birlikdə  bir  örtüyə  bükülür.  Sarımsaq  hər  baĢ  soğanağın  çəkisinə  görə  20 
qramdan  30-40  qrama  qədər  olur.  Dadı  isə  kəskin  tünd,  tünd,  yarımtünd  və  zəif  tünddür.  DiĢvarı 
soğanaqlarının  uzunluğu  bəzən  4  sm-ə  çatır. 
Yarpaqları hamar xətvarı olub uzundur, yuxarı hissəsi 
novĢəkillidir. Hər bir yarpaq daxilində sortlardan asılı 
olaraq  uzunluğu  15-50  sm-ə  qədər  yalançı  boru 
formasında  gövdə  əmələ  gəlir.  YaxĢı  inkiĢaf  etmiĢ 
bitkidə  yarpaqların  sayı  8-12  ədədə  çatır.  Gövdəsinin 
qurtaracağında  tutqun  ağ  və  yaxud  zəif  bənövĢəyi 
rəngdə  çoxsaylı  Ģarvari  çiçəkləri  mürəkkəb  çətirdə 
toplanır.  Çətir  bitkinin  çoxalıb  artmasında  bpyük  rol 
oynayır.  
Sarımsaq  çox  qiymətli  tərəvəz  bitkilərinin 
sırasına daxildir. Onun tərkibində 35%-ə qədər quru maddə, 27% sulu karbonlar, 8% zülal, inulin, 
fitonsid,  fitosterin,  yod,  Ģəkər  və  s.  maddələr  tapılmıĢdır.  YaĢıl  yarpaqlarından  isə  karotin,  B,  B
1

PP, 140 mq C vitaminləri aĢkar edilmiĢdir. Sarımsaqda 0,23-0,74% efir yağı aĢkar edilmiĢdir. Efir 
yağının  əsas  tərkib  hissəsini  allin  təĢkil  edir.  Bu  kükürd  tərkibli  amin  turĢusudur.  Sarımsaq 
əzildikdə  amilaza  fermentinin  tərkibindən  efir  yağı  enzimin  təsirindən  parçalanaraq  alisin, 
ammonyak və piroüzüm turĢusu əmələ gətirir. Bundan əlavə soğanağında 3,25% kül (mq/q), 18,40 
mq% K, 0,50 mq% Ca, 1,00 mq% Mg, 0,04 mq% Fe makroelementləri, Mn – 0,03, Cu – 0,35, Zn – 
0,41, Se – 3,33, Ni – 0,04, Pb – 0,02, B – 0,90 mq/q mikroelementləri aĢkar edilmiĢdir.  
Sarımsağın  kəskin  iyli  olmasına  səbəb  alisin  maddəsidir.  O,  bakterisid  xassəli  olamaqla 
sarımsağın əsas iyini təĢkil edir.  
Qədim zamanlarda sarımsaqdan ancaq müalicə məqsədləri üçün istifadə edilmiĢdir. Bunun 
müalicəvi  xüsusiyyətləri  haqqında  bizim  eradan  1550  il  qabaq  yazılmıĢ  papiros  ―Kodeks 
Obersada‖da geniĢ məlumatlar verilir. Sarımsaqdan ürək, damar, bağırsaq ağrılarında, həĢərat, ilan 
sancmalarında, müxtəlif ĢiĢlərin müalicəsində istifadə edilirdi. Bundan baĢqa qədim Yunanıstanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə