Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.

səhifə81/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   77   78   79   80   81   82   83   84   ...   149

161 
 
olunur. Balı ətirli, kəskin, Ģirin, yaĢılımtıl rəngli su kimi açıq-Ģəffafdır. Toxumunda 40-50%-ə qədər 
yağ saxlayır.  
Qiymətli  müalicəvi  xüsusiyyətə  malikdir.  Ġvançaydan 
hazırlanan  preparatlarla,  mədə,  prostat  vəzinin  adenoması,  əsəb 
sakitləĢdirməsində,  kolit,  qəbizlik,  qastrit,  boğaz,  burun,  uĢaqlıq 
qanaxmaları, yara və kəsiklər müalicə edilir.  
Ġvançaydan dərman preparatlarının hazırlanması.  
Maddələr  mübadiləsinin  nizama  salınmasında.  Bunun 
üçün 15 q bitkinin otundan götürüb 1 stəkan qaynar suya töküb 15 
dəqiqə qaynadın. Sonra 1,5 saat saxlayıb süzün və gündə 3 dəfə 1 
xörək qaĢığı yeməkqabağı qəbul edin.  
İmmunitetin 
nizama 
salınmasında, 
eləcə 
də 
möhkəmləndirilməsində, 
soyuqdəymə, 
ağrıların 
aradan 
qaldırılmasında,  böyrək  və  qaraciyərin  fəaliyyətinin  yaxşılaşdırılmasında,  hipertoniya, 
ateroskleroz,  nevrozun  müalicəsində  geniĢ  istifadə  olunur.  Bu  xəstəlikləri  müalicə  etmək  üçün 
aĢağıdakı  reseptdən  istifadə  etmək  məsləhət  görülür.  1  xörək  qaĢığı  ivançayın  yarpaqlarından 
götürüb 1 stəkan qaynar suya töküb qaynadın və 2 saat saxlayıb süzün. Dəmləmədən gündə 3 dəfə 1 
xörək qaĢığı qəbul edin.  
Şiddətli  aybaşı  qanaxmaları,  dizenteriya  və  ishal  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ 
otundan  götürüb  2  stəkan  qaynar  suya  tökün,  5  dəqiqə  qaynadıb,  1  saat  saxlayıb  süzün.  Aldığınız 
dəmləmədən gündə 3 dəfə 1 stəkan yeməkdən qabaq qəbul edin.  
Prostat vəzinin, eləcə də sidik kisəsinin soyuqdəymələri zamanı. 2 xörək qaĢığı qurudulmuĢ 
otundan götürüb 1 stəkan qaynar suya töküb 2 saat saxlayıb süzün.  AlınmıĢ dəmləmədən gündə 3 
dəfə yeməyə 20 dəqiqə qalmıĢ yarım stəkan qəbul edin.  
 
 
 
SUFINDIĞI – Trapaceae Dumort. fəsiləsi 
Sufındığı – Trapa hyrcana Woronow 
 
Dünya  florasının  tərkibində  sufındığı  cinsinin  25,  Azərbaycanda  isə  1  növü  məlumdur. 
Sufındığı – Trapa hyrcana  Woronow birillik su bitkisidir. Uzun, nazik və budaqlanan gövdəsinin 
uzunluğu  1,2-5,0,  bəzən  isə  3,5-4,0  metr  olub,  yarpaqlarının  kənarları  küt,  diĢvari,  tüklüdür. 
Meyvəsinin  uzunluğu  4,0-4,5,  eni  isə  2,0-2,5  sm-dir.  Respublikamızın  Lənkəran,  Masallı,  Astara, 
Zaqatala rayonlarının göl və bataqlıqlarında yayılmıĢ sufındığı qiymətli qida, dərman, boyaq və aĢı 
bitkisidir. 
Tərkibində  zəngin  qida  maddəsinin  olduğu  elmi  əsaslarla  təsdiq  edilmiĢdir.  Belə  ki,  hələ 
1891-ci  ildə  K.T.Pomanko  sufındığının  ləpəsinin  tərkibindən  0,460%  piyli  yağ,  1,498%  kitrə, 
3,278% Ģəkər, 8,4% zülal, 51,4% niĢasta, 0,6% sellüloza, 2,1% kül və s. maddələr aĢkar etmiĢdir. 
Neyman  isə  1899-cu  ildə  tərkibində  zəngin  sulu  karbohidrat 
maddələrinin olmasına, niĢastanın çoxluğu və Ģəkərin azlığına 
görə  sufındığının  keyfiyyətli  qida  bitkisi  olduğundan  xəbər 
verirdi.  Çəkisinin  66,46%-ni  ləpə,  33,54%-ni  isə  qabq  təĢkil 
edir.  Bundan  əlavə,  bitkinin  tərkibindən  bir  sıra  makro-  və 
mikroelementlər də aĢkar edilmiĢdir.  
Ġnsanlar  qida  məhsulu  kimi  sufındığından  hələ  çox 
qədim zamanlardan istifadə etməyə baĢlamıĢlar. Alim Laybax 
torf  sahəsindən  neolit  dövrünə  aid  15  sm  qalınlığında 
sufındığı  layı  aĢkar  etmiĢdir.  Həmin  dövrdə  daĢdan 
düzəldilmiĢ əl dəyirmanı da tapılmıĢdır. Alimlərin fikrinə görə 
həmin  əl  dəyirmanından  sufındığını  əzib  un  Ģəklinə  salmaq 
üçün istifadə olunmuĢdur. 1940-cı ildə Latviyada qazıntı iĢləri 


162 
 
aparılarkən  torflu  sahədə  ağacdan  düzəldilmiĢ  həvəngdəstə  də  aĢkar  edilmiĢdir.  Həmin 
həvəngdəstədə  sufındığı  qabıqdan  təmizlənirmiĢ.  Kiçik  Pliniy  qeyd  edir  ki,  Struma  və  Qeafusu 
sahillərində yaĢayan fraksiyaları sufındığının unundan keyfiyyətli çörək növləri biĢirmiĢlər. Mantu 
və  Ferrari  ərazilərində  yaĢayan  əhali  orta  əsrlərdə  sufındığından  biĢmiĢ  halda  istifadə  etməklə 
yanaĢı, onun unundan çörək və fəsəlli də biĢirirmiĢlər.  
Sufındığı Cənubi Afrika ölkələrində sakit axan çay, durğun göl və gölməçələrdə qida bitkisi 
kimi becərilr. Ən çox isə ada və çaylarla zəngin olan Viktoriya – Niassa gölündə əkilir. Ərazilərdə 
sufındığı o qədər çox bitir ki, hətta qayıqların hərəkətinə də mane olur. Afrikada yaĢayan əhali bu 
bitkidən müxtəlif çeĢidli xörəklər hazırlayır. Sufındığını çiy, qızardılmıĢ, həmçinin biĢirilmiĢ halda 
yeyirlər.  
D.Bunanın  yazdığına  görə  Hindistan  xalqları  sufındığı  məhsulunu  toplamağa  baĢladıqları 
günü  bayram  edirlər.  Çinlilər  ondan  çiy,  biĢirilmiĢ  və  qovrulmuĢ  halda  istifadə  etməklə  yanaĢı, 
unundan da dadlı sıyıq biĢirirlər. Bundan əlavə sufındığına un, Ģəkər tozu və yaxud bal qataraq çox 
keyfiyyətli  və  insan  sağlamlığı  üçün  böyük  əhəmiyyət  kəsb  edən  qida  məhsulu  hazırlayırlar. 
Meyvəsi  çox  ətirli  sərinləĢdirici  olduğundan  yay  aylarında  çinlilər  onu  həvəslə  yeyir  və  bir  sıra 
Avropa ölkələrinə ixrac edirlər.  
Sufındığından  spirtlə  çıxarıĢından  Erlix  ĢiĢlərini  əmələ  gətirən  hüceyrələrin  qarĢısının 
alınmasında iĢlədilir. Volqaboyunda yaĢayan əhali keçmiĢdə malyariya ağcaqanadı yayılan çay göl 
və gölməçələrə sufındığı əkərək, ondan həm mübarizə məqsədilə istifadə edir, həm də bol məhsul 
əldə  edirdilər.  Çində  bitkinin  qabığından  hazırlanan  çay  tonusartırıcı  vasitə  kimi  iĢlədilir. 
Sufındığından donuzların, ördək və qazların yemləndirilməsində də geniĢ istifadə edirlər. Yemləmə 
nəticəsində onlar qısa bir müddətdə piy bağlayır, ətləri çox ləzzətli olur. 
 Meyvəsindən  kofe  surroqatı  hazırlayıb  tonusartırıcı  çay  kimi  də  içirmiĢlər.  Çində, 
Hindistanda  sufındığının  meyvələrini  deĢib  saplara  düzərək,  boyunbağı  düzəldib  bazarlarda 
satarmıĢlar. 
 Bundan  baĢqa,  Qərbi  Avropa  və  Ġtaliyada  sufındığından  təsbeh,  boyunbağı  və  bəzək 
əĢyaları hazırlayırmıĢlar.  
Çində  «suĢabalıdı»  adlandırılan  bu  bitkini  ən  çox  Pekin,  Kanton,  Szyansu  və  Çcesyuan 
rayonlarında əkib-becərirlər. Həmin rayonlarda onun 15-dən çox növü əkilir. Çin əhalisi hər il min 
tonlarla  məhsul  tədarük  edərək  ondan  qida  və  mal-qara  üçün  yem  kimi  istifadə  edir,  qalanını  isə 
qonĢu  ölkələrə  göndərirlər.  Biz  isə  sufındığının  tullantı  Ģəklində  olan  qabıq  hissəsindən  boyaq 
ekstraktı hazırlayıb yun ipi sarı, narınc, boz, qəhvəyi, firuzəyi, zeytunu, qonur-qəhvəyi, Ģabalıdı və 
s. rəng və çalarlara boyadıq.  
 
KƏRƏVĠZKĠMĠLƏR – Apiaceae Lindl. fəsiləsi 
Çöl göytikanı (Zımbırtikan) – Eryngium campestre L. 
 
Cinsin dünya florası tərkibində 250-dən artıq növü yayılmıĢdır. Cinsin növlərinə ən çox Yer 
kürəsinin isti və mülayim iqlim zonalarında rast gəlmək olar. Bitkinin 
Qafqazda  7,  o  cümlədən  də  Azərbaycanda  4  növünə  rast  gəlmək  olar. 
Bu  növlərin  içərisində  müalicə  məqsədləri  üçün  çöl  zımbırtikanı 
istifadə olunur.  
Çöl zımbırtikan – Eryngium campestre L. bu hündürlüyü 50-60 
sm,  yarpaqları  qeyri-adi  olub,  göyümtül  yaĢıl  çalara  malik  çoxillik  ot 
bitkisidir.  Bitkinin  latınca  mənası  «sağaldan»,  «müalicə  edən» 
deməkdir.  
Göytikanı bitkisi yabanı halda çəmənliklərdə, çay kənarlarında, 
bağ  və  bağçalarda  bəzək  bitkisi  kimi  əkilib-becərilir.  Müalicə 
məqsədləri üçün bitkinin gövdə, yarpaq və çiçəklərindən istifadə edilir.  
Göyltikanından  hazırlanan  preparatlar  sakitləĢdirici,  ağrıkəsici, 
sidikqovucu,  antiseptik,  soyuqdəymə,  istiliyi  aradan  qaldıran,  bakterisid,  sidikqovucu, 
bəlğəmgətirici, zəhərəleyhinə vasitə kimi tətbiq edilir.  




Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   149


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə