Elmi redaktorlar amea-nın müxbir üzvləri


İgid  (bahadur)  salatının  hazırlanması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   79   80   81   82   83   84   85   86   ...   149

165 
 
İgid  (bahadur)  salatının  hazırlanması.  Orta  böyüklükdə  kərəviz  kökmeyvəsi  və  yaxud 
kərəviz  saplağı,  1  ədəd  orta  ölçülü  kök,  2  xörək  qaĢığı  mayonez  və  yaxud  2  xörək  qaĢığı  zeytun 
yağı, alma Ģirəsi, 4-5 ədəd cəfəri budaqları götürün.  
Iri  deĢikləri  olan  süzgəcdən  kərəviz  və  kökü  keçirib,  üzərinə  doğranmıĢ  göyərtiləri  əlavə 
edib, qarıĢdırıb üzərinə mayonez və yaxud yağ, sirkə və narın doğranmıĢ cəfəri səpib süfrəyə verin.  
 
DiĢ qurtlayan – Visnaga daucoides Gaertn. 
 
Dünya  florasının  tərkibində  Visnaga  cinsinin  10-a  qədər  növü  yayılmıĢdır.  Bu  növlərin 
hamısı  ot  formasında  olub,  Orta  Aralıq  dənizi  ölkələri  ərazilərində  təsadüf  edilir.  Qafqazda  o 
cümlədən də Azərbaycanda 1 növü yayılmıĢdır.  
DiĢqurtlayan – Visnaga daucoides Gaertn. Botaniki xarakteristikası.  Hündürlüyü  100 sm-ə 
qədər  olan,  çoxbudaqlanan  Ģırımlı  gövdəyə  malik  ikiillik  ot  bitkisidir.  Yarpaqları  iki-üçqat 
lələkvarıdır.  Ağ  rəngli  hamaĢçiçəyinin  diametri  6-10  sm  olub  mürəkkəb  çoxĢüalı  çətirdə 
toplanmıĢdır.  Iki  yerdə  bölünən  yumurtayaoxĢar,  xırda,  acı  tamlı,  ətirli  qoĢadən  meyvəsi  vardır. 
Bitki  iyun-iyul  aylarında  çiçəkləyir,  meyvələri  avqustda 
yetiĢir. 
Azərbaycanda  bu  bitkiyə  Samur  və  Dəvəçi 
rayonlarında,  Xəzər  dənizi  sahillərində,  Lənkəran 
ovalıqlarında  tez-tez  təsadüf  olunur.  ġirvan-Savalan 
düzlərində  diĢqurtdayan  daha  geniĢ  yayılmıĢdır. 
Ümumiyyətlə,  əkin  yerlərində,  quru  yamaclarda  tez-tez 
rast gəlmək olar.  
Kimyəvi  tərkibi.  DiĢqurtdayan  əsas  müalicə 
əhəmiyyətli  maddələri  furanoxromonlardır.  Bunlardan 
kellini  (visnamin)  –  C
14
H
12
O
5
,  viznaqini  –  C
13
H
10
O
4

kellol  qlükozidi  (kellinin)  –  C
19
H
20
O
10
  və  s.  göstərmək 
olar. 
DiĢqurtduyanın 
meyvələrində 
0,4-2,5%, 
yarpaqlarında  1,2%,  gövdəsində  0,11%,  çiçəklərində 
0,2-1%-ə  qədər  kellinin  maddəsi  aĢkar  olunmuĢdur. 
Furanoxromonlardan  baĢqa  meyvələrindən  kumarinlər,  mirisetin,  kversetin,  kampferol,  akasetin, 
rutin və s. flavonoid maddələri, 0,2% efir yağı, 20%-ə qədər piyli yağ da tapılmıĢdır.  
Bundan  baĢqa  bitkinin  meyvəsinin  tərkibindən  5,86%  kül,  mq/q  olmaqla  K  -  16,80,  Ca  - 
14,50, Mg - 3,40, Fe - 0,23 makroelementləri, KBN olmaqla: Mn - 0,40, Cu - 0,37, Zn - 0,39, Cr - 
0,12, Al - 0,12, Se - 10,30, Ni - 0,28. Sr - 0,20, Pb - 0,02,1-0,15, B - 37,60 mk/q mikroelementləri 
də aĢkar edilmiĢdir.  
Təbii  əhəmiyyəti.  Meyvəsindən  alınan  ağımtıl  və  yaxud  sarımtıl  toz  formalı  kellin 
preparatından  spazmolitik  təsirli  dərman  kimi  stenokardiya,  hipertoniya,  sidik  və  öd  kisələrinin 
spazması  zamanı,  eləcə  də  bronxial  astmada  göyöskürəkdə,  mədə-bağırsaq  sisteminin  spastik 
vəziyyətində,  aterozklerozda,  kardiosklerozda,  ürəyin  tac  damarlarının  geniĢlənməsində,  ürək 
pozuntularında  istifadə  edilir.  S.Y.  Sokolov  və  S.P.Zamotayeva  görə  bitkidən  hazırlanan 
preparatlardan qlaukoma xəstəlikləri zamanı gözün daralmasının qarĢısını almaq üçün tətbiq edilir.  
Son  illərdə  Xarkov  Elmi-Tədqiqat  Əczaçılıq  Institutunu  əməkdaĢları  diĢqurtduyanın 
meyvələrindən «avisan» adlı (furanoxromonların, kumarinlərin və flavonların cəmindən ibarət olan) 
preparat hazırlanmıĢdır. Bu preparat böyrəkdə daĢ ilə bağlı əmələ gələn xəstəliklərin müalicəsində 
spazmolitik dərman kimi istifadə olunur. 
Bundan  baĢqa  bitkidən  alınan  preparatlar  xərçəng  çöplərinin  inkiĢafının  qarĢısının 
alınmasında da iĢlədilir.  
Xalq təbabətində bitkidən diĢ ətinin möhkəmləndirilməsində və diĢ qanaxmalarında istifadə 
edilir. Kök hissəsindən isə ədviyyat kimi xörəklərin tərkibinə qatılır.  
 
 


166 
 
 
Tatyana tütəkotu (Qadın jenĢeni) – Angelica tatianae Bordz. 
 
Dünya  florasının  tərkibində  80-ə  qədər  növü  varıdr.  Cinsə  daxil  olan  növlər  çoxillik  ot 
bitkiləri olub, ġimal yarımkürəsinin mülayim iqlim zonalarında yayılmıĢlar. Cinsin Qafqazda 2, o 
cümlədən Azərbaycanda 1 növünə – Angelica tatianae Bordz.-a rast gəlinir.  
Tatyana tütəkotu - A. tatianae Bordz. Bu iri, süd Ģirəsi ilə zəngin olan ikiillik və çoxillik ot 
bitkisidir.  Gövdəsi  yoğun,  içərisi  boĢ  olub,  230-250  sm  hündürlüyündədir.  AĢağı  yarpaqları  uzun 
saplaqlı  və  rozet  olduğu  halda,  yuxarıda 
yerləĢənlər  oturandır.  ġarĢəkilli  çiçəklərinin 
diametri  8-15  sm-dir.    Çiçək  ləçəkləri  xırda, 
ağımtıl  və  yaxud  sarımtıl-yaĢıl  rəngdədir. 
Ġyun  ayında  çiçək  açır,  avqustda  meyvələri 
yetiĢir.  
Tatyana  tütəkotuna  Azərbaycanda 
Böyük Qafqazın Zaqatala ərazilərində təsadüf 
edilir.  
Hələ çox qədim dövrlərdə tütəkotunun 
gövdəsindən  millli  musiqi  aləti  olan  tütək 
hazırlanırmıĢ.  Aclıq  illərində  10  minlərlə 
insanı  tütəkotu  xilas  etmiĢdir.  Ural  xalq 
təbabətində 
tütəkotundan 
hazırlanan 
preparatlardan  ağ  ciyər  vərəminin,  parazit 
qurdların  müalicəsində  geniĢ  istifadə  edirmiĢlər.  Tibet  kahinləri  bitkidən  alınan  müalicəvi 
ekstraktlarla damar xəstəliklərin, artriti, revmatizm, əzələ ağrılarını, qıcolmanı, Çin təbabətində isə 
ürək-damar xəstəliklərini müalicə edərmiĢlər. 
Müalicə məqsədləri üçün tütəkotunun əsasən köklərindən istifadə edilir. Hal-hazırda uĢaqlar 
tütəkotunun gövdəsinin qabığını soyur və həvəslə yeyirlər. 
ġərq təbabətində tütəkotundan jenĢen əvəzi kimi çox xəstəlikləri müalicə edirlər. Tütəkotu 
öz  müalicəvi  xüsusiyyətlərinə  görə  heç  də  jenĢendən  geri  qalmır.  Bundan  hazırlanan  preparatlar 
cinsiyyət  orqanlarının,  əsəb  sisteminin,  artritin,  eləcə  də  göbələk  xəstəliklərinin  müalicəsində  də 
tətbiq edilirmiĢ.  
Ən  baĢlıca  tütəkotu  qadınlarda  baĢ  verən  hormonal  pozuntuların  aradan  qaldırılmasında 
iĢlədilir.  Bu  qiymətli  cəhətlərini  əsas  götürərək  çin  və  yapon  tütəkotunu  «qadın  jenĢeni» 
adlandırırlar. Hələ çox qədim dövrlərdə tütəkotu ilə aybaĢı xəstəliklərini, klimakterik pozuntularını, 
eləcə  də  digər  qadın  xəstəliklərini  müalicə  edirmiĢlər.  Tütəkotu  anemiya  əleyhinə  güclü  vasitə 
hesab  edilir.  Alimlər  tütəkotunun  tərkibindən  elə  bir  qiymətli  maddə  çıxarmıĢlar  ki,  bu  beyin 
qabığında  qan  dövranını  nizamlayır  və  yaddaĢı  yaxĢılaĢdırır.  Tütəkotunun  kökündən  alınan 
preparatlar  pankreas  (mədəalti  vəzi)    Ģirəsinin  ifrazatını artırır.  Bitkidən  hamilə  qadınların  istifadə 
etmələri məsləhət görülmür.  
Tütəkotundan müalicəvi preparatların hazırlanması. 
Həzm  sistemi  orqanlarının,  bronxit  və  zökəm  xəstəliklərinin müalicəsində.  50  q  tütəkotu 
kökünü, 0,5 litr arağın üzərinə töküb 2 həftə saxlayın. Sonra süzüb  gündə 3 dəfə yemək qabağı 1 
çay qaĢığı qəbul edin.  
Qaraciyərin  təmizlənməsi  və  qəbizliyin  aradan  qaldırılmasında  (xüsusən  də  yaşlı 
adamlarda).  Qadınlar  yaxĢı  olar  ki,  tütəkotu  ilə  qırmızı  kökü  1:1  nisbətində  qarıĢdırıb  istifadə 
etsinlər.  
Ürəyin müalicəsində tütəkotu, dioskor və yapon saforasından götürüb istifadə edin.  
 
Yerkökü – 
Daucus sativus Roehl.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə