Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   80   81   82   83   84   85   86   87   ...   149

167 
 
Kök  4  min  il  bundan  qabaq  mədəni  hala  keçirilərək  əkilib  becərilməyə  baĢlanmıĢdır. 
Hazırda  dünyada  kökün  460  min  hektar  əkin  sahəsi  mövcuddur. 
Hər  il  11  milyon  kök  meyvəsi  tədarük  edilir.  Bunun  da  86%-i 
Avropa ölkələrinin payına düĢür. 
Dünya  florasının  tərkibində  yerkökü  cinsinin  60-a  qədər 
növünə  təsadüf  edilir.  Bu  növlərin  əksəriyyətinə  Aralıq  dənizi 
ətrafı 
ölkələrin 
ərazilərində, 
Afrikada, 
Avstraliyada, 
Əfqanıstanda,  Yeni  Zelandiya  və  Amerikada  rast  gəlinir.  Yabanı 
növün vətəni Aralıq dənizi ətrafı ölkələr hesab edilir. Kök cinsinə 
daxil olan növlərin əksəriyyəti birillik, ikillik, kökmeyvəli bitkilər 
hesab  edilir.  Dünyada  kökün  100-dən  artıq  sortu  becərilir. 
Dərman, qida və ədviyyat, yem kimi ən qiymətli növü isə əkilən 
kök  –  Daucus  sativus  L.  hesab  edilir.  Əkilən  kök  ikiillik,  ətli 
kökmeyvəsi  olan  ot  bitkisidir.  Birinci  il  onun  kökü  ətrafında 
rozetĢəkilli yarpaqlar və ətli kökmeyvəsi əmələ gəlir.  Ġkinci il isə 
onun gövdəsi formalaĢır. Gövdəsinin hündürlüyü 90-100 sm-ə çatır və üzərində uzunluğu 20 sm-ə 
qədər  çoxlu  sayda  lələkvari  yarpaqları  olur.  Gövdənin  kökə  yaxın  hissəsində  yerləĢən  yarpaqlar 
uzun  saplaqlı,  yuxarıdakılar  isə  oturaqdır.  Ikinci  il  çiçək  və  meyvə  verir.  Çiçəkləri  xırda  ağımtıl, 
ləçəkləri  qırmızı  rəngdə  olub  mürəkkəb  çətirdə  toplanmıĢdır.  Çiçəklər  çarpaz  tozlanır.  Meyvəsi 
ikitoxumludur. Toxumları uzunsov dərivarı, qabıqla örtülür, 4 cərgəli tikanlarla əhatə olunur. Qida 
və ədviyyat kimi ən qiymətlisi qırmızı, narıncı-qırmızı rəngdə olan kök sortları hesab edilir. Kökün 
sarı, tünd, bənövĢəyi, ağımtıl yaĢıl, narıncı, sortlarına da təsadüf edilir. Qırmızı və narıncı-qırmızı 
rəngli sortlarının vətəni Aralıq dənizi ətrafı ölkələr hesab edildiyi halda, sarı və ağ sortlarının vətəni 
isə Mərkəzi Asiya hesab edilir. Kökmeyvənin rəngi tərkibindəki boyaq maddələrindən – antosian və 
karotinoidlərdən asılıdır. 
Kökün müalicəvi xüsusiyyətləri. 
Müalicə  məqsədləri  üçün  kökün  kökmeyvəsindən,  yaĢıl  hissəsindən  və  toxumlarından 
istifadə  olunur.  Toxumlarının  tərkibindən  12%-ə  qədər  piyli  yağ,  1,5%  efir  yağı  daukosterin, 
flavonoidlər  və  s.  aĢkar  edilmiĢdir.  Çiçəklərindən  antosian  və  flavonoid,  yaĢıl  hissəsindən  isə  fol 
turĢusu və B
2
 vitamini, karotionid maddələri tapılmıĢdır. Kökün tərkibində orqanizmə müsbət təsir 
edən  çox  zəngin  kimyəvi  birləĢmələr  –  pantoten  turĢusu,  A,  B
1
,  B
6
,  D,  H,  E,  K,  PP,  vitaminləri, 
amin turĢular, niĢasta, mineral duzlardan (kalium, kalsium, fosfor, dəmir, manqan, sink və s.) zülal 
maddələri  aĢkar  edilmiĢdir.  Bundan  əlavə  kökün  tərkibində  çoxlu  miqdar  Ģəkərli  maddə  qlükoza, 
pektin, sellüloza, lesitin və bir sıra fosfatidlər müəyyən olunmuĢdur. 
Zəngin bioloji aktiv maddələr spektirini özündə cəmləĢdirən kök – 33 kilokalorilidir; bu da 
onu  qiymətli  pəhriz,  müalicəvi  və  zəngin  qida  keyfiyyətli  pəhriz  məhsulu  edir.  Kökün  tərkibində 
olan kalium ürəyin fəaliyyətini tənzimləyir, böyrək xəstəliklərin və hüceyrələrdə olan su balansını 
normalaĢdırır. Orqanizmdə kalium çatıĢmadıqda, tez-tez soyuqdəymələr, düĢünmə qabiliyyəti aĢağı 
düĢür,  yuxusuzluq  və  depressiyalar  baĢ  verir.  Mikroelementlərin  azlığından  mədə-bağırsaq 
sisteminin iĢinə mənfi təsir göstərir, əzələ yorğunluqları baĢ qaldırır və müntəzəm baĢ ağrıları baĢ 
verir.  Kökün  tərkibindəki  kalsium  elementi  orqanizmdə  sümük  və  diĢlərin  formalaĢmasına  səbəb 
olmaqla yanaĢı damar ağrılarının müalicəsinə kömək edir. Bu elementin çatıĢmamasından bir sıra 
dəri  xəstəlikləri  əmələ  gəlir.  Bundan  baĢqa  kalsium  iyonları  maddələr  mübadiləsində  iĢtirak  edir, 
qanda  laxtalanmanı  daim  normada  olmasına  yardımçı  olur.  Kökün  tərkibindəki  fosfor  elementi 
hüceyrələrin bərpa olunmasında, sinir impuluslarının tənzimlənməsində öz müsbət təsirini göstərir. 
Kökün  tərkibindəki  dəmir  elementi  qanda  oksigenin  daĢınmasında  mühüm  rol  oynamaqla 
yanaĢı  onun  çatıĢmazlığı  hemoqlobinin  sintezinə  mənfi  təsir  edir,  yorğunluq  əmələ  gətirir,  tükün 
ağarmasına, dırnaqların kövrəlib qırılmasına səbəb olur. 
Hər  gün  kök  qəbul  edilərsə  kiĢilərdə  cinsi  fəalığı  artmasına  səbəb  olur.  Kökün  tərkibində 
olan  sink  elementi  azlıq  edərsə  ―kiĢilərin  güclərinin‖  azalmasına  səbəb  olur.  Kökün  rənginin 
qırmızı-bənövĢəyi olmasına əsas səbəb onun tərkibində olan antosian maddələrin nəticəsidir. Bu cür 
rəngə  malik  olan  köklərdən  yaxın  illərdə  daha  çox  istifadə  olunmağa  baĢlanmıĢdır.  Qırmızı-


168 
 
bənövĢəyi rəngdən ən çox Amerika əhalisi istifadə edir. Kökün tərkibindəki antosian maddəsi ürək-
damar  xəstəliyinin  müalicəsinə  kömək edir,  orqanizmi  xərçəng  xəstəliyindən  xilas  edir.  Müəyyən 
edilmiĢdir ki, antosian orqanizmi radiasiyanın zərərli təsirlərindən qoruyur. BənövĢəyi rəngli kökün 
müalicəvi xüsusiyyətlərinə baxmayaraq, ən qiymətli müalicəvi təsirə malik qırmızı rəngli kök hesab 
edilir. Qırmızı rəngli kökün qiymətli müalicəvi təsirə malik olması onun tərkibində olan provitamin 
―A‖ – yəni beta-karotin təsir göstərir.  
β-karotin  rak  və  soyuqdəymə  əleyhinə  malik  olmaqla  yanaĢı,  görmə  qabiliyyətini  artırır, 
toyuq  korluğunu  aradan  qaldırır,  dərinin  fəaliyyətinə  müsbət  təsir  göstərərək,  onun  elastikliyini 
yüksəldir. Kökün tərkibindəki fitonsid maddələri zərərli mikroblara öldürücü təsir göstərir. Kökün 
tərkibindən  tapılan  daykosterin  mərkəzi  sinir  sisteminə  müsbət  təsir  göstərərək  beyninin  iĢləmə 
qabiliyyətini artırır. 
β–karotinoid. 1875-ci ildə məĢhur cərrah N.Ġ.Piroqov yazırdı ki, süzgəcdən keçirilmiĢ kök 
sıyığını  xərçəngin  əlehinə  tətbiq  etmək  olar.  O  vaxtlar  onun  kökmeyvəsinin  tərkibində  kimyəvi 
birləĢmə  beta-karotin  aĢkar  edilmiĢdir.  Bu  maddə  kökə  qırmızı-narıncı  rəng  verir.  β-karotinoid 
orqanizmə  düĢən  zaman  ―A‖  vitamininə  retinola  çevrilir.  Bundan  əlavə  ―A‖  vitamini  insanın 
boyunun  artmasına  təsir  edərək  cinsi  hormonun  sintezinə  səbəb  olur.  Eyni  zamanda  skletin 
formalaĢmasında  mühüm  rol  oynayır.  β  -karotin  dərinin  fəaliyyətini  nizamlayır,  gözün  görmə 
qabiliyyətini  artırır,  sinir  sistemini  möhkəmləndirir,  orqanizmin  enerjisini  yüksəldir,  infeksiyalara 
qarĢı  müqavitətini  artırır.  Aparılan  yeni  tədqiqatlar  nəticəsində  β-karotinoidin  güclü  antioksidant 
olduğu  aĢkar  edildi.  Bunun  təsiri  nəticəsində  sərbəst  radikaların  qarĢısı  alınaraq,  bir  sıra təhlükəli 
aterosklerozun,  hipertoniya,  revmatoid  artrit,  emfizma,  parkinson,  katarakta  kimi  xəstəliklərin 
əmələ  gəlməsinin  qarĢısını  alır.  Orqanizmə  daxil  olan  radikallar  qocalmanı  sürətləndirir,  insan 
ömrünü qısaldır. Buna görə də həkimlər vaxtsız qocalmanın qarĢısını almaq üçün hər gün bir ədəd 
kök yeməyi məsləhət görürlər.  
Bu yaxınlarda yapon mütəxəssislərinin apardıqları elmi nəticələr göstərmiĢdir ki, mütəmadi 
sarı-yaĢılımtıl tərəvəzlərdən həmçinin kökdən tez-tez istifadə edildikdə insan öz ömrünü 5-7 il artıra 
bilər.  Bundan  əlavə  ―A‖  vitamini  xamanın,  qara  ciyərin,  yumurtanın  və  bir  çox  tərəvəz  və 
meyvələrin  tərkibində  də  rast  gəlinir.  Ancaq  kök  tərkibindəki  karotinoidin  miqdarına  görə,  Ģirin 
qırmızı bibərdən baĢqa bütün meyvə və tərəvəzlərdən üstündür. 
Müqayisə üçün, məsələn 100 q adi kökün tərkibində 7,5 mq karotinoid olduğu halda, 100 q 
pomidor və əriyin tərkibində 1,7 mq karotinoid olur. Kökdə karotinoidin miqdarı o biri meyvə  və 
tərəvəzlərdən  4,5  dəfə  çoxdur.  Bir  ədəd  orta  ölçüyə  malik  olan  kök  yedikdə  insanın  bir  gündə 
karotinoidə  olan  tələbatı  tamamilə  ödənilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  həddindən  artıq 
yumurta və qara ciyər  yemək məsləhət görülmür. Amma kök Ģirəsinin orqanizmə əhəmiyyətindən 
baĢqa heç bir zərərli təsiri yoxdur. 
Kökə qırmızı-narıncı rəng verən β-karotinoid aĢağıdakı xüsusiyyətlərə malikdir: 
1.
 
Güclü antioksidant xüsusiyyətlərinə malik olduğundan qocalma prosesini ləngidir. 
2.
 
Orqanizmə  çoxlu  miqdarda  kanserogen  maddələrin  daxil  olması  nəticəsində  döĢ,  dəri, 
uĢaqlıq yolu, ağ ciyər, yoğun bağırsaq, sidik kisəsi və qara ciyərdə əmələ gələn xərçəng 
xəstəliyinin qarĢısını alır. 
3.
 
Hər  gün  β-karontinoid  qəbul  edilərsə  bir  sıra  damarlarda  əmələ  gələn  ateroskleroz 
insultun əmələ gəlməsini 2 dəfə azaldır, ürək damar pozuntularının qarĢısını alır. 
4.
 
Hər  gün  kök  qəbul  edilərsə,  orqanizmin  ümumi  sistemi  gücləndirir,  infeksiyaya  qarĢı 
orqanizmin  müqavimətini  artırır,  təhlükəli  infeksiyalara  yoluxmasının  qarĢısını 
alır,tənəffüs yolları xəstəliklərini azaldır, uzun sürən xəstəliklərin əmələ gəlməsinə imkan 
vermir. 
5.
 
Ən  vacibi  isə  hamilə  qadınlar  və  süd  verən  uĢaqlı  analara  çoxlu  kök  yemək  məsləhət 
görülür. 
Orqanizimdə  β-karotin  çatıĢmayan  zaman  bir  sıra  xəstəliklərin  –  öd  və  sidik  kisələrində 
daĢın əmələ gəlməsinə, katarakt, həzm sistemində nasazlıqların yaranmasına ―toyuq korluğuna‖  ağ 
ciyər və s. xəstəliklərin əmələ gəlməsinə səbəb olur.  
―A‖  vitamini  çatıĢmadıqda  orqanizmin  ummuniteti  azalır  və    bütün  üzvlərində  nasazlıqlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə