Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   84   85   86   87   88   89   90   91   ...   149

175 
 
150 ml su, zövqünüzə görə limon turĢusu götürün. 
Yerkökünü  xırda  deĢikli  sürtgəcdən  keçirib,  sıxıb  Ģirəsini alıb,  üzərinə  su  əlavə  edin  sonra 
qaynama dərəcəsinə gətirib üzərinə Ģəkər tozu və limon turĢusu əlavə edin. Qaynar siropun üzərinə 
niĢasta əlavə edib üzərinə soyuq qaynadılmıĢ su töküb qaynama dərəcəsinə gətirin. Sonra stəkanlara 
doldurub soyudun.  
Yerkökü ilə süd qatışığından kiselin haızrlanması. Bunun üçün biĢirilmiĢ və əzilmiĢ 50 q 
kök,  150  ml  süd,  5  q  kartof  niĢatası,  10  q  Ģəkər,  bıçağın  ucunda  vanilin  götürün.  Kökü  xırda 
hissələrə salıb, az miqdarda suya töküb, əzib püre halına salın, üzərinə Ģəkər, vanil əlavə edin. Südü 
ayrıca qaba töküb qaynadın. Qaynar məhlula kartof niĢastası, soyuq süd əlavə edib, qaynama halına 
gətirin. Sonra stəkana töküb soyudun.  
Yerköküdən müalicəvi perparatların hazırlanması. Çox qədim dövrlərdən baĢlayaraq, hal-
hazırki dövrə qədər xalq təbabətində soyuqdəymələrə qarĢı kökdən geniĢ istifadə edilmiĢdir. 
Xalq təbabətində istifadə edilən reseptlərin bir neçəsi haqqında məlumat verməyi özümüzə 
borc bildik. 
Resept 1: kökdən alınmıĢ təzə Ģirəni 1:1 nisbətində bitki yağı ilə qarıĢdırıb üəzrinə bir neçə 
damcı sarımsaq Ģirəsi əlavə edib, gün ərzində bir neçə dəfə burnunuza damızdırın.  
Angina  zamanı:  kök  Ģirəsini  balla  qarıĢdırıb  üzərinə  azca  isti  su  əlavə  edib  daxilə  qəbul 
edin. 
Öskürək və sinə xışıltısı zamanı. 
Resept  1:  Bir  neçə  kök  meyvəsini  sürtgəcdən  və  yaxud  ət  maĢınından  keçirib  Ģirəsini 
çıxarın. Sonra Ģirəyə zövqünüzə görə bal və yaxud, Ģəkər qatıb gündə 4-5 dəfə, 1 xörək qaĢığı qəbul 
edin. 
Resept  2:  Əziyyətverici  öskürəyə,  sinə  xıĢıltılarına,  bronxial  astmaya  qarĢı  ən  gözəl  vasitə 
biĢirilmiĢ südlə süzgəcdən keçirilmiĢ kök hesab edilir. 
Öskürək,  bronxit,  traxeit  pnevmoniya  zamanı:  təzə  çıxarılmıĢ  kök  Ģirəsini  1:1  nisbətində 
südlə qarıĢdırıb üzərinə zövqünüzə görə bal qatıb gündə 5-6 dəfə, 1 xörək qaĢığı qəbul edin. 
Damar ağrıları zamanı. Bu zaman 300 ml kök Ģirəsi ilə 700 ml kərəviz Ģirəsini qarıĢdırıb 
qəbul etməyi məsləhər görürlər. 
Damar  ağrıları  və  maddələr  pozuntuları  zamanı  təzə  kök  Ģirəsi  ilə,  kərəvüz  Ģirəsini  1:1 
nisbətinə qarıĢdırıb gündə 1 xörək qaĢığı  yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin. Müalicə kursu 20 
gündür. 
Kökün tərkibində olan β-karotin insanları günəĢ Ģüalarının zərərli təsirlərindən qoruyur. 
Sifətinizdə  günəĢ  yanğısı  baĢ  verən  zaman  kök  Ģirəsini  1  ədəd  yumurta  ilə  qarıĢdırıb 
sifətinizə sürtüb yanıq sahəyə maska kimi sürtün. Bu əməliyyatı gündə 1-2 dəfə 20 dəqiqə saxlayıb 
sonra yuyun. 
MəiĢət  fəaliyyəti  zamanı  baĢ  verən  zədələnmələr  (yanıqlar)  zamanı  süzgəcdən  keçirilmiĢ 
kök və kartof sıyığını növbə ilə zədələnmiĢ nahiyyəyə yaxın. Bu əməliyyatdan sonra yanığın izi də 
qalmayacaq. 
Biz isə ilk dəfə kökün yaĢıl hissələrindən karotinoid təbiətli boyaq maddəsi almaq üçün yeni 
texnoloji sxem iĢləyib hazırlayaraq 876686 saylı patent almağa nail olduq. 
Kökdən kosmetik vasitələrin hazırlanması:  
A  vitamini  «vitaminlər  gözəli»  adlandırılan  kökü  ən  vacib  sayılan  «təbii  kosmetika»ya 
çevirib.  Kosmetoloqlar  kökdən  hazırlanan  Ģirəni  sağlamlıq  və  gözəllik  simvolu  adlandırırlar. 
Mütəxəssislər qeyd edirlər ki, mütəmadi olaraq səhər yeməkqabağı və axĢamlar bir stəkan kök Ģirəsi 
qəbul etsəniz, çox keçmədən siz sağlam görkəm alarsınız. 
Bütün növ dərilər üçün kosmetik maskaların hazırlanması: 
Maska  №1.  Vitaminlərlə  zəngin  maska  dərini  təravətləndirir.  Kök  Ģirəsini  buğda  unu  ilə 
qarıĢdırıb sıyıq halına salın, sifətinizə yaxıb 20 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. 
Maska  №2.  Maska  istənilən  dəri  üçün  yararlıdır.  Bunun  üçün  1  xörək  qaĢığı  təzə  kəsmik, 
bitki yağlarından zeytun, günəbaxan və  yaxud istənilən yağ, süd  və kök Ģirəsi  götürün. Onları bir 
qaba töküb yaxĢıca qarıĢdırın, sonra üzünüzə yaxıb 20 dəqiqə saxlayın. Ardınca isti kompres qoyub 
azca saxlayın və soyuq su ilə yuyun. 


176 
 
Maska  №3.  Bunun  üçün  3  ədəd  orta  böyüklükdə  zərif  sarı  rəngli  kök  götürün,  xırdalayıb 
sürtgəcdən  keçirin.  1  hissə  kartof  unu  və  yaxud  kartof  püresi,  yarım  yumurta  sarısını  yaxĢı 
qarıĢdırın.  Aldığınız  maskadan  bərabər  qalınlıqda  təmiz  dərinizə  ehtiyatla  yaxıb,  20  dəqiqə 
saxlayın. Sonra üzünüzü isti su ilə yuyub, soyuq yaĢ dəsmal ilə silin. 
Yağlı  dəri  üçün  maska.  Maska  dərini  təravətli  etməklə  yanaĢı  onu  yumĢaq  və  elastik 
saxlayır. Bunun üçün kök Ģirəsi, limon Ģirəsi, qatıq, düyü unu götürün, onları bir yerdə qarıĢdırın, 1 
xörək qaĢığı götürüb üzünüzə yaxıb 20-25 dəqiqə saxlayın, sonra pambıq tampon ilə silib, soyuq su 
ilə yuyun. 
Kökdən müalicəvi qida məhsullarının hazırlanması: 
Kök, alma və çaytikanı şirəsilə məhsulun hazırlanması. Bunun üçün 1 kq kök, 1 kq alma, 
0,5 litr çaytikanı Ģirəsi və 500 q Ģəkər tozu götürün. Kök və almanı yaxĢı yuyub, qabığını soyaraq 
xırda  hissələrə  salın.  Almanın  özək  hissəsini  kənar  edib,  çaytikanı  Ģirəsi  əlavə  edib  üzərinə  Ģəkər 
tozu tökün, qaynama halınadək qızdırın. Qaynamanı 5 dəqiqə davam etdirin. Sonra sterilizə edilmiĢ 
ĢüĢə bankalara töküb ağzını bağlayın. Yeri gəldikcə istifadə edin. 
Kökdən  limon  və  gülümbahar  qönçəsi  ilə  mürəbbənin  hazırlanması.  Kökü  yuyub 
təmizləyin, kiçik hissələrə doğrayın. Sonra qaynar suda 3 dəqiqə pörtlədin. Limonu xırda hissələrə 
salıb qabın içərisinə tökün, üzərinə su əlavə edib biĢirin. Sonra üzərinə gülümbahar qönçəsi əlavə 
edib  5  dəqiqə  qaynadın.  Bu  qazanın  üzərinə  pörtlədilmiĢ  kökü  əlavə  edib  üzərinə  Ģəkər  tozunu 
səpin.  Zəif  odun  üzərinə  qoyub  hazır  olana  qədər  saxlayın.  Ġsti  mürəbbəni  sterilizə  edilmiĢ  ĢüĢə 
qablara töküb ağzını bağlayın. 
Kökdən kiselin hazırlanması. Bunun üçün 50 q kök, 20 q Ģəkər, 8 q kartof niĢastası, 150 ml 
su, zövqünüzə görə limon turĢusu götürülür. Kökü sürtgəcdən keçirib onu sıxmaqla Ģirəsini çıxarın. 
ġirəyə  su  əlavə  edib,  qaynama  dərəcəsinə  çatdırıb,  üzərinə  limon  turĢusu  və  Ģəkər  əlavə  edin. 
Qaynar  Ģərbətin  üzərinə  qaynadılmıĢ  soyuq  su  əlavə  edib,  qaynama  dərəcəsinə  gətirin.  Sonra 
stəkanlara töküb soyudun. 
Kök  kompotu.  100  q  kök,  20  q  Ģəkər,  150  ml  su,  2  ədəd  mixək,  zövqünüzə  görə  limon 
turĢusu götürün. Kökü kiçik kub Ģəklinə salın. Üzərinə isti Ģəkər məhlulu əlavə edib 10-15 dəqiqə 
biĢirin. Məhsul hazır olduğu zaman üzərinə limon turĢusu və mixək əlavə edin. Hazır olan kampotu 
soyudub süfrəyə verin. 
Quru və normal dərilər üçün maskanın hazırlanması. 
Maska  №1.  Təmiz  yuyulmuĢ  kökü  sürtgəcdən  keçirib,  sıyıq  formaya  saldıqdan  sonra  2-3 
xörək  qaĢığı  götürüb,  1  xörək  qaĢığı  süd,  smetan,  kəsmik,  yumurta  sarısını ilə  birlikdə  qarıĢdırın. 
Sonra qarıĢıqdan sifətinizə qalın təbəqə Ģəklində yaxıb 20-30 dəqiqə saxlayın, isti su ilə yuyub, qida 
ilə zəngin kremdən sürtün. Bu prosesi həftədə 1-2 dəfə təkrar edin. 
Maska  №2.  ġirəsini  bərabər  nisbətdə  xama,  qaymaq,  kəsmik,  yumurta  sarısı  ilə  qarıĢdırıb 
alınan  maskanı  sifətinizə  yaxıb,  15-20  dəqiqə  saxlayın.  Sonra  əvvəl  isti,  ardınca  isə  soyuq  su  ilə 
yuyun.  1  həftə  içərsində  2-3  dəfə  maskadan  sifətinizə  yaxın.  Müalicə  kursu  12-15  maskadan 
ibarətdir. 
Maska  №3.  1  xörək  qaĢığı  sütrgəcdən  keçirilmiĢ  kök,  1  xörək  qaĢığı  bitki  yağı  (isti  süd) 
götürüb üzərinə 1 çay qaĢığı un əlavə edib, qarıĢdırın. QarıĢıqdan götürüb təmiz sifətinizə yaxıb 15-
20 dəqiqə saxladıqdan sonra tənzif və ya pambıq tampon ilə silib çay və ya su ilə silin. 
Quru dərilər üçün maskanın hazırlanması. 
Maska №1. 2 ədəd sürtgəcdən keçirilmiĢ kökü 1 çay qaĢığı süd və ya bitki yağı və 1 ədəd 
yumurta  zülalı  ilə  qarıĢdırın.  Sonra  qarıĢıqdan  götürüb  sifətinizə  və  boyun  nahiyənizə  yaxıb  30 
dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun. 
Maska  №2.  StimullaĢdırıcı  xassəyə  malik  olub,  kiçik  qırıĢıqları  yox  edir,  sifətin  dərisinin 
rəngini  yaxĢılaĢdırır  və  dərini  elastikləĢdirir.  Bunun  üçün  1  ədəd  kökü  sürtgəcdən  keçirib  balla 
qarıĢdırın.  Aldığınız  sıyığı  sifət  və  boyun  nahiyənizə  yaxıb  20  dəqiqə  saxlayıb  isti  su  ilə  yuyun. 
Sifətinizi pambıq tampon ilə silin. 
Müxtəlif rənglərə malik tərəvəz və meyvələrin sağlamlıqda rolu. 
Narıncı  çalar.  Bu  qrupa  kök,  balqabaq,  manqo,  qovun,  Ģaftalı,  nektar,  ərik,  mandarin 
(naringi). Bu qrupa aid olan meyvə və tərəvəzlərin tərkibində çoxlu miqdarda karotinoid maddələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə