177
aĢkar edilmiĢdir. Bunlardan insan sağlamlığı üçün ən vacib olanı β-karotinoiddir ki, bu da
orqanizmdə A vitamininə çevrilir. Bizə məlumdur ki, vitamin A yağda həll olur. Buna görə də qeyd
etdiyimiz meyvə və tərəvəzləri yedikdə onlarm tərkibinə az miqdarda zeytun yağı əlavə edin.
II qrupa aiddir: Kök, balqabaq, yunan balqabağı. Bu tərəvəzlər də α-karotinlə zəngin olub,
xərçəng hüceyrələrinin inkiĢafını dayandırmaqda mühüm rol oynayır.
III qrupa aiddir: Narıncı bibər, manqo, mandarin. Bu tərəvəz və meyvələrin tərkibində
çoxlu miqdarda kriptoksantin karotinoidi aĢkar edilmiĢdir. Bu maddə antioksidant təbiətli olub,
hüceyrələri zədələnməkdən qoruyur.
Qırmızı çalar: Birinci qrupa aiddir: qırmızı və qara üzüm, mərcani (quĢüzümü) və baĢqa
qırmızı rəngli giləmeyvələrdir ki, tərkiblərində çoxlu miqdarda flavanoid maddələri saxlayırlar.
Bizə məlumdur ki, fransızlar tərkibində yağ olan qidalardan daha çox istifadə edirlər. Buna görə də
bu ölkədə ürək-damar xəstəliklərinə tutulanlarm sayı çox aĢağıdır. Həkimlər belə qənaətə gəliblər
ki, fransızlara tərkibində flavanoid maddələri ilə zəngin olan qırmızı rəngli çaxırlar köməklik edir.
II qrupa: Qırmızı bibər, pomidor, qarpız, çəhrayı üzüm və s. daxildir. 1 ədəd qırmızı rəngli
bibər və pomidor yeyildikdə insan özünü birgünlük tələb edilən A vitamini ilə təmin edə bilir.
Amerikanm Ġllinoys Texniki Universitetinin alimləri belə qənaətə gəliblər ki, bu tərəvəz ürək-damar
sisteminə müsbət təsir göstərməklə yanaĢı həmçinin xərçəngin və ostekoporozun inkiĢaf riskini
azaldır. Məlumdür ki, pomidor güclü antioksidant sayılan likopinin mənbəyidir. Digər meyvə və
tərvəzlərdəki qidalı və faydalı maddələrdən fərqli olaraq, likopin hazırlanandan və termik emal
ediləndən sonra da öz xüsusiyyətələrini saxlaya bilir. Alimlər həmçinin qeyd edirlər ki, pomidor
antitrombotik və soyuqdəyməyə qarĢı da əhəmiyyətlidir. Pomidor həm də bir neçə xərçəng
növünün, eləcə də ürək-damar sistemi və sümüklərdəki problemlərin profilaktikası üçün yaxĢı
vasitə hesab edilir.
Sarı çalar: I qrupa aiddir: sarı bibər, balqabaq, yunan balqabağı, qarğıdalı. Bu qrup
tərəvəzlərin tərkibində çoxlu miqdarda qiymətli lutein və zeaksantin təbiətli karotin maddələri aĢkar
edilmiĢdir. Onlar gözün iti görməyinə səbəb olub, gözün vaxtından tez xəstəliklərə tutulmasının
qarĢısını alır.
II qrupa aiddir: limon, qreyfrut və baĢqa sitrus bitkiləri. Bunların qabıq və Ģirələrinin tərkibi
flavanoid maddələri ilə zəngindir. Onların tərkibində olan Mg elementi sümük toxumasının
möhkəmləndirilməsində, C vitamini isə maddələr mübadiləsinin nizamlanmasında mühüm
əhəmiyyət kəsb edir.
III qrupa aiddir:banan. Bananın tərkibində ürək əzələlərinin möhkəmləndirilməsində
mühüm əhəmiyyət kəsb edən çoxlu miqdarda K elementi vardır.
Yaşıl çalar: I qrupa aiddir: ispanaq, göy noxud, yaĢıl lobya. Bu tərəvəzlər orqanizm üçün
mühüm əhəmiyyət kəsb edən foli turĢusu ilə zəngindir. Bundan baĢqa bu qrup tərəvəzlər dəmir
mikroelementi ilə zəngin olduğundan zülalın formalaĢmasında, eləcə də orqanizmin xəstəliklərə
qarĢı müqavimətini artırılmasında əhəmiyyətlidir, E vitamini isə antioksidant xüsusiyyətə malikdir.
II qrupa aiddir: ispanaq, brokkol, brüssel kələmi, ağbaĢ kələm. Bu tərəvəzlərin tərkibindəki
K elementi qanın laxtalanmasına səbəb olur. Orqanizmdə xüsusi bakteriyalar vasitəsilə bu
elementin sintez olunmasına baxmayaraq, orqanizmi kifayət qədər K elementi ilə təmin etmək üçün
qeyd etdiyimiz tərəvəzlərdən mütəmadi qəbul edilməlidir.
III qrupa aiddir: Brüssel kələmi, ağbaĢ kələm, gül kələm. Bu bitkilərin tərkibində çox
qiymətli antioksidant xassəli birləĢmələr orqanizmdə inkiĢaf etməkdə olan xərçəng hüceyrələrinin
qarĢısını alır.
Cinsi zəiflik zamanı: Çox qədim dövrlərdə xalq təbabətçiləri cinsi zəifliyi biĢirilmiĢ süd və
yaxud yerkökü Ģirəsi ilə müalicə edərmiĢlər. Belə ki, bu vasitələri bal ilə qarıĢdırıb 5 gün ərzində 3-
4 dəfə, yeməkqabağı stəkanın 1/3 hissəsi qədər qəbul edərmiĢlər. Kökün tərkibində olan sink
maddəsi kiĢilərdə cinsi zəifliyi aradan qaldırır.
I üsul: Yerkökünün toxumunu toz halına salıb gündə 3 dəfə qəbul edin.
II üsul: Pıtrağın cavan yaĢıl zoğunun qabığını soyub ət maĢınından keçirin. 100 q kütləyə
100 q sürtgəcdən keçirilmiĢ yerkökü əlavə edib, Ģirəsini çıxarıb 10 saat soyuducuda saxlayıb,
zövqə görə balla qarıĢdırıb, gündə 2-3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/4 və ya 1/3 hissəsi
178
qədər qəbul edin.
Sonsuzluğa qarşı. Cinsiyyət vəzilərinin üzvi maddələrə çox ehtiyacı var. Belə üzvi
maddələr yerkökü Ģirəsində istənilən qədərdir. Cinsiyyət vəzilərinin normal fəaliyyəti üçün çoxlu
miqdarda üzvi maddələr tələb olunur. Bu zəiflikdən törənən sonsuzluğu çox vaxt kökün Ģirəsi ilə
müalicə edirlər. Bunun üçün xırda doğranmıĢ və qurudulmuĢ yerkökündən 1 xörək qaĢığı 300 ml
qaynadılmıĢ suya töküb termosda 6-8 saat saxlayıb, süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə
yeməyə 1 saat qalmıĢ, 100 ml qəbul edin.
Baldırğan – Heracleum L.
Dünya florasının tərkibində baldırğan cinsinin 70-ə qədər növü yayılmıĢdır. Qafqazda cinsin
25, o cümlədən Azərbaycanda 8 növünə rast gəlmək olar. Bu növlərin əksəriyyəti Avropanın
mülayim Ģimal zonalarında, Asiyada, Amerikada, ġimali Afrikada, eləcə də Himalay dağlarının
cənub ərazilərində yayılmıĢdır.
Baldırğan hündürlüyü 1,0-1,5 (2,0) m olan iri çoxillik ot bitkisidir. Gövdənin içərisi boĢ,
qabırğalı boruvari olub üzəri sərt tükcüklərlə əhatə olunmuĢdur. Çiçəkləri ağ, yaĢılımtıl bəzən də
çəhrayı rəngdə, iri çətirdən ibarətdir. Bitki iyun ayından sentyabr ayına qədər çiçəkləyir.
Respublikamızda baldırğanın böyük ehtiyatı vardır.
Baldırğan
növləri
meĢə
açıqlıqlarında,
çay
kənarlarında, kanalların ətrafında, kolluqlar arasında
geniĢ yayılmıĢdır. Bitkinin tərkibində Ģəkər, zülal, C
vitamini, karotin, aĢı maddələri, efir yağı vardır. Qeyd
etdiyimiz maddələrdən baĢqa kök və kökümsovlarında
qlütamin, laktonlar, kumarinlər və s. maddələr aĢkar
edilmiĢdir.
Baldırğanı meĢə heyvanları da sevir. Əksər
növləri çox dadlı qida keyfiyyətlərinə malikdir.
Baldırğandan qida məqsədləri üçün istifadə edən
zaman onu bir neçə üsulla hazırlayırlar: qaynar suya
töküb pörtlətmək, duzlu suda biĢirmək, duzlu suda islatmaq və yarım saat biĢirmək və s. Cavan,
zərif yarpaq və gövdələrindən müxtəlif salat növləri, piroq içi, biĢmiĢini, həlimini və s. hazırlayırlar.
Baldırğanın həlimi toyuq suyunu xatırladır. Bunun kökətrafı gövdəsi daha incə və Ģirəli olur.
Qafqaz, Orta Asiya xalqları ilə yanaĢı rus xalqı da əsrlər boyu bitkidən toplayıb qurudur, ondan
müxtəlif sərinləĢdirici içkilər, salatlar və Ģorba hazırlayırdılar.
Baldırğanın kökündən təzə və qurudulmuĢ halda ədviyyat kimi istifadə edirlər. Bizim
özümüz də Naxçıvan MR-nın ġahbuz rayonu ərazisində yerləĢən Batabat dağlarına istirahətə gedən
zaman çayların, göllərin, meĢələrin ətrafında yayılan baldırğanın cavan incə zoğlarını toplayar,
qabığını soyub ləzzətlə yeyərdik (M.Q.).
Baldırğandan bir neçə xörək növünün hazırlanması.
100 q cavan baldırğan yarpağı, 50 q göy soğan, 100 q kartof, 100 q suxarı, 10-15 q bitki
yağı, duz və ədviyyat götürün. Yarpağı 3-5 dəqiqə biĢirdikdən sonra doğrayıb, qabaqcadan
doğranmıĢ soğanla qarıĢdırıb, biĢirilmiĢ və doğranmıĢ kartofun üzərinə tökərək, bitki yağı və
ədviyyat əlavə edib süfrəyə verin.
Baldırğandan küftənin hazırlanması. 200 q baldırğan, 30 q manna yarması, 10 q suxarı, 5 q
piy götürün. Yumuru doğranmıĢ baldırğan yarpağını suya töküb biĢirib hazır olana qədər
qaynamanı davam etdirin. Sonra manna yarmasını əlavə edib yenidən 10-15 dəqiqə biĢirin. AlınmıĢ
kütləni göyərti ilə qarıĢdırıb küftə formasına salıb soyuducuda saxlayın. Sonra onları qızdırıb
üzərinə giləmeyvə, göbələk, meyvədən hazırlanan Ģoraba əlavə edib süfrəyə verin.
Baldırğan, sirkən və kərəvizdən soyuq şorbanın hazırlanması. 60 q baldırğan, 40 q sirkə,
30 q əvəlik, 40 q təzə xiyar, 10 q Ģüyüd, 16 q xama, 50 q kərəviz, 1 diĢ sarımsaq, zövqünüzə görə
duz götürün.
Xırda doğranmıĢ baldırğan yarpaqlarını biĢirin. Hazır olmağa 20 dəqiqə qalmıĢ üzərinə
Dostları ilə paylaş: |