Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   86   87   88   89   90   91   92   93   ...   149

179 
 
sirkəni əlavə edin. Əvəliyi isə ayrıca biĢirin. BiĢirilmiĢ göyərtini suyu ilə birlikdə soyudun. Süfrəyə 
verilməzdən əvvəl bulyon ilə göyərtini qarıĢdırıb üzərinə doğranmıĢ xiyar, göy soğan, Ģüyüd və duz 
ilə  əzilib  qarıĢdırılan  sarımsaq əlavə  edin.  Yeməkdən  əvvəl  suyun  tərkibinə  doğranmıĢ  sümüksüz 
siyənək balığı və qaymaq əlavə edin. 
Baldırğandan piroq içinin hazırlanması. 500 q cavan baldırğan yarpağı, 250 q  göy  və  ya 
baĢ  soğan,  100  q  düyü,  2  ədəd  yumurta,  30  q  piy  götürün.  Baldırğanın  cavan  yarpaqlarını  3-5 
dəqiqə qaynar suda biĢirib, doğrayıb, qızardılmıĢ soğanla qarıĢdırıb azca biĢmiĢ yumurtanı dairəvi 
doğrayıb  üzərinə  qoyun.  Aldığınız  kütlədən  1-2  xörək  qaĢığı  götürüb,  qıcqırdılmıĢ  xəmir  Ģəklinə 
salıb küftənin içərisinə doldurub biĢirin. 
Baldırğandan şüyüd əlavə etməklə şorba hazırlanması. 1 kq cavan baldırğan yarpağı, 50 q 
Ģüyüd, 200 q duz götürün. Cavan baldırğan yarpaqlarını ət maĢınından keçirib doğranmıĢ Ģüyüdlə 
qarıĢdırın. 200 q duzu, 2 kq təzə göyərti ilə qarıĢdırıb ĢüĢə balonlara doldurub soyuducuda saxlayın. 
Aldığınız kütlədən Ģorba, borĢ və Ģorabaya (xuruĢa) əlavə edin.  
 
ERĠKA – Ericaceae Juss. fəsiləsi 
Qızılı rododendron – Rhododendron aureum Georg. 
 
Dünya florasının tərkibində fəsilənin 1000-dən artıq növü yayılmıĢdır. Bunlar ağac, kol və 
kolcuqlardan  ibarət  olub  çox  zaman  həmiĢəyaĢıldır.  Cinsə  aid  olan  600-dən  artıq    növə  Yer 
kürəsinin əsasən subtropik, mülayim və soyuq zonalarında rast gəlmək olar. 
Fəsiləyə daxil olan maraqlı cinslərdən biri də Rododendron-dur. 
Cinsə  daxil  olan  növlərin  əksəriyyəti  aĢı  təbiətli,  boyaq  xüsusiyyətli,  dərman  və  efir  yağlı 
bitkilər hesab edilir.  
Cinsin 
Qafqazda 
5, 

cümlədən 
Azərbaycanda  2  növünə  rast  gəlmək  olar. 
Rodedendron  cinsinə  daxil  olan  növlərdən  biri  də 
qızılı rododendrondur - R. aureum Georg
Qızılı  rododendron  –  R.  aureum  Georg. 
həmiĢəyaĢıl  sürüyən  və  yaxıd  dırmaĢan  kol  olub, 
dərivari  çılpaq  ellipsvari  yarpaqlarının  uzunluğu 
1,5-9,0  sm,  eni  isə  1,0-2,7  sm  olub  çətirvari 
hamaĢçiçəyə  malikdir.  Bitki  iyul-avqust  aylarında 
çiçək açır. Meyvəsi uzunsov qutucuqdan ibarətdir.  
Bitkinin yarpağının tərkibindən 10-20%-ə qədər aĢı, 4%-ə qədər arbutin qlikozidi, zoğlardan 
isə 11% tanin aĢkar edilmiĢdir. Təzə yarpaqlarının tərkibində andromedotoksin maddəsi tapıldığına 
görə  zəhərli  hesab  edilir.  Yarpaqlarından  hazırlanan  cövhərindən  ürək-damar  xəstəliklərinin 
müalicəsində və homeopatiyada istifadə edilir.  
Müalicə  məqsədləri  üçün  rododendronun  çiçək  açan  dövrdə  toplanan  yarpaqlarından,  az 
hallarda isə ləçəklərindən istifadə edilir.  
Rododendrondan  hazırlanan  preparatlar  sakitləĢdirici,  ağrıkəsici,  tonusartırıcı,  bakteriosid, 
sidikqovucu,  tərqovucu,  büzüĢdürücü,  qan  dövranını  yaxĢılaĢdıran,  taxikardiya  zamanı  ürək 
döyüntülərinin sayının azaldılmasında, təngnəfisliyin aradan qaldırılmasında tətbiq edilir.  
Qızılı rododendrondan müalicə preparatlarının hazırlanması. 
Taxikardiya,  təngnəfəslik,  ürək  çatışmazlığında,  həmçinin  qrip,  soyuqdəymə,  lümbaqo, 
podaqra,  böyrək  daşı  xəstəliklərində.  2 çay  qaĢığı  doğranmıĢ  yarpağını  0,5  litr  qaynadılmıĢ  suya 
töküb, 2 saat dəmlədikdən sonra süzün. Gündə 3-4 dəfə 1 xörək qaĢığı yeməkdən sonra qəbul edin. 
Müalicə kursu 3-5 gündür.  
Baş  ağrılarında,  yuxusuzluqda,  kəskin  həyəcanlanmalarda,  qızdırmada,  epilepsiya 
zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  yarpaqlarını    1  stəkan  qaynar  suya  töküb  yarım  saat  dəmləyib 
süzün. Gündə 2-3 dəfə yeməkdən sonra 1 xörək qaĢığı qəbul edin. Müalicə kursu 5-7 gündür. 
Həyəcanlanmaların  tez-tez  baş  verməsi,  streslər  zamanı.  1  xörək  qaĢığı  otunu  0,5  litr 
qaynar  suya  töküb,  üzərinə  2  xörək  qaĢığı  bal  əlavə  edib  qarıĢdırın.  3-5  saat  saxladıqdan  sonra 


180 
 
süzün.  Gündə  1-2  dəfə  yeməkdən  sonra  stəkanın  1/5  hissəsi  qədər  qəbul  edin.  Müalicə  kursu  3-4 
gündür. 
Radikulit  zamanı.  2  xörək  qaĢığı  doğranmıĢ  yarpaqlarını  1  stəkan  arağın  üzərinə  töküb  1 
həftə otaq temperaturunda saxladıqdan sonra süzün. Gündə 2-3 dəfə, 4 xörək qaĢığı suyun üzərinə 
20-25 damcı əlavə edib vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin. 
Revmatizm,  podaqra  zamanı.  5  xörək  qaĢığı  doğranmıĢ  yarpaqlarını  3  litr  qaynar  suya 
töküb,  vam  od  üzərində  10-15  dəqiqə  qaynadın,  yarım  saat  saxladıqdan  sonra  vannaya  töküb 
üzərinə  38-39  dərəcə  temperaturda  olan  su  əlavə  edin.  Vannasından  axĢamlar,  yatmağa  1  saat 
qalmıĢ 15-20 dəqiqə qəbul edin. Müalicə kursu 6-7 gündür.  
Diqqət! Bitki zəhərli oluduğundan qəbul zamanı bitkinin miqdarına fikir verin. Qeyd edilən 
miqdardan  artıq  götürmək  yolverilməzdir.  Preparatlardan  uzun  müddət  qəbul  edilməsi  məsləhət 
görülmür.  
 
Mərcangilə (qaragilə) – Vaccinium myrtillus L. 
 
Bir  sıra  elmi  ədəbiyyatlarda  göstərilir  ki,  fəsilənin  tərkibinə  10  cins  və  500-dən  artıq  növ 
daxildir. Bəzi mənbələrdə isə 20 cins və 500 növ daxil olduğu göstərilir (Azərbaycan florası, 1957; 
Qubanov  və b., 1976). Erika fəsiləsinin ən qiymətli cinslərindən biri Qaragilə (Mərcangilə) hesab 
edilir. 
Qeyd! QuĢüzümü - Solanium cinsinin adı qaragilə adlandığına görə biz  Vaccinium cinsinin 
Mərcangilə  adlandırmağa  qərara  aldıq.  Mərcangilə  cinsi  400-ə 
qədər növü əhatə edir. Afrikada yayılmıĢdır. 
Qafqazda,  o  cümlədən  Azərbaycanda  cinsin  3  növünə 
təsadüf edilir. Cinsin qiymətli növlərindən hesab edilən mərcangilə 
dərman, boyaq, aĢı, qida və bəzək bitkisi hesab edilir. Mərcangilə - 
Vaccinium  myrtillus  L.  hündürlüyü  20-45  sm  olan  kiçik  koldur. 
Yarpaqları  tökülən,uzunluğu  15-25  mm  yumutravari  və  ya 
ellipsvaridir.  Giləmeyvələri  Ģar  formalı,  qara  rəngdə,  göyümtül 
xətlidir.  Tam  yetiĢmiĢ  meyvələri  qırmızı  rəngdə  olur.  Bitki  iyun-
iyul ayında çiçək açır, avqust-sentyabrda meyvə verir.  
Mərcangilə  Azərbaycan  ərazisində  Böyük  Qafqazın  qərb,  Kiçik  Qafqazın  isə  mərkəz  və 
Ģimal  hissələrində  yayılmıĢdır.  Bundan  baĢqa  bitkiyə  çəmənliklərdə,  dağlıq  hissələrdə,  kəsilmiĢ 
meĢə sahələrində də rast gəlmək olur. Bəzən sıx cəngəlliklər əmələ gətirir. 
Kimyəvi  tərkibi.  Giləmeyvəsinin  tərkibində  12-17%-ə  qədər  aĢı  maddəsi,  polifenol 
birləĢmələrindən antosionlar, leykoantosianlar, katexinlər, malvidin və mirtilin flavonoidlərini qeyd 
etmək olar. Bundan baĢqa 7%-ə qədər alma, limon, benzoy, yantar, az miqdarda isə çaxır və salisil 
turĢuları təĢkil  edir.  Giləmeyvəsinin  tərkibində  0,01-0,10%-ə  qədər  fruktoza,  qlükoza  və  saxaroza 
strukturlu  Ģəkərlər  aĢkar  edilmiĢdir.  Bitkinin  tərkibində  5-30  mq%-ə  qədər  C  vitamini  bəzi 
ədəbiyyatlarda isə hətta 50 mq% göstərilir (Siroekovskiy, 1974). Giləmeyvənin tərkibində quru çəki 
hesabı ilə mq%-lə 0,80 - Ca, 0,21 - Fe, 0,17 - Mn, 0,09 - Si, 0,67 - Al makro- və mikroelementləri 
də müəyyən edilmiĢdir.  
Mərcangilə  tərkibində  tapılmıĢ  Ģəkərli  maddələr,  askorbin  turĢusu,  antosion, 
leykoantosianlar,  makro-  və  mikroelementlər  və  s.  onun  keyfiyyətli  xoĢtamlı,  qida  tamı  hesab 
edilməsinə dəlalət edir.  
Bitkinin  giləmeyvəsinin  tərkibində  tapılan  benzoyl  (vaksininin)  onun  antiseptik 
xüsusiyyətlərə malik olduğunu göstərir. Bundan baĢqa bitkidən 0,04 mq% 1,6 mq% karotin aĢkar 
edilmiĢdir.  Yarpaqlarının  tərkibində  isə  20%-ədək  aĢı,  1%-ə  qədər  amorf  formalı  mirtilin,  2%-ə 
qədər neomirtilin-C, flavonoidlərdən isə kversetin və kimyəvi quruluĢları naməlum digər maddələr, 
250 mq%-ə qədər askorbin turĢusu aĢkar edilmiĢdir.  
Farmakoloji xüsusiyyətləri. Eksperimental və kliniki məlumatlar. 
Mərcangilənin  giləmyevə  və  yarpaqlarından  hazırlanan  dəmləmələrindən,  cövhər  və 
Ģirələrindən  elmi  təbabətdə  və  xalq  təbabətində  müxtəlif  xəstəliklərin  müalicisində  geniĢ  istifadə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə