Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.

səhifə92/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   88   89   90   91   92   93   94   95   ...   149

183 
 
Çiçəkləri beĢ ləçəkdən ibarətdir, hamaĢçiçəkləri çətir formasında olub əks tərəfə yönəlmiĢdir. 
Bitkinin  çiçəyinin  tərkibində  triterpenlər,  saponinlər,  qlükozidlər,  flavonoidlər,  askorbin 
turĢusu,  karotin,  qanyaradıcı  makro-  və  mikroelementlərin  zəngin  kompleksi  aĢkar  edilmiĢdir. 
Bundan  baĢqa  kökünün  tərkibində  5-10%-ə  qədər  saponinlər,  0,08%  efır  yağı,  qlükozidlərdən  - 
primularverin (primulaverozid, C
20
H
28
O
13
), primulagenin (C
30
H
50
O
3
), yarpaqlarının tərkibində 2%-
ə qədər saponin, 3 mq%-ə qədər karotin və s. aĢkar edilmiĢdir. Bitkinin yarpaqlarında 5%-ə qədər, 
çiçəklərində  6%-ə  qədər  quru  çəki  hesabı  ilə  askorbin  turĢusu  tapılmıĢdır.  Bir  sıra  xalqların 
mətbəxlərində  novruzçiçəyindən  dadlı,  tamlı  və  ləzzətli  xörək  növləri  hazırlayırlar.  Hal-hazırda 
dünyanın bir çox ölkələrində novruzçiçəyindən yaz ədviyyatları, yaĢıl salat növləri hazırlayırlar. Bir 
ədəd novruzçiçəyi yarpağı insanın bir gündə C vitamininə olan tələbatını ödəyir. 
Novruzçiçəyindən  hələ  çox  qədim  dövrlərdən  baĢlamıĢ  hal-hazırkı  dövrə  qədər  xalq 
təbabətində  ağ  ciyər,  uzun  sürən  öskürəyə,  kəskin  xroniki  və  bronxit,  böyrək,  sidik  kisəsi 
xəstəliklərində,  orqanizmin  müqavimətinin  gücləndirilməsində,  vitamin  çatıĢmazlığının  aradan 
qaldırılmasında,  qanazlığında,  bronxial  astmanın,  xroniki  qəbizliyin,  müalicəsində  geniĢ  istifadə 
edilir.  Bundan  əlavə  novruzçiçəyindən  hazırlanan  preparatlarla  daha  bir  sıra  xəstəliklərin,  o 
cümlədən  də  nevralgiya,  nevrozun,  aybaĢı  pozuntularında,  ağır  keçən  klimaksların,  orqanizmin 
zəifləməsinin,  əzginliyin,  iĢtah  pozuntularının,  paradontozun  aradan  qaldrlmasında  və  s. 
xəstəliklərin  müalicəsində  iĢlədilir.  Bitkidən  hazrlanan  preparatlardan  ən  çox  əsəb  gərginliyindən 
əziyyət  çəkənlər,  tez-tez  həyəcan  keçirənlər,  iqlim  dəyiĢmələrinə  və  miqren  ağrılarına  məruz 
qalanlar istifadə edirlər. 
Norvuzçiçəyindən müalicə preparatlarının hazırlanması. 
Avitaminoz,  ağır  keçən  xəstəliklərdəıı  sonra,  immunitet  zəifləməsində,  yuxusuzluq, 
revmatizm, podaqra zamanı. QurudulmuĢ yarpaqlarından çay kimi dəmləyib gündə 3 dəfə için. 
Maddələr  mübadiləsinin  yaxşılaşdırılmasında.  Novruzçiçəyi  ilə  minaçiçəyindən  bərabər 
miqdarda  götürüb  2  xörək  qaĢığı  2  stəkan  qaynar  suya  töküb  15-20  dəqiqə  dəmlədikdən  sonra 
süzün. Aldığınız ekstraktdan götürüb bütün günü qurtum-qurtum qəbul edin. Bununla siz maddələr 
mübadiləsini yaxĢılaĢdrmaqla yanaĢı bütün soyuqdəymə proseslərinin də qarĢısını ala bilərsiniz. 
Görmə  qabiliyyətinin  yaxşılaşdırılmasında.  Novruzçiçəyi  gözün  görmə  qabiliyyətini  də 
yaxĢılaĢdırır.  Bunun  üçün  2  xörək  qaĢığı  otundan  götürüb  0,5  litr  qaynar  suya  töküb  termosda,  5 
saat  dəmləyib  gündə  3  dəfə  stəkanın  1/3  hissəsi  qədər  qəbul  etməklə  yanaĢı  1-2  damcı  gecələr 
gözünüzə damızdırın. 
Qadın  dərisinin  cavanlaşdırılması  üçün.  Dərinin  cavanlaĢdırılması,  regenerasiyasının 
sürətləndirilməsi,  qırıĢların,  ləkələrin,  səpgilərin  müalicəsi  üçün  5  xörək  qaĢığı  doğranmıĢ 
novruzçiçəyi,  2  xörək  qaĢığı  andız  kökü,  2  xörək  qaĢığı  mahmızçiçəkdən  götürüb  0,5  litr  arağın 
üzərinə töküb 1 ay cövhərini çıxartmaq üçün saxlayın. Aldığınız cövhərlə səhər və axĢam üzünüzü 
silin. Bu üsuldan qadınlar hələ bir neçə əsr bundan əvvəl istifadə edirmiĢlər. 
Bundan  baĢqa  xalq  təbabətində  bitkidən  alınan  dəmləmə  və  ekstraktlardan  qankəsici, 
yuxugətirici, miqrenin və qəbizliyin müalicəsində geniĢ istifadə edilir. Bunun üçün 1 xörək qaĢığı 
doğranmıĢ yarpaq və çiçəklərindən götürüb 1 stəkan qaynar suya töküb, 2 saat dəmlədikdən sonra 
süzün. Aldığınız cövhərdən gündə 4-6 dəfə 1-2 xörək qaĢığı qəbul edin. 
1 çay qaĢığı doğranmıĢ kök hissəsindən götürüb 1 stəkan suya töküb qaynama dərəcəsində 
gətirin  və  10  dəqiqə  dəmləyib  süzün.  AlınmıĢ  cövhərdən  1  xörək  qaĢığı  götürüb  gündə  3-4  dəfə 
qəbul edin. 
 
ZEYTUN – Oleaceae Hoffmanns. & Link fəsiləsi 
Ġran yasəməni – Syringa persica L. 
 
Yasəmən  cinsinin  dünya  florasının  tərkibində  30-a  qədər  növü  yayılmĢdır.  Bu  növlərə  ən 
çox  yer  kürəsinin  ġərq  hissələrində,  Asiya  qitəsinin  (Yaponiya,  Koreya,  orta  və  cənub-Ģərqi  Çin 
vilayətində) rast gəlmək olar. Yasəmənin Azərbaycan ərazisində 3 növü mədəni halda bəzək bitkisi 
kimi əkilib-becərilir. Bir növü S.persica L. yabanı halda TalıĢ zonasının ərazilərində təsadüf edilir. 
Ġran  yasəməni  –  S.persica  L.  budaqları  bir-birindən  aralanmıĢ  halda  olan,  hündürliiyü  1-3 


184 
 
metrə çatan kol bitkisidir. Cavan budaqları çılpaqdır. Yarpaqları 2-3 sm uzunluğunda olub hamar və 
bütövdür. Çiçəkləri açıq-bənövĢəyi və yaxud ağımtıldır. Aprel- may aylarında çiçək açır. 
Ġran  yasəməninə  Azərbaycanın  TalıĢ  zonasının 
dağlıq ərazilərində rast gəlmək olar. 
Çiçəkləyən  yasəmən  -  yazın  gəliĢinin  rəmzidir. 
Yasəmən  xoĢbəxtlik  əlamətidir.  Əgər  siz  5  və  yaxud 
çoxləçəkli  çiçək  bitkisi  tapsanız  tez  onu  yeyin  ki, 
ürəyinizdə nə arzu tutmuĢsunuzsa həyata keçsin. 
Axtarın  sizə  «xoĢbəxtlik»  gətirən  ağ  çiçəkli 
yasəməni. 
Müalicə  məqsədi  üçün  bitkinin  çiçək,  tumurcuq 
və yarpaqlarını yayın birinci yarısında toplayırlar. YaxĢı 
qurudulmuĢ  xammal  öz  keyfiyyətini  itirmədən  2  ilə 
qədər  qala  bilər.  Yasəməndən  hazırlanan  preparatlarla 
mikrob  əleyhinə,  yaraların  sağaldılmasında,  soyudqəymədə,  istiliyin  aradan  qaldırılmasında, 
tərlədici, bəlğəmgətirici, sakitləĢdirici, qıcıqlanma, Ģəkəri azaldan və ağrıkəsici vasitə kimi istifadə 
edilir. 
Bronxial astmada, pankreas vəzinin fəaliyyətinin artırılmasında, allergiya nəticəsində baş 
verən dəri xəstəliklərində. 1 xörək qaĢığı təzə tumurcuğundan götürüb 0,5 litr qaynar suya töküb, 
vam    od  üzərinə  qoyun,  5  dəqiqə  qaynatdıqdan  sonra  yarım  saat  dəmləyin.  Aldığınız  ekstraktdan 
gündə 3 dəfə yeməkdən əvvəl bir xörək qaĢığı qəbul edin. 
Revmatizm, radikulit və poliartritin müalicəsində. Bunun üçün yarımlitrlik ĢüĢə butulkanı 
yarısına  qədər  yasəmən  çiçəkləri  ilə  doldurub  üzərinə  dolana  qədər  araq  əlavə  edin  və  2  həftə 
qaranlıq yerdə saxlayıb sonra süzün. Aldığınız cövhərdən 30 damcı götürüb, az miqdar suya töküb 
gündə 3 dəfə qəbul edin. Bu cövhərlə axĢamlar ağrıyan damarları silin. Müalicə kursu 3 aydır. 
Yasəməndən  revmatizm  və  artrit  üçün  mazın  hazırlanması.  1  xörək  qaĢığı  qurudulmuĢ 
hissəsindən götürüb, 1 xörək qaĢığı kərə yağı ilə qarıĢdırıb, aldığınız qarıĢığı soyuducuda saxlayın. 
AxĢamlar mazı ağrıyan xəstə damarlara sürtün. 
Böyrək  soyuqdəymələrində  və  böyrək  daşlarının  tökülməsində.  2  xörək  qaĢığı  təzə 
yarpaqlarndan götürüb 1 stəkan qaynar suya töküb qaynama dərəcəsinə gətirin və 2 saat dəmləyib 
süzün. Sonra aldığınız dəmləmədən gündə 3 dəfə yeməyə  yarım saat qalmıĢ 1 xörək qaĢığı qəbul 
edin. Müalicə kursu 2 həftədir. 2 həftə istirahət verdikdən sonra müalicəni davam etdirin. Müailcə 
müddəti 3-4 kursdur. 
Epilepsiya  zamanı  (əlavə  kömək  kimi).  1  çay  qaĢığı  təzə  çiçəyindən  götürüb  20  dəqiqə 
dəmləyin. Sonra süzüb gündə 3 dəfə 0,5 stəkan qəbul edin. 
Tromboflebit  zamanı.  Kəsik  və  yaraları müalicə etmək  üçün  təzə  yarpağından  hazırlanmıĢ 
sıyığndan  götürüb  xəstə  olan  nahiyələrə  yaxıb  bağlayın.  Birinci  iki  gün  sarğını  gündə  2  dəfə 
dəyiĢin. Ertəsi günü isə 1 dəfə dəyiĢin. 
Miqren zamanı. Təzə yasəmən yarpağından götürüb alın nahiyənizə düzüb tənzif ilə sarıyın. 
Sarğını təzə halda hər 2-3 saatdan bir dəyiĢin. 
Diqqət!  Bitkinin  bütün  hissəsi  az  zəhərli  olduğundan  bitkidən  müalicə  məqsədləri  üçün 
götürülən xammalın miqdarına ciddi fikir verin. 
 
Zeytun – Olea europaea L. 
 
Zeytun  cinsinin  dünya  florasının  tərkibində  60-a  qədər  növü  yayılmıĢdır.  Bu  növlərin 
əksəriyyəti yabanı, həmiĢəyaĢıl ağac və kol bitkiləridir. 
Zeytun  –  Olea  L.  dünyanın  tropik  və  subtropik  zonalarının  əsasən  dağlıq  ərazilərində 
yayılmıĢlar.  Bütün  yabanı  növləri  həmiĢəyaĢıl  ağac  və  kol  bitkiləridir.  Mədəni  halda  ancaq  O. 
europaea  L.  növü  məlumdur.  Bu  mədəni  növün  yabanı  vəziyyəti  məlum  deyildir.  Zeytun  cinsi  - 
Olea  L.  Afrika,  Ərəbistan  yarımadasında,  Ġran,  Hindistan,  Qərbi  Çin,  Avstraliya,  Asiya  və  s. 
ərazilərdə təsadüf edilir. 




Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   149


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə