Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   89   90   91   92   93   94   95   96   ...   149

185 
 
Zeytun - Olea europaea L. Bu həmiĢəyaĢıl, 3-7 m, nadir hallarda 10-12 m hündürlükdə olan 
ağacdır. Bəzi hallarda gövdəsinin diametri 2 m-ə qədər olur. AĢağıda  yerləĢən budaqlar tikanlı və 
yaxud tikansız olur. Yarpağının kənarları bütöv olub 3-
8  sm  uzunluğa,  1,5  sm  enə  malikdir.  Yarpaqlar 
budaqların  üzərində  tökülmədən  2-3  ilə  qədər  qalır. 
Çiçəkləri  ağımtıl,  xırda,  mürəkkəb  çiçə
 
k  qrupuna  aid 
olub  qoltuqda,  nadir  hallarda  gövdənin  qurtaracağında 
salxımvari yerləĢmiĢdir. Meyvəsi  yedəkli,  yumurtavari 
və  yaxud  ovalvaridir.  Zeytunun  yetiĢmiĢ  meyvələri 
qaramtıl,  qırmızı,  bənövĢəyi  rəngdə  olduğu  halda,  bir 
neçə sortunun meyvələri ağ rəngdə olur. Meyvənin lət 
hissəsi  bütün  meyvənin  75-86%-ni  təĢkil  edir.  Zeytun 
uzun ömürlü ağacdir. Tarixi mənbələrdə qeyd edilir ki, 
zeytun 1500 ilə qədər yaĢayır. 
Zeytunun ən geniĢ əkin sahələri Orta Aralıq dənizi ətrafı ölkələrinin dənizə yaxın ərazilərini 
əhatə edir. Zeytunun təsvirini iĢləyib hazırlayarkən S.Ġ.Petyaev əsasən mədəni halda becərilən növ 
və sortlarını meyvələrinin formasına, iri və kiçikliyinə görə əsas götürmüĢdür. 
Mədəni zeytunun mənĢəyi haqqında mübahisəli fərziyyələr mövcuddur. Bir  sıra botaniklər 
əsasən O.oleaster növündən, digərləri isə onun O.chryzophyll-dan götürüldüyünü qeyd edirlər. 
Bitki  növləri  arasında  müalicəvi  əhəmiyyətinə  görə  öncül  yerlərdən  birini  zeytun  tutur. 
Zeytunun  əmələgəlmə  tarixi,  yəni  mənĢəyi  çox  qədim  tarixə  malikdir.  O,  hələ  eramızdan  2500  il 
əvvəl  misirlilər  tərəfindən  becərilmiĢdir.  Ümumiyyətlə,  bu  bitkiyə  qədim  dövrlərdə  böyük  maraq 
vardı.  Aralıq dənizi ölkələri xalqlarının həyatı bilavasitə zeytunla sıx bağlı olmuĢdur.  Hal-hazırda 
da  Ġspaniya,  Ġtaliya,  Yunamstan  və  s.  ölkələrdə  zeytun  geniĢ  plantasiyalar  Ģəklində  əkilir.  Zeytun 
əsasən  subtropik  qurĢağın  əlveriĢli  sahələrində  bitdiyi  üçün  Azərbaycan,  Gürcüstan,  Krım, 
Türkmənistan, Krasnodar və s. yerlərdə də geniĢ becərilir. Əsasən AbĢerona nə vaxt gətirilib? Bəzi 
mənbələrdə  qeyd  edilir  ki,  bu  qiymətli  bitki  respublikamıza  XVIII-XIX  əsrlərdə  ġamdan  və 
Türkiyədən gətirilib. AbĢeron üçün səciyyəvi olan bu bitkinin yaxın tarixdə gətirilməsini inkar edən 
mənbələrdə  göstərilir  ki,  Azərbaycanın  özü  elə  zeytunun  vətənlərindən  biridir.  Qədim  yunan 
tarixçisi  və  coğrafiyaĢünası  Strabon  2000  il  öncə  Azərbaycanda  olarkən,  AbĢeronda  becərilən 
zeytun ağaclarını yüksək dəyərləndirmiĢdir. 
Bəs  zeytunun  bu  qədər  yüksək  qiymətləndirilmesi  hansı  amillərlə  ölçülür?  HəmiĢəyaĢıl 
yaraĢıqlı zeytun ağacı güclü küləklərin, yağıĢların, zəhərli və çirkli hava cərəyanlarının, duzluluğun 
və digər mənfı amillərin təsirindən qoruna bildiyi üçün onun bu xüsusiyyətlərindən dekorativ bəzək 
bitkisi kimi istifadə edilir. Qiymətli oduncağa malikdir, məhsuldardır, müalicəvi əhəmiyyətlidir. Biz 
ən çox sonuncunun üzərində dayanacağıq. 
Zeytun  meyvəsinin  lət  hissəsində  34-78%,  toxumunda  isə  25-30%  keyfiyyətli  piyli  yağ 
vardır.  Zeytun  yağı  olan  qliseridlərinin  çox  (80%)  olması  ilə  digər  bitki  yağlarından  fərqlənir. 
Bundan əlavə linol, palmitin (10%), stearin (5-8%), araxis və baĢqa yağ turĢuları, həmçinin, skvalen 
karbohidrogen,  sterin  və  s.  aĢkar  edilmiĢdir.  Tərkibindəki  alifatik  turĢular  iqlim  Ģəraitindən  asılı 
olaraq kimyəvi tərkiblərini dəyiĢir. Meyvələrindən yağ istehsal edilir və bu yağdan iaĢədə, konserv 
sənayesində,  təbabətdə  iĢlədilir.  Ondan  müxtəlif  sabun  və  kosmetik  vasitələr,  vitaminli 
konsentrantlar,  dərman  preparatları  hazırlanır,  meyvəsinin  tullantılarından mal-qara  üçün  qiymətli 
jımıx əldə edilir. 
Xalq təbabətində olduğu kimi elıni təbabətdə də xeyli müddətdir ki, zeytun faydalı dərman 
bitkisi  kimi  istifadə  olunur.  Bu  məqsədlə  onun  meyvəsi,  yağı  və  yarpağı  çox  yararlıdır.  Belə  ki, 
zeytun  yağı  mədə-bağırsaq  və  öd  kisəsi  xəstəliklərinin  müalicəsində  iĢlədilir.  Yarpaq  və 
meyvəsində  fitonsidlər  olduğundan  mikroblara  öldürücü  təsir  göstərir.  Zeytun  yağı  revmatizmdə, 
yanıqlarda, göz xəstəliklərində qədim dövrlərdən bəri iĢlədilir. Son illər ürək-damar xəstəliklərində, 
xüsusən  hipertoniyada  dəmləmə  və  duru  spirtli  ekstrakt  Ģəklində  qəbul  edilir.  Tam  yetiĢmiĢ 
meyvələrindən  alınmıĢ  yağ  bir  sıra  dərman  preparatlarının,  ən  çox  da  yanıq  məlhəmlərinin  və 
iinyeksiya  formalı  dərman  preparatlarının  tərkibində  yarasağaldıcı,  iltihab  əleyhinə  və  ağrıkəsici 


186 
 
dərman  kimi  istifadə  olunur.  Oynaq  ağrılarında,  o  cümlədən  duzlaĢmadan  irəli  gələn  müxtəlif 
orqanların  xəstəliklərində  zeytun  yarpaqlarının  dəmləməsi  təsirli  dərman  sayılır.  Bunun  üçün  80-
100 ədəd zeytun yarpağını dərib 3 litrlik ĢüĢə  qaba tökür (soyuq suda yuduqdan sonra) və üzərinə 
həmin miqdarda qaynar su əlavə edib 10 gün müddətinə qaranlıq yerdə saxlayırlar. Gündə 3 dəfə 
olmaqla,  hər  dəfə  0,5  stəkan  daxilə  qəbul  edilir.  ġərq  təbabətinə  görə,  iĢtahanı  və  cinsi  meyli 
artırmaq üçün yetiĢmiĢ zeytun meyvəsi yaxĢı vasitədir. O, həzm sistemininin fəaliyyətinə də kömək 
edir və mədəni qüvvətləndirir. Yarpağından hazırlanan dəmləmə öskürəyin, zökəmin müalicəsində 
faydalıdır. YetiĢməmiĢ meyvəsindən hazırlanan təpitməsi saçdakı kəpəklənməni aradan qaldırır. 
Qara  ciyər,  öd  daĢı  və  böyrək  sancılarında  zeytun  yağı  faydalıdır.  YaĢıl  zeytun  ağacının 
qatranı hafızəni möhkəmləndiıir. Dəri xəstəliklərində budağını yandırır, əmələ gələn mayeni lazım 
olan  yerə  sürtüb  müalicə edirlər.  Yarpağından  alınan  Ģirəsi  bədən  ağrıları  və  daxili  qanaxmalarda 
imalə  kimi  iĢlədilir.  Bu,  qızdırma  və  qan  təzyiqinə  də  xeyirlidir.  Duza  qoyulmuĢ  zeytunu  çox 
yedikdə adamı arıqladır və yuxusunu pozur. 
Son  50  ildə  respublikamızda  zeytunçuluq  sürətlə  inkiĢf  etmiĢdir.  Lakin  müstəqillik 
qazanandan sonra bir sıra sahələrdə gerilik baĢ verdiyi kimi bu xoĢagəlməz hadisə zeytunçuluğa da 
çox  ziyan  vurmuĢ  və  vurmaqdadır.  Hər  gün  göbələk  kimi  «dombalıb»  çıxan  uca  binaları  tikən 
iĢbazlar  zeytun  bağlarını  kəsib  məhv  edir  və  yerində  plansız  surətdə  binalar  tikərək  ekologiyanı 
korlayırlar. 
 
ACIÇĠÇƏKLĠLƏR – Gentianaceae Juss. fəsiləsi 
Sarı acıçiçək – Gentiana lutea L. 
 
Dünya  florasnın  tərkibində  acıçiçək  cinsinin  400-ə  qədər  növünə  rast  gəlmək  olar.  Bu 
cinslərin  əksəriyyəti  birillik  və  çoxillik  ot  bitkiləridir.  Acıçiçəyin  Qafqazda  28,  o  cümlədən 
Azərbaycanda 14 növü yayılmıĢdır. 
Bu  cinsin  müalicə  məqsədi  üçün  istifadə  olunan  əsas 
növlərindən biri sarı acıçiçək - G. lutea L. növü hesab edilir. 
Sarı acıçiçək - Gentiana lutea L. Bu hündürlüyü 120-140 
sm olan yoğun (3 sm) kök və çoxlu baĢcıqdan ibarət kökümsova 
və  yan  kökə  malik  çoxillik  ot  bitkisidir.  Yarpaqları  iri  -  25  sm 
uzunluğunda qarĢı-qarĢıya düzülmüĢ oturacaqdır. Bitkinin birinci 
və ikinci ili rozett yarpaqları inkiĢaf etdiyi halda, 3-4-cü ili gövdə 
hissəsi inkiĢaf etməyə baĢlayır. 
 
Çiçəkləri sarı rəngdə, çiçək tacı 2 sm olub yarım çətirvari 
formada  gövdənin  yuxarısında  yarpaqların  qoltuq  hissəsində 
yerləĢirlər.  Meyvəsinin  uzunluğu  6  sm  olan  qutucuqdur. 
Toxumlar xırda yastıdır. Bitki iyun-iyul ayları çiçək açır, sentyabrda toxum verir. 
Azərbaycan  florasının  tərkibində  bu  bitkiyə  rast  gəlinmir.  Ancaq  toxumu  vasitəsilə 
çoxaldılır. Toxumu ikinci ili cücərti verir. 
Respublikamızın  ərazisində  rast  gəlinən  növ  G.cruciata  L.-dir.  Bitkinin  kök  və 
kökümsovunun  tərkibindən  acımtıl  iridoid  qlükozidi  (1,5-2,0%)  gensiopikrin,  0,1%  gensin, 
amarogentin,  amarosverin,  amaropanin,  gensiamarin,  gensuakaymol,  trisaxarid  gensianozu,  0,35-
0,6%  gensianidin,  0,1%  ksanton-gensizin,  gensiosterin  askorbin  turĢusu,  flavonoid  maddələri, 
katexin  və  s.  maddələr  aĢkar  edilmiĢdir.  Təsiredici  maddələr  və  fermentlər  mədə-bağırsaq 
sisteminin fəaliyyətinin nizamlanmasında böyük rol oynayır. 
Bitkinin kök və kökümsovlarnın tərkibində 3,82% kül, mq/q olmaqla K - 10,40, Ca - 3,80, 
Mg - 1,60, Fe - 0,20 makroelementləri, mkq/q olmaqla Mn - 0,17, Cu - 0,63, Zn - 0,69, Mo - 0,60, 
Cr - 0,38, Al - 0,09, Ba - 0,65, V - 0,02, Se - 6,00, Ni - 0,54, Sr - 0,08, Pb - 0,05, B - 55,60 və s. 
mikroelementləri aĢkar edilmiĢdir. 
Müxtəlif  ölkələrin  xalq  təbabətində  acıçiçəkdən  hazırlanan  dəmləmə  və  cövhərlərdən 
iĢtahartırıcı,  həzmi  yaxĢılaĢdıran,  qastrit,  kolit,  yanıq,  podaqra  və  artritin  müalicəsində  istifadə 
edilir. Müalicə məqsədi üçün bitkinin qurudulmuĢ kök hissəsindən istifadə edilir. YaxĢı qurudulmuĢ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə