Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   90   91   92   93   94   95   96   97   ...   149

187 
 
kök hissəsi 3 il tərkibini itirmədən müalicə qabiliyyətini saxlayır. 
Kökündən  hazırlanan  preparatların  köməyi  ilə  bakterisid,  soyuqdəymə,  yarasağaldıcı, 
büzüĢdürücü, ödqovucu, zəif iĢlədici, oturaq sinir və s. xəstəliklərin müalicəsində istifadə edilir. 
Qastrit  zamanı.  1  çay  qaĢığı  acıçiçək  otunun  doğranmıĢ  kökünü  həmin  miqdarda 
boymadərən  və  qızılsəbətlə  qarıĢdırın.  Sonra  qarıĢığı  3  stəkan  soyuq  suya  tökün  və  qaynama 
dərəcəsinə  gətirib  10  dəqiqə  zəif  od  üzərində  saxlayıb  1  saat  dəmləyib  süzün.  Aldığınız 
dəmləmədən gündə 4-5 dəfə yeməyə yarım saat qalmıĢ daxilə qəbul edin. 
Mədə qıcqırması zamanı. Bunun üçün 0,5 stəkan doğranmıĢ kök hissəsini götürüb 0,5 litr 
qırmızı çaxırın üzərinə töküb, 10 gün müddətində dəmləyin. Sonra süzüb hər gün 50 q cövhərdən 
götürüb yeməyə 10-15 dəqiqə qalmıĢ qəbul edin. 
İştahasızlıq və həzm pozuntuları zamanı. DoğranmıĢ kök hissəsindən hazırlanan tozundan 
az miqdarda götürüb su ilə qəbul edin. 
Bitkinin çiçək hissəsindən sarı, narıncı, narıncı-sarı, qonur və s. rənglər alınır. 
 
SARMAġIQ – Convolvulaceae Juss. fəsiləsi 
Daryarpaq sarmaĢıq – Convolvulus arvensis L. 
 
Fəsilənin  dünya  florası  tərkibində  40  cinsi,  1100  növü  məlumdur.  Bunlara  ən  çox  isti 
ölkələrin ərazilərində rast gəlinir.  
SarmaĢıq cinsinin dünya florasının tərkibində 190-dan artıq növü yayılmıĢdır. Bu növlərə ən 
çox Orta Aralıq dənizi ölkələrində rast gəlmək olar. Qafqazda 10, o cumlədən də Azərbaycanda 8 
növünə rast gəlmək olar. OtsarmaĢığı cinsinin 3 növündən: çöl sarmaĢığı - Convolvulus arvensis L.
daryarpaq sarmaĢıq - C. lineatus L. və Ġran otsarmaĢığı - C. persicus L.-dən təbabətdə istifadə edilir. 
Botaniki  xarakteristikası.  Daryarpaq  sarmaĢıq  çoxillik  ot  bitkisi  olub  boz  və  ya  gümüĢü 
rəngdədir.  Gövdəsi  qol-budaqlı  olub  üzəri  məxməri  tüklərlə  örtülüdür.  Yarpaqları  uzunsov-
ellepsĢəkilli  və  ya  uzunsov  lansetĢəkillidir.  Çiçəkləri  gövdə  üzərində  tək-tək  yerləĢərək  çəhrayı 
rəngdədir. Meyvəsi yumurtayaoxĢar qutucuqdan ibarətdir. 
 
Daryarpaq sarmaĢığı Azərbaycanın Quba-Xaçmaz 
zonasında,  Lənkəranın dağlıq, TalıĢ zonasında, Naxçıvan 
ərazisində,  düzənlikdən  baĢlayıb,  orta  dag  qurĢaqlarına 
kimi  quru  daĢlıq  və  qayalıq  yerlərdə,  çay  kənarlarında, 
səhralarda geniĢ yayılmıĢdır. 
Çöl  sarmaĢığı  gövdəsinin  ağaca  sarılması  və 
üçkünc  yarpaqlarının  qaidəsinin  ürəkvari  olması  ilə 
fərqlənir.  Azərbaycanda  geniĢ  yayılmıĢdır.  Ġran 
otsarmaĢığı  isə  yarpaqlarının  girdə-ellipsĢəkilli  və 
çiçəklərinin  ağ  rəngdə  olması  ilə  fərqlənir.  O,  Xəzər  dənizinin  qumlu  sahillərində  daha  geniĢ 
yayılmıĢdır. 
Kimyəvi  tərkibi.  Aparılan  tədqiqatlara  görə  tüklü  sarmaĢığın  -  C.  subhirsutus,  C.arvensis 
otundan  və  toxumlarının  tərkibindən  0,5%-ə  qədər  konvolamin  və  konvolvin  alkoloidləri  aĢkar 
edilmiĢdir. 
Tibbi  əhəmiyyəti.  Elmi  təbabətdə  hər  iki  (konvolamin  və  konvolvin)  alkaloidin 
törəmələrindən  istifadə  edilir.  Bunlar  yerli  anestetik  və  xolinolitik  təsirə  malikdir.  Belə 
törəmələrdən  anestetik  maddə  kimi  istifadə  olunan  konsokaum,  parkinson  xəstəliyi  və  saya 
əzələlərin spazması zamanı istifadə edilir. 
Xalq  təbabətində  sarmaĢığın  qurudulmuĢ  köklərindən  və  kökümsovundan  kərə  yağında 
məlhəm  hazırlayıb  revmatizmdə  ağrıkəsici  vasitə  kimi  istifadə  edilir.  Bundan  baĢqa  onun  yaĢıl 
hissələrini doğrayaraq xırda hala salıb inək südündə qaynadır, sonra üzərinə buğda unu əlavə edib 
biĢirirlər. Alınan məlhəməbənzər kütlədən irinli dəri yaralarının müalicəsində sürtmə dərman kimi 
istifadə edilir. 
 
DODAQÇĠÇƏKLĠLƏR – Lamiaceae Lindl. fəsiləsi  


188 
 
Qafqaz bozaqgülü – Phlomis caucasica Rech. fil. 
 
Dünya florasının tərkibində Dodaqçiçəklilər fəsiləsinin 300-dən artıq cinsi və 3250-dən artıq 
növünə  və  növmüxtəlifliyinə  təsadüf  edilir.  Bu  növlər  dünyanın  hər  yerində,  xüsusilə  də  Arallq 
dənizi  ətrafında  daha  çox  yayılmıĢlar.  Bu  nəvlərin  əksıriyyəti  ot,  yarımkol,  nadir  hallarda  ağac 
formasındadırlar.  
Azərbaycanda  Phlomis  cinsinin  6  növünə  təsadüf  edilir.  2  növü:  Qafqaz  bozaqgülü  - 
Phlomis caucasica Rech. fil. və tikanlı bozaqgülü - Ph. pungens Willd. növlərindən təbabətdə geniĢ 
istifadə olunur. 
Botaniki  xarakteristikası.  Qafqaz  bozaqgülü  20-25  sm  hündürlükdə  çoxillik  ot  bitkisidir. 
Rozet  və  gövdənin  aĢağı  hissələrindəki  yarpaqları  uzunsov-lansetĢəkilli,  miĢardiĢlidir,  təpə  hissəsi 
kütdür,  qaidəsi  azca  ürəkvaridir.  Gövdəsinin  yuxarısındakı  yarpaqları  ensiz,  lansetĢəkillidir. 
Meyvəsi qara-qonur rəngli fındıqcıqlardan ibarətdir. Bitki iyun-iyul aylarında çiçəkləyir, meyvələri 
avqust-sentyabrda yetiĢir. 
Tikanlı  bozaqgülü  -  Ph.  pungens  Willd.  hündürlüyü  30-35  sm  olan  çoxillik  ot  bitkisidir. 
Gövdəsi  sadə  olub  üzəri  ulduzvari  tüklərlə  örtülmüĢdür.  AĢağıda  yerləĢən  yarpaqları  uzunsov-
lansetvari, yuxarıda isə kələ-kötür, sıx tüklərlə örtülü olduğu halda, alt hissəsi ağ tüklərlə örtülmüĢ 
və  yaxud  keçəvari  formasındadır.  Çiçəkləri  ikidodaqlı  qırmızı-bənövĢəyi  rəngdə  olub  süpürgə 
formasındadır. May-iyun aylarında çiçək açır, iyul-avqustda meyvə verir. 
Bitki  Azərbaycanda  Kür-Araz  ovalığında,  Naxçıvan 
MR-ın aĢağı dağ ətəklərindən baĢlayaraq yuxarı dağ qurĢağına 
kimi  (2000  metrə  qədər)  sahələrdə  yayılmıĢdır.  Bundan  baĢqa 
bozaqgülünə  quru  qayalıqlarda,  daĢlıq  sahələrdə  rast  gəlmək 
olar. 
Kimyəvi  tərkibi.  Qafqaz  bozaqgülü  otunun  tərkibində 
0,09%  qlükozid  təbiətli  maddələr,  4,2%  aĢı  maddələri,  0,46% 
üzvi turĢular, 94-100 mq% askorbin turĢusu, yarpaqlarında çox 
miqdarda  alkaloid  maddələri,  kumarinlər,  kök  hissəsində  isə 
saponin aĢkar edilmiĢdir. 
Tibbi  əhəmiyyəti.  Dərman  məqsədilə  hər  2  növün 
yerüstü hissələrindən istifadə edilir. Çiçək açan dövıdə toplanıb 
açıq havada qurudulur və istifadə edilir. 
Dəmləməsi  əsəb  xəstəliklərində  sakitləĢdirici  təsir 
göstərir.  Xalq  təbabətində  yuxarıda  göstərdiyimiz  hər  2  növ 
bozaqgülü  çay  kimi  də  iĢlədilir.  Tikanlı  bozaqgülü  dəmləməsindən  «qanazlığında,  vərəm 
xəstəliyində, revmatizmdə istifadə edilir. 
Bitkidən  xalq  təbabətində  həmçinin  büzüĢdürücü,  soyuqdəymədə,  yarasağaldıcı,  qankəsici, 
ödqovucu,  istiliksalıcı  vasitə  kimi  də  iĢlədilir.  Dəmləmə  və  spirtdə  çıxarıĢından  isə  xroniki 
qəbizlikdə,  mədə  yaralarında,  bronxitdə,  ağ  ciyər  vərəmində,  orqanizmin  zəifləməsində  geniĢ 
istifadə edilir. Kökündən alınmıĢ tozundan yaraların üzərinə tökdükdə tez sağalma gedir. 
 
Dərmaıı mərcanotu (Nəmgul) – Betonica officinalis L. 
 
Dünya  florasının  tərkibində  mərcanotunun  15  növünə  rast  gəlmək  olar.  Bunlar  çoxillik  ot 
bitkiləri hesab edilir. 
Dərman  mərcanotu  -  B.  officinalis  L.  Bu  gövdəsinin  hündürlüyü  40-100  sm  olan,  qısa 
kökümsova  malik,  çoxillik  ot  bitkisidir.  Yarpaqları  uzunsov,  yumurtavari,  kənarları  miĢarĢəkilli 
olub, 13-15 sm uzunluğunda, eni isə 4-5 sm olub, qısa 
saplaqlıdır. Çiçəkləri oturaq 10-12 süpürgə formasında 
sıx sünbülvari hamaĢçiçək qrupunda toplanmıĢdır. 
Dərman  mərcanotuna  Quba-Qusar  zonasında, 
orta dağ qurĢağından supalp dağ çəmənliklərinə qədər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə