Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   91   92   93   94   95   96   97   98   ...   149

189 
 
hər yerdə rast gəlmək olar. 
Çox  vaxt  mayın  axırı  meĢə  sahələrində  kolluqlarda,  dağ  yamaclarında  qırmızı  rəngli 
«sünbülvari» çiçəkləri açılmağa baĢlayır. Xalq arasında mərcanotuna çöl sürvəsi (Ģalfeyi) deyirlər. 
Ən çox Quba və Qusar zonasında təsadüf edilir. 
Mərcanotunun tam çiçək açan dövründə toplanan ot hissəsindən çox qədim dövrlərdən xalq 
təbabətində geniĢ istifadə edilmiĢdir. 
Qədim ərəblər mərcanotundan hazırlanan preparatların köməyi ilə ağ ciyər, revmatizm, sistit 
xəstəliklərini, Çində isə baĢ və diĢ ağrılarım müalicə edirmiĢlər. 
Böyük  rus  sərkərdəsi  Suvorov  özünün  yazdığı  «Elmin  qələbəsi»  əsərində  qeyd  edir  ki, 
mədənizin normal iĢləməsi üçün mütləq mərcanotu çayı için. 
Müalicə  məqsədləri  üçün  bitkinin  çiçək  açan  dövründə  toplanan  ot  və  kök  hissələrindən 
istifadə edilir. 
Tam  çiçək  açan  zaman  ot  hissəsinin  tərkibindən  1,54%  flavonoid  maddələri,  2,72% 
stahidrin,  1%  iridoid,  0,83%  efir  yağı,  2%-ə  qədər  üzvi  turĢular,  3,1%  qətran  maddəsi,  54  mq% 
askorbin turĢusu, K vitamini, fenolkarbon turĢusu, estrogen hormonu və s. aĢkar edilmiĢdir. 
Bitkinin  yerüstü  hissəsindən  6,23%  kül,  mq/q  olmaqla  23,60  –  K,  12,60  -  Ca,  2,10  -  Mg, 
0,04 -  Fe makroelementləri, mkq/q olmaqla 0,24 - Mn, 0,67  - Cu, 0,72 -  Zn, 0,12 - Cr, 0,25  -  Al, 
0,01 - Ba, 0,04 - V, 5,56 - Se, 0,02 - Ni, 0,34 - Sr, 0,01 - Pb, 56,40 - B mikroelementləri və s. aĢkar 
edilmiĢdir. 
Mərcanotunun  preparatlarından  sakitləĢdirici,  təzyiq  aĢağısalıcı,  antiseptik,  soyuqdəymə, 
qankəsici, bəlğəmgətirici, ödqovucu kimi, qusma və s. əleyhinə istifadə edilir. 
Bağırsaq  pozuntularında  1  çay  qaĢığı  doğranmıĢ  otundan  götürüb  1  stəkan  qaynar  suya 
töküb, 15 dəqiqə saxlayıb süzün. Sonra aldığınız ekstraktdan gündə 3-4 dəfə yeməyə 15-20 dəqiqə 
qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Qastrit  zamanı  turşuluğun  artmasında,  mədə  və  bağırsaq  ağrılarında,  həzm 
pozuntularında. 1 xörək qaĢığı doğranmıĢ təzə otundan götürüb 0,5 litr qaynar suya töküb zəif od 
üzərinə qoyun və 5-7 dəqiqə saxladıqdan sonra süzün. Gündə 4 dəfə 0,5 stəkan həcmində yeməyə 
yarım saat qalmıĢ daxilə qəbul edin. 
Ağ ciyər qanaxmalarında. 2 xörək qaĢığı doğranmıĢ ot hissəsindən götürüb 1 stəkan qaynar 
suya  tökün  və  zəif  od  üzərinə  qoyub  25-30  dəqiqə  dəmləyin.  Sonra  süzüb  üzərinə  2  xörək  qaĢığı 
portveyn əlavə edib gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım saat qalmıĢ daxilə qəbul 
edin. 
Bronxit, radikulit, böyrək xəstəliklərində, əsəb gərginliyi zamanı. 2 xörək qaĢığı doğranmıĢ 
təzə otundan götürüb 1 stəkan qaynar suya töküb  yarım saat dəmlədikdən sonra süzüb,  gündə 2-3 
dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Qaymarit və sinusit zamanı. 2 çay qaĢığı doğranmıĢ təzə otundan götürüb 0,5 stəkan qaynar 
suya töküb 1 saat dəmləyin. Sonra süzüb gündə 5 dəfə 4 damcı hər iki burun dəliyinə damızdırın. 
Kəsik  və  yaraların  müalicəsində.  Təzə  yarpaqlarından  götürüb  əzib  Ģirəsini  çıxardın  və 
yaxma Ģəklinə salıb xəstə nahiyənin üzərinə qoyub bağlayın. 1-ci gün sarğını 3 dəfə dəyiĢin. Qalan 
günlərdə isə sarğını 1 dəfə dəyiĢmək məsləhət görülür. 
 
Dərman bədrənci – Melissa officinalis L. 
 
Çox qədim zamanlarda bədrənci qiymətli müalicəvi təsirə malik ot bitkisi kimi Yunanıstan 
və  Romada  geniĢ  sürətdə  əkib-becərmiĢlər.  Bədrəncdən  alınan  cövhərlər  ürək  ağrılarının  aradan 
qaldırılmasında,  əhvali-ruhiyyənin  yaxĢılaĢdırılmasında  tətbiq  edilirdi.  Xeyirli  bitki  kimi  insanlar 
tərəfindən çox  sevilirdi.  Kilsə  xadimləri bədrəncdən 
(həvəsləndirici) 
həyəcanlandırıcı 
içkilər 
hazırlayırmıĢlar. 
Bədrənc 
fövqəladə 
müalicəvi 
təsirlərə  malik  olub,  insana  güc  verir,  ruhlandırır, 
ilhama 
gətirir, 
onu 
baĢqa 
insanlara 
qarĢı 
mehribanlaĢdırır.  Bədrənc  xoĢ  ətirli,  müalicə 


190 
 
əhəmiyyətli bitki kimi xalqlar tərəfindən yüksək qiymətləndirilir. Bəzən bitkini limonlu bədrənc və 
yaxud  limonlu  yaıpız  adlandırırlar.  Belə  ki,  bitkinin  yarpaq  və  cavan  gövdələrindən  alınan  efır 
yağının iyi sitrus bitkilərinin iyini xatırladır. 
Orta  əsrlərin  məĢhur  təbiblərindən  sayılan  Ġbn  Sina  bədrəncdən  hazırladığı  bir  sıra 
preparatların  köməyi  ilə  ürək,  həzm  sistemlərində  yaranan  xoĢagəlməz  qüsurların  aradan 
qaldırılmasında istifadə edirmiĢ. 
Bədrəncdən hazırlanmıĢ isti çay baĢ ağrılarını və baĢ gicəllənmələrini aradan qaldırır. 
Bir  sıra  ölkələrdə  bədrənci  nektar  verən bir  bitki  kimi  də əkib-becərmiĢlər.  Bitkinin  adının 
mənası  da  «balverən»dir.  Bitkinin  iyindən  bal  arılarının  çox  xoĢu  gəlir.  Bal  arılarına  qulluq  edən 
arıçı arı qutularına yaxınlaĢmazdan əvvəl üzünü bədrənc yarpaqları ilə silir və sonra iĢinə baĢlayır. 
Dərman  bədrənci  -  Melissa  officinalis  L.  çoxillik  ot  bitkisidir.  Xarici  görüniiĢünə  görə 
bədrənc yarpızı xatırladır. 
Müalicəvi xüsusiyyətləri. Nahaq yerə bitkini «dərman bədrənci» adlandırmırlar. Bu bitkinin 
otunun tərkibindən kəskin limon iyi verən efır yağı əldə edilir. Efır yağının əsas hissəsini (siterol və 
mirsen  təĢkil  edir),  C  vitamini,  aĢı  maddəsi,  qatran,  kofein,  kresol  turĢusu  və  s.  aĢkar  edilmiĢdir. 
Xalq təbabətində bədrəncdən sakitləĢdirici, ağrıkəsici, qıcolma, spazma  əleyhinə, ürək fəaliyyətini 
nizama  salan  vasitə  kimi  istifadə  edilir.  Ġnsanlar  bədrənc  preparatlarından  istifadə  edən  zaman 
təngnəfəsliyi, ürək döyüntüləri sakitləĢir, ürək ətrafında olan ağrılar aradan qalxır, qan təzyiqi aĢağı 
düĢür. Bundan baĢqa bədrənc preparatları miqren, yuxusuzluq, həyəcanlanma zamanı, cinsi həvəsin 
artırılmasında,  müxtəlif  əsəb  gərginliklərinin  aradan  qaldırılmasında  mühüm  əhəmiyyət  kəsb  edir. 
Bədrəncdən  həmçinin  astmanın,  köpmənin  aradan  qaldırılmasında,  çibanların  və  müxtəlif  dəri 
xəstəliklərinin müalicəsində istifadə edilir. 
Bədrəncdən hazırlanan cövhərlər aybaĢı xəstəliklərində, hamiləlik vaxtı özünü büruzə verən 
toksikozların,  klimaksın  nizama  salınmasında  mühüm  rol  oynayır.  Bədrənc  cövhəri  həmçinin 
spazmanın  aradan  qaldırılmasında,  mədə-bağırsağın  normal  iĢləməsində,  öskürəkdə,  yüksək 
temperaturun aĢağı salınmasında mühüm rol oynayır. Bitki insanları bir sıra qorxunc xəstəliklərdən 
xilas  edir.  Lakin  bədrəncdən  istifadə  edərkən  heç  vaxt  tələsməyin,  həmiĢə  həkim  məsləhətlərinə 
qulaq asın. 
Bədrəncdən müalicə preparatlarının hazırlanması. 
Ürək  döyüntülərində,  nevrozda,  miqrenin  aradan  qaldırılmasında,  yuxusuzluqda, 
depressiya  zamanı.  100  q  doğranmıĢ  təzə  otundan  götürüb  0,5  litr  qaynar  suya  töküb  1  saat 
dəmləyin. Sonra süzüb gündə 2-3 dəfə 10 gün ərzində 100 ml qəbul edin. 50 q doğranmıĢ otundan 
götürüb 200 ml arağın üzərinə töküb 7 gün saxlayıb süzün. Cövhərdən gündə 3 dəfə 1-2 çay qaĢığı 
qəbul edin. 
Bronxial astma,  öskürək, temperaturun  yüksəlməsi zamanı. 20 q qurudulmuĢ bədrəncdən 
götürüb termosa töküb 2 saat dəmləyin. Antiseptik, bəlğəmgətirici, istiliyi aĢağı salmaq üçün gündə 
3-4 dəfə hər dəfə 1 stəkan qəbul edin. Bədrənc yağı ilə xəstənin döĢ və bel nahiyələrinə maz çəkin. 
Qarın  köpü,  bağırsaq  spazmalarının,  aradan  qaldırılmasında.  Bədrəncdən  götürüb 
çaynikdə dəmləyin. Hər iki saatdan bir yarım litr bədrənc çayı için. 
Zəhərlənmə zamanı. Hər yarım saatdan bir xəstəyə limonlu bədrənc çayı içirdin. 
Həşarat sancmalarında. HəĢərat sancan nahiyəyə bədrənc yağı sürtün. 
Revmatizm, əzik və yaraların müalicəsində. 3-4 xörək qaĢığı bədrəncin yuxarı hissəsindən - 
zoğ və yaxud yarpaqlarından götürüb biĢirin, sonra tənzifə büküb ağrıyan nahiyənin üzərinə qoyub 
bağlayın. 
Halsızlığın  və  maddələr  mübadiləsi  pozuntularının  aradan  qaldırılmasında.  10  q 
doğranmıĢ  bədrənc  otundan  götürüb  400 q  qaynar  suya  töküb  cövhərini  alıb  süzün.  Gündə  3  dəfə 
hər dəfə 0,5 stəkan qəbul edin. 
Ağrıkəsici  vasitə  kimi.  Bədrəncin  yarpağını  götürüb  qaynar  suda  isladıb  ağrıyan  nahiyəyə 
qoyub 1-2 saat saxlayın. Prosesi gün ərzində bir neçə dəfə təkrar edin. 
Xırda  hissələrə  salınmıĢ  bədrənci  40%-li  spirtin  və  yaxud  arağın  üzərinə  töküb  7  gün 
cövhərini aldıqdan sonra süzün. Cövhərdən gündə 3 dəfə 1-2 çay qaĢığı qəbul edin. 
Bədrənc  çayı  yuxusuzluğu  müalicə  edir.  Əsəbi  insanlar  tez-tez  narahat  olurlar,  bir  yerdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə