Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   92   93   94   95   96   97   98   99   ...   149

191 
 
sakit  əyləĢib  iĢ  görəndə  narahat  olur,  iĢi  tam  görüb  baĢa  çatdırmağa  nail  ola  bilmirlər.  Bu  cür 
xəstələr gecələr narahat və gec yatır, kiçik səsə qarĢı tez reaksiya verib yataqdan durur və s. Bu cür 
xoĢagəlməyən hadisələri aradan qaldırmaq üçün bədrənc çayı ilə müalicə kursu keçməyi məsləhət 
görürük.  3  çay  qaĢığı  xırda  doğranmıĢ  yarpağından  götürüb  fıncana  töküb  üzərinə  stəkanın  1/4 
hissəsi qədər qaynar su tökün və üzərini örtüb 10 dəqiqə dəmləyin. Bədrənc çayının da adi çay kimi 
rəngi bir az tünd olmalıdır ki, xəstə insana yaxĢı təsir göstərsin. Aldığınız bədrənc çayından gündə 3 
fincan içmək məsləhətdir. Əgər siz bədrənc çayının içərisinə 1 çay qaĢığı bal əlavə edib içsəniz bu 
zaman  tez  yuxuya  gedərsiniz.  Beləliklə  bədrənc  çayından  mütəmadi  qəbul  etsəniz  sizin  əsəb 
sisteminizdə heç bir fəsadlar yaranmaz və siz normal iĢ qabiliyyətinizi bərpa etmiĢ olarsınız. 
Bədrəncin  təzə  dərilmiĢ  yarpaqları  çox  gözəl  ətirli  iyə  malik  olur,  ondan  ədviyyat  kimi 
salatların,  borĢ  və  Ģorbaların,  tərəvəz  xörəklərinin  hazırlanmasında  iĢlədilir.  Nazik  doğranmıĢ 
bədrənc yarpağı yumĢaq pendirin üzərinə ədviyyat kimi səpilir. 
Bədrəncdən  taxtadan  düzəldilmiĢ  mebellərə  sürtüb  onların  parlaq  və  xoĢ  iyə  malik 
olmasında da istifadə etmək olar. 
 
Qaraqınıq – Origanum vulgare L. 
 
Bitkinin  adının  rusca  «душица»  adlandırılması  onun  xoĢətirli  iyə  malik  olmasından  xəbər 
verir.  Bu  doğrudan  da  belədir.  Qaraqınıq  çoxillik  ot  bitkisi  olub  xırda  və  açıq-qırmızı  rəngli 
çiçəkləri  insanı  uzaqdan  özünə  cəlb  edir.  Xalq  qaraqınığı 
müxtəlif  adlarla  çağırır.  Məsələn  mehriban  qaraqınıq,  ətirli, 
xoĢ iyli çiçək və s. deyə dindirib, əziləyirlər. 
Qaraqınığa  Azərbaycanda  ovalıqdan  tutmuĢ  subalp 
qurĢağına  kimi  bütün  rayonlarda  təsadüf  edilir.  Ona  tez-tez 
meĢə  kənarlarında,  bağ  və  meĢə  açıqlıqlarında,  kolluq  və 
çəmənliklərdə, bağçalarda rast gəlmək olar. 
Müalicə  məqsədilə  bitkini  çiçək  açan  dövrdə 
toplayırlar.  ToplanmıĢ  xammalı  açıq  hava  Ģəraitində  kölgəli 
yerlərə  sərib  qurudurlar.  QurumuĢ  xammalı  kağız  paketlərə, 
yaxud  karton  qutulara  yığıb  quru,  havası  həmiĢə  dəyiĢilən 
anbarlarda 
saxlayırlar. 
Qaraqınıqdan 
hazırlanan 
ətirli 
preparatlardan  mikroba  qarĢı,  soyuqdəymə,  yarasağaldıcı, 
ağrıkəsici,  sakitləĢdirici,  bəlğəmgətirici,  tərqovucu,  həzm  sisteminin  yaxĢılaĢdırılmasında,  qan 
təzyiqinin aĢağı salınmasında istifadə edilir. 
Qaraqınıqdan müalicəvi preparatların hazırlanması. 
Qrip, öskürək və tərqovucu vasitə kimi. 2 xörək qaĢığı doğranmıĢ otundan götürüb 2 stəkan 
qaynar suya tökün və 2 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə yeməyə yarım saat 
qalmıĢ qəbul edin. 
Mədə  spazmalarında,  mədə  şirəsi  turşuluğunun  aşağı  düşməsində,  enterokolitdə, 
qəbizliyin  aradan  qaldırılmasında,  xolesistitdə.  2  xörək  qaĢığı  otundan  götürüb  1  stəkan  qaynar 
suya tökün, 20 dəqiqə qaynatdıqdan sonra süzün. Ekstraktdan isti halda gündə 4 dəfə stəkanın 1/4 
hissəsi qədər qəbul edin. 
Nevrozda  yuxusuzluğun  aradan  qaldırılmasında,  depressiyada.  1  stəkan  doğranmıĢ 
otundan  götürüb  1  stəkan  qaynar  suya  töküb  2  saat  dəmləyib  süzün.  Ekstraktdan  gündə  3  dəfə  1 
xörək qaĢığı yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin. 
Aybaşı  pozuntularında  və  yaxud  vaxtından  qabaq  baş  verən  klimaksda.  2  xörək  qaĢığı 
doğranmıĢ  otundan  götürüb  0,5  litr  qaynar  suya  töküb  yarım  saat  dəmləyib  süzün.  Aldığınız 
ekstraktdan gündə 4 dəfə yeməyə 20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər götürüb üzərinə bir 
xörək qaĢığı süd və yaxud 1 çay qaĢığı bal əlavə edib qəbul edin. 
Qadınlarda  südün  azalması  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  otdan  götürüb  1  stəkan 
qaynar suya töküb 2 saat dəmləyib süzün. Gündə 4 dəfə 2 xörək qaĢığı yeməkdən əvvəl qəbul edin. 
Baş ağrıları, miqren, damar spaznıalarında. 4 xörək qaĢığı götürüb 1 litr qaynanmıĢ suya 


192 
 
töküb yarım saat dəmləyin və süzün. Aldığınız ekstraktla baĢınızı yuyun. 
Zökəm zamanı. Qurudulub toz halına salınmıĢ bitkidən gündə 3-4 dəfə iyləyin. 
Diqqət!  Hamilə  qadınların  qaraqınıq  preparatlarından  daxilə  qəbul  etmələri  məsləhət 
görülmür. 
 
Ətirli reyhan – Ocimum basilicum L. 
 
Reyhan  -  qara-bənövĢəyi,  tünd-bənövĢəyi,  açıq-bənövĢəyi  və  yaxud  yasəmən  rəngli 
yarpaqları  olan,  kəskin,  azca  acımtıl  tama  malik  ədviyyat  bitkisidir.  Reyhandan  hələ  çox  qədim 
dövrlərdə Yunanıstan və Misirdə balzamlaĢdırma məqsədləri üçün istifadə edilirdi. Qədim dövrün 
təbibləri belə söyləyirdilər ki, reyhan insanların kefini açır, onların enerji qabiliyyətlərini yüksəldir, 
əqlini möhkəmləndirir və ömrünü uzadır. 
Reyhanın  yarpaqlarında  zəngin  vitamin  kompleksləri  və 
bioloji  aktiv  maddələr  aĢkar  edilmiĢdir.  Bitkinin  tərkibində  kalsium, 
azot,  fosfor,  dəmir,  mis  və  s.  makro-  və  mikroelementləri  müəyyən 
edilmiĢdir. 
Xalq  təbabətində  reyhan  vasitəsilə  revmatizm,  dəri  və  əsəb 
xəstəliklərini,  epilepsiyanı  müalicə  edirlər.  Müalicə  məqsədləri  üçün 
bitkinin  bütün  hissələrindən  istifadə  edilir.  Toxumundan  və  otundan 
hazırlanan  dəmləmə  və  cövhərlərindən  xroniki  qastrit,  orqanizmin 
parazit  qurdlardan  təmizlənməsində,  böyrək  və  sidik  kisəsi 
soyuqdəymələrində, öskürək və göyöskürək zamanı daxilə qəbul edib 
müalicə olunurlar. Reyhandan alınmıĢ efır  yağını pambığa hopdurub 
ağrıyan  diĢin  üzərinə  qoyub,  ağrını  aradan  qaldırırlar.  Bitkinin 
yarpaqlarını  su  ilə  təmiz  yuyub  plastr  kimi  dəri  səpmələrinin  üzərinə  yapıĢdırıb  müalicə  edirlər. 
Ağır  fiziki  və  zehni  iĢ  zamanı  yorğunluğu  aradan  qaldırmaq  üçün  reyhanın  vannasından  istifadə 
etməyi  məsləhət  görürlər.  Bolqarıstanda  reyhanın  efır  yağından  qulaqda  baĢ  verən  irinli 
soyuqdəymələrdə damcı kimi, çətin sağalan yaraların isə üzərinə yaxıb müalicə edirlər. 
Reyhandan müalicə preparatlarının hazırlanması. 
Gingivit və stomatitdə. 5 xörək qaĢığı doğranmıĢ reyhandan götürüb 1 litr qaynar suya tökün 
və 1 saat dəmləyib süzün. AlınmıĢ ekstraktla gündə 2 dəfə ağzınızı yaxalayın, stəkanın 1/4 hissəsi 
qədər səhər və axĢam qəbul edin. Bundan baĢqa ağız nahiyəsində baĢ  verən iyi aradan qaldırmaq 
üçün bitkinin ədviyyəli yarpaqlarından çeynəyin. 
Gözə  güc  düşdükdə,  yorğunluğu  aradan  qaldırmaq  üçün.  2  xörək  qaĢığı  quru  otundan 
götürüb 0,5 litr qaynar suya töküb, soyuyana qədər dəmləyib süzün.  AlınmıĢ ekstraktla gözünüzü 
yuyun, konyuktivitdə isə islatma vasitəsi kimi istifadə edin. 
Göbələk  xəstəliklərinin  müalicəsində.  Yuyulub  təmizlənmiĢ  bir  dəstə  reyhanı  kiçik 
hissələrə  salıb  sıyığını  alın.  Sıyığı  tənzifdən  süzüb,  alınan  Ģirədən  gündə  2  dəfə  zədələnmiĢ 
nahiyənizə sürtün. 
Dəridə  olan  gicişmə,  qaşınma  və  allergiyaları  müalicə  etmək  üçün.  2  xörək  qaĢığı 
qurudulmuĢ otundan götürüb 0,5 litr qaynar suya töküb, soyudub süzün. Ekstraktdan gündə 2-3 dəfə 
stəkanın  1/2  hissəsi  qədər  yeməkqabağı  qəbul  edin  və  həmçinin  cövhərlə  zədələnmiĢ  nahiyələri 
silin. 
Əsəb  yorğunluğunun  aradan  qaldırılmasında,  depressiyada.  1  xörək  qaĢığı  qurudulmuĢ 
otunu 1 stəkan qaynar suya töküb 15-20 dəqiqə dəmləyib çay kimi için. 
Soyuqdəymədə.  2  xörək  qaĢığı  reyhanın  otundan  götürüb  1  stəkan  qayar  suya  töküb  45 
dəqiqə dəmləyib süzün. Dəmləməni kiçik porsiyalarla gün ərzində için. 
Kəskin  ishalda.  4-5  xörək  qaĢığı  reyhan  toxumundan  götürüb  quru  tavaya  töküb  qızardın. 
QızardılmıĢ  toxumdan  çay  qaĢığının  1/2  hissəsi  qədər  gündə  3  dəfə  yeməyə  20-30  dəqiqə  qalmıĢ 
yeyin. 
Yara,  kəsik  və  cızıqlaların  müalicəsində.  1  xörək  qaĢığı  toxumundan  götürüb  2  stəkan 
qaynar suya töküb 20 dəqiqə dəmləyin.  Xəstə nahiyələri dəmləmə ilə gündə bir neçə dəfə yuyun, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə