Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   93   94   95   96   97   98   99   100   ...   149

193 
 
toxumunu isə yaraların, kəsiklərin üzərinə qoyub sarıyın. 
Halsızlıq  (impotensiya)  zamanı.  1  litr  qırmızı  çaxırın  üzərinə  5  xörək  qaĢığı  reyhan  və 
boymadərən çiçəyi əlavə edib, 20 gün mütəmadi çalxalamaqla saxlayıb, süzün. Aldığınız cövhərdən 
gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməkdən sonra qəbul edin. 
Bu  cövhər  orqanizmi  möhkəmləndirdiyi  üçün  gündə  50  ml  olmaqla  kiçik  yaĢlı  uĢaqlara 
ondan içirtmək məsləhət görülür. 
Epilepsiya  zamanı.  Reyhandan  alınmıĢ  Ģirədən  gündə  3  dəfə  10  damcı  burnunuza 
damızdırın. 
Diqqət!  Bitkidən  istifadə  edən  zaman  bir  az  ehtiyatlı  olmaq  lazımdır.  Belə  ki,  reyhandan 
hipertoniya, qan laxtalanması yüksək olan xəstələrin qəbul etməsi məsləhət görülmür. 
Reyhandan xoĢiyli və tamlı qidaların hazırlanması. 
Pomidor  və  reyhanı  yarpağından  salatın  hazırlanması.  2-3  ədəd  pomidor,  bir  neçə  cəfəri 
budağı,  Ģüyüd,  reyhan,  1  xörək  qaĢığı  xama,  zövqünüzə  görə  duz  götürün.  Pomidoru  və  biĢmiĢ 
yumurtanı  iri  hissələrə  bölün.  Reyhanı,  cəfərini,  Ģüyüdü  doğrayıb  üzərinə  xama,  azca  duz  əlavə 
edib, yaxĢıca qarıĢdırıb, süfrəyə verin. 
İtalyansayağı ədviyyatın hazırianması. 2 dəstə reyhan, 4 diĢ sarımsaq, 50 q duzlu pendir, 4 
xörək qaĢığı zeytun yağı, zövqünüzə görə duz və istiot götürün. 
Təzə  dərilmiĢ  reyhanı  yuyub  suyu  çəkilənə  qədər  bir  az  gözləyin  və  xırda  hissələrə  ayırın. 
Sarımsağı əzərək bitki ilə qarıĢdırıb, iri qaba qoyun. Sonra bitki kütləsinin üzərinə zeytun yağı əlavə 
edin və iri deĢiyi olan sürtgəcdən keçirib qarıĢdırın. BiĢirib, üzərinə duz, bir neçə damcı limon Ģirəsi 
damızdırın.  Alınan  ədviyyatı  bankaya  doldurub  soyuducuda  saxlayın.  Yeri  gəldikcə  istənilən 
xörəyin tərkibinə qatıb süfrəyə verin. 
Pəhriz  teftelisi.  300  q  təmiz  toyuq  əti,  3  ədəd  iri  kartof,  orta  ölçülü  1  ədəd  soğan,  bitki 
mayonezi, bir neçə reyhan budağı, zövqünüzə görə duz götürün. Bu xörəyi hazırlamaq üçün zər də 
lazım  olacaqdır.  Əti  və  kartofu  xırda  hissələrə  doğrayın,  soğanı  isə  dairəvi  hala  salın.  Zərin  orta 
hissəsinə  duz  qoyub,  ətin,  kartofun,  soğanın  üzərinə  azca  mayonez  əlavə  edin.  Zəri  elə  qoyun  ki, 
sanki  tryufel  konfetini  bükürsünüz.  Aldığınız  kütləni  quru  tavaya  töküb  sobada  30  dəqiqə  biĢirin. 
Hazır xörəyin üzərinə doğranmıĢ göyərti səpib süfrəyə verin. 
 
 
 
 
Rozmarin – Rosmarinum L. 
 
Dünya  florasının  tərkibində  Dodaqçiçəklilər  fəsiləsinin  300  cinsi  və  3500-dən  artıq  növü 
yayılmıĢdır. Bu cins və növlərə ən çox Aralıq dənizi 
ölkələrinin  ərazilərində  rast  gəlmək  olar.  Həyat 
formalarına  görə  bu  növlərin  içərisində  ən  çox  ot 
bitkiləri  üstünlük  təĢkil  edir.  Növlərin  iĢərisində 
yarımkol  və  kollara  da  təsadüf  edilir.  Fəsilənin 
növlərinin içərisində tərkibi efir yağı ilə zəngin olan 
növlər də çoxdur. Bunlardan kəklikotunu, rozmarini, 
lavandanı,  sürvəni  (Ģalfey),  bədrənci,  mərzəni, 
yarpızı  və  s.  qeyd  etmək  olar.  Bunlardan  alınan  efir 
yağlarından  tibb,  ətriyyat-kosmetika,  kulinariya, 
sabunbiĢirmə  və  s.  sahələrdə  geniĢ  istifadə  edilir.  Azərbaycan  florasının  tərkibində  bunövlərin 
böyük ehtiyatı vardır. Tərkibində efir yağı bol olan növlərdən biri də rozmarindir.  
Rozmarin  haqqında  çoxlu  əfsanələr  və  rəvayətlər  mövcuddur.  Qədim  yunanlar  rozmarini 
Afrodit  çiçəyi  adlandırırdılar.  Rozmarinlə  qədim  insanlar  evin  qapı,  pəncərə  və  divarlarını 
bəzəyirdilər. 
Tarixi  mənbələrdə  qeyd  edilir  ki,  rozmarin  çiçəyinin  evdə  saxlanılması  həmın  ailədə  olan 
insanları  xəstəliklərdən,  gözdəymələrdən,  qorxunc,  qəddar  insanlardan,  cin  və  Ģeytanlardan 


194 
 
qoruyurmuĢ. Rozmarin insanlara uzun gənclik illəri və sevgi bəxĢ edirmiĢ. Qədim yunan tələbələri 
əllərində  rozmarin  budaqları  tutaraq  dərslərə  gedərmiĢlər.  Qədim  romalılar  isə  yaddaĢlarını 
möhkəmləndirmək üçün baĢlarında rozmarin budaqlarından düzəldilmiĢ çələnglər gəzdirirmiĢlər. 
ġərq  ölkələrində  cinsi  zəifliyi  aĢağı  olan  insanlara  rozmarin  bitkisindən  hazırlanan 
preparatlardan  istifadə  etmələrini  məsləhət  görürmüĢlər.  Bundan  baĢqa  həmin  insanlar  rozmarinin 
çıçək  və  yarpaqlarını  möhkəm  torbalara  doldurub  baĢlarının  altına  qoyduqda  tez  yuxuya 
gedərmiĢlər. Rozmarinin yarpaq və çiçəkli zoğlarından su buxarı vasitəsi ilə efir yağı alınır.  30-cu 
illərdə  Ġspaniyada  hər  il  orta  hesabla  60-150  ton  efir  yağı  istehsal  edilirdi.  Hazırda  Balkan 
ölkələrində  22  ton,  Tunusdə  19  ton  efir  yağı  əldə  edilir.  Bu  ölkələrdə  rozmarinin  geniĢ 
plantasiyaları salınmıĢdır.  
Rozmarin  kəskin ətirli,  Ģirintəhər,  azca  kamfora iyinə  malik,  Ģam  iyini  xatırladan ən  yaxĢı 
ədviyyat və bır az kəskin tamlıdır.  
Yarpaqlarının  tərkibində  1,5-2,0%-ə  qədər  eflr  yağı,  rozmarin  alkaloidi,  rozmarin  turĢusu 
aĢkar edilmiĢdir. Efır yağının əsas tərkib hissəsini 25-30% pinen, 10-20% kamfen, 10-30% sineol, 
10-18%  borneol,  6-17%  kamfora  və  6-10%  seskviterpenlər  təĢkil  edir.  Rozmarinin  qurudulmuĢ 
yarpaqlarını toz halına salıb, az miqdarda ədviyyatlara qatıb, balıq və konserva sənayesində istifadə 
edirlər. Xarici ölkələrdə rozmarin tozunu bədənlərində gəzdirməyi və ondan qidalarına qatıb istifadə 
etməyi məsləhət görürmüĢlər. 
Ev Ģəraitində ―Afrodita çiçəyi‖ yaxĢı inkiĢaf edir. O iĢığı sevdiyindən onu gilli dibçəklərdə 
basdırıb pəncərə qarĢısında saxlayın. 
Dünya florasının tərkibində 5 növii yayılmıĢdır. Qafqazda, o cümlədən də Azərbaycanda 1 
növünə təsadüf edilir.  
Dərman rozrmarini – Rosmarinum officinalis L. Vətəni Qərbi Aralıq dənizi ölkələri hesab 
edilir. Mədənı halda Ġtaliya, Fransa, Yunanıstan, Ġspaniya, Kiçik Asiya, Albaniya, ABġ-ın  Florida 
Ģtatında  əkilib-becərilir.  KeçmiĢ  SSRĠ-də  isə  Krımın  cənub  sahələrində,  Qara  dəniz  ətraflarında, 
Azərbaycan  və  Orta  Asiyada  çox  yayılmıĢdır.  Bu  bitki  hələ  Bibliya  dövründən  qədim  xalqlara 
məlıım  olmuĢdur.  Rozmarin  Livanın  dağ  yamaclarında,  təpəliklərində,  lavanda,  ardıc,  adaçayı 
(sürvə), zirə, bədrənc bitkiləri ilə birlikdə fıtosenozlar təĢkil edir. Qədim yunan xalqları rozmarini 
müqəddəs kol bitkisi kimi təsvr edirmiĢlər. Bitki Avropaya rahiblər tərəfindən gətirilmiĢdir.  
Rozmarin - həmiĢəyaĢıl, xoĢ ətirli, çox budaqlanan, hündürlüyü 1,0-1,5(2,0) m olan koldur. 
Budaqları ensiz, xətvari, kənarları bükülmiiĢ, aĢağı hissəsi ağımtıl keçə ilə örtülmüĢ  yarpaqlardan 
ibarətdir.  Yarpaq  qoltuğunun  dar  hissəsində  mavi  və  yaxud  bənövĢəyi,  bəzən  ağ  rəngli  salxım 
çiçəkləri  toplanmıĢdır.  Güclü  kök  sistemi  budaqlanaraq  yerin  3-4  m  tərkinə  iĢləyir.  Çoxillik 
budaqları  tünd-boz,  lay-lay  təbəqədən  ibarət  olan  qabığı  odunlaĢmıĢ,  birillikləri  isə  parlaq-boz 
tüklərlə örtülmüĢdür. Toxumları qonurumtul rəngli xırda-qozmeyvədir. 100 ədədinin çəkisi 0,5-1,1 
qramdır. 
Qədim zamanlardan rozmarin dərman bitkisi kimi bir sıra xəstəliklərin müalicəsində istifadə 
edilir.  Bitkidən  hazırlanan  cövhərdən  baĢ  ağrılarında,  soyuqdəymədə,  mədə-bağırsaq 
xəstəliklərində,  sidikqovucıı  vasitə  kimi  istifadə  olunur.  Yarpaqlarından  papiros  preparatları 
hazırlanıb astma xəstəliklərində istifadə olunur. Rozmarin tonusartırıcı xüsusiyyətlərə malik olııb, 
aĢağı  qan  təzyiqlərində,  cinsi  zəiflikdə  müsbət  nəticələr  verir.  Bitkidən  pəhriz  saxlayan  Ģəkərli 
xəstələrə, qara ciyər, öd kisəsi, damar xəstəliklərində, miokardda istifadə etrnəyi məsləhət görürlər. 
Bundan baĢqa, yarpağından hazırlanan cövhərindən qadın xəstəliklərində, o cümlədən də aybaĢı və 
əsəb  pozğunluqlarında,    qadınlarda  baĢ  verən  klimakterik  dövrdə,  ürək  nevrozlarında,  halsızlıqda, 
baĢ gicələnmələrində, yaddaĢın zəifləməsində istifadə olunur. Xalq təbabətində cövhərindən astma, 
yuxarı  nəfəs  yollarında,  mədənin  xroniki  kataraktında,  qarın  köplərində  iĢlədilir.  Mazından 
nevralgiyada,  revmatizmdə  tətbiq  edilir.  Rozmarin  öd  ifrazının  artırılmasına,  mədə  və  bağırsağın 
normal iĢləməsinə kömək edir.  
Hazırda  bir  sıra  ölkələrdə  rozmarindən  qıymətlı  dərman  bitkisi  kimi  muxtəlif  xəstəliklərin 
müalicəsində istifadə olunur.  
Rozmarini  müxtəlif  nisbətlərdə  ədviyyatlarla  qarıĢdırıb  kompozisiyasını  əldə  etməklə 
müxtəlif  xörəklərin  tərkibinə  qatırlar.  Bu  kompozisiyadan  ən  çox  lobya,  noxud,  paxla,  mərci, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə