Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   94   95   96   97   98   99   100   101   ...   149

195 
 
badımcan  və  kələmdən  hazırlanan  xörəklərdə  istifadə  edirlər.  Bundan  baĢqa  ət  və  toyuqdan 
hazırlanan  xörəklərin  tamını  və  qoxusunu  yaxĢılaĢdırmaq  üçün  də  istifadə  olunur.  Az  miqdarda 
qurudulmuĢ yarpağını yaĢıl cəfəri ilə qarıĢdırıb, kərə yağına əlavə edib pasta hazırlayırlar. AlınmıĢ 
pastadan  az  miqdarda  götürüb  toyuğun,  hinduĢkanın,  ördəyin  və  qazın  içərisinə  qoyub  biĢirirlər. 
Tomat və zoğal Ģorabasının tərkibinə qatıb əvəzi olmayan, xoĢ ətirli qoxu əldə edilir. Bundan baĢqa 
döyülmüĢ  yarpağından  ədviyyat  kimi  salatların,  döyülmüĢ  ət  məhsullarının,  qızardılmıĢ  ət  və 
toyuğun,  göbələyin,  pendirıərin,  kartofun,  dana  ətinin,  qulyaĢ,  qoyun  və  s.  ətindən  hazırlanan 
xörəklərə qatıb onların dadını və tamını yaxĢılaĢdırırlar. 
Məhsulun toplanması və saxlanması. Rozmarini əkdikdən 3-4 il sonra iyul- avqust ayında 
toplayırlar. Bu dövrlərdə bitkidə efir yağı ən çox toplanmağa baĢlayır.  Hər hektar sahədən 4-5 ton 
məhsul toplanır. Alınan xammalı zavoda göndərib efır yağı alırlar. 
Rozmarindən hazırlanan dərman preparatları. 
Vegetativ  damar  distoniyası,  miqrenin,  nevrozun,  sterika,  xroniki  yorğunluq  sindromu, 
qanazlığı,  bağırsaq  spazmalarının,  öd  və  sidik  yolları  xəstəliklərində,  impotensiya  zamanı: 
Rozmarin çiçək açan zaman yarpaq və cavan budaqlarından qurudaraq xırda hissələrə ayırın. Sonra 
1 çay qaĢığı götürüb, 2 stəkan qaynar suya tökərək yarım saat dəmləyib süzün. Aldığınız cövhərdən 
gündə  2-3  dəfə  1-2  xörək  qaĢığı  qəbul  edin.  Müalicəni  vəziyyətiniz  yaxĢılaĢana  qədər  davam 
etdirin. 
Qeyri-müntəzəm  və  şiddətli  aybaşı,  zəiflik,  başağrıları,  depressiya,  yuxusuzluq  zamanı:2 
çay  qaĢığı  yarpağından  götürüb  1  stəkan  qaynar  suya  töküb  15  dəqiqə  qaynadın,  soyudub  süzün. 
Dəmləmədən gündə 3 dəfə stəkanın 1/2 hissəsi qədər götürüb yeməyə yarım saat qalmıĢ qəbul edin. 
İmpotensiyaya  (kişilikdən  düşməyə)  qarşı  çaxırın  hazırlanması:  1  ovuc  rozmarinin  quru 
yaıpaq və çiçək hissəsindən butulkaya töküb üzərinə ağ çaxır əlavə edib 13 saat saxlayın. Aldığnız 
cövhəri süziin və vəziyyətiniz yaxĢılaĢana qədər, axĢamlar 2 qaĢıq qəbul edin. 
Tez-tez baş verən başağrıları və aşağı təzqiq zamanı. 2 çay qaĢığı təzə doğranmıĢ rozmarin 
götürüb  1  stəkan  qaynar  suya  tökün,  yarım  saat  dəmləyib  süzün.  Dəmləmədən  gündə  2-3  dəfə, 
yeməyə yarım saat qalmıĢ 2-3 xörək qaĢığı qəbul edin.  
Halsızlığın və arterial təqzyiqin aşağı olması zamanı2 xörək qaĢığı qurudulmuĢ rozmarin 
yarpağından götürüb 0,5 stəkan arağın üzərinə töküb 10 gün qaranlıq yerdə saxlayıb süzün. Gündə 
2 dəfə, hər dəfə 25 damcı yeməkqabağı qəbul edin.  
Rozmarindın 
beyinin 
fəaliyyətinin 
yaxĢılaĢdırılmasında, 
yorğunluğun 
aradan 
qaldırılmasında geniĢ istifadə edilir. 
Nevralgiya  (əsəb  ağrılarında),  podaqra,  furunkulyoz  zamanı:  1  banka  təzə  yığılmıĢ 
rozmarin yarpaqlarını vedrəyə töküb üzərinə 10 litr qaynadılmıĢ su əlavə edib, ağzını yun odeyalla 
möhkəm  örtün.  4-5  saat  dəmlədikdən  sonra  süzüb,  içərisində  39-40°C  isti  su  olan  vannaya  töküb 
qarıĢdırın.  GünaĢırı  15  dəqiqə  vavannasını  qəbul  edin.  Əməliyyatı  vəziyyətrniz  yaxĢılaĢanadək 
davam etdirin. 
Diqqət! Rozmarindən hazırlanan preparatları hamilə qadınların, hipertoniya və epilepsiyası 
olan xəstələrin qəbul etmələrinə icazə verilmir. 
Biz  isə  rozmarinin  yaĢıl  hissəsindən  boyaq  ekstraktı  hazırlayıb,  yun  ipı  yaĢılımtıl,  sarı-
yaĢılımtıl, yaĢıl, qonur, bozıımtul-yaĢıl, zeytunu, acıq-qəhvəyi, tünd qəhvəyi və s. rəng və çalarlar 
boyamağa nail olduq.  
Rozmarindən xoĢ ətirli xörəklərin hazırlanması. 
Rozmarinlə  kartof  və  sarımsaq  qarışdırılmış  xörəyin  hazırlanması.  700-800  q  orta 
böyüklükdə kartof, 1 xörəq qaĢığı günəbaxan yağı, 2 diĢ sarımsaq, 4 xörək qaĢığı doğranmıĢ təzə 
rozmarin, zövqünüzə görə istiot və duz götürün. Kartofu soyub dörd yerə bölüb 5 dəqiqə duzlu suda 
biĢirin, suyu süzüb kartofu zeytun  yağı, sarımsaq, rozmarin, qara istiotla qarıĢdırıb, tavaya töküb, 
30-35 dəqiqə kövrək qızılı sarı rəng alana qədər qızardın.  
Rozmarin  və  ətirli  sirkə  əlavə  etməklə  toyuqlu  xörəyin  hazırlanması.  50  q  kərə  yağı,  2 
xörək qaĢığı zeytun yağı, sümüksüz 4 toyuq döĢü, 2 siĢ sarımsaq, 4 rozmarin budağı, 3 xörək qaĢığı 
xoĢ  iyli  sirkə,  150  ml  toyuq  bulyonu  götürün.  Tavaya  kərə  yağı  və  zeytun  yağı  töküb  əridin.  Nə 
vaxt köpük əmələ gəlməyə baĢladı, toyuq ətini tökün. 5 dəqiqə qızardın. Sonra üzərinə sarımsaq, 


196 
 
sirkə və bulyon tökün, ədviyyat əlavə edib qapağını örtüb,  20 dəqiqə biĢirin. Sonra nimçələrə çəkib 
süfrəyə verin.  
Dərman  rozmarindən  tibb,  yeyinti,  ətriyyat,  kosmetika,  sabunbiĢirmə  sənaye  sahələrində 
istifadə  edilməsi  üçün  xammal  mənbəyi  əldə  etmək  məqsədilə  bitki  mədəni  halda  əkilib 
becərilməlidir.  
 
KEÇĠQULAĞI – Scrophularicaeae Juss. fəsiləsi  
Adi qurdotu (Kətəncə) – Linaria vulgaris Mill. 
 
Dünya  florasının  tərkibində  Keçiqulağı  fəsiləsinə  220-yə  qədər  cins  və  3000-ə  qədər  növ 
daxil  olub  dünyanın  əksər  ərazilərində  yayılmıĢlar.  Fəsiləyə  daxil  olan  cinslərdən  biri  də  qurdotu 
(kətəncə)  hesab  edilir.  Qurdotu  cinsi  özündə  150-yə  qədər  növü  birləĢdirərək  Avropa  ölkələri 
ərazilərində,  Orta  Aralıq  dənizi  ətrafında,  Asiya,  Amerika  qitələrinin  ərazilərində  təsadüf  edilir. 
Cinsin Qafqazda 26, o cümlədən Azərbaycanda 17 növü yayılmıĢdır. Bu növlərdən xalq təbabətində 
istifadə  olunanı  Adi  qurdotu  -  Linaria  vulgaris  Mill.  hesab  edilir.  Adi  qurdotu  hündürlüyü  40-
60(80) sm olan, gövdəsi sıx yarpaqlarla örtülmüĢ çoxillik 
ot bitkisidir. Yarpaqları gövdə üzərində 
 
oturaq  olub,  xətvari-lanset  və  yaxud  tamam 
xəzvaridir. Çiçəkləri bozumtul-sarıdan, parlaq-sarı rəngə 
qədər olub gövdəsinin qurtaracağında salxım formasında 
yerləĢmiĢdir. 
Meyvəsi 
qutucuqdur. 
Adi 
qurdotu 
Azərbaycanın 
Quba 
rayonu 
ərazisində,  Dəvəçi 
düzənliyində,  meĢəliklərdə,  meĢə  açıqlıqlarında,  kollar 
arasında, 
Xəzər 
sahillərində, 
çay  və  yolların 
kənarlarında, çöllük sahələrdə yayılmıĢdır. 
Bitkinin  çiçəkləıi  itin  sifətini  xatırlatdığına  görə 
buna «itçiyəz» adı da verilmiĢdir. Müalicə məqsədləri üçün bitkinin çiçək və ot hissəsindən istifadə 
edirlər. 
Kimyəvi  tərkibi.  Bitkinin  ot  hissəsinin  tərkibində  d-1-peqanin  (C
n
H
12
O
2
),  flavonid 
qilikozidilərdən  linarin  vardır  ki,  parçalanaraq  akasetin  –  C
16
H
12
O
2
,  bu  da  parçalanaraq  nektolin 
orgenin və rutinoz əmələ gətirir. Nektolinarin (C
29
H
34
O
15
) parçalanaraq pektolinargenin (C
17
H
14
O
6
), 
neolinarin  (C
29
H
34
O
15
)  və  rutinoz  əmələ  gətirir.  Bunlardan  baĢqa  bitkinin  tərkibində  fıtosterin 
(C
24
H
44
O),  n-tirkantan  (C
30
H
62
),  askorbin  turĢusu,  boyaq  maddələri,  üzvi  turĢular  və  s.  aĢkar 
edilmiĢdir.  Çiçəklərinin  tərkibində  boyaq  piqmenti-antoxlor  maddəsi  tapılmıĢdır.  Azərbaycanda 
yayılan  17  növ  kətəncə  bitkisinin  heç  birindən  nə  xalq  təbabətində,  nə  də  elmi  təbabətdə  istifadə 
olunmur.  Tibb  mütəxəssisləri,  əczaçılarımız  bu  bitkilərin  müalicəvi  xüsusiyyətlərini  araĢdırıb, 
xalqımızın  ixtiyarına  verməlidirlər.  Bir  sıra  ölkələrin  xalq  təbabətində  adi  quıdotundan  bəzi 
xəstəliklərin müalicəsində geniĢ istifadə olunur. Rus xalq təbabətində bitkidən alınan preparatlardan 
geniĢ istifadə edilir. 40 q bitkinin ot hissəsindən götürüb 1 litr suya əlavə edilir. HazırlanmıĢ çaydan 
bağırsaqlarda  əmələ  gələn  köpmələrdə,  qara  ciyər  xəstəliklərində,  sarılıqda,  qarğıdalı  saçaqları  ilə 
qarıĢığından  hazırlanan  dəmləməsindən  isə  böyrək  xəstəliklərində  istifadə  edilir  (M.A.Nosal, 
Ġ.M.Nosal,  1959).  Belarus  xalq  təbabətində  otundan  hazırlanmıĢ  dəmləməsindən  isə  iĢlədici, 
ödqovucu,  sidikqovucu,  gözün  soyuqlamasında,  angina  zamanı  boğazın  qarqara  edilməsində, 
cövhərindən  isti  halda  göbələk  xəstəliklərində,  çiban,  qızdırma  və  s.  bu  kimi  xəstəliklərin 
müalicəsində kompres kimi istifadə edilir (D.K.Qes və b., 1966). Baykalın Ģərq hissəsində yaĢayan 
xalqlar  bitkinin  çiçəyindən  alınan  ekstraktından  sidikqovucu  vasitə  kimi  istifadə  edirlər.  Qəribə 
burasındadır ki, bitkinin sidikqovucu təsiri bitkini qəbul edib qurtardıqdan 2-3 gün sonra baĢ verir. 
Belə ki, bitki orqanizmə tədricən, yavaĢ-yavaĢ təsir edir. Tibb praktikasında bitkidən alınan maye 
ekistraktdan babasilin soyuqlamasında iĢlədici vasitə kimi istifadə edilir. Spirtdən alınan çıxarıĢını 
su hamamının üzərinə qoyub, spirti uçub qovulana qədər buxarlandırılır. Qatı kütlə alınandan sonra 
proses  dayandırılır.  Sonra  alınmıĢ  qatı  məhlulun  üzərinə  ərinmiĢ  donuz  piyi  əlavə  edilərək, 
qarıĢdırılıb maz halına salınır. Həmin mazdan dəridə əmələ gələn qaĢınmaların çiban və civzələrin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə