Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   95   96   97   98   99   100   101   102   ...   149

197 
 
qıcıqlanmaların  müalicəsində  sürtkü  kimi  istifadə  edilir.  Bitkidən  alınan  preparatları  klinikalarda 
sınaqdan  keçirib  onların  bağırsaq  pozğunluqlarında,  köpmədə,  ödqovucu,  eləcə  də  bağırsağın  və 
uĢaqlıq yollarının eninə zolaqlı əzələ toxumalarına qıcıqlandırıcı təsiri müəyyən edilmiĢdir. Bitkinin 
tərkibindəki  peqanın  alkoloidindən  isə  miastetin,  miopatenin  müalicəsində  təsiredici  vasitə  kimi 
istifadə  edilir  (V.Ġ.Zafracnov  və  b.,  1977).  Bundan  baĢqa  xalq  təbabətində  bitkinin  çiçək  açan 
dövründə gövdənin yuxarı hissəsini çiçəklə birlikdə kəsib götürərək istifadə edirlər. Bitkidən alınan 
preparatların  köməyi  ilə  soyuqdəymə,  sidikqovucu,  iĢlədici,  ağrıkəsici,  qurd  əleyhinə,  eləcə  də 
mədə-bağırsaq sisteminin nizama salınmasında iĢlədilir. 
Uşaqlarda  və  yaşlılarda  gecələr  sidiyin  saxlanmaması,  həmçinin  qəbizlik,  bağırsaq 
sisteminin zəifləməsi zamanı. 1,5 çay qaĢığı həcimində təzə otundan götürüb 1 stəkan qaynar suya 
töküb 1 saat dəmləyib sonra süzün. Alınan dəmləmədən gündə 3-4 dəfə yeməkdən 10-15 dəqqiqə 
əvvəl 1 xörək qaĢığı qəbul edilməsi məsləhətdir. 
Xolesistit, piyelonefrit, həmçinin sidik kisəsində olan daşların müalicəsində. 2 xörək qaĢığı 
doğranmıĢ təzə otundan götürüb 1 stəkan arağın içərsində 2 həftə saxlayıb süzün. 15 damcı gündə 3 
dəfə yeməkqabağı qəbul edin. 
Hepatitin, köpmənin, böyrək mənşəli şişlərin müalicəsində. 3 xörək qaĢığı doğıanmıĢ təzə 
otundan  götürüb,  0,5  litr  qaynar  suya  əlavə  edilir,  1  saat  müddətində  dəmlənir  və  sonra  süzülür. 
Alınan ekstraktdan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir. 
Babasil zamanı. 2 hissə doğranmıĢ ot, 3 hissə qunduz və yaxud donuz piyi ilə qarıĢdırılıb 1 
həftə  saxlanılır.  Sonra  qızdırlaraq  süzülür.  AlınmıĢ  açıq-yaĢıl  rəngli  mazdan  axĢamlar  ĢiĢmiĢ 
nahiyəyə  sürtülür.  Daxilə  isə  qızdırılmıĢ  mazı  tənzifdən  hazırlanmıĢ  tampona  hopturulub 
soyudularaq anal dəliyinə ehtiyatla yeridilir və 4-5 saat saxlanılır. Əməliyyat gündə 2-3 dəfə təkrar 
edilir. 
Prostat  vəzinin  adenomasında.  Tampon  yeritməzdən  əvvəl  gecələr  anal  dəliyinə  mazdan 
sürtülür. 
2-ci  üsulla  mazın  hazırlanması.  Bərabər  miqdarda  qurdotu  çiçəyi,  palıd  qabığı,  su  bibəri 
götürülür,  qarıĢdırılaraq  12  saat  ərzində  əridilmiĢ  donuz  piyində  saxlanılır.  QarıĢığı  tez-tez 
qarıĢdırmaq lazımdır.  Sonra  isə  süzülür.  Alınan  məhlul  ĢuĢə  bankaya  tökülür.  Bu  mazdan  tampon 
Ģəkilində  anal  dəliyinə  yeridilərək  4-5  saat  müddətində  saxlanır.  Bu  əməliyyatdan  sonra  xəstə 
Ģiddətli ağrıdan və qanaxmadan azad olur. 
Müalicəni vəziyyət yaxĢılaĢana qədər davam etdirmək məsləhətdir. 
Traxoma  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  təzə  otdan  götürülüb  1  stəkan  qaynar  suda 
yarım saat müddətində dəmlənir. Alınan ekstraktla gündə 4-5 dəfə gözlərin yuyulması məsləhətdir. 
Üzdə olan civzələrin təmizlənməsində, bu bitkidən alınan sulu dəmləmə çox boyük rol oynayır. 
Diqqət! Bitki zəhərli olduğu üçün ondan istifadə edən zaman qeyd olunan miqdara düzgün 
riayət etmək lazımdır. 
Biz  bitkinin  çiçəklərindən  ilk  dəfə  olaraq  boya  ekstrakrı  hazırlayıb  yun  ipdə  sarı-narıncı, 
qızılı-sarı,  parlaq-narıncı,  zeytunu-sarı,  tütünü-qonur,  yaĢıl,  açıq-qəhvəyi  və  s.  rəng  və  çalarlar 
alınmasına nail olmuĢuq. 
 
BADIMCANÇĠÇƏKLĠLƏR – Solanaceae Juss. fəsiləsi 
 Kartof – Solanum tuberosum L. 
 
Badımcançiçəklilər  fəsiləsi  90  cinsi  və  2000-ə  qədər  növü  əhatə  edib,  əsasən  dünyanın 
tropik  və  subtropik  ərazilərində  yayılmıĢdır.  Fəsiləyə  daxil  olan  cinslərdən  kartof,  pomidor, 
badımcan qırmızı bibər, tütün, maxorka və s. xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilir. 
Bu cinslərdən biri də Solanum L.-dir. 
Solanum L. - badımcan cinsi 1700 növü əhatə edir. Ağac, kol və ot formasında olub ən çox 
tropik və subtropik ərazilərdə yayılmıĢdır. 


198 
 
Kartof  dünya  xalqlarının  buğdadan  sonra  ikinci  çörəyi  hesab  edilir.  Kartofdan  istənilən 
xörək növünü hazırlamaq miimkündür. Lakin 
uzun illər bu qiymətli qida məhsulu haqqında 
çoxlu  mübahisələr  hökm  sürmüĢdür.  Kimi 
deyirdi  ki,  bu  bitki  zərərlidir,  bəzi  insanlar 
bunun  xeyirli  olduğu  barədə  mübahisə 
edirmiĢlər.  Həyatın  gediĢi  bu  mübahisələrə 
son qoydu. Bu gün isə kartof insan sağlamlığı 
üçün  ən  qiymətli  müalicə  preparatı  hesab 
edilir.  Ən  çox  müalicəvi  əhəmiyyəti  olan 
kartofdur.  100  q  təzə  kartof  yumrusu  insanı 
bir  gündə  tələb  etdiyi  C  vitamini  ilə  təmin 
edir.  Bundan  baĢqa  kartofun  tərkibində  B
1

PP vitamin qrupları, foli turĢusu, kalsium, manqan, fosfor və kalium və s. aĢkar edilmiĢdir. Xüsusən 
də cavan kartof yumrularından alınmıĢ Ģirənin tərkibi kalium elementi ilə zəngin olduğundan ürək-
damar,  həmçinin  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  geniĢ  istifadə  edilir.  Bir  dilim 
təmizlənmiĢ  kartofla  dəridə  baĢ  verən ekzema  və  digər  dəri  xəstəliklərini müalicə  edirlər.  Bundan 
baĢqa kartof buxarı ilə öskürək və zökəm xəstəliklərində geniĢ istifadə edilir. 
Kartofun  xeyirli  cəhətləri  ilə  yanaĢı  onun  zərərli  təsirlərinə  də  təsadüf  edilir.  Kartofu 
toplayıb  anbarlarda  saxlayan  zaman  onun  qabıq  və  lət  hissəsində  tədricən  insan  orqanizmi  üçün 
zəhərli təsirə malik «solanin» alkaloidi toplanmağa baĢlayır. Buna görə də hamilə qadınların köhnə 
kartof yeməsi məsləhət görülmür. Belə ki, köhnə kartofun tərkibindəki solanin alkaloidi embrionun 
normal inkiĢafına mənfı təsir göstərə bilər. Bir çox mütəxəssislər kartofun yanvar ayında təhlükəsiz 
olduğunu qeyd edirlər. Yaz aylarında isə anlaĢılmazlıq meydana çıxır. Bir çoxları kartofdan vitamin 
çatıĢmazlığı  zamanı  istifadə  edirlər.  Bu  da  çox  vaxt  xoĢagəlməz  hadisələrlə  müĢayiət  olunur. 
Insanlar  qida  kimi təzə  kartof  çıxana  qədər  ən  çox  köhnə  kartofdan  istifadə  edirlər.  Buna  görə  də 
ortaya belə bir sual çıxır - kartof yumrularında toplanan solanin alkaloidini necə azaltmaq olar? 
Birincisi, köhnə kartofu təmizləyən zaman çalıĢın ki, qalın soyasınız. Qida məqsədləri üçün 
ancaq özək hissəsini saxlayın. Daha çox zəhərli təsirə malik solanin maddəsi əsasən kartofun qabıq 
hissəsində toplanır. 
Ġkincisi, solanin maddəsinin kartofun tərkibindən tamamilə çıxarılması üçün mütləq onu iri 
duzla duzlayıb, qapağı örtülmüĢ tavada qızardın. Bu zaman duz nəinki kartofun tərkibindən solanin 
maddəsini sorub çıxarır, hətta onu nitrit birləĢmələrindən də azad edir. 
Kartofdan müalicəvi preparatların hazırlanması. 
Kartofun insanlar üçün təhlükəli olması yaz aylarında baĢ verir. Payızda isə kartof insanların 
ləziz  xörəklərinin  əsasını  təĢkil  edir.  Bu  dövrdə  insanlar  kartofdan  istənilən  ləzzətli  xörəklər 
hazırlamaqla yanaĢı, öz sağlamlıq durumlarını da bərpa etməyə baĢlayırlar. 
Mədə  və  onikibarmaq  bağırsaq  yaralarının  müalicəsində.  Bunun  üçün  kartofdan 
hazırlanmıĢ Ģirədən səhər tezdən acqarına stəkanın 1/2 hissəsi qədər, bütün gün ərzində isə hər 20 
dəqiqədən  bir  günorta  və  axĢam  yeməklərinədək  stəkanın  1/4  hissəsi  qədər  qəbul  edin.  Müalicə 
kursu 7 gündür. Bir az istirahət verdikdən sonra müalicəni təkrar edin. 
Qastrit zamanı (turşuluq artan zaman). Təzə kartofun Ģirəsindən 1 stəkan götürüb üzərinə 1 
çay qaĢığı bal əlavə edin. Aldığınız qarıĢıqdan gündə 3-4 dəfə, yeməyə 1 saat qalmıĢ stəkanın 1/3 
hissəsi  qədər  qəbul  edin.  Müalicə  kursu  10  gündür.  Bir  həftədən  sonra  müalicəni  yenidən  davam 
etdirin. 
Qan  təzyiqi  zamanı,  soyuqdəymə,  fibroma  və  qəbizliyin  müalicəsində.  Təzə  kartof 
Ģirəsindən gündə 2-3 dəfə, yeməyə 20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Hiperterioz zamanı - qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdırmaq üçün. Təzə kartof 
Ģirəsindən gündə 2-3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/2 hissəsi qədər qəbul edin. Müalicə 
kursu 3 həftədir. 
Damar  genişlənmələri  zamanı.  Kartofdan  hazırlanmıĢ  təzə  sıyıqdan  götürüb  ĢiĢmiĢ  halda 
çıxan damarların üzərinə yaxıb tənziflə sarıyın və 4-5 saat saxlayın. Müalicəni 2 həftə ərzində hər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə